"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
9-11-2024, 17:53
Əsir və itkinlərlə bağlı Bakı bəyanatı BMT-nin rəsmi sənədi kimi yayılıb


Əsir və itkinlərlə bağlı Bakı bəyanatı BMT-nin rəsmi sənədi kimi yayılıb

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 2-3 oktyabr 2024-cü il tarixlərində Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda təşkil edilmiş beynəlxalq konfransın yekun bəyanatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.
Bu barədə komissiyadan məlumat verilib.
Bildirilib ki, sənəddə beynəlxalq konfransın iştirakçıları müharibə qurbanlarının müdafiəsinə dair Konvensiyaları, eləcə də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq sənəd və qətnamələrini rəhbər tutaraq, o cümlədən dövlətlərin beynəlxalq humanitar hüquqla bağlı öhdəliyini xatırladaraq silahlı münaqişə tərəflərini itkin düşmüş şəxslərin axtarışı üçün bütün mümkün tədbirləri görməyə və onların taleyi barədə istənilən məlumatı təqdim etməyə dəvət edirlər:
Sənəddə həmçinin, beynəlxalq təşkilatlar itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına yardım göstərməyə və silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərin məsələsi ilə məşğul olacaq xüsusi mexanizmin yaradılmasını təşviq etməyə dəvət olunur.
Azərbaycanda keçirilmiş beynəlxalq konfransın ən əsas nəticələrindən biri itkin düşmüş şəxslər probleminin müxtəlif aspektlərinin müzakirə edilməsi üçün "İllik Bakı Dialoqu"nun yaradılması çağırışıdır. Bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın itkin düşmüş şəxslər probleminin həlli sahəsində həyata keçirdiyi səylərinə verilmiş yüksək qiymətin bariz nümunəsidir.
9-11-2024, 17:50
Gürcüstan müxalifəti Tbilisidə yürüşə çıxıb


Gürcüstan müxalifəti Tbilisidə yürüşə çıxıb

Gürcüstanın müxalifət liderləri və onların tərəfdarları noyabrın 9-da Tbilisidə yürüş keçirirlər.
Bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.
Müxalifət liderləri və tərəfdarları “Universitet” və “Mardjanişvili” metro stansiyalarından yürüş edir. Onların tələbi yeni seçkilərin keçirilməsidir.
Aksiya iştirakçıları bildiriblər ki, əsas etiraz nümayişi Gürcüstan Mərkəzi Seçki Komissiyasının seçkilərin yekun nəticələrini elan etdiyi və parlamentin ilk iclasının toplandığı gün keçiriləcək.
Mərkəzi Seçki Komissiyası məlumatına görə, 26 oktyabr parlament seçkilərində hakim “Gürcü Arzusu” Partiyası 53,92 % səs toplayıb.
Dörd müxalifət partiyası cəmi 37,78 % səs yığa bilib. Onlardan “Dəyişiklik Koalisiyası” 11,04 %; “Vahidlik – Milli Hərəkat” 10,16 %; “Güclü Gürcüstan” 8,81 %; “Qaxariya - Gürcüstan naminə” Partiyası isə 7,77 % səs toplayıb.
Beləliklə “Gürcü Arzusu” Partiyası yenidən qələbəni təmin edib.
Prezident Salome Zurabişvili isə seçkilərin nəticələrini tanımadığını bildirib, müxalifət də parlamentin işində iştirak etməyəcəklərini bəyan edib.
9-11-2024, 16:46
Rusiya Trampın Ukraynaya dair təkliflərini dinləməyə hazırdır – Ryabkov


