Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 14-07-2024, 19:17
UNESCO-nun mədəni dəyərləri kontekstində Səlim Karvansarayının mühafizəsi


UNESCO-nun mədəni dəyərləri kontekstində Səlim Karvansarayının mühafizəsi - İkinci yazı

Azərbaycan xalqının zəngin mədəni (maddi və qeyri-maddi) irsinin böyük bir hissəsi qədim yurd yerimiz olan Qərbi Azərbaycanda qalmaqdadır. Əsrlərlə yaşadığımız əzəli torpaqlarmızda tarixin müxtəlif mərhələlərində yaratdığımız mədəni irsimizi 3 kateqoriyaya ayırmaq olar.
1) Qeyri-maddi mədəni irs nümunələri.
2) Maddi mədəni irs nümunələri.
3) Təbii irs nümunələri.

Hər üç kateqoriyadan olan mədəni irs nümunələrimizin tədqiqi mühafizəsi ilə bağlı ciddi fəaliyyətlərin görülməsi tarixi zərurətdir. Biz bu araşdırmada 2-ci kateqoriyadan olan maddi mədəniyyət nümunələrimizin vacib tərkib hissəsi olan tarixi abidələrimizin mühafizəsi ilə bağlı beynəlxalq hüquqi təminatlara toxunacayıq.

Qərbi Azərbaycanın incisi olan Dərələyəz mahalı tarixi mədəni irsimizin ən dərin qatlarında özünə yer tutur. Memarlıq quruluşuna və daşıdığı məna çalarlarına görə bu tarixi abidələr içərisində karvansaralar xüsusi yer tutur. Dərələyəz mahalının Ağkənd kəndi ərazisində yerləşən Səlim karvansarayı da bu qəbildən olan mədəniyyət abidələrimizdəndir. Təəssüf ki, Səlim karvansarayının harada yerləşməsi ilə bağlı bəzi mənbələrdə yanlışlara yol verilmişdir. Əksər araşdırmaçılar tərəfindən karvansarayın Dərələyəz mahalının Ağkənd kəndi ərazisində yerləşməsi haqqında fikir birliyi olsa da bəzi mənbələrdə yanlış olaraq karvansarayın Zəngəzur mahalı ərazisində yerləşməsi barədə fikirlər yer almışdır. Məsələyə aydınlıq gətirək.
Səlim karvansaryı harada yerləşir Dərələyəzdə yoxsa Zəngəzurda?
Səlim karvansarayının Zəngəzur ərazisində yerləşməsi haqqında Naxçıvan Ensklopediyasında (Bakı -2002, səh 594, Səlim Karvansaryı məqaləsi səhifə 511) fikirlər hansı mənbədən qaynaqlanır. Onu da qeyd edək ki, bu mənbə əsasında digər müəlliflər və Vikipediya Açıq Ensklopediyasında da məqalə yer almaqdadır. Naxçıvan Ensklopediyasında yer almış məqalənin istifadə etdiyi ədəbiyyata nəzər yetirdikdə bəlli olur ki, görkəmli tarixçi alim tarixi abidələrin mahir bilicisi Məşədixanım Nemətovanın “Elm və həyat” jurnalının 1997-ci il tarixli 2-ci sayında yer almış “Köprükəndə konfrans” adlı məqaləyə istinad edilmişdir. Araşdırma məqsədi ilə ilkin mənbə kimi istinad olunan tarixçi alim M.Nemətovanın sözügedən məqaləsinə baxış keçirdik.
Bəlli oldu ki, Məşədixanım Nemətova Türkiyədə iştirak etdiyi konfrans barədə məlumat verəkən Səlim karvansarasından danışarkən “Zəngəzur yolunda Səlim keçidində” yerləşən ifadəsi yanlış olaraq Zəngəzur kimi başa düşülüb. Göründüyü kimi karvansaranın Zəngəzur ərazisində yerləşməsi ilə bağlı irəli sürülən fikirlərin heç bir əsası yoxdur. Tarixi abidə Dərələyəz mahalının Ağkənd kəndi ərazisində yerləşir və bu adda Qərbi Azərbaycan ərazisində başqa abidə yoxdur.
Şübhəsiz ki, karvansaranın tarixinin araşdırılmasında görkəmli alim M.Nemətovanın rolu danılmazdır. Karvansara üzərindəki daş kitabənin oxunması ilə abidənin kim tərəfindən tikilməsi məsələsinə də məhz M.Nemətova aydınlıq gətirmişdir. Karvansaranın araşdırlması məsələsinə toxunarkən dəyərli tədqiqatçı Kamil Dərələyəzlinin (Məmmədovun) adını çəkməyə bilmərik. K.Dərləyəzlinin “Dərələyəz od içində” adlı kitabında Dərələyəz abidələri adlı bölməsində Səlim karvansarayı haqqında geniş bəhs etmişdir. K.Dərələyəzli kitabında karvansaradan bəhs edən məqaləni “AĞ KƏND KARVANSARASI” adlandırmışdır. Müəllifin fikirincə yerli əhali tərəfindən vaxtı ilə Şah Abbas və ya Səlim Karvansarası adlandırılması karvansaranın Türkiyə Sultanı Yavuz Sultan Səlim yaxud Səfəvi hökmdarı I Şah Abbas tərəfindən tikilməsi ilə bağlı yanlış təsəvvürdür.
Səlim Karvansarası kim tərəfindən tikilib?

