Klassik ziyalılığın müasir nümunəsi .....                        "Qarabağ" Bakıda məğlub oldu .....                        Cəbrayılda inşa edilən məktəb - FOTO .....                        Belarusda Ağdamla bağlı sənəd imzalandı .....                        Belarusda Ağdamla bağlı sənəd imzalandı .....                        Metroda insident: daha bir sərnişin qatarın altına düşdü .....                        Silahlı birləşmələrlə bağlı yeni qayda .....                        Bu deputatların dairələrində DSK sədrləri işdən çıxarıldı .....                        Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq .....                       
1-10-2024, 23:30
Mehdiabadda Şahmat Klubu açılıb


Mehdiabadda Şahmat Klubu açılıb

Oktyabrın 1-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin üzvü, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı, yazıçı-publisist Elman Rüstəmovun təşəbbüsü ilə “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin nəzdində Şahmat Klubu açılıb. Elman Rüstəmovun verdiyi məlumata görə, Şahmat Klubunu açmaqda məqsəd qəsəbədə yaşayan Əmək veteranlarının, qazilərin pensiyaçıların asudə vaxtlarının maraqlı keçməsini təşkil etməkdir.
Gələcəkdə, məktəblilərin, yeniyetmələrin də kluba cəlb olunması nəzərdə tutulur. Bu həm uşaqların zehninin, təfəkkürünün inkişafına xidmət edəcək, həm də pis vərdişlərə meyllənmələrinin qarşısını alacaq.

Klubun açılışı ilk gündən maraqla qarşılanıb. Qonşuluqda yaşayanların hərəsi bir töhfə verməyə çalışıb. Elman həkimin iş yoldaşı Günel xanım ilk oyunun iştirakçısı olan şahmatçılara şirniyyat süfrəsi açıb. Qonşuluqda yaşayan Vaqif müəllim illərdi evində bəslədiyi gülləri canı-könüldən kluba hədiyyə edib. Veteran müəllim, iki kitab müəllifi, şair Vidadi Loğmanoğlu isə oyundan kənarda qalanların darıxmaması üçün xüsusi guşə yaradıb. Guşədə qəzet, jurnal və kitablar sərgiləyib.
Beləliklə klubda ilk şahmat oyunu keçirilib. Ahıllar sevinc içində bir-birini təbrik edərək əyləncəli bir gün keçiriblər.
Biz də uğur olsun deyirik!



1-10-2024, 22:09
Təbrik  Həyatından sevinc, sevgi əskik olmasın!


Təbrik

Həyatından sevinc, sevgi əskik olmasın!

(Dostum Fikrət həkimin yubileyinə)
Dünyada hamı yaşayır, amma elə insanlar var ki, kimsə onların niyə, nə üçün yaşadıqlarını düşünmək belə istəmirlər. Elələri də var ki, həm özünə, həm də dostlarına tez-tez sual ünvanlayırlar. Biz dünyaya nə üçün gəlmişik, ümumiyyətlə niyə yaşayırıq? Kimə lazımıq? Mənim dostum Fikrət Orucov bu sualları çox verib, həm də sualının cavabını özünün həyat tərzi, əməli işi və ətrafdakılara faydası ilə verməyə çalışıb. Oktyabrın 2-də əziz dostumun 60 yaşı tamam olur. Bu münasibətlə onu qəzetimizin oxucuları ilə də tanış etmək istədim:
Fikrət Orucov 1964-cü ildə Zəngəzur Mahalının Qafan rayonunun Baharlı kəndində dünyaya gəlib. Doğma kəndindəki 8 illik məktəbi əla qiymətlərlə bitirdikdən sonra orta təhsilinə Kacaran şəhərindəki Azərbaycan məktəbində davam edib. 1983-cü idə orta məktəbi dərs əlaçısı olaraq bitirib. Elə həmin il də Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub. Ali təhsili başa vurmamış hərbi xidmətə gedib. 1982-1984-ci illər arası Sovet Ordusunda qulluq edib. Xidməti başa vurandan sonra Universitetdə təhsilinə davam edib. 1985-1989-cu illərdə ali tibbi təhsili başa vurduqdan sonra 1 il Nəsimi Rayon Mərkəzi Aptekində interna keçib. Interna müddəti bitdikdən sonra Yasamal rayonundakı 50 saylı aptekdə provizor kimi işə başlayıb, bir müddətdən sonra böyük provizor olub. Qısa müddətdə əczaçılıq sahəsində qazandığı təcrübəni və nümayiş elətdiyi peşəkarlığı nəzərə alıb Fikrət Orucova etimad göstəriblər. Onu Sumqayıt şəhərindək 951 saylı aptekə müdir təyin ediblər.
Sovet İttifaqının çöküşündən, ictimai-siyasi formasiyanın dəyişməsindən sonra həkim öz ixtisası üzrə sahibkarlıq fəaliyyətinə keçib. “Zeytun 37” aptekini təsis edib. Elə o vaxtdan özü yaratdığı qurumun rəhbəri vəzifəsində çalışır.

