Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
26-11-2024, 17:34
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik olundu


Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik olundu

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məlumat verilib.
MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, 4 saylı Naxçıvan şəhər, 101 saylı Samux-Şəmkir, 78 saylı Lənkəran kənd seçki dairələrinin dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Eyni zamanda MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, 103 saylı Şəmkir kənd seçki dairəsinin dairə seçki komissiyasının üzvü vəzifəsindən azad edilib və onun yerinə təyinat olub.
MSK katibi Mikayıl Rəhimovun təqdimatına əsasən isə 102 saylı Şəmkir şəhər seçki dairəsinin dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib.
26-11-2024, 17:22
Parlamentin növbəti plenar iclasının gündəliyi


Parlamentin növbəti plenar iclasının gündəliyi

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb.
Noyabrın 29-da keçiriləcək iclasın gündəliyinə aşağıdakı məsələlər təklif edilir:

1. “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

2. “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

3. “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

9. “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

10. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

11. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

12. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

13. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

14. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

15. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
26-11-2024, 17:03
Yaşa görə pensiyanın məbləği açıqlandı


Yaşa görə pensiyanın
məbləği açıqlandı


2025-ci ildə Azərbaycanda yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı proqnozlaşdırılır.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahib Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - dövlətə məxsus sosial fondların 2025-ci il dövlət büdcələri haqqında qanun layihələrinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,3 % çoxdur.
Gələn il Azərbaycanda orta aylıq pensiyanın isə bu ilin təsdiq olunmuş proqnozuna nisbətən 9,2 % çox - 536 manat olacağı proqnozlaşdırılır.
26-11-2024, 16:53
Dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasının səbəbi açıqlandı


Dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasının səbəbi açıqlandı

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 9DSMF) büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin isə 29,9 % artırlaraq 1 milyard 600 milyon manata çatdırılması 2024-cü ildə qurumun gəlirlərindən 387 milyon manatın büdcə öhdəliklərindən yönəldilməsi ilə bağlıdır.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahib Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Xüsusi olaraq qeyd olunmalıdır ki, 2018-ci illə müqayisədə əhaliyə ödənişlərin 3 milyard 804 milyon manat artmasına baxmayaraq, 2019-2024-cü illərdə büdcəyə ümumilikdə 1 milyard 153 milyon manat vəsait qaytarılıb, habelə transfertin gəlirlərdə payı 2017-ci illə müqayisədə 38,1 %-dən 2025-ci ildə 20,8 %-ə enməsi planlaşdırılıb”, - o vurğulayıb.
26-11-2024, 16:28
Bu müəllimlərin də maaşları artacaq


Bu müəllimlərin də maaşları artacaq

Ötən günlərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əməkdaşlarının sosial durumunun yaxşılaşdırılması məqsədi ilə əmək haqları (pedaqoji və inzibati heyət üzrə) artırılıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) AzEdu.az Təhsil Portalına bildirilib ki, ADPU-da analoji addımın atılması gözlənilir.
Universitetdən sorğuya cavab olaraq bildirilib ki, universitet əməkdaşlarının maddi və sosial təminatının yaxşılaşdırılması hər zaman qarşıya qoyulan əsas prioritet məsələlərdən hesab edilir və bu istiqamətdə mütəmadi olaraq vacib addımlar atılmaqdadır:
"Son 7 il ərzində universitetin həm pedaqoji heyətinin, həm də inzibati idarəetmə sahəsində fəaliyyət göstərən əməkdaşların əməkhaqqılarında nəzərəçarpan dərəcədə artım edilib. Lakin təbii ki, universitet bununla kifayətlənmək və qane olmaq niyyətində deyil. Son illər ərzində əməkdaşların əməkhaqqı göstəricilərinə həm ümumi şəkildə artım edilməsi, həm də diferensial şəkildə yüksəldilməsi həyata keçirilməklə yanaşı, fəaliyyət nailiyyətlərinə görə mükafatlandırma sisteminin də əhatə dərəcəsi xeyli genişləndirilib.
Bu istiqamətdə aparılan işlərin davamı olaraq, 2025-ci ilin əvvəlindən etibarən Pedaqoji Universitetdə əməkdaşların əməkhaqqı göstəricilərinə artımın edilməsi gözlənilir. Bununla bağlı qərar tədris semestrinin sonunda keçiriləcək universitetin Elmi Şurasında qərar veriləcəkdir",- deyə universitetdən qeyd edilib.
26-11-2024, 16:22
Baş nazirdən avtomobil yolları ilə bağlı qərar


