Əlli bir ildən sonra çöysüyən həsrət .....                        Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib .....                        AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ .....                        Suriyada seçkilər nə vaxt keçiriləcək? .....                        “Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı .....                        "Mançester Siti"nin növbəti qələbəsi .....                        Əfqanıstan da Azərbaycana başsağlığı verdi .....                        Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır .....                        Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi .....                       
16-10-2024, 22:17
Əziz Muradımız biz səninlə fəxr edirik!


Əziz Muradımız biz səninlə fəxr edirik!

Qərbi Azərbaycanımizin Qarabağ torpağına ayaq izi dəyməyən, lakin, bu torpaqda öz qanı ilə şəhidlik ünvanını yazan igid oğullarımizdan biri Murad Məmmədov. Doğmamız, dayımin nəvəsi, mehriban, qohumlar arasında özünə az yaşı ilə hörmət qazanmış, vətən qeyrətli şəhidimiz. Türkiyədə təhsil alırdı, savadlı olduğu üçün Bolqarıstana Sofiya şəhərinə göndərilmişdi. Torpaq sevgisi, xalqının namusunu qorumaq onu uzaq-uzaq ellərdən Qarabağ torpağına səslədi. Sentybrın 25-də 24 yaşını qeyd edib, 29-da könüllü olaraq mühribəyə yollandı. Təhsillindən əlavə idmanda da, incəsənətdə də fərqlənirdi. Cüdo yarışlarında qalib, gözəl pioninoçu Muradımız öz həyatını olduğu kimi bütün fəaliyyətini də hər bir sahədə yarımçıq qoydu. 44 günlük müharibədə şəhidlər sırasında tarixin yaddaşında əbədilik titulu ən yüksək olan bir ad qazandı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar Azərbaycan xalqının qeyrəti, namusu, vicdanı uğrunda qurban getdilər. Bu gün hər birimiz onların xatirəsini yad etməklə, ruhları qarşısında borcumuzu ödəmiş olarıq. Əziz Muradımız sən də bu igidlərdən birisən. Biz səninlə fəxr edirik. Məkanın cənnət olsun!
Ruhuna sayğılarla: Südabə
16-10-2024, 19:10
Bakıda 2 ev yandı


Bakıda 2 ev yandı

Bakı şəhərinin Nizami rayonunda 2 evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 9 paq.m mebel, 3 ədəd məişət avadanlığı və evə bitişik, ümumi sahəsi 54 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 45 m² sahədə yanıb.
Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
16-10-2024, 17:57
Elza ilə Roza çəkişməsində yenilik: Məhkəməni təxirə salan səbəb


Elza ilə Roza çəkişməsində yenilik: Məhkəməni təxirə salan səbəb

Müğənnilər Roza Zərgərli və Elza Seyidcahanın bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
Məlumata görə, Elza Seyidcahanın vəkili məhkəmə iclasında iştirak etsə də, Roza Zərgərlinin vəkili məhkəməyə müraciət edərək, iclasın başqa günə təyin edilməsini istəyib. Vəkilin müraciəti təmin olunub və məhkəmə təxirə salınıb.
Xatırladaq ki, Əməkdar artist Elza Seyidcahan xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və müğənni Roza Zərgərlinin ona böhtan atdığını bildirib. Roza Zərgərli haqqında iddia Cinayət Məcəlləsinin 147-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi üzrə icraata götürülüb.
Qeyd edək ki, iş Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin icraatındadır.
16-10-2024, 17:48
Hindistan Ermənistanı silahlandırmağa davam edir


Hindistan Ermənistanı silahlandırmağa davam edir

Ermənistanın xeyirxah, əliaçıq dostları Cənubi Qafqazda sülhün əldə olunmasına hər vəchlə maneə olmaq üçün təcavüzkar ölkəni silahla təchiz etməyə davam edir.
Hindistan Ermənistana “Pralay” tipli kvaziballistik raketlər satacaq.
Bundan öncədə Hindistan Ermənistana müxtəlif növ silahlar göndərdiyi hər kəsə məlumdur.
Yeni reallıqlarda belə revanşist qüvvələrin mövcud olduğu Ermənistanı aktiv şəkildə silahlandıran Hindistan və gidər ölkələrər bununla regionda sabitliyin əldə edilməsində maraqlı olmadıqlarını göstərirlər. Cənubi Qafqaz coğrafi cəhətdən Hindistandan uzaqda yerləşsə də, bu region, həmçinin, Hindistandan keçən mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyindən, mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən bu ölkə regionda sabitlikdə maraqlı olmalıdır.
Ermənistan isə bu cür siyasəti ilə bir daha özünün qeyri-rasional niyyətini ifşa edir. Bu isə növbəti dəfə sübut edir ki, İrəvana sülh lazım deyil.
16-10-2024, 17:27
Zaxarova Zelenskinin “qələbə planı”na istehza etdi