Rusiya Trampın Ukraynaya dair təkliflərini dinləməyə hazırdır – Ryabkov

Rusiya tərəfi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynadakı vəziyyəti həll etmək üçün təkliflərini dinləməyə hazırdır, lakin bu problemin sadə həlli ola bilməz.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Ryabkov “İnterfaks”a müsahibəsində Moskvanın Trampın Ukrayna ilə bağlı təkliflərini dinləməyə hazır olması ilə bağlı sualı cavablandırarkən deyib:
“Biz bu sahədə ölkələrin təklif etdiyi istənilən ideyaya son dərəcə diqqətlə, məsuliyyətlə və diqqətlə yanaşırıq”.
“Əgər Amerika tərəfindən Kiyev rejimini hər cür yardımla daha da gücləndirmək müstəvisində deyil, həll müstəvisində daha da irəliləyəcəkləri ilə bağlı fikirlərinin olduğuna dair hər hansı bir siqnal olarsa, bunun nəticəyə gətirib çıxaracağı gözləniləndir. Şübhəsiz ki, biz bunu təhlil etmək və cavab vermək üçün əlimizdən gələni edəcəyik”.
O qeyd edib ki, “bəyannamələr, bəyanatlar, vədlər, bəzi siqnallar, əlbəttə ki, vacibdir”.
“ABŞ-ın indi 47-ci prezidenti məlum oldu və biz onu əvvəlki hakimiyyətə gəlişindən tanıyırıq. Hesab edirəm ki, onun Ukraynadakı vəziyyətin çox sürətli həlli ilə bağlı verdiyi bəzi vədlər ritorikadan başqa bir şey deyil, bu, seçkiqabağı dövrdə əlavə diqqəti özünə cəlb etmək üsuludurl”, - deyə xarici işlər nazirinin müavini bildirib.
Ryabkov vurğulayıb ki, Amerika administrasiyası Rusiya tərəfinin bu siqnallarını çox ciddi qəbul etməlidir – həm gedən administrasiya, həm də gələcək.
“Bizim fürsətçi dalğalanmalarımız yoxdur və fundamental maraqlarımızı Ağ Evin Oval Ofisində kimin olmasından asılı etmirik. Yeri gəlmişkən, bu, Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-da keçirilən seçkilərdən bir gün sonra dərc olunmuş bəyanatında kifayət qədər aydın ifadə olunub”, - o əlavə edib.
9-11-2024, 16:25
COP29-un tədbir məkanı BMT-nin qurumuna verildi


COP29-un tədbir məkanı BMT-nin qurumuna verildi

Bu ilin noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 konfransının tədbir məkanında yerləşən Mavi Zonası COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) rəsmi surətdə müvəffəqiyyətlə təhvil verilib.
Bu barədə COP29 Əməliyyat Şirkətinin mətbuat xidməti bildirib.
Bildirilib ki, Mavi Zona UNFCCC tərəfindən idarə olunan rəsmi konfrans və danışıqlar məkanıdır. COP29 zamanı bütün sessiya, görüş, əlavə tədbir və mətbuat konfransları məhz Mavi Zonada keçiriləcək. Mavi Zonaya yalnız UNFCCC tərəfindən akkreditasiya olunmuş iştirakçılar buraxılacaq.
Mavi Zonanı UNFCCCə təhvil verməklə, COP29 Azərbaycan Əməliyyat Şirkəti mühüm əməliyyat mərhələsinə yekun vurmuşdur. Nümayəndə heyətlərinin tədbir məkanında rahatlığının təmin edilməsi üçün burada müvafiq şərait yaradılmışdır. Mavi Zonada təxminən 39 piyada yoxlama-keçid zolağı, akkreditasiya üçün 35 qeydiyyat masası, müyəssərliklə bağlı üç xüsusi yardım masası, eləcə də 9 əlavə və 5 xüsusi tədbir otağı, habelə nümayəndə heyəti üçün 132 ofis yerləşir. Burada həmçinin nümayəndələr üçün müxtəlif qida və içkilərin təklif olunduğu müxtəlif iaşə sahələri yerləşir.
Konfrans zamanı hər gün səhər saat 07:00-dan axşam saat 22:00-a kimi əsas nəqliyyat qovşaqları ilə Bakı Stadionu arasında konfransın xüsusi marşrut avtobusları işləyəcək. Bununla yanaşı, axşam saat 22:00-dan sonra da stadionda qalan insanlar üçün məhdud sayda marşrut avtobusları xidmət göstərməyə davam edəcəkdir. COP29-un qonaqları yenicə istifadəyə verilmiş və strateji mövqelərdə yerləşən nəqliyyat qovşaqlarını, eləcə də tədbirin keçirildiyi yer və zonaları, habelə qonaqlama yerləri haqqında məlumatları özündə əks etdirən Rəqəmsal Nəqliyyat Xəritəsindən onlayn qaydada istifadə etməklə Bakı Stadionuna gediş-gəlişi planlaşdıra biləcəklər.
COP29-un Mavi Zonası bütün nümayəndələrin, eləcə də maraqlı tərəflərin builki mühüm konfransda konstruktiv iştirakı üçün tələb olunan şərait nəzərə alınmaqla hazırlanıb.
9-11-2024, 16:09
Bakıya daha bir Baş nazir gəldi


