İlham Əliyevdən Ağdam paylaşımı .....                        Fatma Mahmudova beyin infarktı keçirib .....                        Ukrayna Rusiyanı bu silahla ilk dəfə vurdu .....                        Kərim Vəliyev Pakistanda marşalla görüşdü .....                        İmran Xan azadlığa buraxıldı .....                        Ağdam sakinlərə şad xəbər - Köç bu tarixdə başlayacaq .....                        Avtobus zolaqlarına girənlər cəzalandırıldı .....                        QHT sədri ilə müsahibə .....                        Azərbaycanda Aİ-95 markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA .....                       
31-10-2024, 21:12
Mehriban Əliyeva Pantomim Teatrında - FOTO


Mehriban Əliyeva Pantomim Teatrında - FOTO

Oktyabrın 31-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri Azərbaycan Dövlət Pantomim Teatrının binasında mövcud vəziyyətlə tanış olublar.
Mədəniyyət naziri Adil Kərimli Birinci vitse-prezident Mehriban Əliyevaya və ailə üzvlərinə teatr haqqında məlumat verdi.
Bildirildi ki, respublikamızın tanınmış teatr kollektivlərindən olan Azərbaycan Dövlət Pantomim Teatrı 1994-cü ildə teatr-studiya kimi yaradılıb. Studiya altı il müddətində Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərib. 2000-ci il martın 6-da kollektivə dövlət statusu verilib. 2005-ci ildən isə Azərbaycan Dövlət Pantomim Teatrı keçmiş “Şəfəq” kinoteatrının binasında yerləşdirilib.
Otuz ildən artıq dövrdə Pantomim Teatrında bir çox müəlliflərin əsərləri səhnələşdirilib. Teatrın bu növünün əsas üstünlüklərindən biri onun üçün dil baryerinin olmamasıdır. Ötən müddət ərzində kollektiv Almaniya, Avstriya, Bolqarıstan, İsveçrə, Gürcüstan, Qazaxıstan, Mərakeş, Rusiya və digər ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil edib.
Bu gün Pantomim Teatrı ən çox ziyarət olunan və böyük tamaşaçı məhəbbəti qazanan mədəniyyət ocaqlarımızdan biridir.
Qeyd edildi ki, Azərbaycan Dövlət Pantomim Teatrının hazırda yerləşdiyi bina 1900-cü ildə inşa olunub və yerli əhəmiyyətli memarlıq abidələri siyahısındadır.
Mövcud vəziyyətlə tanışlıq zamanı binada görülməli olan zəruri təmir işləri barədə də məlumat verildi.





31-10-2024, 20:26
Ər-arvad dəm qazından boğuldu


Ər-arvad dəm qazından boğuldu

Goranboyda iki nəfər dəm qazından boğularaq ölüb.
Hadisə rayonun Nizami kəndində qeydə alınıb.
Kəlbəcər rayon sakinləri - 1958-ci il təvəllüdlü Əkbərov Kamal Qurbanlı oğlu və həyat yoldaşı, 1960-cı il təvəllüdlü Əkbərova Aidə Əli qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Hər iki şəxs hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
31-10-2024, 20:17
Şəhidimizin xanımı Bakı Sağlamlıq Mərkəzində əməliyyat olundu


