Türk düşüncəsində təbiətə sevgi və ekoloji mədəniyyət amili .....                        İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                       
27-11-2024, 17:48
Ermənilər Şövkət Ələkbərovanın mahnısını oğurladılar


Ermənilər Şövkət Ələkbərovanın mahnısını oğurladılar

Məşhur Azərbaycan müğənnisi, Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi musiqisi Adil Gəraya və sözləri Əli Kərimə məxsus olan “Yar gəldi yar” mahnısının Youtube səhifəsində erməni musiqi nümunəsi kimi yerləşdirilməsi faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb.
Bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, Ş.Ələkbərovanın ifa etdiyi “Yar gəldi yar” mahnısı “Armenian Music, (Torkish languge) Music 15. (rare) Music 17. Şövkət Ələkbərova (rare)” “rekviziti” altında 2016-cı il 4 sentyabr tarixində Youtube-nin “BehrooZ Abshar” adlandırılan səhifəsində yerləşdirilib:
"“Yar gəldi yar” mahnısı 1957-ci il 16 aprel tarixində Azərbaycanın Xalq artisti Səid Rüstəmovun dirijorluğu və Xalq çalğı ansamblı orkestrinin müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınmışdır. Səslənmə müddəti (xronometraj) 4.33 saniyədir. 13313 kod nömrəsi ilə AzTV-nin “Qızıl Fond”unda saxlanılır.
Məlumat üçün bildiririk ki, Ş.Ələkbərovanın Youtube-də əmlak hüquqlarının idarəçiliyini bu sahədə Bakı şəhərində fəaliyyət göstərən “Mikpro” MMC həyata keçirir. Buna görə də “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan qeyd edilən video Youtube-nin “BehrooZ Abshar” səhifəsindən silinib.
Bununla da Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması Youtube rəhbərliyi tərəfindən öz təsdiqini tapmış və onun pozulmuş hüquqları bərpa edilib",- deyə qurumdan əlavə edilib.
27-11-2024, 17:41
Ukrayna ilə 630 əsiri dəyişməyə hazırıq - Zaxarova


Ukrayna ilə 630 əsiri dəyişməyə hazırıq - Zaxarova

Rusiya Ukrayna ilə 630 əsirin növbəti mübadiləsini həyata keçirməyə və sonrakı mübadilələrin hazırlanmasına başlamağa hazırdır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova brifinqdə bildirib.
"Biz konstruktiv dialoqda maraqlıyıq, əsirlərin tezliklə evlərinə qayıtmasına yönəlmişik və indi 630 hərbi qulluqçu mübadiləsini həyata keçirməyə, eyni zamanda növbəti mübadilələrin hazırlanması üçün təşkilati tədbirlərə başlamağa hazırıq", - o qeyd edib.
27-11-2024, 17:30
“Gənclik”də avtobusların girişi məhdudlaşdırıldı


“Gənclik”də avtobusların girişi məhdudlaşdırıldı

Sabah Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutaçaq oyunla əlaqədar “Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb.
Bu barədə Azərbaycan Yersüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, 13 müntəzəm marşrut üzrə 160-a yaxın avtobusun dayanacaq yeri “Gənclik Mall”un qarşısındakı məntəqədən təşkil edilib.
Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin ediləcək.
27-11-2024, 17:27
Azərbaycanda zəlzələ oldu


Azərbaycanda zəlzələ oldu

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Cəlilabad stansiyasından 13 km şimalda, Cəlilabad rayonunda 3.3 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar 25 km dərinlikdə, yerli vaxtla 17:07-də qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
27-11-2024, 17:20
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu


Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu

“Birgə” alternativ ictimai-siyasi hərəkatı Ermənistanın baş naziri Nikol Paşinyan və baş nazirin müavini Mher Qriqoryana qarşı Cinayət Məcəlləsinin 299-cu maddəsi ilə cinayət işinin başlanması xahişi ilə Baş Prokurorluğa və İstintaq Komitəsinə hesabat təqdim edib.
Bu barədə adı çəkilən ictimai-siyasi hərəkatın Koordinasiya Şurası məlumat yayıb.
İddia olunub ki, Ermənistan-Azərbaycan delimitasiya-demarkasiya prosesində hakimiyyətin bu iki ali nümayəndəsinin hərəkətləri dövləti cinayətlərə uyğundur.
Hərəkat noyabrın 28-də saat 11:00-da Ermənistan hökumətinin binası qarşısında mətbuat konfransı keçirəcəyini bəyan edib.
27-11-2024, 17:17
Azərbaycan XİN-dən Polşa prezidentinin təxribatına reaksiya


