Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
14-07-2024, 19:44
Bəzən düşməndən də “öyrənmək” gərək


Ayhan Yazır: "Bəzən düşməndən də “öyrənmək” gərək"

Müharibə tək cəbhədə getmir. Həmçinin informasiya müharibəsi də ən az cəbhədəki müharibə qədər əhəmiyyətlidir. Bu mənada Vüqar Zifəroğlu informasiya müharibəsini əbəs yerə miqyasca geniş və daha təhlükəli adlandırmır. Bu müharibədə güclü təbliğat aparmaq qalibiyyətin yarısıdır. Haradan gəldiyi bilinməyən və Azərbaycanın qərb torpaqlarında yerləşdirilən qaraçı tayfası olan ermənilər daim öz pozuculuq fəaliyyətləri ilə müxtəlif münaqişələr yaradıblar. Bu pozuculuq fəaliyyəti bir çox hallarda başqa dövlətlərin planlarının ermənilər tərəfindən icrası idi. Daim bizdən oğurluq edən milli musiqimizi, mətbəximizi, tariximizi oğurlamağa çalışan ermənilərin çox yaxşı bacardığı və hətta deyərdim təqdir ediləcək bir xəstəlikləri var. “Mənimdir”, ”Bizimdir” xəstəliyi.
1896-cı ildə alman psixiatrı Emil Krapelin bir neçə erməni xəstə üzərində apardığı müşahidələrə əsaslanaraq təsdiqləyib ki, bu xəstələrdə müəyyən müddətdən sonra ağıl zəifliyinin xüsusi bir forması yaranır. Bu müşahidələrinə əsaslanaraq Krapelin bu xəstəlik növünə erməni ağılzəifliyi (armenian dementia precox) adı verib. Krapelin bu ad altında ümumiləşdirdiyi, əsas nəticəsi ağıl zəifləməsindən ibarət olan bu xəstəliyin əlamətlərini ətraflı təsvir etməklə bərabər, həm də erməni şizofreniyasının müalicəsi üçün xüsusi üsullara ehtiyac olduğunu göstərib.
Rus alimi Kandinski də apardığı araşdırmadan gəldiyi nəticədə qeyd edirdi ki, bu xəstəlik erməni idiofreniyasıdır. O, erməni şizofreniyasının əsas simptomlarını özündə birləşdirən xəstəliyin klinikasını təsvir edib. Bu xəstəliyə iradənin pozulması, nitqin əlaqəsizliyi, idiotizm səciyyəli sayıqlamalar, insanları öldürmək, boğmaq, doğramaq, işgəncə vermək istəyi aid edilə bilər. Maraqlısı burdadır ki, onlar öz əməllərinə bəraət qazandırır və dünyanı buna inandırırlar. Olmayan bir şeyi müdafiə edərək özlərini dünyaya tanıdır və istəklərinə nail olurlar.
Gəlin, erməni şizofreniyasına və erməni təbliğatına dair bir nümunə verək. İlham Tumasın “Gizli Cinayətlər” kitabının “Xankəndidə yandırılan 3 azərbaycanlı” adlı araşdırmasına nəzər yetirək. 1967-ci ilin 3 iyulunda Xankəndidə 8 yaşlı erməni uşaq Nelson Movsesyan öldürülür və azərbaycanlı məktəb direktoru Ərşad Məmmədovun sahəsindəki su quyusuna atılır. Bu cinayətdə Ərşad Məmmədovla yanaşı iki azərbaycanlı da məhkəmədə mühakimə edilir. Məhkəmə onlara ağır cəza versə də vəhşi erməni tayfası həmin 3 azərbaycanlını yandırırlar. Bu hadisədən sonra həmin dövrdə DTK işçisi olan Heydər Əliyev məsələyə qarışır və dərindən araşdırma aparılır. Araşdırmalarda məlum olur ki, 8 yaşlı erməni bir digər erməni tərəfindən qisas üçün öldürülüb və azərbaycanlı vətəndaşın quyusuna atmaqda məqsəd “azərbaycanlılar Stepanakertdə (Xankəndi) ermənilərə zülm verir düşüncəsi yaratmaq idi. Azərbaycan dərhal öz vətəndaşlarının haqsız yerə qətl edilməsi ilə bağlı tədbir görür və 19 erməni həbs edilir.
Gürcü yazıçısı İlya Çavçavadze ermənilərin riyakarlıqları barədə deyib: “Ermənilər gürcülərə məxsus olan məbəd və monastrlarda gürcülərin izini məhv edir, daş üzərində gürcü yazılarını qaşıyır, yaxud silir, daşın özünü tikintidən çıxarır və erməni yazıları ilə əvəz edirlər.”
Gördüyümüz kimi erməni təxribatı təkcə özlərinə qatı düşmən bildikləri biz azərbaycanlılara qarşı deyil, öz din qardaşları həmçinin qonşularına qarşı da yönəlib. Buna təəccüblənmək lazım deyil. Çünki ermənilər öz saxta və heç bir tarixi əsası olmayan soyqrımlarında da Osmanlı imperiyasını günahlandırırlar. Bu saxta soyqırımlarına İranda, Fransada, İsraildə abidə qoydurmağı bacarıblar, lakin biz şahidləri hələ də yaşayan Xocalı soyqırımını dünyaya tanıda bilmirik. Hər il Xocalı soyqrımı ilə bağlı dünyanın müxtəlif dövlətlərində və ölkə daxilində tədbirlər təşkil edilir. Bəs o tədbirdə iştirak edən azərbaycanlılar bunun təbliğatı ilə niyə məşğul olmur? Faktları, şahidləri olan bir hadisənin təbliği ilə məşğul olmuruqsa biz necə vətəndaşıq?
Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı milli maraqlar zəminində təbliğatla məşğul olmalıdır. Gəlin, bir az informasiya müharibəsindən danışaq. İnformasiya müharibəsi nədir?
İnformasiya müharibəsi informasiya texnologiyalarının, dezinformasiyaların, təbliğatın istifadə olunduğu müharibə növüdür. Burada bir neçə metoddan istifadə olunur:
dezinformasiya yayılması, kiberhücumlar, təbliğat, psixoloji əməliyyatlar, sosial media əməliyyatları. Niyə ermənilər bu qədər güclü təbliğat aparmağı bacarırlar?
Ermənilər informasiya müharibəsinə və təbliğata çox uzun müddət əvvəl başlayıblar. Məhz buna görə mənasız təbliğatları artıq onlarda xəstəliyə çevrilib. Müxtəlif dövlətlərdə olan güclü erməni diasporları əllərindən gəldiyi qədər bütün sahələrdə Azərbaycana qarşı düşmənçiliklərini davam etdirirlər. İnformasiya müharibəsində silah qələm, silahı tutan əsgər isə jurnalistdir. Düzgün tarixi faktlar, yerində işlənmiş ifadələr, ifşaedici fotolar və s.
Biz informasiya müharibəsində olan məharətimizi 2020-ci il 44 günlük vətən müharibəsində nümayiş etdirdik. Yetərli idimi? Tarix boyu saxta təbliğatla məşğul olan mənfur düşmənlə üz-üzəyik. Bizə hər zaman daha artığı lazımdır. Biz 21-ci əsrdə yaşayırıq və biz cəbhə müharibəsindən çox informasiya müharibəsində qalib gəlməyə səy göstərməli, bizim olanın bizə qaytarılması üçün əlimizdən gələndən də artığını ortaya qoymalıyıq.
Hər bir Azərbaycan vətəndaşı dövlətimizin milli maraqlarını və xalqımızın başına gələn müsibətlərin təbliğindən çəkinməməlidir. Düzgün və savadlı təbliğat yolunda bizə məktəb rolunu oynayan Prezidentimizdən bəhrələnməliyik. Düzgün daxili və xarici siyasətlə yanaşı balanslı şəkildə aparılan informasiya siyasətindən bəhrələnərək informasiya müharibəsinə hazır ola bilərik.

