Yenidən qurulan Nərimanov parkından görüntülər - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Bakının Nərimanov rayonunda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib. Parkın yeni görüntüləri yayılıb. Qeyd edək ki, ərazisi 4,1 hektar olan park XX əsrin 50-ci illərində salınıb. Ötən müddətdə bu park gəzinti və əyləncə baxımından şəhər sakinləri üçün sevimli məkana çevrilib. 1960-cı illərdə yaxınlıqda metro stansiyasının tikilməsi parka marağı daha da artırıb. Şəhərimizin müasir inkişaf səviyyəsinə və memarlıq üslubuna uyğun olmayan park nadir dizaynda yenidən qurulub. Burada müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılıb, o cümlədən uzun müddət yararsız vəziyyətdə olan fəvvarə meydanının yenidən qurulması işləri həyata keçirilib. Parkın ərazisində yeni yaşıllıq sahələri yaradılıb, istismara yararsız, parkın ümumi görkəminə xələl gətirən tikili və qurğular ərazidən götürülüb. Mövcud ictimai-iaşə obyektlərinin fasadları müasir üslubda, parkın yeni layihəsinə uyğun təmir edilib, o cümlədən yeni işıq dirəkləri, eləcə də idman qurğuları və uşaq əyləncə meydançası yaradılıb. Mühəndis-kommunikasiya xətləri əsaslı şəkildə yenilənən park yağış sularının axıdılması üçün nəzərdə tutulan xətlərlə təmin edilib.
Yenicə məzun olan gənc yol qəzasında həyatını itirdi
Azərbaycan Texniki Universitetinin (AzTU) 2024-cü il magistr pilləsi üzrə məzunu Telman Nizamov avtomobil qəzası nəticəsində vəfat edib. Bu barədə universitetin sosial şəbəkə hesabında paylaşım edilib. “AzTU-nun rəhbərliyi və kollektivi Telman Nizamovun vaxtsız vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin!”, - paylaşımda qeyd olunub.
"Səfirliyimizin fəaliyyətinin yeni ünvanda bərpası ilə xidmətimizi davam etdirmək üçün bu gün Tehrana qayıtdıq." Bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə öz şəxsi "Facebook" hesabında yazıb. "İnanıram ki, birgə səylərimizlə qarşılıqlı hörmətə, dostluğa və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin daha da möhkəmlənməsinə, əməkdaşlığımızın daha da genişlənməsinə nail olacağıq.", - deyə səfir bildirib.
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu bədbəxt hadisə nəticəsində həlak olub. Həlak olan hərbçimiz 1981-ci ildə anadan olub. Əslən Ordubaddan olan hərbi qulluqçu Vətən müharibəsində iştirak edib və "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub. Zaqatalada yaşayan Yunis Abbasov ailəli və üç uşaq atası olub.
Putinin nümayəndəsindən Xəzər dənizi ilə bağlı mühüm açıqlama
Xəzər dənizinin dayazlaşması ilə bağlı konkret qərarlar hələlik hazırlanma mərhələsindədir. Bunu Rusiya Federasiyası Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Rusiyanın Azərbaycandakı səfirliyində jurnalistlərə açıqlamasında bildirib. Bu məsələnin həm yüksək səviyyədə, həm də nazirliklər səviyyəsində həyata keçirilən bütün görüşlərin gündəliyində olduğunu diqqətə çatdıran B.Titov deyib: “Düşünürəm ki, bununla bağlı düzgün qərar veriləcək. Əlbəttə ki, bu gün mürəkkəb ekoloji proseslər baş verir. Bəzilərinin dövri xarakterə malik olduğunu bilirik. Əlbəttə ki, bu həm Volqa çayına, həm də Xəzər dənizinə aiddir, ona görə də biz bunu rəhbərliyimizin öhdəsinə buraxacağıq”.
Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu bədbəxt hadisə nəticəsində həlak olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir” , - məlumatda qeyd olunur. Allah rəhmət eləsin!
Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - Spikerdən təklif
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) parlament sədri Zorlu Töre Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xalqlarının yaxınlaşması üçün vahid əlifbanın qəbul edilməsinin zəruriliyini bəyan edib. Müvafiq təklifi Töre Lefkoşada Türkiyənin Kastamonu Universitetinin nümayəndə heyəti ilə görüşdə səsləndirib. O xatırladıb ki, ŞKTC və Türkiyəni digərləri ilə yanaşı dil və əlifba birləşdirir. “Ümid edirəm ki, tezliklə bu cür körpüləri biz digər türk dövlətləri ilə də quracağıq”, – deyə Töre bildirib. Parlament spikeri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasında konsolidasiya və birlik haqqında bəyanatlarını ümidverici adlandırıb. “Türk dövlətlərinin bir hissəsi artıq ŞKTC-də istifadə edilən əlifbaya keçib. Bu, bizim ölkələrimizi birləşdirən vacib amildir. Bu istiqamətdəki səylər sürətləndirilməlidir, o cümlədən ictimai təşkilatlar səviyyəsində”, – deyə o qeyd edib.
Sumqayıt şəhərinin Corat qəsəbəsində dənizdə batan gəncin meyiti tapılıb. Dənizdə batan şəxs 2006-cı il təvəllüdlü Nəbiyəv Kamal Mirzə oğludur. Meyit aidiyyatı üzrə təhvil verilib.
İyulun 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə MSK-nın iyulun 12-də keçirilən iclasının protokolu təsdiqlənib. Sonra sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı məsələsinə baxılıb. Protokolların MSK tərəfindən müəyyənləşdirilmiş nümunələrin forma və mətninə uyğun olaraq, bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət və hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında olmaqla, dairə və məntəqə seçki komissiyaları üçün onların sayına uyğun hazırlanması qərara alınıb. Qərara əsasən, səsvermənin nəticələrinə dair protokollar, habelə aşağı seçki komissiyalarının hər biri üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan protokollar Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində mətbəə üsulu ilə hazırlanmalıdır. İclasda daha sonra qarşıdan gələn Milli Məclisə növbədənkənar seçkilərdə Müasir Müsavat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verib. Media subyektlərinin nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin cari məsələlərə baxılıb.
Azərbaycan İsraillə iqtisadi əlaqələrini gücləndirir
Azərbaycan İsraillə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi imkanlarını müzakirə edib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. "İsrailin regional əməkdaşlıq naziri David Amsalem ilə görüşdə xarici sərmayədarlar üçün Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və özəl sektorun nümayəndələri arasında əməkdaşlığın inkişafı barədə fikirlərimizi bölüşdük", - M.Cabbarov qeyd edib.