17 yaşlı oğlan dəm qazının qurbanı oldu .....                        Zəng edib Prezidenti təbrik etdilər .....                        Prezident ad günündə ailəsi ilə birgə - FOTO .....                        Bu qanun yanvarın 1-də qüvvəyə minir .....                        Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü .....                        Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ .....                        Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                       
17-11-2024, 17:23
Zelenski G20 sammitinə dəvət olunmayıb - Şolts


Zelenski G20 sammitinə dəvət olunmayıb - Şolts

Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Vladimir Zelenskinin Braziliyada keçiriləcək G20 sammitinə dəvət edilməməsindən təəssüfləndiyini bildirib və bunu ciddi çağırış adlandırıb.
O, bu barədə G20-yə uçmazdan əvvəl Berlində jurnalistlərə deyib.
“Əvvəlki görüşlərdən fərqli olaraq, Zelenskinin bu görüşə dəvət olunmadığına görə çox təəssüf etdiyimi gizlətmək istəmirəm”, - o deyib.
“Mən də başqaları kimi Zelenskini zirvəyə dəvət etməyin çox fəal müdafiəsi ilə çıxış edirdim, lakin bunun baş verməməsi də bizim nə qədər ciddi problemlə üzləşdiyimizi göstərir”, – Şolts bildirib.
Qeyd edək ki, G20 sammiti noyabrın 18-19-da Braziliyanın cənub-şərqində Rio-de-Janeyroda keçiriləcək. İclasa Cənubi Amerika Respublikasının prezidenti Lula da Silva sədrlik edəcək.
17-11-2024, 16:44
COP29 Parlament Görüşündə yekun sənəd qəbul olunub


COP29 Parlament Görüşündə yekun sənəd qəbul olunub

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günü başa çatıb.
Tədbirin sonuncu günündə yekun sənəd qəbul olunub.
Milli Məclisin deputatı Soltan Məmmədov sənəd barədə məlumat verərək bildirib ki, bu, COP 27 və COP 28 çərçivəsində keçirilmiş parlament sessiyalarının yekun sənədləri, həmçinin Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında qəbul edilmiş qətnamə layihəsi üzrə müzakirələr, son illərdə keçirilmiş COP sessiyalarının gündəliyi əsasında hazırlanıb:
"Sənədin ilkin versiyası hazır olduqdan sonra müxtəlif ölkələrdən təkliflər və rəylər aldıq. İyun ayında layihə sənədini Parlamentlərarası İttifaqın COP29-a hazırlıq iclasında yenidən müzakirə etdik. Layihə Parlamentlərarası İttifaqın katibliyi tərəfindən yenidən həmkarlarımıza göndərildi. Yeni təkliflər və ideyalar təqdim edildi. Parlamentlərarası İttifaqın 149-cu sessiyası zamanı çox məhsuldar müzakirələr apardıq".
O bildirib ki, sənəd hazırlanarkən bütün ideyalar, şərhlər və rəylərin mümkün qədər nəzərə alınması üçün işlər görülüb: "Sənəddə əks olunan müddəalar yalnız parlamentarilərin fikirlərini əks etdirən tövsiyələrdir. Ümid edirəm ki, bütün həmkarlarımızın mövqelərini tam və ya qismən əks etdirən layihə təqdim edə bilmişik. Təşkilatın hər bir üzvünün fikirlərini tam əks etdirən sənədə nail olmaq demək olar ki, qeyri-mümkündür. Yalnız onu deyə bilərəm ki, COP29-un ümumi məqsədlərinə və məsuliyyətimizə uyğun işləməyə çalışmışıq".
17-11-2024, 16:20
Gürcüstanın yeni parlamentinin ilk iclas vaxtı açıqlandı


Gürcüstanın yeni parlamentinin ilk iclas vaxtı açıqlandı

Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası 25 noyabrda keçiriləcək.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, heç bir ölkədə parlamentin legitimliyini müxalifətin tanıması tələb olunmur, əks halda dünyada demokratiya olmazdı.
"Gürcüstanın hələ də formal prezidenti olan Salome Zurabişvili parlamentin ilk iclasını təyin etməməklə ölkə Konstitusiyasını növbəti dəfə pozacaq. Belə olan halda Gürcüstan parlamenti seçkilərin rəsmi nəticələrinin dərcindən sonra düz 10-cu gündə, yəni noyabrın 25-də toplaşacaq. Bunu konstitusiya müəyyən edir”, - Kobaxidze deyib.
17-11-2024, 15:49
Parlamentin müxalifətin legitimliyinə ehtiyacı yoxdur - Kobaxidze