Bakıya daha bir Baş nazir gəldi

Baham adalarının Baş naziri Filip Davis noyabrın 9-da BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.
9-11-2024, 15:34
Ərdoğan Azərbaycan xalqını təbrik etdi


Ərdoğan Azərbaycan xalqını təbrik etdi

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Ərdoğan sosial şəbəkə hesabındakı təbrikində bildirib:
“Dostumuz, qardaşımız, tale ortağımın Can Azərbaycanın 9 Noyabr – Dövlət Bayrağı Gününü təbrik edir, əziz qardaşım, Prezident İlham Əliyevin şəxsində Azərbaycan xalqına salam və məhəbbətimi göndərirəm”.

9-11-2024, 15:22
İsrail səfirliyindən Azərbaycana təbrik


İsrail səfirliyindən Azərbaycana təbrik

İsrailin Azərbaycandakı səfirliyi 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.
Səfirliyin “X” platformasındakı paylaşımında bildirilib:
“İsrail xalqı dost Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, xalqına firavan və dinc gələcək arzu edir!”.
9-11-2024, 14:37
DİM ədliyyə orqanlarına imtahan vermək istəyənlərə müraciət etdi


DİM ədliyyə orqanlarına imtahan vermək istəyənlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi (DİM) ədliyyə orqanlarına qəbul imtahanında iştirak etmək üçün sənədləri qəbul edilmiş namizədlərə müraciət edib.
DİM-dən bildirilib ki, ədliyyə orqanlarına qulluğa qəbul ilə əlaqədar sənədləri qəbul edilmiş namizədlər 9 noyabr saat 14:00-dan 25 noyabr saat 11:00-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək qeydiyyatdan keçə bilərlər:

//exidmet.dim.gov.az/elimt/JusticeTest

Test imtahanı 1 dekabr 2024-cü il tarixində saat 10:00-da DİM-in elektron imtahanlar korpusunda (Bakı ş. Binəqədi r. S.S.Axundov, 50) kompüterlər vasitəsilə keçiriləcək.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat bitdikdən sonra – imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.
9-11-2024, 13:10
Klub rəhbəri iki jurnalisti həbslə hədələyir - Futbolumuzda QALMAQAL


Klub rəhbəri iki jurnalisti həbslə hədələyir - Futbolumuzda QALMAQAL

Azərbaycan futbolunda növbəti xoşagəlməz hadisə yaşanır.
“Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyev, onun fəaliyyətini tənqid etdiyinə görə iki jurnalisti həb etdirməklə hədələyib.
Belə ki, klub prezidenti Riad Rəfiyev idman jurnalistləri Anar Şabanoglu (Sports.az saytı) və İxtiyar Əsgərovdan (Matç.az saytı) prokurorluğa şikayət edib.
Prokurorluğa dəvət olunan baş redaktorlara xəbərdarlıq edilərək, 20 sutkaya qədər həbs oluna biləcəkləri bildirilib.
“Sumqayıt” Futbol Klubunun prezidenti jurnalistləri məhkəmə ilə də hədələyib. Riad Rəfiyev media nümayəndələrinin onun təhqir etdiyini bildirib. Onun iddiasına görə, jurnalistlərin yazılarında onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən ifadələr yer alıb.
Jurnalistlər isə klub rəhbərinin iddialarını rədd ediblər.
Anar Şabanoğlu bildirib ki, Riad Rəfiyevlə sona qədər mübarizə aparacaq.
“İdman jurnalistlərinə atdığı şərə, 26 illlik jurnalist imicimi ləkələməyə yönəlmiş şikayətə görə sona qədər mübarizə aparacam!”.
İxtiyar Əsgərovun sözlərinə görə, yazısında “Sumqayıt” rəhbərinin işini "yarıtmaz" adlandırdığına görə hədəfə tuş gəlib.
9-11-2024, 13:03
Bayrağımızın dalğalandığı beynəlxalq təşkilatlar