Azərbaycan XİN-dən Polşa prezidentinin təxribatına reaksiya

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanda səfərdə olan Polşa prezidenti Andjey Dudanın sərhədə gedərək Avropa İttifaqının müşahidə missiyasının heyəti ilə görüşməsinə münasibət bildirib.
XİN-in “X” platformasındakı paylaşımında bildirilib ki, Andjey Dudanın Ermənistan-Azərbaycan sərhəd ərazisinə səfəri müxtəlif Avropa İttifaqına üzv ölkələrin və Avropa institutlarının Azərbaycan əleyhinə siyasətinin bir daha nümayişidir:
“Rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşı olan bir ölkənin prezidentinin Azərbaycan-Polşa münasibətlərinin gərginləşməsinə səbəb olan yolverilməz diplomatik “binokl şousu”na qatılmasını dərin təəssüf hissi ilə qarşılayırıq.
Azərbaycan rəsmilərinin Polşa Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə göndərdikləri çoxsaylı mesajlara baxmayaraq, Polşa tərəfi bu provokativ addımdan çəkinmədi”.
XİN-in paylaşımında qeyd edilib ki, Azərbaycan bu dost olmayan addıma qarşı lazımi diplomatik tədbirləri görmək hüququnu saxlayır.
27-11-2024, 17:13
Yaqut ŞƏRİFOVA yazır:"Heydər Əliyev və təhsil"


Yaqut ŞƏRİFOVA yazır:
"Heydər Əliyev və təhsil"


“Mən dünyada müəllimdən uca ad tanımıram” Bu tarixi kəlamın müəllifi, zəmanəmizin görkəmli siyasi xadimi, ümummilli lider Heydər Əliyevdir. Özünəməxsus müdrikliklə “Təhsil millətin gələcəyidir”söyləyən dahi rəhbər Respublikamıza istər Sovetlər dönəmində(1969-1982), istərsə də hakimiyyətə qayıdışından sonra, müstəqillik dövründə (1993-2003) təhsilin, elmin, mədəniyyətimizin inkişafına böyük diqqət yetirmiş, qayğı ilə yanaşmışdır.
Sovetlər dönəmində Heydər Əliyev Respublika rəhbəri kimi Azərbaycanda təhsil sisteminin maddi texniki bazasının möhkəmləndirilməsi, pedaqoji kadrların yetişdirilməsi, formalaşdırılması, müəllimlərin təyinat yerlərində, hətta ucqar kəndlərimizdə uğurla çalışması üçün şərait yaradılması, onların mənəvi cəhətdən ruhlandırılması üçün əlindən gələni əsirgəməmişdi. Sovetlər İttifaqında Siyasi Büroda şəxsi nüfuzundan istifadə edərək Heydər Əliyev el balalarının, şagirdlərin təlim –tərbiyəsində, təhsilində fərqlənən qabaqcıl müəllimlərimizə, o dövrün ən yüksək mükafatı-Sosialist Əməyi Qəhrəmanı, Respublikanın Əməkdar müəllimi fəxri adının verilməsinə nail olurdu. Məsələn, Tovuz rayonu Bozalqanlı kənd orta məktəbinin kimya müəllimi Məhər Quliyevin Bakı şəhərində qabaqcıl ədəbiyyat müəllimi Zərbəli Səmədovun, Bakı şəhəri 190№-li məktəbin direktoru Sona xanım Tağıyevanın Sosialist Əməyi Qəhrəmanı, Əməkdar müəllim adına layiq görülməsi Heydər Əliyevin təhsilə verdiyi dəyərlərdən sayılır.