Baş nazirdən avtomobil yolları ilə bağlı qərar

Nazirlər Kabineti 19 iyun 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatının və avtomobil yollarının səfərbərlik hazırlığı Qaydaları”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sənəd məxvi olduğundan yenilənmiş variantı açıqlanmayıb.
26-11-2024, 16:11
Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri


Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakimlər ezam edilib.
Məhkəmədəki hakim çatışmazlığı ilə bağlı belə qərar qəbul edilib.
Ezam edilənlər Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərli və Binəqədi Rayon Məhkəməsinin hakimi Aygün Qurbanovadır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev isə Suraxanı Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, bir müddətdir Ağır Cinayətlər Məhkəməsindəki proseslərin çoxu keçirilmir. Buna səbəb isə 2 hakimin yuxarı instansiyaya təyinat alması, birinin təqaüdə getməsi, başqa bir hakimin isə futbol oynayarkən qəfil ölməsidir.
26-11-2024, 16:02
Metroda iş saatı uzadılacaq


Metroda iş saatı uzadılacaq

Bakı metropoliteni noyabrın 28-də Azərbaycanı UEFA Avropa Liqası turnirinin əsas
mərhələsində təmsil edən “Qarabağ” Futbol Klubunun oyunu ilə əlaqədar dəyişdirilmiş iş
rejimində çalışacaq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti
əsasında və Bakı metropoliteninin paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər planına uyğun
olaraq, stansiyaların iş rejimi 1 saat uzadılacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlanacaq qarşılaşmanın
gecə saatlarında yekunlaşacağı nəzərə alınaraq, arenanın yaxınlığında yerləşən “Gənclik”
stansiyasında axşam saatlarından gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Oyun ərəfəsində
stansiyada nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib ediləcək.
Sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi üçün əlavə işçi qüvvəsi cəlb
olunacaq.
Azarkeşlərin mənzil başına rahat çatdırılması və təhlükəsiz daşınmasını təmin etmək
məqsədilə bütün stansiyaların qapıları gecə saat 01:00-a qədər açıq olacaq. “Nərimanov” və “28
May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.
Qatarlar gün ərzində payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək.
Ehtiyac yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq.
Qatarların hərəkəti oyun yekunlaşdıqdan sonra xüsusi qaydada tənzimlənəcək.
26-11-2024, 15:51
Deputatlar gələn ilin büdcəsinə "HƏ" dedilər


Deputatlar gələn ilin büdcəsinə "HƏ" dedilər

Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxatılıb.
Müzakirələrdən sonra qanun layihəsi ilk oxunuşda qəbul edilib.
2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çox), xərclərinin isə 41 milyard 367,6 milyon manat (4,1 % çox) olacağı gözlənilir.
26-11-2024, 15:38
"Politico"nun növbəti saxta məlumatı


"Politico"nun növbəti saxta məlumatı

Təəssüf edirəm ki, “POLITICO Europe” Azərbaycandan üzr istəmək və saxta xəbər məqaləsini geri götürmək əvəzinə, Avropa və dünya ictimaiyyətini çaşdırmaq üçün dezinformasiyalar yaymağa davam edir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında “Politico”da dərc edilmiş məqaləyə münasibət bildirərkən qeyd edib.
O, Azərbaycanın 2024-cü ildə Rusiyadan qaz idxal etmədiyini, məqalədə qeyd edilən faktın isə svop əməliyyatı olduğunu vurğulayıb.
““Politico”nun məqaləsində Azərbaycan mediasına istinadən “Azərbaycan bu il Rusiyadan 141,6 milyon kubmetr qaz idxal etdiyini” göstərən rəsmi məlumatlara yer verilib. Qeyd etdiyiniz fakt idxal deyil, svop əməliyyatıdır. Qonşu dövlətlər arasında belə mövsümi mübadilələr baş verir və bu, normaldır. Təəssüf edirəm ki, məqalədə mübadilə və idxal arasında fərq qoyulmur”, - Hikmət Hacıyev qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!