Livanda yenidən partlayışlar - 14 ölü, 500-dən çox yaralı .....                        Britaniya XİN başçısı Azərbaycandan danışdı .....                        Azərbaycanla Özbəkistan arasında məsləhətləşmələr .....                        Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə - FOTO .....                        Livanda yenidən partlayışlar - 3 ölü, 100-dən çox yaralı var .....                        Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTO .....                        Elman Paşayev həbs edildi .....                        Afrika Millətlər Kubokunun vaxtı dəqiqləşdi .....                        Ərazilərimizdə separatçılığın kökünü kəsən tarixi zəfər .....                       
30-07-2024, 15:43
Tələbələrin köçürülməsinin müddəti uzadıldı


Tələbələrin köçürülməsinin müddəti uzadıldı

Tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti 1 avqust 18:00-a qədər uzadılıb.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, həmin tarixədək təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək istəyən tələbələr portalda qeydiyyatdan keçərək “şəxsi kabinet” yaratdıqdan sonra, istifadəçi adı və şifrədən istifadə etməklə “Ali və orta ixtisas təhsili pilləsində təhsilalanların köçürülməsi” xidmətinə daxil olub, köçürülmək üçün elektron müraciət formasını doldurub təsdiq edə bilərlər.
Qeyd edilib ki, köçürülmə üçün müraciət edən tələbələrin məlumatları təhsil müəssisələri tərəfindən yoxlanılır və müraciətin statusu barədə şəxsi kabinetə bildiriş göndərilir. Bu səbəbdən müraciətçilərə şəxsi kabinetini mütəmadi olaraq izləmək tövsiyə olunur.
30-07-2024, 15:04
Ukrayna-Rusiya müharibəsi 2025-ci ildə də davam edəcək - Nazir


Ukrayna-Rusiya müharibəsi 2025-ci ildə də davam edəcək - Nazir

Ukrayna Beynəlxalq Valyuta Fondu (BVF) ilə birlikdə müharibənin gələn il də davam edəcəyini nəzərə alaraq, 2025-ci il üçün tərəfdaşlardan əlavə maliyyə ehtiyacını 12-15 milyard dollar həcmində qiymətləndirir.
Bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko “RBC-Ukrayna”ya müsahibəsində bildirib.
O xatırladıb ki, BVF ilə hazırkı proqramın hazırlanması əsnasında əsas parametrlərdən biri müharibənin aktiv fazasının 2024-cü ilin ortalarına qədər davam edəcəyi olub, lakin bu proqnoz reallaşmayıb.
Nazir 2025-ci il üçün əlavə ehtiyacları 12-15 milyard dollar səviyyəsində qiymətləndirib. O əlavə edib: “Biz indi tərəfdaşlarımızla davamlı olaraq əlavə maliyyə təminatına ehtiyacımız olduğunu müzakirə edirik, çünki müharibə 2025-ci ildə də davam edəcək və bu səbəbdən buferə sahib olmalıyıq”.
Marçenkonun sözlərinə görə, bu təxminlər Maliyyə Nazirliyi ilə BVF arasında aparılan müzakirələrə tam uyğundur: “Onlar da potensial olaraq bunu proqramda mövcud olan əlavə ehtiyac kimi görürlər”.
Nazir vurğulayıb: “Biz ən çətin qərarlara hazır olduğumuzu, öz töhfəmizi verdiyimizi göstəririk. Tərəfdaşlarımızla görüşlərdə deyirik: büdcəmizdə 500 milyard qrivna kəsir var və onu həll etmək üçün bir həll yolu mövcuddur. Amma həm də gözləyirik ki, 2025-ci il üçün kifayət qədər maliyyə təminatı verəcəksiniz ki, biz büdcəni maliyyələşdirə bilək”.
30-07-2024, 14:39
Pezeşkian Kobaxidze ilə regiondan danışdı