Yuxarıda qeyd olunanlar Fikrət Orucovun ömrünün qısa ensiklopedik məlumatıdır. Ancaq onun 60 illik enişli yoxuşlu həyat yollarının keşməkeşləri də var. O hələ yeniyetmə çağlarından erməni faşistlərinin diskriminasiya siyasətinin şahidi olub. Doğulduğu Baharlı kəndini yerində göl qurmaq bəhanəsilə köçürüblər. Ulularının uyuduğu qəbiristanlığın sökülüb dağıdılması onun yaddaşında silinməz izlər buraxıb. Bütün Qərbi Azərbaycanlı soydaşlarımız kimi o da qaçqınlığın, ata yurdundan məhrumluğun ağrı-acısını yaşayıb. Qarabağdakı separatçıların vurduğu yaralardan onun da ailəsinə pay düşüb. Qardaşının oğlu Birinci Qarabağ Müharibəsində şəhid olub.
Deyirlər dərd gələndə batmanla gəlir. Fikrətin də dərdi batmanla gəldi, şəhidinin yarası qaysaqlanmamış öz ailəsində faciə baş verdi. İki qızının tək qardaşı İlkinin bəy taxtına oturmamış dünyadan köçməsi onu elə sarsıtdı ki...

Yaxşı ki doğmalarının, dostlarının nəvazişi, diqqəti sayəsində yenidən həyata tutuna bildi.
60 yaşa qədər həyatın hər üzünü görə-görə gələn, ximətdə, işdə cəmiyyət içində, ümumiyyətlə ətrafdakıların min cür əməlinin şahidi olan F.Orucov bu illər ərzində yalnız yaxşılardan örnək alıb. Pisliyi, paxıllığı qəlbinə yaxın buraxmayıb. Xeyirxahlığı, humanistliyi ruhunun qidası bilib, həyat amalına çevirib. O, həm də sədaqətli dost, istiqanlı qohum, cəfakeş ailə başçısı, qürurlu vətəndaşdır.
Bu gün ləyaqətli vətəndaşımız, təəssübkeş eloğlumuz haqqında nə qədər istəsəniz yazmağa mövzu var. Onu da qeyd edək ki, yaşadığı Sumqayıt Şəhərinin abadlaşdırılmasında imkan daxilində yardımını əsirgəməyib. Fıkrət Orucov Vətən müharibəsi dövründə öz maddi-mənəvi imkanlarını ordumuzun qələbəsi üçün səfərbər edib. İstər dərman tədarükü, istərsə də digər təminatlarda bütün imkanlarını ortaya qoyub. Bir sözlə onun mayası xeyirxahlıqdan yoğrulub. Yaxşılıq etməkdən zövq alır.

30 ili aşan tanışlığımız artıq dostluğa çevrilib. 60 illik ömrünün yarısından bəri tanıdığım Fikrət peşəsinə sadiq olduğu qədər də dostluqda vəfalıdır. Dürüstdür, sözübütövdür.
Əziz dostum, qardaşım Fikrət, yubileyin münasibətilə səni ürəkdən təbrik edirəm. Sənə sağlam, uzun ömür, peşə fəaliyyətində uğurlar, ictimai-siyasi həyatında nailiyyətlər arzulayıram! Bütün acıların keçmişdə qalsın. Uca yaradanımız gül balaları gözünə çıraq eləsin! Qalan ömrünü könül xoşluğu, ruh dincliyilə yaşayasan! Dostlara, doğmalara olan sevgin tükənməsin! Biləsən ki sevdiklərin səni daha çox sevirlər.
Əzizim həyatından sevinc, sevgi əskik olmasın! 100 yaşa!
Hörmətlə: Tamxil ZİYƏDDİNOĞLU,
Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin sədri
1-10-2024, 21:43
İranın hücumlarının nəticələri olacaq - İsrail ordusu plan hazırlayır


İranın hücumlarının nəticələri olacaq - İsrail ordusu plan hazırlayır

İsrail ordusu İranın raket hücumu ilə bağlı açıqlama yayıb.
Ordu hücumun "nəticələrinin olacağını" bildirib.
Açıqlamada İsrail ordusunun planlarının olduğunu vurğulanıb.
Qeyd edək ki, İrandan İsrailə 400-ə yaxın raket atılıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, İranın İsrail ərazisinə raket hücumu Hizbullahın baş katibi Həsən Nəsrullah, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və Qüds Qüvvələrinin komandiri Abbas Nilforuşanın ölümünə cavabdır.
Cavab atəşi açılacağı təqdirdə, SEPAH bu gün həyata keçirilən hücumdan “min qat daha güclü” hücum olacağını bildirib.
1-10-2024, 21:38
İsrail hava məkanını bağladı


İsrail hava məkanını bağladı

İsrail İranın hücumlarından sonra hava məkanını bağlayıb.
Bu barədə “The New York Times“ məlumat yayıb.
Uçuşlar İsraildən kənarda alternativ istiqamətlərə yönəldilir.
Qeyd edək ki, İrandan İsrailə 400-ə yaxın raket atılıb, ölü və yaralıların olduğu bildirilir.
1-10-2024, 21:37
Bayden əmr etdi: İrandan gələn raketləri vurun!