Ayhan AĞARZAYEV,
BDU Jurnalistika fakültəsinin tələbəsi



14-07-2024, 19:33
ERKƏN EVLƏNDİRİLƏN QIZLARIN GÖZÜNDƏN...


ERKƏN EVLƏNDİRİLƏN QIZLARIN GÖZÜNDƏN...

Məni cismən dünyaya gətirən ailəm ilə işıq saçan ümidlərimin, bahar kimi hər rəngi daxilində saxlayan arzularımı puç edib, həyatda öz mövqeyimi tutmaq istəyimin qarşısına sədd çəkərək cismimdən öncə ruhumu torpağa basdıran ailəmin eyni olması, mən və mənimlə bərabər sonsuz sayda qızlarımızı müstəqil şəxsiyyətdən öncə az yaşlı “gəlin”ə çevirdi. Yaşıdlarım öz parlaq gələcəklərinə addım atarkən mən ailəmin məni “doğru” hesab etdikləri yolda addım atmağa məcbur edildim.
Cismim öz toyunda bəzədilmiş “qadın” kimi qələmə verilsə də, ağlım hələ bitməyən uşaqlığımda, yarım qalmış məktəbimdə, səhifələri hələ bitməyən dərsliklərimdə idi... Toyumda ucalan hər alqış səsi mənim daxilimdə səslənən bütün arzularımın səsini qaydasız döyüşlərdəki kimi acımasız şəkildə, vəhşicəsinə məğlub edirdi. Bu məğlubiyyəti ailəm daxil olmaqla bütün qohumlarım bayram edirdi. Özümü istehsal tarixi bitməsin deyə marketdə satışına can atılan ərzaq kimi hiss edirdim. Birdən tarixim bitər və məni alan olmaz. Ya da özumü sırf ürəkləri istəyir deyə kiməsə hədiyyə edilən əşya kimi hiss edirdim. Həmin əşyanı da yeni alanda çox sevib qoruyub bəsləyirdilər.
Mən də anadan olanda eynən o əşya kimi idim. Sonra da onun kimi biri tərəfindən sahibləndim. Sırf qız olaraq dünyaya gəlmişəm deyə fikrimi soruşmadan məni sahiblənsin deyə biri ilə evləndirilməli idim? Öz ailəmin fikirlərimə hörmətlə yanaşmadığı halda yad biri mənə necə hörmət edəcəkdi? Bunların heç birini məni bədbəxtlik ölkəsinə həbs edən ailəm düşünmədi. Yaşıdlarım kimi təhsil almaq, həyatda öz mövqeyimi müəyyənləşdirmək, ayaqlarım üzərində sərbəst dayanmaq arzularım ürəyimdə qaldı…
Mən ruhən evləndiyim yaşda qaldım. Ömür keçdi, illər fəsillər biri-birini əvəz etdi. Amma mən erkən yaşda evləndiyim gün yaşanmayan uşaqlığımda yarımqalmış təhsilimdə qaldım. Bu okean ortasında yerləşən adada tək qalıb kömək üçün insanları çağırmaq kimi çarəsizliyə bənzəyir. Ən doğma bildiyin ailən səni anlamır, sən isə öz rəngarəng dünyandan ayrılıb yad birinə qurban olacağın günü gözləyirsən. Bu zaman tək sirdaş və şahidin qaranlıq otağının divarları, bir zaman sonra heç istifadəyə ehtiyac olmayacaq küncdə şkaf üstündə olan məktəbli çantan olur...Bütün ümid və arzuların sanki o çantanın içindədir. Gələcək həyatın isə səni anlamayan, “məndən yorulub ailəm? Niyə bu yaşda məni başqa evə göndərir?” fikirlərini ağlına gətizdirən valideynlərinin dodaqları arasından çıxan sözlər də...
Hacı Zeynalabdin Tağıyevın bir maraqlı fikri var: “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə”. Cəmiyyətimizdə qadın-qızlarımızın təhsili onları daima ucaldan qanadlar, cəmiyyətin cahil düşüncələrinə qarşı onları qoruyan silah və həyatda hər zaman qızlarımıza lazım olan heç bitməyən bir xəzinədir. Erkən evliliklər isə qızlarımızın əlindən bu imkanları alaraq onları daima kimlərdənsə asılı vəziyyətə salır. Müəyyən yaş həddinə çatmış, ali təhsilli, öz müstəqil fikirlərini ifadə edərək özlərini sübut edən qızlarımız ailə həyatı qurarkən yetişdirdikləri övlad da əsl şəxsiyyət kimi formalaşır. Əlbəttə, istisna hallar da var.
Bəzən müəyyən səbəblərdən ali təhsil almayan, amma təhsilə önəm verən yenifikirli insanlara da rast gəlirik. Buna baxmayaraq cəmiyyətdə ən öndə gedən məsələ qızların ali təhsilli olmasıdır. Bu onların ən təbii haqqıdır. Bu haqqı onlardan almağa heç kimin, heç öz valideynlərinin də ixtiyarı yoxdur.
Fikrimcə, ən böyük cinayətlərdən biri qızların təhsildən yayındırılıb evliliyə sövq edilməsidir. Ona görə ki, burada həmin qızın ruhu, xəyalları heç səsi çıxmayan güllə ilə öldürülür. Əziz valideynlər, bu güllənin qızlarınızı öldürməsinə icazə verməyin! Əksinə həmin gülləni çırağa çevirərək qızlarınızın həyatını işıqlandırın. Onlara dəstək olun!

