Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
9-10-2024, 23:16
Ölkəmiz barədə bu iddia saxtadır - Bəyanat


Ölkəmiz barədə bu iddia saxtadır - Bəyanat

“EekadFacts” adlı internet resursuna aid sosial şəbəkə hesablarında guya Azərbaycandan hava yolu ilə digər ölkəyə silah daşınması barədə həqiqətə uyğun olmayan saxta məlumat yayılmışdır. Bu, ölkəmizə qarşı qlobal dezinformasiya kampaniyasının növbəti nümunəsi olmaqla, heç bir reallığı əks etdirməyən təxəyyül məhsulu olan əsassız məlumatdır.
Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilir.
“Qeyd olunan spekulyativ məlumatların istehsalı və yayılmasını nüfuzlu qlobal tədbirlərə ev sahibliyi edən Azərbaycan Respublikasının beynəlxalq imicinə zərər vurmağa, ölkəmiz barədə ictimai fikri çaşdırmağa yönəlmiş daha bir uğursuz manipuliyasiya cəhdi kimi qiymətləndiririk.
Vətəndaşlarımızı, beynəlxalq ictimaiyyəti bu tip aldadıcı məlumatların təsirinə düşməməyə və yalnız rəsmi mənbələrdən əldə olunan informasiyaya istinad etməyə çağırırıq”, - açıqlamada qeyd olunur.
9-10-2024, 22:53
Azərbaycan millisi yarımfinalda


Azərbaycan millisi yarımfinalda

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Mali Loşin şəhərində təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib.
Yığma 1/4 finalda İngiltərəni 3:0 hesabı ilə üstələyərək yarımfinala vəsiqə qazanıb. Bu mərhələnin oyunu sabah keçiriləcək.
9-10-2024, 22:38
Polis zabiti yol qəzasında həyatını itirdi


Polis zabiti yol qəzasında həyatını itirdi

Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, "Toyota" markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir.
9-10-2024, 21:57
Millimiz mübarizəni dayandırdı


Millimiz mübarizəni dayandırdı

Çimərlik futbolu üzrə Azərbaycan millisi İspaniyanın Kadis şəhərində keçirilən dünya çempionatı ilə vidalaşıb.
Sahib Məmmədovun başçılıq etdiyi yığma 1/8 finalda Portuqaliya seçməsi ilə üz-üzə gəlib. Görüş rəqibin 13:5 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Azərbaycan millisi mübarizəni dayandırıb.
9-10-2024, 21:33
COP29-la bağlı növbəti portal


COP29-la bağlı növbəti portal

COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 iqlim konfransı çərçivəsində fəaliyyət göstərəcək Yaşıl Zona üzrə media akkreditasiya portalını istifadəyə verib.
Bu ilin 11-22 noyabr tarixlərində ölkəmizin ev sahibliyi edəcəyi COP29 iqlim konfransı çərçivəsində COP29 Sədrliyi tərəfindən təşkil və idarə ediləcək, iqlim dəyişmələrinə qarşı mübarizə üzrə innovasiyalar və potensial həllər üzrə dinamik mərkəz olacaq Yaşıl Zonaya media nümayəndələrinin akkreditasiyası açıq elan edilib. Akkreditasiya prosesi yeganə rəsmi mənbə olan akkreditasiya portalı vasitəsilə oktyabrın 9-dan etibarən fəaliyyət göstərir, son qeydiyyat tarixi isə oktyabrın 30-u saat 23:00 (GMT+4) olaraq təyin edilib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası tərəfindən idarə edilən, rəsmi görüş və danışıqların məkanı olan Mavi Zona ilə yanaşı, Yaşıl Zona müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor, alimlər, gənclər, yerli icmalar, QHT-lər, vətəndaş cəmiyyəti və Mavi Zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasına malik olmaqla iqlim konfransının işıqlandırılması üçün media nümayəndələrinə geniş imkanlar təmin edəcək. Belə ki, Yaşıl Zona üzrə akkreditasiyadan keçən jurnalistlər bir sıra müxtəlif tədbirlərə qatılmaq, iqlim fəaliyyətində aktiv iştirak edən qurum, şirkət və simalarla birbaşa əlaqə yaradaraq eksklüziv kontentlə çıxış etmək imkanı qazanacaqlar.
Akkreditə olunmuş media nümayəndələri, həmçinin Yaşıl Zonada media fəaliyyətinin operativ və səmərəli təşkili üçün qurulan Media Mərkəzi və müvafiq digər infrastruktur və texniki imkanlardan yararlana biləcəklər.
Qeyd edək ki, media akkreditasiyası Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən tanınan ölkələrdə media təşkilatı kimi qeydiyyatdan keçmiş rəsmi və etibarlı media qurumunu təmsil edən media nümayəndələri üçün nəzərdə tutulub. Yerli media nümayəndələri, həmçinin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin reyestrində qeydiyyatda olmalıdırlar.
COP29 Yaşıl Zona üzrə media akkreditasiyası prosesi ilə bağlı tələblər və digər ətraflı məlumatın əldə edilməsi üçün COP29 rəsmi veb-saytında mövcud müvafiq bölməyə keçid edilə bilər. Akkreditasiya müraciətləri ilə bağlı əlavə dəstək və ya sorğularla bağlı [email protected] elektron ünvanı vasitəsilə əlaqə saxlanılması xahiş olunur.
9-10-2024, 19:52
Şantajda ittiham olunan sayt rəhbəri həbs edildi