Şəhidimizin xanımı Bakı Sağlamlıq Mərkəzində əməliyyat olundu

Vətən müharibəsi şəhidi, polkovnik Sədi Musayevin xanımı, “Mənim oğlum qəhrəmandır!” layihəsinin koordinatoru Gülşad Musayeva Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunub.
Mərkəzin ümumi cərrahiyyəsinin şöbəsinin həkimləri Cümşüd Kazımzadə və Vahid Muradov tərəfindən icra olunan “Düz bağırsağın laparoskopik abdominoperineal rezeksiyası” əməliyyat uğurlu nəticə ilə yekunlaşıb. Əməliyyat laparoskopik üsülla və xüsusi steplerlərin istifadəsi ilə baş tutub. Laparoskopik əməliyyat zamanı ənənəvi cərrahi üsullardan fərqli olaraq daha kiçik ölçülü kəsiklər açıldığı üçün pasiyentin reabilitasiya dövrü daha sürətli və asan olur. Həkim pasiyentın vəziyyətinin yaxşı olduğu və yaxın günlərdə evə buraxılacağını bildirib.
Gülşad Musayevanın vəziyyəti ilə daima yaxından maraqlanan Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov və həkim heyətimizin əməliyyat sonrası xəstə ziyarətindən görüntüləri sizlərə təqdim edirik.
Cəlal Qurbanov Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara, habelə şəhid ailəsi üzvlərinin sağlamlığının bərpası, onların müalicə prosesində göstərdiyi xüsusi diqqət və qayğı üçün Asiman Həsənov başda olmaqla bütün Bakı Sağlamlıq Mərkəzi kollektivinə öz minnətdarlığını bildirdirib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sədi Musayev 28 sentyabr 2020-ci il Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndi, Kürdlər yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə əməliyyat qrupu zabiti kimi yaşayış məntəqələrinin düşməndən azad olunması uğrunda qəhrəmancasına şəhid olub.
Polkovnik-leytenant Sədi Süleyman oğlu Musayev xidməti dövründə III dərəcəli “Qüsursuz xidmətə görə” medalı və II dərəcəli “Qüsursuz xidmətə görə, “Vətən uğrunda” medalı, və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
31-10-2024, 20:10
Avtobusdan istifadə edənlərin nəzərinə


Avtobusdan istifadə edənlərin nəzərinə

COP29 əməliyyatlarının həyata keçirilməsi ilə bağlı 4 noyabr 2024-cü il tarixindən 10 noyabr 2024-cü il tarixinədək "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (Atletlər kəndi tərəf), Bakı Olimpiya Stadionu və ətraf ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Bununla əlaqədar olaraq "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə ("Koroğlu" NMM) daxil olan 31 sayda müntəzəm marşrutun son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək. Həmçinin E1 nömrəli marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. Marşrutların son dayanacaqları müəyyən edilmiş digər ərazilər üzrə təyin ediləcək.
Marşrutlar üzrə edilən dəyişikliklər:

- 1 nömrəli marşrut "28 May" metrostansiyası istiqamətində "Koroğlu" NMM-ə daxil olmadan Heydər Əliyev prospekti kənar hərəkət hissəsində mövcud dayanacaqda ("Koroğlu" metrostansiyası, Atletlər kəndi tərəf) dayanmaqla fəaliyyət göstərəcək;

- 24 nömrəli marşrut "Nəriman Nərimanov" metrostansiyası istiqamətində Ziya Bünyadov prospektində (Yerüstü piyada keçidi), Qaraçuxur qəsəbəsi istiqamətində isə "Koroğlu" NMM ("Piramida" tərəf) dayanacağa daxil olmaqla fəaliyyət göstərəcək;

- 93 nömrəli marşrut "Koroğlu" NMM-ə daxil olmadan fəaliyyət göstərəcək;

- 163, 60 və 13 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Koroğlu" NMM ("Piramida" tərəf) təyin edilmişdir;

- 184 nömrəli marşrut "Ulduz" metrostansiyası və Suraxanı qəsəbəsi istiqamətində "Koroğlu" metrostansiyasında yerləşən dayanacağa daxil olmadan fəaliyyət göstərəcək;

- 197 və 198 nömrəli marşrutlar son dayanacaq məntəqəsi Zabrat dairəsi olmaqla fəaliyyət göstərəcək;

- 14 sayda (7B, 38, 71, 107, 118A, 118B, 131, 139, 173A, 173B, 189, 204, 216, 217, M8) marşrutun son dayanacaq məntəqəsi “Ulduz” metrostansiyası təyin edilmişdir;

- 15, 148 və 162 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Qara Qarayev" metrostansiyası təyin edilmişdir;

- 166 və 38 nömrəli marşrutlar "Koroğlu" NMM-ə (Atletlər kəndi tərəf) daxil olmadan fəaliyyət göstərəcək;

- 62, 70, 184 və 214 nömrəli marşrutlar "Koroğlu" NMM-ə (Atletlər kəndi və "Piramida" tərəf) daxil olmadan fəaliyyət göstərəcək.