Parlamentin müxalifətin legitimliyinə ehtiyacı yoxdur - Kobaxidze

Heç bir ölkədə parlamentin müxalifətin legitimliyinə ehtiyacı yoxdur və əksi olsaydı demokratik sistemin təsis edilməsi mümkün olmazdı.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Hökumət başçısı müxalifətin real planının parlamentə girmək olduğunu qeyd edib.
Kobaxidze müxalif partiyaların parlamentə girməyəcəklərinə dair bəyanatların qanuna zidd olduğunu əlavə edib.
“İndiki mərhələdə onların konstruktiv fəaliyyət göstərməsi çox çətindir. Təəssüf ki, bunun bir əsas səbəbi var – onlar öz qərarlarında və hərəkətlərində müstəqil deyillər və buna görə də öz destruktiv gündəmlərində qalmalı olurlar”, - Kobaxidze bildirib.
17-11-2024, 15:49
Parlamentin müxalifətin legitimliyinə ehtiyacı yoxdur - Kobaxidze


Parlamentin müxalifətin legitimliyinə ehtiyacı yoxdur - Kobaxidze

Heç bir ölkədə parlamentin müxalifətin legitimliyinə ehtiyacı yoxdur və əksi olsaydı demokratik sistemin təsis edilməsi mümkün olmazdı.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Hökumət başçısı müxalifətin real planının parlamentə girmək olduğunu qeyd edib.
Kobaxidze müxalif partiyaların parlamentə girməyəcəklərinə dair bəyanatların qanuna zidd olduğunu əlavə edib.
“İndiki mərhələdə onların konstruktiv fəaliyyət göstərməsi çox çətindir. Təəssüf ki, bunun bir əsas səbəbi var – onlar öz qərarlarında və hərəkətlərində müstəqil deyillər və buna görə də öz destruktiv gündəmlərində qalmalı olurlar”, - Kobaxidze bildirib.
17-11-2024, 15:00
Prezident ICESCO-nun Baş direktoru ilə görüşüb


Prezident ICESCO-nun Baş direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.
Dövlətimizin başçısı COP29-da iştirak etdiyinə görə ICESCO-nun Baş direktoruna minnətdarlığını bildirdi.
Salim bin Məhəmməd əl-Maliki, öz növbəsində, COP29-un yüksək səviyyədə təşkilinə görə təşəkkürünü ifadə etdi.
Söhbət zamanı Azərbaycan ilə ICESCO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu. Bu xüsusda Prezident İlham Əliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ICESCO-nun Mərakeşdə yerləşən qərargahında olmasının və Salim bin Məhəmməd əl-Maliki ilə görüşünün onda çox xoş təəssüratlar doğurduğunu vurğulayaraq, orada göstərilən qonaqpərvərliyə görə ICESCO-nun Baş direktoruna minnətdarlığını bildirdi.
Görüşdə əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
17-11-2024, 14:48
"Kainat gözəli 2024" seçildi - FOTO


"Kainat gözəli 2024" seçildi - FOTO

Danimarka nümayəndəsi Viktoriya Kyer Telviq "Kainat gözəli 2024" müsabiqəsinin qalibi olub.
Yarışma Meksikada baş tutub.
Sayca 73-cü Kainat gözəli müsabiqəsində dünyanın hər yerindən 120-dən çox xanım iştirak edib.
İlk beşliyə qalibdən əlavə Nigeriya, Meksika, Tailand və Venesuela təmsilçiləri daxil olublar.


17-11-2024, 14:25
Bakıda Frank Peloniyə qarşı etiraz aksiyası


Bakıda Frank Peloniyə qarşı etiraz aksiyası

Bakıda səfərdə olan ABŞ konqresinin ermənipərəst
nümayəndəsi Frank Peloniyə qarşı etiraz aksiyası keçirilir.
”Baku Marriott Hotel Boulevard”ın qarşısında keçirilən aksiyada vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər.
Aksiya iştirakçıları Peloninin Azərbaycan xalqından üzr istəməsini, dünənki dinc aksiya zamanı zorakılığa yol vermiş mühafizəçilərinə cinayət işinin açılmasını, Peloninin Azərbaycana qarayaxma kampaniyalarına görə cavab verməsini tələb edirlər.
Qeyd edək ki, ötən gün də F.Peloninin ermənipərəst mövqeyinə və lobbiçilik fəaliyyətinə görə etiraz aksiyası keçirilib.
17-11-2024, 14:02
Ermənistanın Konstitusiyasında Azərbaycana ərazi iddiaları olmamalıdır - Prezident


Ermənistanın Konstitusiyasında Azərbaycana ərazi iddiaları olmamalıdır - Prezident

Ermənistan tərəfindən konstitusion əsasda Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Prezident İlham Əliyev ölkəmizin regional sülh gündəliyinə sadiq qaldığını, onu dəstəklədiyini vurğulayıb, sülh müqaviləsinin təşəbbüskarının Azərbaycan olduğunu xatırladıb.
Ölkəmizin otuz il ərzində Ermənistan tərəfindən işğala və hərbi təcavüzə məruz qaldığını, hazırda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini deyən dövlət başçısı bu münaqişənin Azərbaycan üçün artıq keçmişdə qaldığını bildirib.
Azərbaycan Prezidenti Ermənistanın militarizasiya və silah yarışı siyasətinin regional sülh və təhlükəsizliyə təhdid olduğunu vurğulayıb, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının vacibliyini qeyd edib.
17-11-2024, 13:37
Prezident ABŞ nümayəndə heyəti ilə görüşdü