Şantajda ittiham olunan sayt rəhbəri həbs edildi

“Qerar.az” saytının baş redaktoru həbs olunub.
Onun ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etməsi barədə daxil olan məlumatlar əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılıb.
Sayt rəhbəri Kamal Qurbanov ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar dərc edəcəyi ilə hədələyərək müxtəlif məbləğlərdə pul vəsaitini hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, K.Qurbanov cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq davam etdirilir.
9-10-2024, 18:18
Hizbullah İsraili yenidən bombaladı: ölü və yaralılar var


Hizbullah İsraili yenidən bombaladı: ölü və yaralılar var

İsrailin Livanla sərhədindəki Kiryat Şmona şəhəri atəşə tutulub.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
İsrailin şimalındakı Hayfa da Livan ərazisindən atəşə tutulub. İsrail ordusu ümumilikdə 60 mərmi atıldığını bildirib.
Hücuma görə məsuliyyəti Hizbullah öz üzərinə götürüb. Qruplaşma bildirib ki, hücumun hədəfi İsrailin “Rafael” şirkətinin Hayfanın şimalındakı Zvulun bölgəsində yerləşən hərbi müəssisələri olub.
Hücum nəticəsində 2 nəfər ölüb, yaralılar var.
9-10-2024, 18:10
Azərbaycana təzyiq göstərmək cəhdləri faydasızdır - Zaxarova


Azərbaycana təzyiq göstərmək cəhdləri faydasızdır - Zaxarova

Qərb qüvvələrinin iqlim dəyişikliyi də daxil olmaqla müxtəlif məsələlərdə Azərbaycana təzyiq göstərmək cəhdləri faydasız və misli görünməmişdir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “Baku TV”nin sualını cavablandırarkən deyib.
"Azərbaycana təzyiq göstərmək faydasızdır. Azərbaycana dəfələrlə müxtəlif məsələlərdə təzyiq göstərilib. Məsələ təkcə suveren dövlətlərə təzyiq göstərilməsinin yolverilməzliyi ilə bağlı prinsipial mövqedən getmir, həm də bu mövzu (iqlim dəyişikliyi) mütəxəssislərin real cəlb olunmasını tələb edir. Bu, ABŞ-nin özünə sərfəli qərarı qəbul etdirmək üçün hamının başına vuracağı növbəti siyasi "dəyənək" olmamalıdır. Belə atışmalar populyar iqlim mövzusu ətrafında süni ajiotaj yaratmaq üçün istifadə olunur. Əslində isə ABŞ və digər Qərb ölkələri iqlim maliyyələşdirilməsi sahəsində yeni kollektiv kəmiyyət məqsədinin razılaşdırılmasını, eləcə də beynəlxalq karbon vahidləri bazarının yaradılması məsələsində konsensusa nail olunmasını faktiki olaraq sabotaj edirlər", - o bildirib.
M.Zaxarovanın sözlərinə görə, ABŞ-nin bu cür taktikası COP iqlim konfransından əvvəl ildən-ilə təkrarlanan klassik üsuldur.
9-10-2024, 17:15
BDU Assosiasiyanın tamhüquqlu üzvü seçildi


