20-10-2024, 18:14
İran Əfqanıstan və Pakistanla sərhəddə divar çəkirİran Pakistan və Əfqanıstanla həmsərhəd olan 5 əyalətdə divar tikintisinə başlayıb.
Bu barədə "Eghtesaad24" İran sərhəd polisinin komandiri, briqada generalı Əhməd Əli Qudarziyə istinadən məlumat yayıb.
O bildirib ki, divar təhlükəsizlik təhdidlərini azaltmaq, arzuolunmaz miqrasiyanın və qaçaqmalçılığın qarşısını almaq üçün lazımdır.
General vurğulayıb ki, Əfqanıstan və Pakistanla sərhəddə divar tikintisi prioritet məsələdir.
20-10-2024, 17:44
Boksçumuzdan Avropa çempionatında gümüş medalBolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatında 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan millisinin üzvü Tural Sarıyev gümüş medal qazanıb.
Bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib.
İlk iki görüşündə Laşa Kereselidze (Gürcüstan) və Samet Oruc Salihi (Türkiyə) məğlub edən T.Sarıyev finalda Luis Runi (İrlandiya) ilə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşdığından Tural Avropa çempionatını ikinci yerdə bitirib.
Bu, Azərbaycan millisinin yarışda qazandığı ikinci medal olub. T.Sarıyevdən öncə Marjona Savriyeva (50 kq) bürünc mükafata yiyələnib.
Qeyd edək ki, bu gün yığmanın daha 2 boksçusu final qarşılaşmasına çıxacaq.

20-10-2024, 16:10
Qəzzada hər gün 80-dən çox fələstinli ölürİsrail qüvvələrinin Qəzza zolağında 24 saat ərzində həyata keçirdiyi əməliyyatlar nəticəsində azı 84 fələstinli ölüb, 160-a yaxın fələstinli yaralanıb.
Bu məlumatı anklavın Səhiyyə Nazirliyi verib.
“Son 24 saat ərzində Qəzzada 84 nəfər ölüb, 158 nəfər yaralanıb”, - deyə idarənin Telegram kanalında dərc olunan xülasədə bildirilir.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hərbi əməliyyatın əvvəlindən İsrailin təcavüzü qurbanlarının ümumi sayı 42 603 nəfərə çatıb, 99 795 nəfər yaralanıb.
20-10-2024, 15:52
İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək
İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi prosesi davam etdirilir.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən döyüş sursatlarının məhv edilməsi prosesi 21.10.2024-cü il tarixindən 25.10.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
"Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək", - məlumatda vurğulanıb.
20-10-2024, 15:15
19 yaşlı iki uşaq anası özünü öldürdüLənkəranda 19 yaşlı qadın dərmandan ölüb.
Hadisə bu gün səhər saatlarında Lənkəran rayonunun Osaküçə kəndində baş verib.
İki gün bundan əvvəl Bakı şəhərindən kəndə qayıdan 2005-ci il təvəllüdlü Elnurə İsfəndiyar qızı Qurbanova dərman içərək ölüb.
Onun intihar etdiyi bildirilir və hansı səbəbdən bu addımı atdığı məlum deyil.
Qeyd edək ki, E.Qurbanova iki uşaq anasıdır.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
20-10-2024, 14:56
Azərbaycanda zəlzələSamux rayonunda zəlzələ olub.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tətqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Gəncə stansiyasından 34 km şimal-şərqdə, 3 manqitudada qeydə alınıb.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib, təbii hadisə hiss olunmayıb.
20-10-2024, 14:30
Peşəkar mühasib sertifikatı imtahanı keçirilib Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 131 nəzarətçi,17 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 5 həftə ərzində elan olunacaq.