Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
4-11-2024, 14:51
Valideynlərini itirən gənc qız özünü asdı


Valideynlərini itirən gənc qız özünü asdı

Astarada meyit aşkarlanıb. Hadisə gecə saatlarında Astara rayonunun Pensər kəndində baş verib. 18 yaşlı qızın meyiti asılmış vəziyyətdə tapılıb.
Qeyd edək ki, valideynlərini itirən qız babası ilə yaşayırmış.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
4-11-2024, 14:39
"Həm Ermənistan, həm də Azərbaycan üçün böyük qələbədir" - Simonyan


"Həm Ermənistan, həm də Azərbaycan üçün böyük qələbədir" - Simonyan

"Hesab edirəm ki, sərhədin demarkasiyası qaydasının müəyyən olunması həm Ermənistan, həm də Azərbaycan üçün böyük qələbədir”.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
“Bu, Ermənistan və Azərbaycan arasında ilk sənəddir və həyata keçirilməsi hər iki ölkə üçün müstəqillik və ərazi bütövlüyünün ən mühüm təməl daşlarından biridir və biz irəliləyəcəyik”, - deyə Alen Simonyan qeyd edib.
Alen Simonyan jurnalistin demarkasiya prosesinin hansı ərazidə davam etdiriləcəyi ilə bağlı sualıncavab olaraq bildirib ki, burada hər şey mümkündür:
"Davam etmək üçün əsas ola biləcək müxtəlif arqumentlər, əsaslar, suallar var. Şimalda, cənubda davam etmək mümkündür. Ümumilikdə Sünikdən, yaxud daha konkret olan hansısa hissədən başlamaq olardı. Bununla bağlı müzakirələrimiz var. 12 km, 50 km, 100 km. Sərhədimizin yenidən qurulması tariximizin ən mühüm məsələsidir”.
4-11-2024, 14:30
Azərbaycanda “TələbəPlus” kartlarının verilməsinə başlanıldı


Azərbaycanda “TələbəPlus” kartlarının verilməsinə başlanıldı

Bakı Dövlət Universitetində (BDU) “TələbəPlus” kartlarının təqdimatı keçirilib, ali təhsil müəssisəsinin qəbul imtahanlarında ən yüksək bal toplayan 14 tələbəsinə ilk dəfə təqdim olunub.
BDU-nun rektoru Elçin Babayev Təhsilin İnkişafı Fondunun (TİF) reallaşdırdığı bu layihənin gənclərin təhsil həyatında önəmli rol oynayacağını bildirib:
“Təhsilin İnkişafı Fondu yarandığı gündən tələbəyönümlü müxtəlif layihələr həyata keçirir. “TələbəPlus” kartlarının verilməsi də bu uğurlu layihələrdən biridiir. Ali təhsil müəssisələri yaradılan imkandan kifayət qədər bəhrələnəcək. Bu kartlar tələbələrə ən müxtəlif istiqamətlərdə geniş imtiyazlar təqdim edəcək. Tələbələr təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat və digər xidmətlərlə bağlı endirimlərdən faydalana biləcəklər”.
TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov vurğulayıb ki, bir ildən artıq üzərində çalışdıqları layihə artıq reallaşıb:
“BDU tələbələri “TələbəPlus” kartlarının ilk istifadəçiləri olacaqlar. Təhsilin İnkişafı Fondu daim dövlət-özəl tərəfdaşlığı, universitet-sənaye işbirliyinə xüsusi önəm verib. Təhsil sahəsində aparılan islahatlar ölkədə ali təhsilə əlçatanlığı ən yüksək səviyyəyə çatdırıb. Bu il ilk dəfə ali təhsil alanların sayı 250 min nəfər olub. Bunu nəzərə alaraq, 250 min tələbə üçün tələbə kartları gətiriləcək. Növbəti mərhələdə bu, peşə və orta ixtisas təhsilinə də şamil ediləcək. Növbəti tədris ilində isə təhsil sahəsində çalışan əməkdaşlar da layihədən yararlana biləcəklər”.
Fondun İdarə Heyətinin sədri deyib ki, indiyədək 200-dən artıq şirkətdə - pərakəndə satış, geyim, yemək, qida sahələri üzrə tələbələrin ən çox müraciət etdikləri yerlərdə güzəşt və imtiyazların, endirimlərin edilməsinə nail olunub. Mədəniyyət Nazirliyi ilə imzalanan müqaviləyə əsasən, mədəniyyət obyektləri, muzeylər, sərgi salonlarından istifadədə də güzəştlər olacaq. Gələcəkdə idman, səhiyyə, nəqliyyat sahələrində də xidmətlər “TələbəPlus”a qoşulacaq.
4-11-2024, 14:26
Rusiya ABŞ-dakı seçkidən nə gözləyir? - Medvedev açıqladı