BDU Assosiasiyanın tamhüquqlu üzvü seçildi

Bakı Dövlət Universiteti (BDU) qlobal davamlı inkişaf məqsədlərinə töhfə vermək məqsədilə Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının (The Association for the Advancement of Sustainability in Higher Education - AASHE) tamhüquqlu üzvləri sırasına qoşulub.
AASHE ali təhsil müəssisələrinin davamlı inkişaf prinsiplərinə sadiqliyini gücləndirmək və onların bu istiqamətdə fəaliyyətini dəstəkləmək üçün qlobal səviyyədə tanınmış bir platformadır.
Bu üzvlük Universitetin beynəlxalq arenada mövqeyini gücləndirərək, qlobal davamlılıq təşəbbüslərində fəal iştirak etməsinə imkan verəcək, ekoloji, sosial və iqtisadi sahələrdə daha dayanıqlı bir gələcək qurmaq üçün göstərdiyi səyləri dəstəkləyəcək, eləcə də BDU-ya davamlılıq sahəsində aparıcı beynəlxalq təcrübələrə çıxış imkanı yaradacaq.
BDU-nun bu təşkilata üzvlüyü Universitetin qlobal səviyyədə tanınan davamlılıq standartlarına uyğun fəaliyyət göstərməsinə və bu istiqamətdə fəal iştirakına təkan verəcək. Bu isə ali təhsil müəssisələrinin qlobal problemlərin həllində oynadığı rolu bir daha vurğulayaraq, BDU-nun qlobal davamlılıq təşəbbüslərinə inteqrasiya olunmasına imkan yaradacaq. Bundan başqa, AASHE üzvlüyü BDU-ya davamlılıq sahəsində beynəlxalq layihələrə qoşulmaq, davamlı inkişafa yönəlmiş proqram və strategiyaları genişləndirmək üçün yeni imkanlar təqdim edəcək.
BDU-nun beynəlxalq əməkdaşlıq və davamlılıq sahəsində fəal mövqeyi cəmiyyətə və ətraf mühitə olan məsuliyyətini önə çıxaran mühüm addımdır. Universitet bu üzvlük sayəsində davamlı gələcək qurmaq üçün öz fəaliyyətini daha da inkişaf etdirərək, Azərbaycanın ali təhsil sektorunda nümunəvi mövqe qazanmağa davam edəcək.
Xatırladaq ki, BDU bu gün daha bir mühüm uğura imza atıb. Dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “Times Higher Education” (THE) 2025-ci il üçün dünyanın ən yaxşı universitetlərinin (“World University Rankings 2025”) reytinq siyahısını açıqlayıb. Dərc olunan siyahıda BDU da yer alıb. Dünyada 2092, Azərbaycandan isə 2 ali təhsil müəssisəsinin yer ala bildiyi siyahıda 1501+ diapazonunda qərarlaşan BDU ölkədə liderdir.
BDU fiziki elmlər (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və s.) və mühəndislik elmləri (kimya mühəndisliyi, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi və s.) üzrə THE-nin “İxtisasların Reytinqi” (“Subject Rankings 2024”) siyahısında Azərbaycandan yer alan yeganə ali təhsil müəssisəsidir.

9-10-2024, 17:07
COP29-un uğurla keçəcəyinə ümidvaram - Prezident


COP29-un uğurla keçəcəyinə ümidvaram - Prezident

Azərbaycan dövlətinin uzun illər beynəlxalq aləmdə fəal rolunu, həmçinin dünyanın qlobal iştirakçıları arasında bir körpü olduğunu məmnunluqla vurğulayan Prezident İlham Əliyev COP29-un uğurla keçəcəyinə ümidvarlığını ifadə edib.
Bu fikirləri dövlət başçısı BMT Baş katibinin birinci müavini Amina Mohammedi qəbulu zamanı deyib.
Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı ilə fəal əməkdaşlıq həyata keçirdiyini, bir sıra Avropa ölkələri ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalandığını vurğulayaraq, bildirdi ki, bütün bunlar Azərbaycanda COP29-un uğurla keçiriləcəyinə yaxşı əsas yaradır.
Prezident İlham Əliyev ölkəmizin COP29-da konsensusun əldə olunması üçün səylər göstərdiyini bildirdi. Dövlətimizin başçısı “troyka” formatına toxunaraq, Azərbaycanın COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri və COP30-a ev sahibliyi edəcək Braziliya ilə fəal işlər apardığını dedi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!