Karvansaranın giriş qapısı (1,80x1,13m) üzərində fars dilində daşa (l,87x0,86m) oyularaq, həkk olunmuş kitabədə 1329-cu ildə Azərbaycan Elxanilər dövlətinin hökmdarı Əbu Səid xan Bahadur tərəfindən tikdirildiyi qeyd olunmuşdur. Kitabədə deyilir: "Əbu Səid xan Bahadur - dünyanın sultanı, insanların padşahı, ərəblərin və ərəb olmayanların hökmdarı, bütün xalqların çarı -Allah onun hökmranlığını və sultanlığını əbədi etsin - vaxtında bina olundu. Xeyrat sahibi Çuşkyab ibn (oğlu) Ləvənd ibn …şah Nur ibn … 729-cu il tarixdə" h.729–1328
Karvansaranın yerləşdiyi ərazidəki Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamış və kənddə ilk ermənilər (rəsmi statistikaya görə 172 nəfər) 1923–1925-ci illərdə köçürülüb məskunlaşmışlar. Həmin ərazilərdə yaşayan azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra Ermənistan hökuməti Səlim karvansarası ilə bağlı faktları tamamilə saxtalaşdıraraq, onu dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edir.
Ermənilər sözügedən karvansaranın tarixini hələ 60-cı illərdən saxtalaşdırmağa başlayaraq M.Harutyunyanın "Micnadaryan Hayasdani karavanadnerç u kamuçneri" (Erevan, 1960) kitabında abidəni erməni abidəsi kimi təqdim etməyə başlamışlar. Hətta daş kitabənin üzərinə saxta mətnlər də yerləşdirblər. Tədqiqatçı K.Dərələyəzli erməni tarixçilərinin tarixi Azərbaycan ərazilərindəki müxtəlif abidələri utanmadan öz adlarına çıxmalarını faktlarla ifşa edib: "M.Harutunyan "Orta yüzillərdə Ermənistanda karvansaralar və körpülər" kitabında Səlim karvansarası kimi hallanmasına baxmayaraq utanmadan qeyd edir: "1935-ci ildə S.Barxudyanın "Ermənistanın mədəniyyət abidələri" kitabında bildirilir ki, karvansaranın sənduqələrindəki yazı heç bir əhəmiyyət kəsb etmir (tarixşünaslıqda ənənəvi saxta erməni metodologiyası K.Həsənova, S.Vəkilov ), yalnız karvansara ümumittifaq əhəmiyyət kəsb etdiyi üçün Şərq xalqlarına burada dincəlmək və istirahət etmə imkanı vermək nöqteyi-nəzərindən yazılıb. Abidə Orbelyanlar nəslindən hökmdarlar hökmdarı Sumbatın və ya Liparid hökmdarı şərəfinə 781(1332)-ci ildə inşa olunub".
Hazırda turizm ərazisi kimi istifadə edilən Səlim karvansarası (www.findarmenia.ru/armenia/raznoe/selimskiy-karavan-saray) ermənilər tərəfindən ictimaiyyətə belə təqdim olunur: “Səlim karvansarayı 1332-ci ildə Çezar Orbelyan dövründə tikilib. O, günlərdən Sünik knyazları Orbelyan Çingiz xanın nəvəsindən nəinki mülklərini geri qaytarmaq , həm də öz daxili işləri ilə sərbəst məşğul olmaq imkanı əldə etmişlər”.
