17 yaşlı oğlan dəm qazının qurbanı oldu .....                        Zəng edib Prezidenti təbrik etdilər .....                        Prezident ad günündə ailəsi ilə birgə - FOTO .....                        Bu qanun yanvarın 1-də qüvvəyə minir .....                        Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü .....                        Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ .....                        Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                       
12-11-2024, 17:32
COP29-da Fransanın müstəmləkə siyasətinə etiraz


COP29-da Fransanın müstəmləkə siyasətinə etiraz

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Sülh və yaşıl dünya naminə müstəmləkəçiliyə son!” adlı aksiya keçirilib.
Aksiyada Fransanın müstəmləkəsi olan ada ölkələrdən fəallar iştirak ediblər. Onlar bu hərəkətlə Fransaya mesaj göndərmək niyyətində olduqlarını bildiriblər. Vurğulanıb ki, Cənubi Amerikada müstəmləkə vəziyyətində qalan yeganə ərazi Qvineyadır. Aksiya iştirakçıları, 2024-cü ildə də bəzi ölkələrin hələ də Fransanın tabeliyində qalmasına etiraz ediblər və Fransanı müstəmləkə siyasətini dayandırmağa çağırıblar. Fransa nəzarətində olan ərazilərin BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına əlavə edilməsini tələb ediblər. Eyni zamanda, müstəmləkə altında qalan ərazilər üçün iqlim dəyişikliyi mövzusunda ədalətin təmin edilməsini istəyiblər.
Fəallar "Sülh və yaşıl dünya üçün müstəmləkəçiliyə son qoyulsun", "Gecikən ədalət, rədd edilən ədalətdir", "Təhsili və düşüncəni müstəmləkədən azad edək!", "Müstəmləkəçiliyə yox deyək!" kimi şüarlarla keçirilən dinc aksiyada etirazlarını çatdırıblar.
12-11-2024, 17:24
Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib


Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib

Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib.
Bu sözləri Polşa Prezidenti Anjey Duda Bakıda jurnalistlərə açıqlamasında deyib.
Dövlət başçısı bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü xatırladıb.
“İki ölkə arasında çox gözəl iqtisadi əlaqələr mövcuddur. O cümlədən enerji sahəsində əməkdaşlıq əlaqələrimizin ənənəvi hissəsini təşkil edir. İnanıram ki, bu əlaqələr ikitərəfli əməkdaşlığın digər sahələrində də dərinləşəcək”, - deyə Polşa Prezidenti əlavə edib.
12-11-2024, 17:15
Şarl Mişel İçərişəhərdə - FOTO


Şarl Mişel İçərişəhərdə - FOTO

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İçərişəhəri ziyarət edib.
O, UNESCO Dünya İrs Siyahısına daxil olan İçərişəhəri ziyarəti zamanı onun zəngin tarixi irsi və memarlıq inciləri ilə yaxından tanış olub.
Qeyd edək ki,Avropa İttifaqı Şurasının Prezidenti COP29 tədbirində iştirak üçün Bakıya gəlib.


12-11-2024, 17:04
İlham Əliyev həmkarı ilə danışıqlar apardı


İlham Əliyev həmkarı ilə danışıqlar apardı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşüb.
12-11-2024, 16:51
İspaniya Baş naziri İlham Əliyevlə görüşündən yazdı: "Ona təşəkkür etdim"


İspaniya Baş naziri İlham Əliyevlə görüşündən yazdı: "Ona təşəkkür etdim"

İspaniya Baş naziri Pedro Sançez Prezidenti İlham Əliyevə qonaqpərvərlik və COP29 təşkilatçılığına görə təşəkkür edib.
Bu barədə Baş nazir öz "X" səhifəsində paylaşım edib.
"Mən İlham Əliyevlə görüşdüm və ona qonaqpərvərliyinə və COP29 təşkilatçılığına görə təşəkkür etdim. Biz, həmçinin ikitərəfli münasibətlərimizin vəziyyətini nəzərdən keçirdik və ölkələrimiz arasında diplomatik və iqtisadi əlaqələrin gücləndirilməsini davam etdirməyə razılaşdıq", - Baş nazir yazıb.
12-11-2024, 16:49
COP29-da Norveçin balıq ovuna etiraz edildi