Çinarə MURADOVA
14-07-2024, 19:28
Sui-qəsddən əvvəl video çəkib


Sui-qəsddən əvvəl video çəkib

ABŞ-ın sabiq prezidenti Donald Trampı güllələməkdə şübhəli bilinən şəxsin hadisədən əvvəlki videosu yayılıb.
O, videoda sabiq prezidentə və respublikaçılara nifrət ifadə edib
“Mənim adım Tomas Metyu Kruksdur. Respublikaçılara və Trampa nifrət edirəm. Yanlış yoldasınız”, - deyə bildirib.
20 yaşlı Tomas Metyu Kruks Trampın çıxış etdiyi səhnədən 130 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb.
O, ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.
14-07-2024, 19:17
UNESCO-nun mədəni dəyərləri kontekstində Səlim Karvansarayının mühafizəsi


UNESCO-nun mədəni dəyərləri kontekstində Səlim Karvansarayının mühafizəsi - İkinci yazı

Azərbaycan xalqının zəngin mədəni (maddi və qeyri-maddi) irsinin böyük bir hissəsi qədim yurd yerimiz olan Qərbi Azərbaycanda qalmaqdadır. Əsrlərlə yaşadığımız əzəli torpaqlarmızda tarixin müxtəlif mərhələlərində yaratdığımız mədəni irsimizi 3 kateqoriyaya ayırmaq olar.
1) Qeyri-maddi mədəni irs nümunələri.
2) Maddi mədəni irs nümunələri.
3) Təbii irs nümunələri.

Hər üç kateqoriyadan olan mədəni irs nümunələrimizin tədqiqi mühafizəsi ilə bağlı ciddi fəaliyyətlərin görülməsi tarixi zərurətdir. Biz bu araşdırmada 2-ci kateqoriyadan olan maddi mədəniyyət nümunələrimizin vacib tərkib hissəsi olan tarixi abidələrimizin mühafizəsi ilə bağlı beynəlxalq hüquqi təminatlara toxunacayıq.

Qərbi Azərbaycanın incisi olan Dərələyəz mahalı tarixi mədəni irsimizin ən dərin qatlarında özünə yer tutur. Memarlıq quruluşuna və daşıdığı məna çalarlarına görə bu tarixi abidələr içərisində karvansaralar xüsusi yer tutur. Dərələyəz mahalının Ağkənd kəndi ərazisində yerləşən Səlim karvansarayı da bu qəbildən olan mədəniyyət abidələrimizdəndir. Təəssüf ki, Səlim karvansarayının harada yerləşməsi ilə bağlı bəzi mənbələrdə yanlışlara yol verilmişdir. Əksər araşdırmaçılar tərəfindən karvansarayın Dərələyəz mahalının Ağkənd kəndi ərazisində yerləşməsi haqqında fikir birliyi olsa da bəzi mənbələrdə yanlış olaraq karvansarayın Zəngəzur mahalı ərazisində yerləşməsi barədə fikirlər yer almışdır. Məsələyə aydınlıq gətirək.
Səlim karvansaryı harada yerləşir Dərələyəzdə yoxsa Zəngəzurda?
Səlim karvansarayının Zəngəzur ərazisində yerləşməsi haqqında Naxçıvan Ensklopediyasında (Bakı -2002, səh 594, Səlim Karvansaryı məqaləsi səhifə 511) fikirlər hansı mənbədən qaynaqlanır. Onu da qeyd edək ki, bu mənbə əsasında digər müəlliflər və Vikipediya Açıq Ensklopediyasında da məqalə yer almaqdadır. Naxçıvan Ensklopediyasında yer almış məqalənin istifadə etdiyi ədəbiyyata nəzər yetirdikdə bəlli olur ki, görkəmli tarixçi alim tarixi abidələrin mahir bilicisi Məşədixanım Nemətovanın “Elm və həyat” jurnalının 1997-ci il tarixli 2-ci sayında yer almış “Köprükəndə konfrans” adlı məqaləyə istinad edilmişdir. Araşdırma məqsədi ilə ilkin mənbə kimi istinad olunan tarixçi alim M.Nemətovanın sözügedən məqaləsinə baxış keçirdik.
Bəlli oldu ki, Məşədixanım Nemətova Türkiyədə iştirak etdiyi konfrans barədə məlumat verəkən Səlim karvansarasından danışarkən “Zəngəzur yolunda Səlim keçidində” yerləşən ifadəsi yanlış olaraq Zəngəzur kimi başa düşülüb. Göründüyü kimi karvansaranın Zəngəzur ərazisində yerləşməsi ilə bağlı irəli sürülən fikirlərin heç bir əsası yoxdur. Tarixi abidə Dərələyəz mahalının Ağkənd kəndi ərazisində yerləşir və bu adda Qərbi Azərbaycan ərazisində başqa abidə yoxdur.
Şübhəsiz ki, karvansaranın tarixinin araşdırılmasında görkəmli alim M.Nemətovanın rolu danılmazdır. Karvansara üzərindəki daş kitabənin oxunması ilə abidənin kim tərəfindən tikilməsi məsələsinə də məhz M.Nemətova aydınlıq gətirmişdir. Karvansaranın araşdırlması məsələsinə toxunarkən dəyərli tədqiqatçı Kamil Dərələyəzlinin (Məmmədovun) adını çəkməyə bilmərik. K.Dərləyəzlinin “Dərələyəz od içində” adlı kitabında Dərələyəz abidələri adlı bölməsində Səlim karvansarayı haqqında geniş bəhs etmişdir. K.Dərələyəzli kitabında karvansaradan bəhs edən məqaləni “AĞ KƏND KARVANSARASI” adlandırmışdır. Müəllifin fikirincə yerli əhali tərəfindən vaxtı ilə Şah Abbas və ya Səlim Karvansarası adlandırılması karvansaranın Türkiyə Sultanı Yavuz Sultan Səlim yaxud Səfəvi hökmdarı I Şah Abbas tərəfindən tikilməsi ilə bağlı yanlış təsəvvürdür.
Səlim Karvansarası kim tərəfindən tikilib?