Rusiya ABŞ-dakı seçkidən nə gözləyir? - Medvedev açıqladı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərinə toxunaraq vurğulayıb ki, rəsmi Moskvanın hər hansı böyük gözləntilərə əsası yoxdur.
Medvedev bu haqda Telegram kanalında yazıb.
Onun fikrincə, seçkilər Rusiya üçün heç nəyi dəyişməyəcək, çünki namizədlərin mövqeləri Rusiyanı məğlub etməyin zəruriliyi ilə bağlı ikipartiyalı konsensusu tam əks etdirir.
“Kamala Harris axmaq, təcrübəsiz, nəzarət edən və ətrafındakı hər kəsdən qorxandır. Onu dolayı yolla Obama ailəsi idarə edəcək.
“Saziş təklif edəcəm”, “Əla münasibətim var...” deyən yorğun Tramp da sistemin bütün qaydalarına əməl etməli olacaq. O, nə bir günə, nə üç günə, nə də üç aya müharibəni dayandıra bilər. Və həqiqətən də buna cəhd etsə, o, yeni Kennedi (sui-qəsd nəticəsində öldürülmüş ABŞ-ın keçmiş prezidenti Con Kennedi) ola bilər”.
4-11-2024, 14:22
Dönər üçün ət yalnız bu yerlərdən alına bilər - QƏRAR


Dönər üçün ət yalnız bu yerlərdən alına bilər - QƏRAR

Çiy dönərin emalı üçün istifadə edilən ət yalnız Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalı və baytarlıq-sanitariya ekspertizasından keçdiyini təsdiqləyən sənəd (ekspertiza aktı) ilə müşayiət edilməlidir.
Bu, “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında Qida Təhlükəsizliyi Agentliyinin kollegiyasında qəbul olunmuş Qərarda əksini tapıb.

Qərara əsasən,

- ictimai-iaşə müəssisələrinin çiy dönərin hazırlanması bölməsinin bütün avadanlıq və inventarları “çiy ət” nişanı ilə markalanmalı və onlardan müəssisənin digər bölmələrində istifadə olunmasına yol verilməməlidir;

- çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud çiy dönərin hazırlanmasında 3 saatdan artıq fasilə yarandıqda ətlə təmasda olan bütün avadanlıq (sökülməli hissələr mütləq sökülməklə) ikigözlü vannalarda aşağıdakı ardıcıllıqla yuyulub təmizlənməlidir:

- ət qalıqlarından mexaniki təmizlənməli;

- fırça, soda və ya digər yuyucu maddələrdən istifadə edilməklə 400 C-dən aşağı olmayan temperaturlu su ilə yuyulmalı;

- 650 C-dən aşağı olmayan temperaturlu suda yaxalanmalı;

- istifadəsinə yol verilən dezinfeksiyaedici maddə ilə dezinfeksiya edilməklə təmiz su ilə yaxalanmalı;

- stellajlarda yaxud barmaqlıqlı rəflərdə saxlanmaqla qurudulmalı;

- istifadədən əvvəl mütləq təmiz suda təkrar yaxalanmalıdır;

