19 yaşlı erməni hərbçinin meyiti tapıldı .....                        Tramp Ağ Evdə Baydenlə görüşdü .....                        İlham Əliyev daha bir görüş keçirdi .....                        İrana yağan qar yolları bağladı: ərazidən son görüntülər .....                        Biz özümüz də Minsk Qrupunun işindən narazı qaldıq .....                        Paşinyan Kazan görüşündən danışdı .....                        İlham Əliyev Mitsotakislə bir araya gəldi .....                        Əsədovla Mişustin əməkdaşlıqdan danışdılar .....                        Prezident Baş nazirin müavini ilə görüşdü .....                       
21-09-2024, 13:27
İlham Əliyev razılaşmanı təsdiqlədi


İlham Əliyev razılaşmanı təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti, “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiqləyib.
Prezident İlham Əliyev 20 fevral 2024-cü il tarixli “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamının icrası ilə əlaqədar yeni sərəncam imzalayıb.
21-09-2024, 13:08
Bazar gününün havası


Bazar gününün havası

Sentyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometrologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 762 m civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
21-09-2024, 12:51
Xəzərdə 300 min manatlıq qaçaqmal aşkarlandı


Xəzərdə 300 min manatlıq qaçaqmal aşkarlandı

Dövlət Sərhəd Хidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində dövlət sərhədinin mühafizəsi, bioloji resursların, enerji ehtiyatlarının, sualtı neft-qaz boru kəmərlərinin, platformaların qorunması, Xəzər dənizində beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiya və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri ən yüksək səviyyədə dаvаm еtdirilir.
Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, sentyabr ayının 18-də Sahil Mühafizəsinin sərhəd gəmiləri, sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin mərkəzi istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə külli miqdarda tütün məmulatının keçirilməsinin qarşısı alınıb:
"Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularında sərhəd və üzmə rejimini pozan üzmə vasitəsinin axtarışı ilə bağlı dövlət sərhədinin və neft-qaz infrastrukturunun mühafizəsində olan müasir gecəgörmə, müşahidə sistemləri ilə təchiz edilmiş sərhəd gəmiləri tərəfindən aparılmış axtarış tədbirləri və sahil xəttinin qapadılması nəticəsində 3 (üç) ədəd “Yamaha-250” mühərriki ilə təchiz edilmiş bayda tipli sürətli üzmə vasitəsi və suyun üzərində olan 117 (yüz on yeddi) ədəd şübhəli bağlama müəyyən olunub.
Üzmə vasitəsinə və bağlamalara baxış zamanı dəyəri təqribən 300.000 AZN məbləğində aksiz markasız 146.790 (yüz qırx altı min yeddi yüz doxsan) qutu tütün məmulatı aşkar olunaraq götürülüb".
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
21-09-2024, 12:43
Ermənistan prezidenti Türkmənistana gedir - Ticarət dövriyyəsi 50 faiz artıb


Ermənistan prezidenti Türkmənistana gedir - Ticarət dövriyyəsi 50 faiz artıb

Ermənistan prezidenti Vahaqn Xaçaturyan Türkmənistana səfər edəcək.
Bunu Ermənistanın Aşqabaddakı səfiri Ruben Xazaryan bildirib.
Diplomat səfərin oktyabr ayında gerçəkləşəcəyini açıqlayıb.
Nəşr xəbəri "Ermənistan Türkmənistanla əlaqələri dərinləşdirir" sərlövhəsi ilə təqdim edib. Qeyd olunub ki, Ermənistanla Türkmənistan arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə ötən il 50%, bu ilin ilk 6 ayında isə daha 5% artıb.
Bununla yanaşı, 2024-cü ilin yanvar-iyun aylarında Avrasiya İqtisadi İttifaqı ilə Türkmənistan arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% artıb.
21-09-2024, 12:22
ADY-nin nümayəndə heyəti Çində