Karvansaranın giriş qapısı (1,80x1,13m) üzərində fars dilində daşa (l,87x0,86m) oyularaq, həkk olunmuş kitabədə 1329-cu ildə Azərbaycan Elxanilər dövlətinin hökmdarı Əbu Səid xan Bahadur tərəfindən tikdirildiyi qeyd olunmuşdur. Kitabədə deyilir: "Əbu Səid xan Bahadur - dünyanın sultanı, insanların padşahı, ərəblərin və ərəb olmayanların hökmdarı, bütün xalqların çarı -Allah onun hökmranlığını və sultanlığını əbədi etsin - vaxtında bina olundu. Xeyrat sahibi Çuşkyab ibn (oğlu) Ləvənd ibn …şah Nur ibn … 729-cu il tarixdə" h.729–1328
Karvansaranın yerləşdiyi ərazidəki Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamış və kənddə ilk ermənilər (rəsmi statistikaya görə 172 nəfər) 1923–1925-ci illərdə köçürülüb məskunlaşmışlar. Həmin ərazilərdə yaşayan azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra Ermənistan hökuməti Səlim karvansarası ilə bağlı faktları tamamilə saxtalaşdıraraq, onu dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edir.
Ermənilər sözügedən karvansaranın tarixini hələ 60-cı illərdən saxtalaşdırmağa başlayaraq M.Harutyunyanın "Micnadaryan Hayasdani karavanadnerç u kamuçneri" (Erevan, 1960) kitabında abidəni erməni abidəsi kimi təqdim etməyə başlamışlar. Hətta daş kitabənin üzərinə saxta mətnlər də yerləşdirblər. Tədqiqatçı K.Dərələyəzli erməni tarixçilərinin tarixi Azərbaycan ərazilərindəki müxtəlif abidələri utanmadan öz adlarına çıxmalarını faktlarla ifşa edib: "M.Harutunyan "Orta yüzillərdə Ermənistanda karvansaralar və körpülər" kitabında Səlim karvansarası kimi hallanmasına baxmayaraq utanmadan qeyd edir: "1935-ci ildə S.Barxudyanın "Ermənistanın mədəniyyət abidələri" kitabında bildirilir ki, karvansaranın sənduqələrindəki yazı heç bir əhəmiyyət kəsb etmir (tarixşünaslıqda ənənəvi saxta erməni metodologiyası K.Həsənova, S.Vəkilov ), yalnız karvansara ümumittifaq əhəmiyyət kəsb etdiyi üçün Şərq xalqlarına burada dincəlmək və istirahət etmə imkanı vermək nöqteyi-nəzərindən yazılıb. Abidə Orbelyanlar nəslindən hökmdarlar hökmdarı Sumbatın və ya Liparid hökmdarı şərəfinə 781(1332)-ci ildə inşa olunub".
Hazırda turizm ərazisi kimi istifadə edilən Səlim karvansarası (www.findarmenia.ru/armenia/raznoe/selimskiy-karavan-saray) ermənilər tərəfindən ictimaiyyətə belə təqdim olunur: “Səlim karvansarayı 1332-ci ildə Çezar Orbelyan dövründə tikilib. O, günlərdən Sünik knyazları Orbelyan Çingiz xanın nəvəsindən nəinki mülklərini geri qaytarmaq , həm də öz daxili işləri ilə sərbəst məşğul olmaq imkanı əldə etmişlər”.
Mədəni irsin qorunmasına dair beynəlxalq hüquqi təminatlar.
Sözügedən mədəni irsin qorunması 16 noyabr 1972-ci il tarixində Parisdə qəbul edilmiş UNESCO -nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyaya əsasən həyata keçirilir. Onu da qeyd edək ki, 5 sentyabr 1993-cü il tarixndə Ermənistan Respublikası, 6 dekabr 1993-cü il tarixində Azərbaycan Respublikası sözügedən Konvensiyaya qoşulmaqla dünya mədəni irsinin qorunması ilə bağlı beynəlxalq birlik qarşısında öhdəlik götürmüşdür. Lakin göründüyü kimi bütün məsələlərdə olduğu kimi ermənilər bu məsələdə də öhdəliklərini kobud surətdə pozurlar.
Qəbul edilmiş Konvensiyanın 1-ci maddəsinə əsasən «mədəni irs» dedikdə: “Abidələr: memarlıq, monumental heykəltəraşlıq və boyakarlıq əsərləri, arxeoloji xarakterli ünsürlər və ya strukturlar, kitabələr, mağara məskənləri və tarix, incəsənət, yaxud elm baxımından görkəmli universal dəyərə malik ünsür qrupları” nəzərdə tutulur.
Konvensiyanın 6-cı maddəsində deyilir: Bu Konvensiyanın hər bir tərəf-dövlətləri ərazisində yerləşən,1 və 2-ci maddələrdə müəyyən edilmiş mədəni və təbii irsi olan dövlətlərin suverenliyinə tam hörmət etməklə və milli qanunvericiliklə həmin irs barəsində nəzərdə tutulan hüquqlara xələl gətirməklə, onun bütün beynəlxalq birliyin mühafizə etməyə borclu olduğu ümumi irs olduğunu etiraf edirlər.
Bu Konvensiyanın hər bir tərəf-dövləti bu Konvensiyanın digər tərəf-dövlətlərinin ərazisindəki 1 və 2-ci maddələrdə xatırlanan mədəni və təbii irsə birbaşa, yaxud dolayısı ilə xələl gətirə bilən hansısa qərəzli hərəkət etməməyi öhdəsinə götürür.
Yuxarıda göstərildiyi kimi Ermənistan tərəfi tarixi abidələri saxtalaşdırmaqla UNESCO qarşısında götürdüyü öhdəlikləri kobud surətdə pozur. Azərbaycan tərəfi bu məsələdə öz prinsipial mövqeyini iki aspektdə irəli sürməsi daha təsirli olar.