Zaxarova Zelenskinin “qələbə planı”na istehza etdi

Ukrayna lideri Vladimir Zelenskinin Ali Radada təqdim etdiyi qələbə planı Moskvada istehza ilə qarşılanıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bu barədə danışıb.
"Zelenskinin "Qələbə planı" nasistin dodaqlarında qanlı köpük olan və bir-birinə uyğun olmayan şüarlar toplusudur", - Zaxarova bildirib. O vurğulayıb ki, Ukrayna liderinin planının məqsədi maliyyə səmərəsi əldə etmək və terror potensialını nümayiş etdirməkdir.
Ukrayna lideri ilk dəfə oktyabrın 16-da “qələbə planını” Ali Radaya açıq şəkildə təqdim edib. O qeyd edib ki, plan Ukraynanın “sülh formulu”nu tamamlayır və Ukraynanın mövqeyini gücləndirməyə və Rusiyanı münaqişəyə son qoymağa məcbur etməyə yönəlib.
Kreml təqdim olunan sənədə kəskin reaksiya verib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Zelenskinin “qələbə planı” münaqişəni sona çatdırmaqdan çox, Ukraynaya sona qədər döyüşləri davam etdirməyə yönəlib.
16-10-2024, 17:15
İsrail İrana hücum edəcək? - Tarix açıqlandı


İsrail İrana hücum edəcək? - Tarix açıqlandı

İsrailin İrana cavab hücumu ilə bağlı planı artıq hazırdır.
Bu barədə CNN telekanlı öz mənbələrinə istinadən yazıb.
Bildirilir ki, Amerika rəsmiləri İsrailin noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərindən əvvəl İrana hücum edəcəyini gözləyirlər.
Mənbələr qeyd edir ki, İsrailin İrana qarşı cavab tədbirinin vaxt cədvəli və parametrləri İsrail hökuməti daxilində gərgin müzakirələrə səbəb olub.
Xatırladaq ki, oktyabrın əvvəlində İrandan İsrailə 400-ə yaxın raket atılıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, İranın İsrail ərazisinə raket hücumu Hizbullahın baş katibi Həsən Nəsrullah, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və Qüds Qüvvələrinin komandiri Abbas Nilforuşanın ölümünə cavabdır. İsrail rəsmiləri İrana cavab verəcəklərini vəd ediblər. Qərb mətbuatı İsrailin İranın neft və nüvə obyektlərini hədəfə alacağını yazıb.
16-10-2024, 16:43
Casusluğu sübuta yetirildi - 16 il cəza aldı


Casusluğu sübuta
yetirildi - 16 il cəza aldı


Xarici xüsusi xidmət orqanlarına casusluq etməkdə ittiham olunan Mirhafiz Cəfərzadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə elan edilmiş ittiham kifayət qədər dəlil və sübut, həmçinin şahid ifadələri ilə öz təsdiqini tapıb.
Hökmə əsasən, M.Cəfərzadə casusluq formasında dövlətə xəyanətdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İş materiallarından görünür ki, Mirhafiz Cəfərzadənin əməlləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən terrorçuluqla mübarizə tədbirləri zəminində əməliyyat-istintaq hərəkətləri həyata keçirilən zaman üzə çıxıb.
Müəyyən edilib ki, Cəfərzadə Mirhafiz Mirisaq oğlu xarici xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edərək Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə verilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərmiş, hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirməklə onların lokasiyasını və digər məlumatları “Telegram” tətbiqi sistemi vasitəsilə göndərib.
Qeyd olunan əməllərinə görə, M.Cəfərzadə istintaqa cəlb edilib və ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub.
16-10-2024, 16:38
Türkiyədə güclü zəlzələ: 187 nəfər yaralandı


Türkiyədə güclü zəlzələ: 187 nəfər yaralandı

Türkiyənin Malatya vilayətində baş verən zəlzələ nəticəsində xəsarət alanlar var.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Malatyada, Şanlıurfada və Elazığda 3 binada qismən çökmə olduğunu bildirib.
Məlumata görə, zəlzələ ilə əlaqədar 112 Təcili Zəng Mərkəzinə ümumilikdə 374 məlumat daxil olub. Bildirilir ki, müxtəlif bölgələrdə ümumilikdə 187 nəfər yaralanıb.
Zəlzələ səbəbindən Malatya, Şanlıurfa, Adıyaman, Batman və Elazığda məktəblər bağlanıb.
Hazırda Malatya, Diyarbəkir, Şanlıurfa, Elazığ, Batman və Tunceli bölgələrində araşdırmalar davam edir.
16-10-2024, 16:30
"Qərbi Azərbaycan" prospekti, "İrəvan" meydanı yaradılsın!


"Qərbi Azərbaycan" prospekti, "İrəvan" meydanı yaradılsın!