ADY-nin nümayəndə heyəti Çində

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Beynəlxalq İpək Yolu Sərgisi və Şərqi və Qərbi Çin arasında İnvestisiya və Ticarət Forumunda iştirak edib.
Sərgi və forum çərçivəsində Çinin Sian quru limanı və Qazaxıstan-Çin birgə terminalına baxış keçirən ADY nümayəndə heyəti Sian limanından Avropaya konteyner blok qatarının yola salınması mərasiminə qatılıb.
Mərasimdə çıxış edən Vüsal Aslanov Çin-Avropa marşrutu üzrə blok qatarın yola düşməsini Azərbaycan və Çin arasında qarşılıqlı əlaqələrdə insanları və iqtisadiyyatları birləşdirən addım kimi qiymətləndirib.
Vüsal Aslanov Çinin "Bir Kəmər, Bir Yol” təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini, ölkənin tranzit potensialının gücləndirilməsi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən infrastruktur layihələrinə investisiya yatırılmasının davam etdirildiyini və atılan addımların Çin-Avropa-Çin marşrutu üzrə tranzit yük həcminin artmasına daha böyük töhfə verəcəyini bildirib.
Tədbir çərçivəsində Çin, Qazaxıstan və Gürcüstandan olan həmkarları ilə görüşən ADY rəsmisi artan yük həcminə uyğun infratruktur işlərinin icrası, qatarların qrafik üzrə hərəkətinin təmin edilməsi və s. məsələləri müzakirə edib.
Siandan Orta Dəhlizlə yola salınan blok qatarın multimodal marşrutu dəmir yolu şəbəkələri ilə yanaşı, Qazaxıstanın Altınkol və Aktau, Azərbaycanın Ələt, Gürcüstanın Poti, Bolqarıstanın Burqas, Serbiyanın Belqrad, Macarıstanın Budapeşt və Almaniyanın Duysburq və Hamburq limanlarını əhatə edir.
Yeni marşrutun əhəmiyyəti bundan əvvəl Hamburq istiqamətinə alternativ nəqliyyat dəhlizləri ilə göndərilən konteyner yüklərinin Orta Dəhlizə cəlb edilməsi ilə yük həcminin artırılmasından ibarətdir.
Qeyd edək ki, blok qatarın 20-25 gün ərzində təyinat məntəqəsinə çatması gözlənilir. Ümumilikdə Orta Dəhliz vasitəsilə 2024-cü ilin yanvar ayından başlayaraq Sian-Avropa istiqamətində mütəmadi olaraq gündəlik 1-2 qatar tərtib edilərək yola salınır.
21-09-2024, 12:14
Zelenskinin Baydenə təqdim etdiyi "qələbə planı"nda nələr var? - ŞOK DETALLAR


Zelenskinin Baydenə təqdim etdiyi "qələbə planı"nda nələr var? - ŞOK DETALLAR

Ukrayna prezidenti Volodimir Zelenskinin "qələbə planı"na Kiyevin NATO və Aİ-yə daxil olması, həmçinin silah tədarükü tələbi daxildir.
Bu barədə "Bloomberg" yazıb.
Nəşr yazır ki, ABŞ-dakı görüş zamanı Ukrayna prezidenti həmkarı Co Baydeni Kiyevə NATO-ya rəsmi dəvət göndərməyə və təkmil silahların daimi tədarükü ilə bağlı öhdəlikləri qəbul etməyə sövq edəcək.
Materialda həmçinin bildirilir ki, plan Aİ-yə üzvlük və digər iqtisadi və hərbi razılaşmalar üçün aydın bir yol tələb edir və bu, Zelenskinin sözlərinə görə, “Putini sülh axtarmağa təşviq edəcək”.
Nəşrin həmsöhbətləri qeyd ediblər ki, Ukraynanın bəzi müttəfiqləri danışıqlar yolu ilə atəşkəs variantlarını nəzərdən keçirməyə başlayıblar.
21-09-2024, 12:00
3 saylı Uşaq evi ilə bağlı iddialar nəzarətə götürüldü - RƏSMİ