COP29-da Norveçin balıq ovuna etiraz edildi

COP29-da Norveç hökumətinin dərin dəniz hasilatı və balina ovu ilə bağlı qanununa qarşı etiraz aksiyası keçirilib.
Beynəlxalq təşkilatların, fəalların, fotoqrafların və müxtəlif ölkələrdən olan ekspertlərin dəstəyi əsasında İsveçrə, Kanada və Böyük Britaniya ekofəalları tərəfindən keçirilən aksiya "FINS" təşkilatının təşəbbüsü ilə COP29-un Yaşıl zonasında baş tutub.
İştirakçılar Norveç hökumətinin öz dəniz ərazilərində yerli hasilat şirkətlərinə dərin dəniz hasilatı üçün təbii ehtiyatlarının işlənməsinə lisenziyalar verməsi planları ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.
Qeyd edilib ki, bu qərarla əlaqədar dünyanın hər yerindən olan bir çox alimlər mümkün nəticələri qiymətləndirmək üçün elmi tədqiqatlar aparılana qədər işlərin dayandırılmasını təkidlə tələb edirlər.
Vurğulanıb ki, hasilat üçün nəzərdə tutulan ərazi Böyük Britaniya ölçüsündədir və Norveç sərhədlərindən kənardakı su ekosistemlərinə təsir göstərəcək:
"Norveç hökumətinə öz dənizlərində hasilatın başlanmasına qarşı petisiyanı imzalayan 800-dən çox beynəlxalq alimi dinləməyə və öz planlarına yenidən baxmağa çağırırıq. Bundan əlavə, biz Norveçi qanuniləşdirilən, eyni zamanda, dövlət tərəfindən subsidiyalaşdırılan balina ovunu dayandırmağa səsləyirik. Balina ovuna kvotalar artmaqda davam edir: bu il 2023-cü illə müqayisədə 15%-dən çox artırılıb və ətin əksəriyyəti ev heyvanları üçün yem istehsalına gedir", - deyə aksiya iştirakçıları vurğulayıblar.
Aksiya iştirakçıları bildiriblər ki, onlar beynəlxalq ictimaiyyəti Norveç hökumətinin ekologiya əleyhinə olan bu qanunu ilə bağlı müraciətlərini dəstəkləməyə çağırırlar və Norveç xalqının unikal dəniz ekosistemlərini qorumaq, balina ovunu dayandırmaq üçün öz liderlərinə təzyiq göstərəcəyinə ümid edirlər.
12-11-2024, 16:46
Britaniyanın Baş naziri Bakıdan mesaj verdi


Britaniyanın Baş naziri Bakıdan mesaj verdi

COP29-dayam, çünki Britaniya hökuməti dünyanın iqlim böhranında kritik bir nöqtədə dayandığını qəbul edir.
Bu sözləri COP29-da iştirak edən Britaniyanın Baş naziri Kir Starmer keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Böyük Britaniya 2035-ci ilə qədər emissiyaları 81 faiz azaltmağı hədəfləyir. O, iqlim böhranına qarşı mübarizənin milli təhlükəsizlik üçün əhəmiyyətini vurğulayıb. Baş nazir deyib ki, iqlim təhlükəsizliyi olmadan milli təhlükəsizlik, iqtisadi təhlükəsizlik və qlobal təhlükəsizlik mümkün deyil.
“Buna görə də biz bu COP-da bütün tərəfləri yenidən öz iddialı hədəflərini irəli sürməyə çağırmaq fürsətini dəyərləndirdik”,- deyə Kir Starmer qeyd edib.
Kir Starmer deyib ki, iqlim tədbirləri investisiya, daha yaxşı iş yerləri və gələcəyin texnologiyasını inkişaf etdirmək üçün bir fürsətdir. Baş nazir əlavə edib ki, bu, gələcək onilliklər ərzində bütün xalqların rifahını təmin etmək imkanıdır. O deyib ki, bunlar Böyük Britaniya hökumətinin maraqlandığı məsələlərdir.
12-11-2024, 16:43
Putin hərəkətə keçdi: Tramp and içənə qədər...


Putin hərəkətə keçdi: Tramp and içənə qədər...

Rusiya prezidenti Vladimir Putin yanvarın 20-də Donald Trampın andiçmə mərasiminə qədər Ukrayna hərbçiləri tərəfindən ələ keçirilən Kursk vilayətindəki əraziləri geri qaytarmaq istəyir.
Bu barədə “The Telegraph” qəzeti Britaniya hərbi kəşfiyyatına istinadən yazıb.
Bildirilir ki, Rusiyanın yaxın günlərdə Ukrayna mövqelərinə pilotsuz uçuş aparatları (PUA) ilə kamikadze hücumlarının sayını artıracağı ehtimal edilir.
Qəzetin məlumatına görə, Putin bu məqsədlər üçün 50 min nəfərə qədər hərbçi yerləşdirməyi tapşırıb.
12-11-2024, 16:15
COP29 çox yüksək səviyyədə təşkil edilib - Kobaxidze


COP29 çox yüksək səviyyədə təşkil edilib - Kobaxidze

Bakıda olmaqdan və COP29 tədbirində iştirak etməkdən xüsusi məmnunluq duyuram.
Bu barədə AZƏRTAC-a müsahibəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze COP29-da Mavi Zonada Gürcüstanın sərgi pavilyonunda deyib.
“Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı çox möhtəşəm idi. Ümumiyyətlə, COP29 konfransı çox yüksək səviyyədə təşkil edilib. Tədbiri möhtəşəm təşkil etdiklərinə görə bütün təşkilatçılara minnətdarlığımı bildirirəm", - deyə İrakli Kobaxidze əlavə edib.
12-11-2024, 16:01
Türkiyə COP31-ə ev sahibliyi etmək istəyir


Türkiyə COP31-ə ev sahibliyi etmək istəyir

Türkiyə COP31-ə ev sahibliyi üçün müraciət edib.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çıxışı zamanı deyib.
O, bu namizədliyə dəstək verən ölkələrə təşəkkür edib, digər ölkələrin də dəstəyini gözlədiyini vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!