H1 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik nəzərdə tutulmayıb.
Sərnişinlərdən müvəqqəti dəyişiklikləri anlayışla qarşılamaq və təyin edilmiş hərəkət sxemlərinə uyğun olaraq ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri xahiş olunur.
31-10-2024, 19:57
Mehriban Əliyeva qızları və gəlini ilə açılışda


Mehriban Əliyeva qızları və gəlini ilə açılışda

Oktyabrın 31-də Bakının Xətai rayonundakı Alim Məmmədov adına uşaq bağçası-körpələr evi təmirdən sonra yenidən istifadəyə verilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri bağçada yaradılmış şəraitlə tanış olublar.
Uşaq bağçasının direktoru Liya Məcidova Birinci vitse-prezidentə və ailə üzvlərinə bağçada görülən işlər barədə məlumat verib.
Bildirilib ki, 1958-ci ildə inşa olunan Alim Məmmədov adına uşaq bağçası-körpələr evi ötən müddətdə istismara yararsız vəziyyətə düşdüyünə görə təmirə ehtiyac yaranmışdı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, uşaq bağçası-körpələr evi müasir tələblər səviyyəsində təmir olunub.
Yüz yerlik uşaq bağçası-körpələr evi zəruri avadanlıq və ləvazimatlarla təmin olunub. Bu məktəbəqədər müəssisədə uşaqlar 5 qrup üzrə təhsil alırlar.
Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb, uşaqlar üçün oyun meydançası yaradılıb.
Qeyd edək ki, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə xüsusi qayğı göstərilir. Uşaq bağçalarının yenidən qurulması ilə bağlı həyata keçirilən layihələr bu baxımdan mühüm rol oynayır.
Uşaqların təlim-tərbiyəsi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Fondun həyata keçirdiyi layihələr məktəbəqədər təlim-tərbiyə müəssisələrinin inkişafına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə səbəb olub. Gələcəyimiz olan uşaqların sosial rifahının yaxşılaşdırılmasına hesablanan belə tədbirlər ölkəmizdə aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.


31-10-2024, 19:38
COP29 üçün 50 mindən çox şəxs qeydiyyatdan keçib


COP29 üçün 50 mindən çox şəxs qeydiyyatdan keçib

COP29-da iştirak üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi vasitəsilə 50 mindən artıq şəxs qeydiyyatdan keçib və bu proses davam etdiyi üçün say daha da artacaq.
Bu barədə Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin 8-ci iclasında bildirib.
Prezident Administrasiyasının rəhbəri COP29 zamanı Bakıda nəqliyyatın planlı şəkildə təşkil olunması ilə bağlı hazırlanmış Nəqliyyat Planının icrasının təmin edilməsinin vacibliyini vurğulayıb.
Samir Nuriyev, eyni zamanda, Bakı Olimpiya Stadionunda yekunlaşmaqda olan hazırlıq işləri, dövlət qurumları tərəfindən beynəlxalq tərəfdaşlarla birlikdə təşkil ediləcək tədbirlər və digər məsələlər barədə danışıb.
Təşkilat Komitəsinin sədri xarici medianın və qeyri-hökumət təşkilatlarının da COP29-da iştiraka böyük maraq göstərdiyini bildirib.
31-10-2024, 19:13
Samir Nuriyev iclas keçirdi, tapşırıqlar verdi