1) Tarixi aspekt
2) Hüquqi aspekt

Hesab edirik ki, tarixi dəlilərlə məhz həmin abidələrin Azərbaycana məxsus olmasını, hüquqi dəlilərlə isə Ermənistanın beynəlxalq birlik qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etməliyik.


ADPU-nun filologiya fakultəsinin dekanı, f.ü.f.doktoru, dosent,
UNESCO klubunun rəhbəri Könül Həsənova
Tədqiqatçı-hüquqşünas Səməd Vəkilov
14-07-2024, 17:45
Almaniyanın cənubunda atışma - Ölənlər var


Almaniyanın cənubunda atışma - Ölənlər var

Almaniyanın cənub-qərbindəki Albstadt şəhərində (Baden-Vürtemberq federal əyaləti) atışma nəticəsində bir neçə nəfər ölüb.
Atışmada daha bir neçə nəfər yaralanıb.
Nəşrin məlumatına görə, atəş açan ovçu olub. Hazırda onlarla polis maşını və iki xilasedici helikopter hadisə yerindədir.
"Sudwest Presse" qəzetinin yazdığına görə, cinayətdən əvvəl ailə münaqişəsi baş verib, nəticədə kişi üç ailə üzvünü öldürüb.
14-07-2024, 17:20
Biləsuvarda qaz xətti zədələndi - Kənd qazsız qaldı


Biləsuvarda qaz xətti zədələndi - Kənd qazsız qaldı

Biləsuvar rayonunda yeraltı qaz xəttinin zədələnməsi nəticəsində bir kənd qazsız qalıb.
Rayonun Əsgərabad kəndində rayon işıq idarəsi tərəfindən işıq dirəkləri basdırılan zaman diametri 160 mm-lik yeraltı orta təzyiqli qaz xəttini zədələnib.
Nəticədə Əsgərabad kəndinin 800 abonentin qaz təchizatı dayandırılıb.
Qəzanı aradan qaldırmaq üçün işlər görülür.
14-07-2024, 17:00
Trampa sui-qəsd xalqın iradəsinə hücumdur - Türkiyə XİN


Trampa sui-qəsd xalqın iradəsinə hücumdur - Türkiyə XİN

ABŞ-nin keçmiş prezidentinə və qarşıdan gələn seçkilərdə prezidentliyə namizədlərdən biri olan Donald Trampa Pensilvaniyada seçki kampaniyası zamanı edilən hücumu ən sərt şəkildə qınayırıq.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilir.
"Sözügedən sui-qəsd həm də xalqın iradəsinə hücumdur. Demokratik siyasətə zorakılıq, dövlət çevrilişi və digər qeyri-qanuni yollarla müdaxilə yolverilməzdir.
Ümid edirik ki, ABŞ-də seçkilər dinc şəraitdə baş tutacaq", - XİN qeyd edib.
14-07-2024, 16:28
DÜNƏNİN, BUGÜNÜN, SABAHIN QƏZETİ


