"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
25-10-2024, 18:18
Bakıdan Fransanı qınayan bəyanat yaydılar


Bakıdan Fransanı qınayan bəyanat yaydılar

Qvadelupanın Azadlığı naminə Xalq Birliyi Bakıdan Fransanı qınayan bəyanat yayıb. Butov.az bəyanatı təqdim edir:
Fransa polisinin UPLG və onun Baş katibinə qarşı təhdid və qorxutma cəhdlərinə YOX!
Qvadelupanın Azadlığı naminə Xalq Birliyi (UPLG) oktyabrın 23-də BMT-nin Cenevrədəki qərargahında keçirilən missiyadan qayıdarkən Baş katib Jan-Jakob Bisepin Parisin Şarl de Qol hava limanında həbs edilməsi və sərhəddə saxlanılması ilə bağlı narazılığını ifadə edir. Sözügedən tədbirdə Fransa nəzarətində olan ərazilərdə insan hüquqlarının pozulma halları müzakirə edilib.
Bundan əvvəl Baş katib ABŞ-da BMT qərargahına səfər etməyi planlaşdırarkən Martinikadan keçdikdən sonra ABŞ ərazisinə girişinə qadağa qoyulduğuna görə səyahətini davam etdirə bilməmişdi.
UPLG insan hüquqlarına zidd olan bu təcrübələri pisləyir və beynəlxalq ictimaiyyəti ölkəsində baş verənlərdən xəbərdar etməyə davam edəcəyini bəyan edir. Həmçinin təşkilat özünün öz müqəddəratını təyinetmə və milli müstəqillik hüququnun tanınmasını tələb edir.
Köləlik əsarətinə qarşı mübarizə aparmış Delqres, Palerm, Massoto, Kuduks, Mart-Ros, Solitüd və digər qəhrəmanlarımız kimi, biz də tam azadlığa nail olanadək mübarizəmizi davam etdirəcəyik.
UPLG Qvadelupa xalqını və bütün vətənpərvər və müstəmləkəçiliyə qarşı mübarizə aparan qüvvələri, tam suverenlik və müstəqillik hüquqlarını müdafiə edənlərin səsini boğmağa yönələn bu cür hərəkətləri qınamağa çağırır.
Azad və müstəqil Qvadelupaya eşq olsun! Biz qalib gələcəyik!

Ali-Meril

Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibinin müavini

Bakı, 25 oktyabr 2024-cü il.
25-10-2024, 18:06
Babək prospektində güclü yanğın


Babək prospektində güclü yanğın

Bakıda Babək prospektində yanğın başlayıb.
Ərazidə yerləşən obyekt yanır.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Yanğın hadisəsi ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yerində təhlükəsizlik tədbirləri təmin olunur, nəqliyyatın hərəkəti tənzimlənir və digər zəruri tədbirlər görülür.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib ki, yanğın hadisəsi səbəbindən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.


25-10-2024, 17:59
Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etmədi


Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etmədi

Ukrayna prezidenti Vladimir Zelenski BMT-nin baş katibi Antonio Quterreşin Kiyevə səfər etmək istəyini qəbul etməyib.
Bu barədə “AFP” Ukrayna liderinə yaxın mənbələrdən məlumat alıb.
Buna səbəb kimi Kazanda keçirilən BRICS samiti çərçivəsində onun Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, dünya liderlərinə Ukraynada ədalətli sülhün əldə edilməsinə nail olmaqla bağlı çağırış etməsi olub.
V. Zelenskinin ofisində isə BMT rəhbərinin Rusiyaya səfəri beynəlxalq hüququn pozulması kimi dəyərləndirilib.
Bir qədər əvvəl Ukraynanın Xarici İşlər Nazirliyi də bu faktla bağlı bəyanat yayıb. Bildirilib ki, A. Quterreşin Ukraynada sülh üzrə İsveçrədə keçirilən Sammitdə iştirakdan imtina edərək, bunun əvəzində Rusiyanın təşkil etdiyi Kazan sammitinə qatılması qəbulolunmazdır.
A. Quterreş isə öz növbəsində Putinlə görüşü zamanı Ukraynaya hərbi müdaxiləni BMT Nizamnaməsinə zidd adlandırıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəfələrlə tənqid edən BMT rəhbərinin Kiyevə səfəri BRICS sammitindən sonraya planlaşdırılırdı.
Bu arada, BMT baş katibinin köməkçisi Stefan Düjarrik 2024-cü ilin aprelində verdiyi bəyanatda bildirib ki, Ukraynada müharibənin başa çatdırılması yalnız bu ölkənin ərazi bütövlüyünün təminatı şəraitində mümkün ola bilər.
25-10-2024, 17:48
Daha 4 nəqliyyat vasitəsi özəlləşdirildi