Mədəni irsin qorunmasına dair beynəlxalq hüquqi təminatlar.
Sözügedən mədəni irsin qorunması 16 noyabr 1972-ci il tarixində Parisdə qəbul edilmiş UNESCO -nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyaya əsasən həyata keçirilir. Onu da qeyd edək ki, 5 sentyabr 1993-cü il tarixndə Ermənistan Respublikası, 6 dekabr 1993-cü il tarixində Azərbaycan Respublikası sözügedən Konvensiyaya qoşulmaqla dünya mədəni irsinin qorunması ilə bağlı beynəlxalq birlik qarşısında öhdəlik götürmüşdür. Lakin göründüyü kimi bütün məsələlərdə olduğu kimi ermənilər bu məsələdə də öhdəliklərini kobud surətdə pozurlar.
Qəbul edilmiş Konvensiyanın 1-ci maddəsinə əsasən «mədəni irs» dedikdə: “Abidələr: memarlıq, monumental heykəltəraşlıq və boyakarlıq əsərləri, arxeoloji xarakterli ünsürlər və ya strukturlar, kitabələr, mağara məskənləri və tarix, incəsənət, yaxud elm baxımından görkəmli universal dəyərə malik ünsür qrupları” nəzərdə tutulur.
Konvensiyanın 6-cı maddəsində deyilir: Bu Konvensiyanın hər bir tərəf-dövlətləri ərazisində yerləşən,1 və 2-ci maddələrdə müəyyən edilmiş mədəni və təbii irsi olan dövlətlərin suverenliyinə tam hörmət etməklə və milli qanunvericiliklə həmin irs barəsində nəzərdə tutulan hüquqlara xələl gətirməklə, onun bütün beynəlxalq birliyin mühafizə etməyə borclu olduğu ümumi irs olduğunu etiraf edirlər.
Bu Konvensiyanın hər bir tərəf-dövləti bu Konvensiyanın digər tərəf-dövlətlərinin ərazisindəki 1 və 2-ci maddələrdə xatırlanan mədəni və təbii irsə birbaşa, yaxud dolayısı ilə xələl gətirə bilən hansısa qərəzli hərəkət etməməyi öhdəsinə götürür.
Yuxarıda göstərildiyi kimi Ermənistan tərəfi tarixi abidələri saxtalaşdırmaqla UNESCO qarşısında götürdüyü öhdəlikləri kobud surətdə pozur. Azərbaycan tərəfi bu məsələdə öz prinsipial mövqeyini iki aspektdə irəli sürməsi daha təsirli olar.

1) Tarixi aspekt
2) Hüquqi aspekt

Hesab edirik ki, tarixi dəlilərlə məhz həmin abidələrin Azərbaycana məxsus olmasını, hüquqi dəlilərlə isə Ermənistanın beynəlxalq birlik qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etməliyik.


ADPU-nun filologiya fakultəsinin dekanı, f.ü.f.doktoru, dosent,
UNESCO klubunun rəhbəri Könül Həsənova
Tədqiqatçı-hüquqşünas Səməd Vəkilov


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!