Pezeşkian Kobaxidze ilə regiondan danışdı

İran prezidenti Məsud Pezeşkian Tehranda Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Gürcüstanın baş naziri İrakli Kobaxidze İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün bu gün Tehrana gəlib.
Prezident Pezeşkian görüş zamanı Kobaxidzenin Tehranda olmasını Gürcüstanın İranla qarşılıqlı münasibətləri gücləndirmək üçün güclü iradəsinin sübutu kimi qiymətləndirib.
O deyib: “Qonşu və region ölkələri ilə əlaqələrin gücləndirilməsi 14-cü Tehran hökumətinin xarici siyasətinin prioritetidir”.
İki ölkə arasında əlaqələrin inkişafının təkcə Tehran və Tbilisi üçün deyil, bütün region üçün faydalı olduğunu əsas gətirən prezident Pezeşkian vurğulayıb ki, İran da Gürcüstan kimi müxtəlif sahələrdə müxtəlif imkanları və qarşılıqlı əməkdaşlığı aktivləşdirmək əzmindədir.
Gürcüstanın baş naziri İran prezidenti seçilən Pezeşkianı seçkilərdə qələbəsi münasibətilə təbrik edərkən, ona yeni vəzifəsində uğurlar arzulayıb və deyib: “İran regionda mühüm və konstruktiv rol oynayır və biz iki ölkə arasında mövcud dostluq münasibətlərindən son dərəcə məmnunuq”.
30-07-2024, 14:30
Xamenei Paşinyanı qəbul etdi - Zəngəzur dəhlizinə qarşı çıxdı


Xamenei Paşinyanı qəbul etdi - Zəngəzur dəhlizinə qarşı çıxdı

İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamenei bu gün İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gələn Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.
Xamenei Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanla yanaşı, onu müşayiət edən nümayəndə heyətini də qəbul edib.
Görüşdə İranın ynei birinci vitse-prezidenti Məhəmməd Rza Aref də iştirak edib.
İran KİV-lərinin məlumatına görə, ayətullah Xamenei Ermənistanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb. O, “İran İslam Respublikası Zəngəzur dəhlizini Ermənistanın zərərinə görür və bu münasibətdə qətiyyətlidir” deyib. Xameneinin bu firkini Nikol Paşinyan dəstəkləyib.
Ölkələrin qonşuları ilə əlaqələrinə məhdudiyyətlər qoymamasının vacibliyini vurğulayan Xamenei əcnəbiləri nəzərdə tutaraq, “ölkələrin təhlükəsizliyini və rifahını təmin edən şey özlərinə və yaxınlarına güvənməkdir. Başqaları ölkənin işlərinə qarışsa, bu, onların ziyanına olar” deyib.
30-07-2024, 14:02
İlham Əliyev yeni yaradılan parkda - FOTO


İlham Əliyev yeni yaradılan parkda - FOTO

Prezident İlham Əliyev Bakıda “Gənclik” metrosu yanında yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Gənclik” metrosu yanında yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına parkda görülən və həyata keçiriləcək işlər barədə məlumat verdi.
Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda salınan yeni parkdır.
“Antena” parkı kimi tanınan bu ərazi əvvəllər baxımsız vəziyyətdə olub. İstirahət parkının yenidən qurulması və bərpası ilə əlaqədar bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb.
Qeyd olundu ki, parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və həmin binada bərpa işləri aparılacaq.
Yenidən qurulan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Belə ki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunur. Həmçinin burada 2 fəvvarə də quraşdırılacaq. Bu da istirahət məkanına əlavə gözəllik verəcək.
Müasir istirahət kompleksinin ərazisinin 13,8 hektarında yaşıllıq sahələri salınacaq. Burada işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulacaq. Parkda piyada və velosiped yolları çəkiləcək, uşaq-əyləncə və idman meydançaları yaradılacaq.
Bildirildi ki, yenidən qurulan parkla yaxınlıqdakı “Dədə Qorqud” parkını əlaqələndirəcək tunelin də inşasına başlanılıb.
Dövlətimizin başçısına, eyni zamanda, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Binə qəsəbəsi ərazisində yeni salınmış istixanası barədə də məlumat verildi. Qeyd olundu ki, istixanada 1 milyonadək gül yetişdiriləcək. Bu da ölkəmizə gül idxalının həcmini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.
Yenidən qurulan park, həmçinin Azərbaycan dövlətinin ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması, o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərə daha bir töhfə olacaq.







����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!