Bayrağımızın dalğalandığı beynəlxalq təşkilatlar

1918-ci il 9 noyabrda Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən üçrənglii bayrağımız bu gün qürur mənbəyimizdir.
9 noyabr Azərbaycanda Dövlət Bayrağı günü qeyd olunur. Bu bayram Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamı ilə təsis edilib.
Müstəqilliyimizin bərpa edilməsindən keçən 33 ildə Azərbaycan bayrağı ölkənin bütün ərazilərində dalğalanmaqla yanaşı, bir çox beynəlxalq təşkilatlarda da təmsil olunur.

1. Birləşmiş Millətlər Təşkilatı – BMT İkinci Dünya Müharibəsindən sonra beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur.

2. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə - Təşkilatın əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə əməkdaşlığın təmin edilməsidir.

3. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik - 1957-ci ildə “Sülh naminə Atom” təşkilatı kimi təsis edilən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik nüvə enerjisindən sülh məqsədləri ilə istifadə olunması sahəsində elmi və texniki əməkdaşlıq üçün dünyanın hökumətlərarası forumu kimi fəaliyyət göstərir.

4. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) - İttifaqın əsas vəzifəsi harada yaşamasından asılı olmayaraq bütün dünya üzrə insanlar arasında rabitə əlaqələrin yaradılmasına nail olmaqdır. BTİ fəaliyyəti ilə hər bir şəxsin rabitə əlaqəsi yaratmaq hüququnu müdafiə edir və dəstəkləyir.

5. Beynəlxalq Valyuta Fondu (BVF) - Beynəlxalq maliyyə təşkilatlarından biri olan bu təşkilat üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, bu ölkələrin tədiyyə balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək məqsədilə yaradılan beynəlxalq maliyyə inistitutudur.

6. Dünya Bankı - dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biridir. Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.

7. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) - 1969-cu ilin 25 sentyabr tarixində Rabat şəhərində (Mərakeş Krallığı) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında qəbul edilmiş qərara əsasən yaradılıb. Həmin sammit zamanı qəbul edilmiş bəyanat görüşdə iştirak edən dövlətlər arasında iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq və qarşılıqlı yardım üzrə məşvərətlərin keçirilməsi, öz aralarında yaranacaq problemlərin BMT-nin məqsəd və prinsipləri əsasında həll edilməsi barəsində öhdəlikləri əks etdirir.

8. İslam İnkişaf Bankı (İİB) - Bankın məqsədi banka üzv olan ölkələrin (onun təsisçiliyində və üzvlüyündə təmsil olunan müsəlman ölkələr) və fərdi müsəlman cəmiyyətlərinin iqtisadi inkişafının və sosial tərəqqisini İslam hüququ (fiqhi) əsasında təmin etməkdir. Bankın əsas funksiyası iqtisadi və sosial inkişaf üçün layihələrin maliyyələşdirilməsi, müəssisələrin xüsusi kapitalında iştirak və ya investitsiya qoyuluşu, qrantların və ssudaların verilməsi şəklində üzv dövlətlərə maliyyə yardımını təmin etməkdən ibarətdir.

9. İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) – Təşkilatın əsas məqsədləri davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, ticarətin liberallaşdırılması və region daxili ticarətin təşviqi, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsinə əsaslanır.

10. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) - İslam Əməkdaşlığı Təşkilatı nəzdində İslam ölkələri üzrə təhsil, elm və mədəniyyət məsələləri ilə məşğul olan, üzv ölklələri arasında əlaqələrinin daha da möhkəm olmasına xidmət edən xüsusi təşkilatdır.

11. Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (KSQT) - Təşkilat, kimyəvi silahların istifadəsinə dair müqaviləyə imza atmış dövlətlərin qaydalara əməl etməsini və kimyəvi silahların istifadəsindən çəkindirilməsi ilə məşğuldur. Eyni zamanda təşkilat aktiv müharibə zonalarında mümkün kimyəvi silahlardan istifadə edilməsi hallarını araşdırır.

12. Qoşulmama Hərəkatı - özlərinin formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır.

13. UNESCO – Əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir.

14. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) - Azərbaycan Respublikası 1995-ci ildən ÜƏMT-nin üzvüdür və onun əqli mülkiyyət hüquqlarının qorunması və əlaqəli hüquqları əhatə edən 16 sazişinə qoşulmuşdur.

15. Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) - Milli Meteoroloji və Hidroloji Xidmətlər, Ümumdünya Meteorologiya Təşkilatının rəhbərliyi və proqramları çərçivəsində həyatın və əmlakın təbii fəlakətlərdən qorunmasına, ətraf mühitin qorunmasına, o cümlədən cəmiyyətin bütün təbəqələrinin ərzaq təhlükəsizliyi, su ehtiyatları və nəqliyyat kimi sahələrdə iqtisadi və sosial rifahının qorunmasına və gücləndirilməsinə mühüm töhfə verir.
Ümumdünya Meteorologiya Təşkilatı meteoroloji, klimatoloji, hidroloji və geofiziki müşahidələr üçün şəbəkələrin yaradılmasında, həmçinin müvafiq məlumatların mübadiləsi, emalı və standartlaşdırılması sahəsində əməkdaşlığı təşviq edir və texnologiyanın ötürülməsi, kadr hazırlığı və tədqiqat işlərinə kömək edir.

16. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) – Təşkilatın əsas funksiyası ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad aparılmasını təmin etməkdir. Məqsədi isə üzv ölkələrin əhalisinin rifah halını yaxşılaşdırmaqdır. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir.


ATƏT, Avropa Şurası, Avropa İttifaqı kimi nüfuzlu regional təşkilatlardan da Azərbaycan bayrağı dalğalanır.

Azərbaycan ATƏT üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunub.

Azərbaycan 2001-ci il yanvarın 25-də isə Avropa Şurasının 43-cü üzvü olub. Avropa Şurasının məqsədlərinə insan hüquqları, plüralist demokratiya və qanunun aliliyini qorumaq, regionun qarşılaşdığı problemlərə ümumi həll yollarını tapmaq missiyası, qanunvericilik və konstitusiya islahatlarını dəstəkləməklə Avropada demokratik sabitliyi möhkəmləndirmək daxildir.

Azərbaycan 2009-cu ildən bəri Avropa İttifaqı (Aİ) ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Aİ ilə ikitərəfli əməkdaşlıq xətti prioritet olaraq qalmasına baxmayaraq, ŞT-nin çoxtərəfli platforması Azərbaycana birgə maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmağa, regional siyasət kontekstində öz milli maraqlarını yürütməyə, bunun üçün müxtəlif təşəbbüslər irəli sürməyə imkan yaratmaqla Aİ ilə ikitərəfli əməkdaşlıq gündəliyinə tamamlayıcı dəstək rolunu oynayır.

Həmçinin regional təşkilatların sırasına aşağıdakıları aid etmək olar:

Türk Dövlətləri Parlament Assambleyası;
Türk Dövlətləri Parlament Assambleyasının Gənc Parlamentarilər Qrupu;
Türk Dövlətləri Parlament Assambleyasının Qadın Parlamentarilər Qrupu;
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası;
Parlamentlərarası İttifaq;
Qoşulmama Hərəkatı Parlament şəbəkəsi;
İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası;
Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyası;
NATO Parlament Assambleyası;
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası;
GUAM Parlament Assambleyası;
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı;
Asiya Parlament Assambleyası;
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası;
Azərbaycan – Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsi;
Avronest Parlament Assambleyası;
Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyası;
Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının parlamentlərarası əməkdaşlıq komissiyası.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!