3 saylı Uşaq evi ilə bağlı iddialar nəzarətə götürüldü - RƏSMİ

3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən xüsusi nəzarətə götürülüb.
Bu barədə agentlik məlumat yayıb.
Qeyd olunub ki, hazırda bununla bağlı araşdırma aparılır, müəssisənin sakinlərinin mənafeyi əsas götürülərək lazımi işlər təmin olunacaq.
Bildirilirb ki, adıçəkilən müəssisə təxminən bir ay olar hüquqi olaraq SXA-nın idarəetməsindədir.
"Tabeliyimizdə olan digər müəssisələrdə olduğu kimi burada da müasir sosial xidmət prinsiplərinin tətbiqi üçün lazımi addımlar atılır. Neqativ halların qarşısının alınması, orada qalan sakinlərin lazımi sosial xidmətlərlə təmini istiqamətində iş aparılır. Mediada iddiası yayılan müəssisənin sakini Ramal Rəsulov isə özünün istəyinə əsasən və mövcud psixoloji vəziyyəti nəzərə alınaraq artıq agentliyin digər müəssisəsinə yerləşdirilib. Onun sosial psixoloji reabilitasiyası üçün lazımi iş aparılır".
21-09-2024, 11:26
Ərdoğan Kamala Harrislə görüşmək istəyir


Ərdoğan Kamala Harrislə görüşmək istəyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarına gedir.
"Bloomberg"in məlumatına görə, Ərdoğan ABŞ prezidentliyinə namizəd, vitse-prezident Kamala Harrislə görüşmək istəyir.
Ərdoğan sentyabrın 24-də BMT-nin 79-cu Baş Assambleyasında çıxış edəcək. Onun sammit çərçivəsində dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri gözlənilir. Amma Ərdoğanın kiminlə görüşəcəyi bəlli deyil.
"Alman dalğasının" türkcə xidmətinin məlumatına görə, ABŞ prezidenti Co Baydenlə Ərdoğanın planlaşdırılan görüşü yoxdur. "Bloomberg" isə yazır ki, Ərdoğan bu səfər zamanı ABŞ vitse-prezidenti və Demokrat Partiyasının prezidentliyə namizədi Kamala Harrislə görüşmək istəyir.
Qeyd olunub ki, Ərdoğan və komandası bazar günü Nyu Yorkda xeyriyyə tədbirinə qatılacağı gözlənilən Harrisdən görüşlə bağlı cavab gözləyir. Ərdoğanın Harrisin vitse-prezidentliyə namizədi Tim Valz ilə də görüşə hazır olduğu bildirilib.
21-09-2024, 11:20
Hindistan Ukraynaya silah tədarükü ilə bağlı xəbərləri təkzib etdi


Hindistan Ukraynaya silah tədarükü ilə bağlı xəbərləri təkzib etdi

Hindistan Ukraynaya sursat tədarükü ilə bağlı xəbərləri təkzib edib.
Bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qurum xəbərləri "spekulyativ" və "yanıltıcı" adlandırıb . Açıqlamada vurğulanır ki, Hindistan silahların yayılmaması ilə bağlı “beynəlxalq öhdəliklərə qüsursuz şəkildə əməl edir”.
Bir gün əvvəl "Reuters" agentliyi bildirib ki, Hindistanın silah istehsalçıları tərəfindən satılan artilleriya mərmiləri avropalı alıcılar tərəfindən Ukraynaya yönləndirilir və Moskvanın etirazlarına baxmayaraq Yeni Dehli bu vəziyyətə müdaxilə etməyib.
21-09-2024, 11:11
İlham Əliyevdən həmkarına təbrik


İlham Əliyevdən həmkarına təbrik

Azərbaycan Prezidenti İlham Əliyev Malta Prezidenti Miriam Spiteri Debonoya təbrik məktubu göndərib. Təbrikdə deyilir:
"Malta Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Malta arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var. İnanıram ki, gələn il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək ölkələr arasında münasibətlər birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində bundan sonra da inkişaf edəcək və genişlənəcək.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq və rifah arzulayıram".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!