Samir Nuriyev iclas keçirdi, tapşırıqlar verdi

Oktyabrın 31-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin 8-ci iclası olub.
Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev artıq COP29-a sayılı günlərin qaldığını qeyd edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sonuncu iclasdan ötən dövr ərzində COP29-a ciddi hazırlıq prosesinin daha da sürətləndirildiyini və yekunlaşmaqda olduğunu vurğulayıb. Samir Nuriyev Prezident İlham Əliyevin oktyabrın 17-də Bakı Olimpiya Stadionunda aparılan genişmiqyaslı hazırlıq işləri ilə növbəti dəfə tanış olaraq tapşırıq və göstərişlər verdiyini nəzərə çatdırıb.
Təşkilat Komitəsinin sədri Azərbaycana və Prezident İlham Əliyevə hörmətin bariz nümunəsi olaraq COP29 Liderlər Sammitində 100-dən artıq dövlət və hökumət başçısının, vitse-prezidentlərin iştirakının gözlənildiyini bildirib.
Samir Nuriyev əlavə edib ki, COP29-da iştirak üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi vasitəsilə 50 mindən artıq şəxs qeydiyyatdan keçib və bu proses davam etdiyi üçün say daha da artacaq.
Təşkilat Komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyev oktyabrın 10-11-də Bakıda keçirilmiş Pre-COP29 tədbirinə ünvanladığı müraciətində COP29-da yeni iqlim maliyyəsi hədəfi ilə bağlı razılaşmaya nail olunmasının vacibliyini vurğulayaraq, “Bakı Sazişi”nin əldə edilməsinin beynəlxalq ictimaiyyətin ümumi nailiyyəti kimi tarixə düşəcəyinə inamını ifadə edib. Bu xüsusda, Samir Nuriyev deyib ki, Azərbaycan tərəfinin xarici tərəfdaşlarla təmasları zamanı COP29-da uğurlu nəticələrin əldə edilməsi imkanlarının daha da artdığı aydın hiss olunur.
Prezident Administrasiyasının rəhbəri COP29 zamanı Bakıda nəqliyyatın planlı şəkildə təşkil olunması ilə bağlı hazırlanmış Nəqliyyat Planının icrasının təmin edilməsinin vacibliyini vurğulayıb.
Samir Nuriyev, eyni zamanda, Bakı Olimpiya Stadionunda yekunlaşmaqda olan hazırlıq işləri, dövlət qurumları tərəfindən beynəlxalq tərəfdaşlarla birlikdə təşkil ediləcək tədbirlər və digər məsələlər barədə danışıb.
Təşkilat Komitəsinin sədri xarici medianın və qeyri-hökumət təşkilatlarının da COP29-da iştiraka böyük maraq göstərdiyini bildirib.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun illik sessiyası və hazırda Kolumbiyada işini davam etdirən BMT-nin “Bioloji Müxtəliflik haqqında” Konvensiyasına Tərəflərin Konfransı da daxil olmaqla, COP29-la bağlı ümumi gedişat barədə danışıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev media-kommunikasiya sahəsində həyata keçirilən fəaliyyət və vətəndaş cəmiyyətinin COP29-a töhfəsi ilə bağlı çıxış edib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Bakı Olimpiya Stadionunda görülən işlər, paytaxtda keçirilən nəqliyyat monitorinqləri və digər təşkilati-logistika məsələləri barədə danışıb.
Xarici işlər naziri Ceyhun Bayramov COP29 zamanı qəbul edilməsi nəzərdə tutulan mühüm sənədlər, xüsusilə yeni iqlim maliyyəsi hədəfi ətrafında son vəziyyət barədə çıxış edib.
Energetika naziri Pərviz Şahbazov Azərbaycanda yaşıl enerji sahəsində həyata keçirilən işlər, Energetika Nazirliyinin xətti ilə COP29 zamanı təşkil edilməsi nəzərdə tutulan tədbirlər barədə danışıb.
Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Həftəsi və keçirilən digər tədbirlərlə bağlı məlumat verib.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov COP29-un təşkili prosesində miqrasiya idarəçiliyi barədə danışıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev COP29 zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan işlər barədə məlumat verib.
COP29-un Gənc iqlim çempionu Leyla Həsənova gənclərin iqlim fəaliyyətində iştirakı sahəsində görülən işlər barədə danışıb.
İclasda Bakı Olimpiya Stadionunda hazırlıq işlərinin son vəziyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
İclasın sonunda Təşkilat Komitəsinin sədri Samir Nuriyev Azərbaycanın COP29-da Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti tarixi uğuruna imza atacağına əminliyini ifadə edib, COP29 Tədbirlər Planının icrasının davam etdirilməsi və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.
31-10-2024, 18:00
İranın Almaniyadakı bütün konsulluqları bağlanır


İranın Almaniyadakı bütün konsulluqları bağlanır

İranın Almaniyadakı bütün baş konsulluqları bağlanır.
Bu barədə DPA agentliyi Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
31-10-2024, 17:22
Bakıda güclü yanğın: 12 nəfər tüstüdən zəhərləndi