DÜNƏNİN, BUGÜNÜN, SABAHIN QƏZETİ

“Vedibasar” qəzetilə, onun təsisçisi və baş redaktoru Sərtib İslamoğluyla tanış olduğum gündən düz 14 il keçir. Bu xoş təsadüf Azərbaycanımızın Müstəqillik Günü ərəfəsində olduğuna görə yaşadığım o xoş xatirələri hər il bu ərəfədə xəyalımda bir daha yaşayır, xoşhal oluram. Yaxınlarımla bölüşürəm. Məmnunluğumu gizlətmirəm.
Amma bu dəfə borc bildim ki, bir-birini tamamlayan bu ideoloji-sosial tandem barədə təəssüratımı, fikirlərimi daha geniş auditoriyada oxucularla bölüşüm, vətən həsrətiylə yaşayan niskilli yurddaşlarımın 20 ildən artıq müddətdə ürəyinə su çiləməyi, dərdlərinə şərik olmağı, nikbinlik ruhunu saxlamağı, hər birimizin qəlbindən doğma yurdlarımıza körpü salmağı bacaran “Vedibasar”ın əməyindən, əzəmətindən danışım. Bəli, cürətlə deyə bilərəm ki, “Vedibasar” sadəcə bir qəzet deyil, o, 20 ildən artıq müddətdə dövlətimizin siyasi-ideologiyasına, milli-mənəvi, tarixi və maddi-mədəni dəyərlərin qorunmasına xidmət edən ideoloji baza və aparıcı təbliğat maşınıdır.
Dahi Heydər Əliyevin tez-tez müxtəlif kürsülərdən öz çıxışlarında olduqca nikbin və kəsərli tərzdə “Qərbi Azərbaycan ərazilərindəki əzəli torpaqlarımıza qayıdacağıq” mesajının eskiz-layihəsinin həyata keçirilməsinin davamı olaraq Ölkə Prezidenti İlham Əliyevin Qərbi Azərbaycana Qayıdışla bağlı Qərbi Azərbaycan İcmasındakı məlum 24 dekabr 2022-ci il tarixli proqram xarakterli tarixi çıxışı və ondan sonra verilən əməli start da göstərdi ki, “Vedibasar” öz fəaliyyətini olduqca nikbin ictimai-siyasi notlar üzərində qurub, indiyədək dövlətinin və xalqının mənafeyi üçün ləyaqətlə xidmət edib.
***
2010-cu ilin bu günlərində tanınmış ziyalı, professor Əsgər Zeynalovla Azərbaycan nəşriyyatına getmişdik. 6-cı mərtəbənin dəhlizinə çatanda birdən o, qolumdan çəkib üzərində “Vedibasar” lövhəciyi yazılmış bir qapıya tərəf yönəltdi məni. “Gəl bura, səni bir qeyrətli oğulla tanış edəcəyəm” dedi. Daxil olduq otağa. Otaqdakı üzü nurlu insan indi artıq çox yaxşı tanıdığım Sərtib müəllim idi. Əsgər müəllim bizi tanış etdikdən sonra bir az dərdləşdik. Söhbətimizin qayəsi şəxsi həyat problemləri deyil, milli dəyərlər, elm, mədəniyyət, işğal olunmuş torpaqlarımız, vətən, yurd həsrəti barədə oldu. Təxminən 20 dəqiqəlik söhbətdən və Sərtib İslamoğluyla tanışlıqdan çox məmnun qaldım. “Vedibasar” qəzeti barədə əvvəllər geniş məlumatım olmasa da bu görüş, bu təbii, doğma münasibət məni ovsunladı. Yavaş-yavaş mən bu qəzetə, kollektivə bağlanmağa başladım. Etiraf edim ki, “Vedibasar”la, onun təsisçisi və baş redaktoru Sərtib İslamoğluyla tanış olduqdan sonra sanki üzümə bir ümid qapısı açıldı. Əvvəl vaxtlarda bura dərc edilmək üçün məqalələr aparırdımsa, daha sonra vətən həsrətiylə dolan ürəyimi boşaltmaq üçün də getməyə başladım. Sanki təsəlli almaq üçün özümə bir isti ocaq, qibləgah tapdım. Çünki “Vedibasar” redaksiyasında Sərtib müəllim başda olmaqla kiçik kollektiv tərəfindən o qədər gözəl, doğma, milli-dəyərlərlə dolu atmosfer yaradılıb ki, adam bura gələndə getmək belə istəmir. Bir stəkan çaylarını içib, pozitiv əhval alana kimi heç səni buraxmırlar da. Bura nə qədər “qanıqara” gəlsən də gedəndə pozitiv əhvalla, sanki vətən qoxusunu almış kimi, o isti ocaq qırağında bir stəkan çay içmiş kimi gedirsən burdan. Güman edirəm ki, “Vedibasar” bu minvalla özü yaşamaqla bərabər yüzlərlə, minlərlə, on minlərlə yurd həsrətli insanı mənəvi olaraq yaşadır.
Görünür, məhz qeyd etdiyim bu isti münasibətlərə görə bu gün informasiya məkanında yazılı mətbuatın rəqabətdə bir qədər geri qalmasına baxmayaraq ayda iki sayı çap olunan “Vedibasar” hələ də öz oxucu auditoriyasını saxlamaqda davam edir. Düşünürəm ki, köhnə mətbu yayım ənənəsindən çıxmadan sürətli informasiya dövründə rəqabətə davam gətirməsi və ciddi maliyyə çətinliklərini dəf edə-edə bu günədək oxucularının xidmətində olması, yalnız abunəçilərin hesabına özünü maliyyələşdirən, ayaqüstə qalan “Vedibasar”ın kimlik vəsiqəsidir. Yəqin ki, bu qəzet sevilməsə, oxucunu təmin edə bilməsə idi iyirmi ildən artıq müddəti belə şərəflə gəlib bu gün də bir yazılı mətbu orqan olaraq ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək qüdrətinə, qabiliyyətinə malik ola bilməzdi.