Ulu Öndərimizin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri –Cəmşid Naxçıvanski adına Respublika Hərbi liseyinin 1971-ci ildə istifadəyə verilməsi oldu. Məhz, bu Hərbi liseyin məzunları, burada yetişdirilmiş zabit kadrları sonralar torpaqlarımızın ərazi bütövlüyünü, vətənimizin istiqlaliyyəti naminə döyüşlərdə istər Birinci Qarabağ müharibəsində, istərsə də 44-günlük Vətən müharibəsində əhəmiyyətli rol oynadılar.
Ötən əsrin 70-ci illərində Heydər Əliyevin rəhbərliyi, təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın savadlı, istedadlı gəncləri, hər il 800-1000 nəfər gənc keçmiş SSR-nin ən böyük şəhərlərindəki ali məktəblərə oxumağa göndərilirdi. Bu kadrlar hal-hazırda Respublikamızın neft sənayəsində, kənd təsərrüfatında, Dövlət Təhlükəsizlik strukturlarında çalışırlar. 1993-cü il iyunun 15-də xalqın istəyi ilə, təkidi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə vətəndaş qarşıdurmasına son qoydu və beləliklə siyasi sabitlik əldə edildi. Bu, adi qayıdış deyildi...Bu, zamanın, əsrlərin sınağından keçə-keçə, min bir əziyyətlə, amma dönmədən öz məqsədinə doğru addımlayan bir millətin özündən –özünə qayıdışı idi,bu, milli –mənəvi dəyərlərimizin, millətin sabaha inamının qayıdışı idi.
Məhz,Heydər Əliyevin hakimiiyətə bu qayıdışından sonra müstəqillik yollarında inamla addımlayan respublikamızda hər sahədə olduğu kimi təhsil sahəsində də canlanma yarandı. Azərbaycanın ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldiləməsi, tələbələrin elmi biliklərinin zənginləşdirilməsi, müəllimlərin əmək haqlarının artırılması, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün mühüm qərarlar qəbul edildi.
Heydər Əliyevin doğma Azərbaycan dilinə, ana dilimizə məhəbbətindən ayrıca danışmaq lazımdır. Kommunist rejiminin tüğyan elədiyi bir vaxtda -1969-cu ildə Mərkəzi Komitəyə yenicə birinci katib təyin olunmuş Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin 50 illiyi tədbirində öz ana dilimizində bir saatdan çox nitq söylədi və qürurla dedi: “Mən Öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Sonralar müstəqillik illərində Ulu Öndərin daha bir kəlamı olan ümümxalq sevgisini daha da artırdı:
Hər bir xalqın milliyəti onun qürur mənbəyidir. Mən, həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Ana dilimizin yad təsirlərindən qorunması, inkişafı, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində Ulu Öndər Heydər Əliyev misilsiz xidmətlər göstərib.
Dilçi alim, filologiya elmləri doktoru, professor Nizami Xudiyev yazırdı:
“ Mübaliğəsiz deyə bilərik ki, yaşadığımız yüzilliyin son otuz ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə -diplomatiya aləminə yol alması, zənginləşib nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi, tanınmış dövlət xadimi Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyəti və yürütdüyü müdrik, uzaqgörən dil siyasəti ilə bağlıdır.
Respublikamızın qəbul olunmuş Konstitutsiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə 73-cü maddənin daxil edilməsi üçün Heydər Əliyev böyük qətiyyət göstərdi. Sonralar o, həmin dövrü belə yada salırdı:
Yadımdadır, 1978-ci ildə biz Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan nə qədər təzyiqlər göstərildi, ancaq biz, bu təzyiqlərə dözdük. “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir” deyən Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ilin 31oktyabr-11noyabr tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirəyə çıxarıldı.12 noyabr 1995-ci il tarixdə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasında 21-ci maddədə Azərbaycan dili dövlət dili elan edildi. Heydər Əliyev deyirdi:
Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Mənim şəxsən arzum budur ki, hər bir azərbaycanlı çox dil bilsin, ancaq, birinci növbədə öz ana dilini-dövlət dilini yaxşı bilsin. Bizim gözəl, zəngin, cazibadar dilimiz var və onu heç bir şeyə dəyişmək olmaz. Göründüyü kimi Azərbaycan gənclərini savadlı, xalqına, onun tarixinə, mədəniyyətinə və mənəviyyatına bağlı görmək istəyən Heydər Əliyev bildirirdi ki, hər bir Azərbaycan gənci birinci növbədə gərək öz dilini, ana dilini bilsin, bu dildə təhsil alsın, bu dildə yazsın və bu dildə oxusun. Onun gənclərimizə arzusu, tövsiyyəsi bu idi. Ulu Öndərin hakimiyyəti illərində rayonlarımızda mədəniyyət saraylarının, musiqi məktəblərinin, orta ümumtəhsil məktəblərinin, teatr binalarının tikintisinə xüsusi önəm verilirdi.
Bu gün təhsilimizin, mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin qayğıkeşliyindən bəhrələnməsin. Allah Ulu Öndərimizə rəhmət eləsin!
Eşq olsun Heydər Əliyev siyasətinə və bu siyasətin uğurlu davamçısı, Ali Baş Komandan Cənab İlham Əliyevə!

Yaqut ŞƏRİFOVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində
Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi
27-11-2024, 17:03
Avropa Komissiyasının yeni tərkibi təsdiqləndi


Avropa Komissiyasının yeni tərkibi təsdiqləndi

Avropa Parlamentinin deputatları Strasburqda keçirilən plenar sessiyada səs çoxluğu ilə Avropa Komissiyasının yeni tərkibini təsdiqləyiblər.
Bu, səsvermənin nəticələrindən məlum olub.
Estoniyanın keçmiş Baş naziri Kaya Kallas Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi vəzifəsinə təsdiq edilib.
Avropa Komissiyasının yeni tərkibini 688 deputatdan 370-i dəstəkləyib, 282 nəfər əleyhinə səs verib, 36 nəfər bitərəf qalıb.
27-11-2024, 16:54
Seçkilərlə əlaqədar MSK-nın nəzdində ekspert qrupu yaradıldı


Seçkilərlə əlaqədar MSK-nın nəzdində ekspert qrupu yaradıldı

Bələdiyyə seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupu yaradılıb.
Məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
27-11-2024, 16:53
Emin Əmrullayev 1500 məktəbin bağlanacağını təkzib etdi


Emin Əmrullayev 1500 məktəbin bağlanacağını təkzib etdi

Elm və təhsil naziri Emin Əmrullayev ölkədə mövcud olan 4400 məktəbdən 1500-nin bağlanacağı barədə yayılan xəbəri təkzib edib.
Nazir sosial şəbəkədə məsələyə belə aydınlıq gətirib:
“Bu, doğru məlumat deyil. Bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu, əvvəllər də qeyd etdiyim “eşitdiyini və ya oxuduğunu doğru anlamamaq” problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək”.
Xatırladaq ki, 1500 məktəbin bağlanacağı barədə məsələni Milli Məclisdə deputat Ceyhun Məmmədov gündəmə gətirmişdi. O qeyd edib ki, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nin bağlanılması planlaşdırılır. "Düşünürəm, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq", - deputat bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!