Bayden əmr etdi: İrandan gələn raketləri vurun!

ABŞ Prezidenti Co Bayden hərbçilərə İranın İsrailə atdığı raketləri vurmağı əmr edib.
Bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilir ki, Bayden və vitse-prezident Kanala Harris hazırda xüsusi iclas otağında İranın zərbələrini izləyirlər.
Qeyd edək ki, İrandan İsrailə 400-ə yaxın raket atılıb. Ölü və yaralıların olduğu bildirilir.
1-10-2024, 21:32
İsrailə hücum əmrini Xamneyi şəxsən verib


İsrailə hücum əmrini Xamneyi şəxsən verib

İsrailə hücum etmək əmrini İranın ali dini lideri Ayətullah Əli Xamneyi şəxsən verib.
Bu barədə İranın yüksək rütbəli rəsmisi "Reuters" agentliyinə bildirib.
O qeyd edib ki, Xamneyi təhlükəsiz yerdə qalmağa davam edir.
Xatırladaq ki, İrandan İsrailə 400-ə yaxın raket atılıb, ölən və yaralananların olduğu bildirilir.
1-10-2024, 21:16
İran İsraili bombaladı, ölənlər var


İran İsraili bombaladı, ölənlər var

İran İsrailə raket zərbələri endirməyə başlayıb.
Bu barədə “Jerusalem Post" məlumat yayıb.
Məlumata əsasən İsrailə doğru 400-ə yaxın raket atılıb.
İranın dövlət televiziyası İsrailə qarşı davam edən ballistik raket hücumunun yalnız birinci dalğa olduğunu və növbəti raundların gözlənildiyini bildirib.
İsrailin hava hücumundan müdafiə sistemləri bir sıra raketləri zərərsizləşdirib.
Hücum nəticəsində ölü və yaralıların olduğu bildirilir.
1-10-2024, 19:38
Bakıda nə qədər avtobus zolağı salınıb?


Bakıda nə qədər avtobus zolağı salınıb?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının 29 küçə və prospektində uzunluğu 85 km-dən çox olan xüsusi hərəkət zolağı təşkil edib.
Bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, avtobuslar üçün yeni zolaq şəbəkəsi mobilliyin transformasiyası proqramı çərçivəsində tətbiq olunur. Bu zolaqlardan gün ərzində 70 000 dəfəyə qədər avtobus hərəkət edir, 900 minə yaxın sərnişin rahat və maneəsiz daşınır. Avtobus üstünlüyünün təmin edilməsi daha çox sərnişinin daşınmasına imkan yaradır.
"Növbəti mərhələdə davamlılığın təmin edilməsi, yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə 100 km-dən çox avtobus zolağının təşkili nəzərdə tutulub. Avtobus zolaqları müntəzəmliyi, intervalların qorunmasını, ictimai nəqliyyatın cəlbediciliyinin və ona inamın artmasını təmin edir. Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün hazırlanan yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir", - deyə məlumatda qeyd olunub.
1-10-2024, 19:25
Paşinyan İranın vitse-prezidenti ilə görüşdü


Paşinyan İranın vitse-prezidenti ilə görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda İranın birinci vitse-prezidenti Məhəmməd Rza Areflə görüşüb.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Aref İranın Ermənistanla çoxqütblu əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.
Paşinyan Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının gedişi barədə danışıb, həmçinin regional kommunikasiyaların açılmasına yönəlmiş “Sülhün kəsişməsi” layihəsi haqqında məlumat verib.
1-10-2024, 18:49
Nurlana Cəfərovaya yeni vəzifə verildi


Nurlana Cəfərovaya yeni vəzifə verildi

“Avroviziya”da Azərbaycan nümayəndə heyətinin rəhbəri dəyişib.
Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nümayəndə heyətimizin yeni rəhbəri vəzifəsinə tanınmış aparıcı, hazırda nümayəndə heyətini mətbuat xidmətinin rəhbəri Nurlana Cəfərova təyin olunub.
Məlumat üçün qeyd edək ki, Nurlana Cəfərova 2006-cı ildən televiziya və radio sahəsində fəaliyyət göstərir. Əvvəllər o, 2014-2016-cı illərdə 106 FM radiosunun direktoru, 2017-2020-ci illər ərzində Azərbaycan Televiziyasının Musiqi və Əyləncəli proqramlar redaksiyasının baş redaktoru vəzifələrində, daha sonra İctimai Televizyada aparıcı vəzifəsində çalışıb.
Digər dəyişikliyə görə isə İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Maksim Tsurkova yeni səlahiyyət verilib. Belə ki o, həm də Avroviziya layihəsi üzrə Şirkətin Baş Direktorunun müşaviri vəzifəsini icra edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!