“Vedibasar” üzərində olduqca məsuliyyətli və şərəfli bir missiyanı daşıyır. Müstəqil ictimai-siyasi qəzet olaraq ölkədə baş verən ictimai-siyasi hadisələrdən, ölkə rəhbərliyinin uğurlu siyasi, diplomatik addımlarından tutmuş, son illərin ən aktual məsələlərindən olan Qərbi Azərbaycan İcmasının gördüyü işlərə, keçirdiyi tədbirlərə, ölkəmizin elmi-mədəni nailiyyətlərinə, tarixi məlumatlara, tədqiqat-araşdırma materiallarına, sosial-iqtisadi məsələlərə, poeziya nümunələrinə, idman uğurlarınadək bütün mövzuları işıqlandırmağa macal tapır. Maraqlıdır ki, bütün bu vacib amillər yüksək səviyyəli, peşəkar jurnalistika işi çərçivəsində qəzetin öz dəst-xəttinə uyğun olaraq uzun illərboyu sistem halında idarə olunur. Görünür, bu peşəkarlıq Sərtib müəllimdə hələ illər öncə, Respublikanın başı üstünü qara buludlar aldığı ötən əsrin 88-ci illərində Qarabağda azğın separatçıların baş qaldırdığı vaxtlarda müvafiq Dövlət strukturunda mətbuata nəzarət vəzifəsini yerinə yetirdiyi dövrdə formalaşmışdı. Həmin dövrdə o nəinki separatçı xarakterdə olan yazıları respublikanın mətbu orqanlarında dərc olunmasının qarşısı alıb, həm də onlara bilavasitə himayədarlıq edən Mockva təyinatlı yerli rəhbərlərlə mübarizə apararaq Azərbaycan, dövlətimiz naminə, özünü təhlükə qarşısına ataraq qətiyyətini, sözünün kəsərini ortaya qoya bilmişdi. Məhz möhkəm xarakterli, saf əqidəli, vətənpərvər Sərtib Məhərrəmov özünü bu mübarizə meydanında sübut edə, gələcək peşəkar jurnalist karyerasına möhkəm təməlli yol sala bilmişdir. O yol ki, bu gün özünün də dediyi kimi - “öz əqidə, amalı və sevgisindən” yaradıb ərsəyə gətirdiyi, balası qədər sevdiyi və artıq özünü respublikanın mətbuat məkanında təsdiq eləmiş “Vedibasar”ı evlərə, qəlblərə, eləcə də elm, mədəniyyət ocaqlarına aparır. “Vedibasar” materiallarından mənbə kimi istifadə edilir. Bu məqamları nəzərə alan Sərtib İslamoğlu maliyyə çətinliklərinə baxmadan qəzetin illik saylarını kitab şəklində çap etdirməklə oxucu üçün daha rahat şərait yaratmış və bununla jurnalistika sahəsində bir ilkə yeniliyə imza atmışdır. Yeri gəlmişkən, bu yaxınlarda “Vedibasar”ın artıq 21-ci cildi də işıq üzü gördü.
Düşünürəm ki, məhz elə həm qəzetin qazandığı nüfuzuna, sanbalına, həm də baş redaktoru Sərtib İslamoğlunun peşəkar, yenilikçi jurnalist kimi müsbət keyfiyyətlərinə görədir ki, ölkəmizdə və onun hüdudlarından kənarda yaxşı tanınan akademik Nizami Cəfərov, Hidayət Orucov, Polad Bülbüloğlu, Əsgər Zeynalov, mərhumlar Buludxan Xəlilov, İsrafil Məmmədov, elm, incəsənət, mədəniyyət, siyasət adamlarının yazıları mütəmadi olaraq bu qəzetdə dərc edilir, oxucu xidmətinə təqdim olunur.
Əlavə etməyi borc bilirəm ki, bu peşəkar mətbuat işçisinin doğum günü də məhz öz peşə bayramıyla üst-üstə düşür. Bu təsadüfdür, yoxsa tale, alın yazısı? Bilmirəm.
Odur ki, fürsətdən istifadə edib bu yüksək kürsüdən Sərtib İslamoğlunu həm qarşıdan gələn yubiley 70 yaşı, həm də 22 iyul Mətbuat Günü münasibətilə böyük səmimiyyətlə təbrik edirəm!
Bütün qeyd etdiyim vicdanlı, ləyaqətli işlərə görə artıq ölkəmizin mətbuat arenasında öz imzasını təsdiqləmiş, tutduğu doğru yolla başıuca addımlayan əziz “Vedibasar”ımızın yaradıcısı və sükanı arxasında olan Sərtib İslamoğluna, eləcə də kollektivin digər üzvlərinə və bu qəzetin nüfuzuna, cəfakeşliyinə böyük dəyər verib məqalələr dərc etdirən, böyük elmi titullara və nüfuza malik olan ziyalılarımıza öz təşəkkürümü bildirir və deyirəm: “Zəhmətiniz hədər deyil, əziz dostlar!”