Prezident ABŞ nümayəndə heyəti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlətimizin başçısı COP29-un uğurla keçdiyini deyərək vurğuladı ki, baxmayaraq, Paris razılaşmasının 6-cı bəndi üzrə on ildən artıqdır danışıqlar aparılıb, COP29-un ilk günündə bununla əlaqədar ciddi irəliləyiş əldə edilib. Prezident İlham Əliyev qeyd etdi ki, COP29 maliyyə mövzusuna həsr olunub və burada yeni iqlim maliyyə hədəfinin müəyyənləşdirilməsi gözlənilir. Beynəlxalq ictimaiyyət də bunu gözləyir. Azərbaycan Prezidenti beynəlxalq maliyyə və bank strukturları tərəfindən COP29-da iqlim maliyyəsi ilə bağlı verilən açıqlamaları da bu istiqamətdə ümidverici addım kimi qiymətləndirdi.
Qonaqlar, ilk növbədə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırdılar.
Görüşdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq və ölkəmizin yaşıl keçid strategiyası məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycanın müstəqilliyinin bərpasından sonra ABŞ-nin ölkəmizə dəstəyi xatırlandı, enerji strategiyamızın inkişafında onun dəstəyi qeyd olundu.
Avqust Pflüger Nümayəndələr Palatasının sədri Mayk Consonun adından nümayəndə heyəti ilə görüşə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Ölkəmizə səfərdən məmnun qaldıqlarını deyən qonaq Azərbaycan-ABŞ əməkdaşlığının inkişafına töhfə verməyə hazır olduğunu vurğuladı.
Dövlətimizin başçısı son 30 ildə ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu və qarşlıqlı faydalı əməkdaşlığımızı qeyd etdi.
Prezident İlham Əliyev 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nə toxundu, o zaman ABŞ hökumətinin bu layihəyə dəstəyini xatırladı və bu müqaləvinin ABŞ və onun müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunması işinə töhfə verdiyini vurğuladı, həmin dövr ərzində energetika sahəsində əsaslı əməkdaşlığın möhkəmləndiyini dedi.
Dövlətimizin başçısı Azərbaycanın yaşıl enerji strategiyası haqqında danışaraq, ölkəmizin beynəlxalq tərəfdaşlarla birlikdə bərpaolunan enerjinin istehsalı potensialını artırdığını və 2027-ci ilədək Azərbaycanın enerji istehsalının 30 faizinin yaşıl enerjinin payına düşəcəyini bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan elektrik enerjisi kabeli layihəsinə toxundu, bu xüsusda dövlətimizin region ölkələri – Gürcüstan, Rumıniya və Macarıstanla əməkdaşlığını qeyd etdi. Həmçinin Mərkəzi Asiya ölkələri ilə Xəzər dənizi vasitəsilə yaşıl enerji sahəsində əməkdaşlığı, COP29 zamanı Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerjinin inkişafı və transmissiyası haqqında imzalanmış sənədi vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan region ölkələri ilə birlikdə Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizi formalaşdırır.
Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizində böyük həcmdə bərpaolunan külək enerjisi potensialının olduğunu vurğuladı, hidroenerji resurslarının da inkişaf etdirildiyini və bunun da böyük enerji istehsalı həcmlərinə çatacağını vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın yaxın dövr ərzində 4 giqavat gücündə bərpaolunan enerjinin Avropa İttifaqı bazarına ixrac etmək imkanına malik olacağını bildirdi və Avropa İttifaqı bazarının enerji tələbatının artmaqda olduğunu dedi.
Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu qeyd edildi.
Prezident İlham Əliyev ölkəmizin regional sülh gündəliyinə sadiq qaldığını, onu dəstəklədiyini vurğuladı, sülh müqaviləsinin təşəbbüskarının Azərbaycan olduğunu xatırladı.
Ölkəmizin otuz il ərzində Ermənistan tərəfindən işğala və hərbi təcavüzə məruz qaldığını, hazırda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini deyən dövlətimizin başçısı bu münaqişənin Azərbaycan üçün artıq keçmişdə qaldığını bildirdi.
Azərbaycan Prezidenti Ermənistanın militarizasiya və silah yarışı siyasətinin regional sülh və təhlükəsizliyə təhdid olduğunu vurğuladı, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının vacibliyini qeyd etdi. Bildirdi ki, Ermənistan tərəfindən konstitusion əsasda Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır.
Söhbət zamanı regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə ABŞ Konqresi ilə Azərbaycan arasında dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin artırılması məsələləri müzakirə olundu, Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın və tərəfdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə toxunuldu.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!