Bakıda güclü yanğın: 12 nəfər tüstüdən zəhərləndi

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə oktyabrın 31-də saat 16:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın səbəbilə çağırış daxil olub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 12 nəfərə tüstüdən zəhərlənmə diaqnozu ilə yerində tibbi yardım göstərilib. İki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.
31-10-2024, 17:15
MEDİA COP29-da iştirak edəcək ingilisdilli jurnalistlərə təlimlər keçirir - FOTO



MEDİA COP29-da iştirak edəcək ingilisdilli jurnalistlərə təlimlər keçirir - FOTO

COP29-un işıqlandırılmasında iştirak edəcək ingilisdilli jurnalistlər üçün Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “COP29 və Dayanıqlı Media Təcrübələri” mövzusunda növbəti təlimlərə başlanılıb.
Bu barədə MEDİA-dan məlumat verilib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çağdaş dövrdə ekoloji problemlərin qlobal miqyasda artmasının ətraf mühitin qorunması istiqamətində daha funksional və əhatəli addımların atılmasına zərurət yaratdığını vurğulayıb. O, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində iqlim dəyişikliyi və ona qarşı mübarizə üsulları barədə effektiv məlumatlandırmanın həyata keçirilməsində, cəmiyyətin bu problemin həllində fəal iştiraka və sağlam gələcək naminə innovativ ideya və həllər irəli sürməyə təşviq edilməsində medianın müstəsna rol oynadığını bildirib.
İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova isə qeyd edib ki, həyata keçirilən silsilə təlimlərin əsas məqsədi media nümayəndələrini iqlim dəyişikliyi ilə bağlı beynəlxalq səviyyədə qabaqcıl bilik və anlayışlarla təmin etmək, onların bu sahədə savadlılığını artırmaq, xarici ekspertlərin təcrübələrini onlarla paylaşmaqdır.
“Economyfirst Limited London” şirkətinin direktoru, təcrübəli jurnalist Klaus-Peter Ralf Jurgens “Mavi və Yaşıl Zona”larda jurnalistlərin fəaliyyəti, qlobal iqlim problemlərinin hansı formada vizuallaşdırıla və auditoriyaya çatdırıla biləcəyi, həmçinin COP29 konfransının ictimaiyyəti, gəncləri, qeyri-hökumət təşkilatlarını və digər maraqlı tərəfləri necə cəlb edəcəyi haqqında tədbir iştirakçıları ilə ətraflı müzakirələr aparıb.
Təlimin davamında çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir “Ətraf mühit jurnalistikası və ictimai diplomatiya” adlı sessiyada diplomatların xarici ictimaiyyətlə birbaşa əlaqə yaratmaq, qlobal rəyə təsir etmək və beynəlxalq əlaqələr qurmaq üçün sosial media platformalarından istifadə metodları və jurnalistlərin beynəlxalq müqavilələr haqqında necə effektiv məlumatlandırma apara biləcəklərindən danışıb.
Media sahəsində iyirmi ildən çox beynəlxalq təcrübəyə malik, “CNN”, “ABC News”, “Channel News Asia”, “Deutsche Welle TV” kimi məşhur media subyektlərində çalışmış, yüksək səviyyəli beynəlxalq konfrans və sammitlərdə moderator olaraq iştirak etmiş, jurnalist-teleaparıcı Ali Aslan öz növbəsində beynəlxalq statuslu jurnalistin formalaşması üçün əhəmiyyətli olan bilik və bacarıqlar barədə məlumat verərək öz təcrübələrini bölüşüb, COP29 kimi irimiqyaslı tədbirlər zamanı media nümayəndələrinin təfərrüatlı və cəlbedici cavabları təşviq edən təsirli suallar hazırlamaq üçün istifadə etdikləri texnikalardan bəhs edib.
Anadolu Agentliyinin Ekoloji xəbərlər departamentinin rəhbəri Hale Aydoğmuş isə iqlim jurnalistikasının əsas anlayışları və terminləri, ətraf mühit xəbərlərinin hazırlanma prosesində vizualların əhəmiyyəti, sosial mediada paylaşımlar, eyni zamanda, “Yaşıl Xətt” təcrübəsi barədə iştirakçılarla diskussiya aparıb.





����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!