Qərbi Azərbaycana, tarixi torpaqlarımıza - Zəngəzur və İrəvana qayıdışla bağlı planlarımız var və işlər görülür. Bu istiqamətdə görülən işlərin bir parçası olaraq, Bakıda böyük prospekt və küçələrdən birinə "İrəvan" adının verilməsi təklif olunur.
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının rəhbəri, deputat Məlahət İbrahimqızı bildirib ki, İrəvan tarixi Azərbaycan yurdudur və ermənilər də bunu yaxşı bilir:
“Hesab edirəm ki, dövlətimizin və ictimaiyyətimizin ən vacib, aktual məsələlərindən biri məhz Qərbi Azərbaycana qayıdışla bağlıdır. Qərbi Azərbaycandan təkcə 1987-91-ci illərdə erməni vandalları tərəfindən 400 minə yaxın insan deportasiyaya məruz qalıb. Ermənilər nə qədər tarixi saxtalaşdırsalar, saxta monoqrafiyalar yazsalar da, Qərbi Azərbaycanı ermənilərin tarixi torpaqları adlandırmaq mümkün deyil. Cənab Prezidentimiz İrəvanın Azərbaycanın tarixi şəhərlərindən biri olduğunu bildirib. Tarixçilər bu istiqamtdə böyük tədqiqatlar aparıblar. Rəvanqulu xanın şəhəri inşa etdiyi və daha sonra bura onun adının verilidiyi təsdiqlənib.Bu günə qədər ermənilər orada klassik erməni mədəniyyətinə, tarixinə məxsus nəsə ortaya qoymayıblar. Orada Ermənistana məxsus nə var ki? Üçmüədzin belə onlara məxsus deyil. Albanlardan, eləcə zərdüştlərdən qalan Anahida məbədlərinin üzərində qurulmuş saxta kilsədir. Ermənilər buna görə də hansısa əsərlərində İrəvanda olan bir məbəd, abidə göstərə bilmirlər ki, hansısa erməniyə məxsus olsun. İrəvan şəhərinin markası İrəvan xanlığının qalası, Göy məsciddir".
Məlahət İbrahimqızı söyləyib ki, Bakıda küçə və ya prospektlərdən birinə "İrəvan" adının verilməsi təqdirəlayiq təşəbbüs olar:
"Biz mötərəm Prezidentimizin, dövlətimizin siyasətində də toponimlərin, tarixi mirasımızın qorunması istiqamətində işlərin getdiyini görürük. Bu baxımdan hazırda müəyyən rayonlarda eşitdiyimə görə Qərbi Azərbaycana aid toponimlərdən ibarət küçələr var. Vaxtilə Bakıda İrəvan küçəsi və ya prospekti vardı. Göyçəni, Zəngəzuru doğma tutub, İrəvanı ögey tuta bilmərik. Göyçə bizə nə qədər əzizidirsə, İrəvan da bizə o qədər əzizdir. Biz Göyçəyə, Zəngəzura ləyaqətli şəkildə, sülh şəraitində qayıdacağıq, həmçinin İrəvana da. Düşünürəm ki, "Göyçə", "Qərbi Azərbaycan" prospekti, "İrəvan" meydanı olsa, əla olar. Bu, təşəbbüs çox gözəldir. Həm İrəvanın, həm Göyçənin, həm də Zəngəzurun Azərbaycanda haradasa yer adlarına verilməsi təqdirəlayiqdir. Bu yaxınlarda Aşıq ələsgərin Bakının ən mötəbər, mərkəzgörünüşlü yerində abidəsi qoyulub. Dədə Qorqud və Koroğlu kimi Aşıq Ələsgər də türk dünyasının ortaq mirasıdır. Aşıq Ələsgərə abidə qoyulması Qərbi Azərbaycanın, Göyçə, Zəngəzur və İrəvanın Azərbaycanın tarixi mirası, torpağı olduğunun göstəricisidir. Lakin gənc nəsil tərəfindən unudulmaması üçün bu adların küçələrə, meydanlara verilməsini təqdirəlayiq hesab edirəm".
Məlahət İbrahimqızı hansı küçəyə və ya prospektə İrəvan adının verilə biləcəyindən də danışıb:
“Bakıda hazırda İrəvan teatrı var. Eləcə də vaxtilə İrəvan prospekti olub. Səhv etmirəmsə, bu, prospekt Nəsimi rayonu ərazisində yerləşir. Həmin ərazinin keçmiş adı bərpa oluna, “İrəvan” prospekti adlandırıla bilər”.
16-10-2024, 16:26
Mübariz İbrahimovun atası dəfn edildi - FOTO


Mübariz İbrahimovun atası dəfn edildi - FOTO

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov dəfn olunub.
Mərhum Biləsuvar rayonu Əliabad kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində ailə üzvləri, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, A.İbrahimov bu gün infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!