Hüseyn-Xəzər,
AJB-nin üzvü

"Bütöv Azərbaycan" qəzeti 12 iyul 2024
14-07-2024, 16:17
Arzuları ürəyində qalan bala


Arzuları ürəyində qalan bala

Qubanın “Şəhidlər xiyabanı”nda əbədi uyuyan igid oğullarımızdan biri də rayonumuzun Davidoba kəndindən olan Cabbarov Orxan Hətəm oğludur. Orxanı artıq hər birimiz tanıyırıq. Lakin onun həyat və fəaliyyəti, döyüş yolu, daşa dönmüş arzu və istəkləri barədə bilmədiklərimiz bildiklərimizdən heç də az deyil. Odur ki, Şəhid Orxan Cabbarovu daha geniş oxucu auditoriyasına tanıtmaq məqsədilə atası Hətəm kişinin evinə yollandım. İçəridən yanıqlı bayatı səsi gəlirdi.
Əzizim oğlum getdi,
Sevincimi aldı getdi.
Quruca canım qalıb,
Əqlimi aldı getdi.

Ağırdır, oğul dərdi,
Çəkirəm oğul dərdi.
Yaman əydi qəddimi,
Çəkdikcə oğul dərdi.


Ehmalca həyət qapısının zəngini basdım. Qapını üzümə açan şəhidin atası Hətəm kişi idi. Hava soyuq olduğundan tez evə daxil olduq. Hələ də özümə gələ bilmirdim, nə deyəcəyimi, nəyi soruşacağımı unutmuşdum. Sükutu qapının səsi pozdu. İçəri daxil olan şəhidin anası Zülfiyyə və bacısı Gülşən idilər. Məqsədimi anlayan Zülfiyyə ana məni oğlunun şərəfinə otaqların birində təşkil olunan xatirə guşəsinə apardı. Qürurlu gözləri sual dolu ana ciyər parasını, qeyrətli Vətən oğlunu belə xatırladı:
“Orxan çox səliqəli oğlan idi. Onu dediyindən döndərmək mümkün deyildi. Orxan bilirdi ki, Vətən dardadır. Odur ki, döyüşə yollandı. Sonra da Tanrı əlimizdən dərgahına aldı onu.”
Bayaqdan qəhərlənmiş Hətəm kişi də göz yaşlarını silərək bizi oğlunun tərcümeyi-halı ilə tanış etdi.
Orxan Cabbarov 1994-cü ilin sentyabrın 29-da Quba rayonunun Davidoba kəndində dünyaya göz açmışdı. 2000-ci ildə ailə üzvləri ilə birlikdə Qazaxıstanın Rudniy şəhərinə köçmüş, 2001-ci ildə Rudniy şəhər 10 saylı orta məktəbinə daxil olmuşdur. 2006-cı ildə ailə üzvləri ilə birlikdə ölkəmizə qayıdaraq təhsilini şəhid Saleh Şahbalayev adına Hacıhüseynli kənd tam orta məktəbində davam etdirmişdir. 2013-cü il iyunun 4-də həqiqi hərbi xidmətə çağırılmış və 2015-ci ilin 1 yanvarına qədər N saylı hərbi hissədə xidməti başa vurmuşdur. 2017-ci ilin fevral ayının 15-dən mart ayının sonuna kimi MAHHXHQ-nın hazırlıq kursunda təlim keçmişdir. 2017-ci ilin aprel ayının 27-də N saylı hərbi hissədə BTR-82A-ya sürücü-mexanik vəzifəsinə təyin edilmişdir. 2020-ci ilin sentyabr ayının 27-də Vətənimizin azad olunması uğrunda başlanan Vətən müharibəsində döyüşlərə qatılmışdır. Füzuli, Cəbrayıl, Suqovuşan, Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Orxan Cabbarov 8 noyabr tarixində düşmən üzərində qələbə çalınandan yeddi ay sonra, 2021-ci ilin iyul ayında Gizirlik kursuna daxil olub. 2021-ci il sentyabr ayında kursu bitirdikdən sonra xidmətini BTR komandiri vəzifəsində işğaldan azad olunmuş Laçın, Kəlbəcər rayonları ərazilərində gizir kimi davam etdirib.
2021-ci il 16 noyabrda cəsur döyüşçü, doğma Vətənini öz canından çox istəyən, bütün varlığı ilə torpağını, xalqını sevən 27 yaşlı Orxan Cabbarov komandiri olduğu BTR-də partladılaraq, ekipaj üzvləri ilə birlikdə şəhidlik zivəsinə ucalmış, 2021-ci il, 18 noyabrda Quba rayonun Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən gizir Orxan Cabbarov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Daha sonra 27 dekabr 2021-ci il tarixli Prezident Sərəncamı ilə Şəhid Orxan Cabbarov ölümündən sonra “III Dərəcəli Rəşadət” ordeni ilə təltif edilmişdir.
Kəndin girəcəyində Orxan Cabbarovun portreti qoyulmuşdur. Ürəyində şəhidlərin ruhunu yaşadan, onları öz doğma övladı sayan, xəmiri milli-mənəvi dəyərlərimizlə yoğrulan hər kəs bu portretin qarşısında ayaq saxlayaraq, onunla – uşaq yaşlarından vətənpərvər ruhda böyüyən Orxanla qəlbən söhbət etməyi özlərinə borc bilirlər.
Evin otaqlarının birində şəhid Orxan Cabbarovun xatirəsinə həsr edilən guşədə Orxanın şəkilləri, orden-medalları, onların vəsiqələri, çoxlu əl işləri diqqətimi cəlb etdi. Guşədə qoyulmuş masanın üstündə bir qovluq da var idi. Onu açıb baxdım.
Bu qovluqda Orxanın əllə çəkdiyi çoxlu sayda rəsmləri toplanmışdı. İndi də şəhidin bacısı Gülşən xanım qardaşı haqqında xatirələrini bizimlə bölüşərək bildirdi ki, Orxan ailənin ümidi, köməyi idi. Qardaşım kiçik yaşlarından rəssamlığa həvəs göstərirdi, təhsil aldığı məktəbin sərgi lövhələri və tədbirləri Orxanın əl işləri ilə bəzənərdi. Rəssamlıq bacarığı, yaxşı oxumağı və nizam-intizamı ilə fərqləndiyinə görə məktəb rəhbərliyi tərəfindən bir-neçə dəfə fəxri fərmanlarla təltif olunmuşdu.
İndi şəhid qardaşımdan yaddaşlarda yaşayacaq həzin xatirələr, bir də əl işləri qalıb...
Mənə elə gəlir ki, rəssamlıq bütün sənətlərin ən gözəlidir. Ona görə ki, rəsm əsəri duyğuları birləşdirir. Ona baxanda hər kəs xəyalının ifadəsi ilə bir zaman yarada bilər. Bu sənətin ucalığıdır. İnsan üçün bir yüksək məqam da var -Vətən! Vətənə olan sevginin ən yüksək forması məncə igid oğulların onun dar günündə harayına səs verməsi, onun azadlığı uğrunda gözünü qırpmadan canından keçməsidir.
Bu gün artıq əbədiyaşar qəhrəmanlarımız üçün rəsm əsərləri çəkilir, şeirlər yazılır, mahnılar bəstələnir, kitablar çap edilir. Çünki, bu qəhrəmanlar əbədi yaşamaq haqqı qazanıblar.
Baxışına nisgil, həsrət hopmuş şəhid Orxan Cabbarovun bu qısa ömür salnaməsini onun haqqında qələmə aldığım şeirlərdən birinin iki bəndi ilə bitirmək istəyirəm :
Gör neçə ürəyi fələk dağladı,
Anan ağı dedi, səni ağladı.
Bacın Gülşənin də üzü saraldı,
Gələndən bəd xəbər şəhid Orxanın.

Hər gün dilə gəlir, susmur o dillər,
Məzarın üstünü bəzəyir güllər.
Yas tutub, oxumur indi bülbüllər,
Gələndən bəd xəbər şəhid Orxanın.


Bəli, say-seçmə oğullarımızı itirdi Vətən. Torpaq uğrunda, namus-qeyrət uğrunda qurban getdi çinar boylu, şair ürəkli, Nəsimi dözümlü, Koroğlu nərəli ərənlərimiz.
Azərbaycan xalqının belə igid qəhrəman oğullarından biri olan Cabbarov Orxan Hətəm oğlu da ürəklərə köçüb, əbədiyyətə qovuşdu.
Uyu qardaşım! Küknar ağacları ilə əhatələnmiş Qubanın Şəhidlər xiyabanında rahatca uyu! Sənin məzarın bütün qubalıların ziyarətgahı olacaq.
Süleyman İSKƏNDƏROV,
A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclisinin üzvü
12 aprel 2024-cü il
Qımıl kəndi
14-07-2024, 15:45
Bakıda binada yanğın - Sakinlər təxliyə edildi


Bakıda binada yanğın - Sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.
Məlumata görə, Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 84 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan mənzilin dəhlizi 8 m² sahədə qarsalanıb və 3-cü mərtəbədə yerləşən mənzilin 1 ədəd plastikdən ibarət pəncərəsi əriyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!