Daha 4 nəqliyyat vasitəsi özəlləşdirildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 4 nəqliyyat vasitəsi satılıb. Hərrac rəqabətli keçib.
Belə ki, start qiyməti 14 040 manat olan “Mitsubishi Pajero” markalı avtomobil 16 700 manata, 12 240 manat olan “Hyundai Tucson” markalı nəqliyyat vasitəsi isə 13 750 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/3EBvmi linki vasitəsilə tanış olmaq olar.
Oktyabrın 31-də keçiriləcək növbəti hərraca əmlak kompleksi, qeyri-yaşayış sahəsi, fərdi yaşayış evi və torpaq sahələri çıxarılacaq.
Hərraca çıxarılan əmlakların siyahısı ilə //clck.ru/3EBvZM linki vasitəsilə tanış olmaq mümkündür.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.
25-10-2024, 17:32
Cüdoçumuz qızıl medal qazandı


Cüdoçumuz qızıl
medal qazandı


Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında Azərbaycan cüdoçularının dueli baş tutub.
50 kiloqram çəki dərəcəsində çıxış edən Məhəmməd Rüstəmli finalda Azərbaycanın digər təmsilçisi Anar Quliyevlə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn M.Rüstəmli qızıl, A.Quliyev isə gümüş medala yiyələnib.
Yığmanın digər üzvü Rüstəm Qasımzadə (55 kiloqram) isə bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan oyunlarda qızlar və oğlanlar arasında 13 çəki dərəcəsində 24 cüdoçu ilə təmsil olunur. Cüdo yarışlarına oktyabrın 26-da yekun vurulacaq.
25-10-2024, 17:25
Bakıda 11-ci sinif şagirdi bıçaqlandı: saxlanılan var


Bakıda 11-ci sinif şagirdi bıçaqlandı: saxlanılan var

25.10.2024-cü il tarixində 14:30 radələrində 2007-ci il və 2008-ci il təvəllüdlü şəxslər (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Hər iki şəxsə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub və dərhal əməliyyata alınıb.
Cərrahi əməliyyatdan sonra yaralılar tibb müəssisəsinin Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri ağır stabil qiymətləndirilir.
25-10-2024, 17:00
Azərbaycan Avropa İttifaqına nota verdi


Azərbaycan Avropa İttifaqına nota verdi

Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Azərbaycan Xarici işlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Avropa Parlamenti tərəfindən 24 oktyabr tarixində qəbul edilmiş qətnamə, eləcə də bu qurumda baş tutmuş müzakirələr çərçivəsində Avropa Komissarı tərəfindən səsləndirilən əsassız və qərəzli fikirlər qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.
Aİ-nin müxtəlif institutları vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyasının davam etdirilməsinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsd edən, onun daxili işlərinə müdaxilə edən bəyanat və addımların Ermənistanda revanşizmi təşviq etdiyi, bununla regionda sülh səylərinə xələl gətirdiyi vurğulanıb.
Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini beynəlxalq hüququn norma və prinsipləri, qarşılıqlı hörmət, bərabərhüquqluluq və ümumi fayda prinsipləri əsasında qurduğu bildirilib, qarşı tərəf də bu fundamental prinsiplərə ciddi şəkildə əməl etməyə çağırılıb.
"Avropa İttifaqı tərəfindən Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü pozan, daxili işlərinə müdaxilə edən, regionda sülh və sabitliyə xələl gətirən qərəzli addımlardan çəkinilməsi tələb olunub", - deyə məlumatda qeyd edilib.
25-10-2024, 16:38
Bilgəh-Novxanı-Sumqayıt yolu bağlanır


Bilgəh-Novxanı-Sumqayıt yolu bağlanır

26 oktyabr saat 08:00-dan etibarən Bilgəh-Novxanı-Sumqayıt yeni avtomobil yolunun Əjdər Məlikov küçəsi ilə kəsişməsində aparılan təmir-bərpa işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti 500 metr məsafədə tam olaraq məhdudlaşdırılacaq.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
25-10-2024, 16:35
Azərbaycanla Belarus arasında imzalanmış iki sazişə dəyişiklik edildi


Azərbaycanla Belarus arasında imzalanmış iki sazişə dəyişiklik edildi

Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında imzalanmış 2 sazişə dəyişiklik təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunları imzalayıb.
Bunlar 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”lardır.
25-10-2024, 16:30
Ermənistan COP29-a dəvət məktubunu alıb, ancaq hələ qərar verməyib


Ermənistan COP29-a dəvət məktubunu alıb, ancaq hələ qərar verməyib

Ermənistan Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün dəvət alıb.
Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan məlumat verib.
O qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün dəvət xarici işlər naziri Ararat Mirzoyanın adına göndərilib.
Nazir müavininin sözlərinə, hazırda bu məsələ hökumətdə müzakirə olunur.
Xatırladaq ki, Azərbaycan bir müddət əvvəl Ermənistanı COP29-a dəvət etdiyini açıqlayıb. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Muxtar Babayev (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib.
O qeyd edib ki, hər iki ölkənin rəsmi diplomatik münasibətləri olmadığı halda bu məktubun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir. Prezidentinin köməkçisi əlavə edib ki, COP29 qlobal səydir və həlledici danışıqlar “Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxır”. "İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır", - H.Hacıyev vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!