- çiy ətin sümükdən ayrılması, bölünməsi, xırdalanması, duz və ədviyyatın qarışdırılması, dönər şişlərinə və borularına düzülməsi, qablaşdırılması və etiketlənməsi bölmələri fərqli ət partiyalarının qarışdırılmasına və emal prosesinin fərqli mərhələlərində olan xammal və yarımfabrikatların təmasına imkan verməyən, bir-birindən ayrı bölmələrdə həyata keçirilməlidir;

- emal olunduğu müəssisədən alınaraq digər müəssisələrdə dövriyyəsinin izlənilə bilməsi məqsədilə çiy dönərin emalını həyata keçirən müəssisə tərəfindən Qanunun 27-ci maddəsinin tələbləri əsasında sənədləşmənin həyata keçirilməsi təmin olunmalıdır.

- texnoloji proseslərin həyata keçirilməsində sanitariya normalarına və qaydalarına əməl edilməsinin effektiv təminatı məqsədilə Qanunun 38.6-cı maddəsində göstərilən müddətdə Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələrinə (HACCP) əsaslanan prosedurlar tətbiq olunmalı və bu prinsiplərə əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sistemi təşkil edilməlidir.
4-11-2024, 14:10
Mehriban Əliyeva Bakı Olimpiya Stadionundan paylaşım etdi


Mehriban Əliyeva Bakı Olimpiya Stadionundan paylaşım etdi

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva noyabrın 11-22-də COP29 tədbirlərinin keçiriləcəyi Bakı Olimpiya Stadionundan paylaşım edib.
Paylaşım Mehriban Əliyevanın “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 4-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olublar”, - paylaşımda bildirilib.
4-11-2024, 14:06
Azərbaycanda bələdiyyə seçkiləri nə vaxt elan ediləcək? - RƏSMİ


Azərbaycanda bələdiyyə seçkiləri nə vaxt elan ediləcək? - RƏSMİ

Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix noyabrın sonunadək elan olunacaq.
Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.
O qeyd edib ki, Seçki Məcəlləsinin tələblərinə əsasən bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir.
"Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Kollegial orqan kimi Mərkəzi Seçki Komissiyasında aparılan müzakirələrdən sonra bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun qaydada bu il noyabrın sonunadək elan olunması qənaətinə gəlinib" - deyə, R.Qasımov bildirib.
4-11-2024, 13:55
Ötən həftə Qarabağda 73 tank, 164 piyada əleyhinə mina tapılıb


Ötən həftə Qarabağda 73 tank, 164 piyada əleyhinə mina tapılıb

Azad olunan ərazilərdə oktyabrın 28-dən noyabrın 3-nə qədər 73 tank əleyhinə mina, 164 piyada əleyhinə mina, 7421 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 2270.7 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.
4-11-2024, 13:18
Türkiyədə bələdiyyə sədri öldürüldü


Türkiyədə bələdiyyə sədri öldürüldü

Türkiyədə bələdiyyə sədri güllələnib.
Kırıkkale vilayətinin Balışeyh bölgəsinin bələdiyyə sədri Hilmi Şen ağır yaralanıb.
Həkimləri əylərinə baxmayaraq Şenin həyatını xilas etmək mümkün olmayıb.
Hücum zamanı bələdiyyə sədrinin yanında olan 3 nəfərin də yaralandığı bildirilir.
Qeyd edək ki, H.Şen bu ilin martında keçirilən bələdiyyə seçkilərində qalib gəlib. O, iyulda üzvü olduğu Yenidən Rifah Partiyasından istefa verib.
4-11-2024, 13:11
Naxçıvanın yeni icra başçısı kimdir


Naxçıvanın yeni icra başçısı kimdir

Prezident İlham Əliyevin sərəncamı ilə Cabbar Hafiz oğlu Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Cabbar Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub. O, Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.
Yeni icra başçısı 2004-2013-cü illərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.
O, 2016-cı ilin aprel ayının 18-dən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Evlidir, iki övladı var.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!