Türk düşüncəsində təbiətə sevgi və ekoloji mədəniyyət amili .....                        İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                       
2-11-2024, 05:55
Qəlbimdə yaşamaq, "yanmaq", yaratmaq eşqi...


Ləman RƏCƏBOVA,
Bakı Slavyan Universitetinin
Xarici Dili Müəllimliyi fakültəsinin tələbəsi


Qəlbimdə yaşamaq, "yanmaq", yaratmaq eşqi...

Bəzən olur ki, xəyalən keçmişə qayıdırıq. Xatirələri "oyadırıq". Xəyal nuru mənəvi aləmimizin ən dərin qatına işıq salır. Çox keçmir ki, xəyaldan ayrılır, gələcəyi düşünürük. Bu məqam daxilimizdə doğan sual bizi özümüzlə baş-başa qoyur: mənim üçün yaşamaq nədir? Məsələn, ünlü şairimiz Bəxtiyar Vahabzadə "yaşamaq yanmaqdı" yazırdı. Mətbuat tədqiqatçısı Şirməmməd Hüseynov yaşamağı qanmaqda, dərk etməkdə görürdü. Yazıçı Anar kimlik, milli varlıq, özünüdərk prosesi əsasında yaratdığı əsərə-kitaba "Yaşamaq haqqı" ismini vermişdi. Bu mənada fiziki, mənəvi, bioloji var olma, yaşama və böyümə (sözün hər gerçəkliyində) atlasının müəyyənləşdirdiyi mənzərə fonunda qəlb aləminin dəruni dərinliklərindən eşidilən, insanı oraya səsləyən sədalar yüksəlməyə başlayır. Bu mənzərə gözlər önündə gün işığı qədər aydın, yaxud payız yağışına qarışmış dumantək qarışıq da görünər...
Yaşamaq sadəcə gündəlik işlərimizi həll etdikdən sonra başımızı buludabənzər ağ yastığa qoyaraq rahatlıq tapmaq deyil. Gərək ki, düşünəsən, suallarla özün-özünə müraciət edəsən: Həyat, görəsən, bizi lacivərd səmaya — göyün ənginliklərinə qaldıran xəyallardanmı, ya gözümüzü bağlayanda ürəyimizdən keçən istəklərdənmi ibarətdir? Biz həyatdan nə istəyirik: yaşamaq, görmək, anlamaq, kəşf etmək, sevmək, sevilmək? İnsan həyatı dərk etdiyi andan böyüyür, yaşayır (!).. O, anlayır. Anlayır ki, əsla öz dəyərini dəyərdən salmamalıdır. Həyat prizmasına öz pəncərəsindən baxmağı öyrənməlidir. O, tək qalmaqdan, düşünməkdən və beləcə böyüməkdən qorxmamalıdır. İnkaretmə yanğısına düşməməli, özünü tapmalı və onunla üzləşməlidir. Həyatdan nə istədiyinin fərqinə varmalı və yelkənini başqa dənizlərə açmağı öyrənməlidir.
Məncə, hər insan həyatında bir dəfə də olsa öz yaşamından uzaqlara getməli, həsrət yanğısına düşməli, başqa qəlblərin incəliyinə toxunmalıdır. Fərqində olmalıdır ki, qoca dünyaya nə üçün gəlib və nə istəyir?!
Əgər mən nədənsə əziyyət çəkirəmsə, deməli, burada mənim üçün sıxıntı, narahatlıq var. Bəli, mümkündür ki, bir başqası üçün bu adi haldır. Buna görə insan gərək çətinlikdən, ən əsası həyatdan qaçmasın, qorxmasın... Özünü rüzgara buraxsın və dərindən nəfəs alsın. Başını səmaya qaldırsın: nizamlı şəkildə düzülən durna qatarına nəzər salsın. Məncə biz çox yaxşı bilirik ki, rüzgar o qədər də qorxulu bir şey deyil. Əsas odur ki, gəmini dənizə çıxaracaq qədər cəsarətin olsun. Qasırğa isə hər zaman, hər insanın həyatına bir az da olsa müdaxilə edir.
1-11-2024, 21:38
Lukaşenkoya 7 rəqib çıxdı


Lukaşenkoya 7 rəqib çıxdı

Belarusda prezident seçkilərində iştirak etmək istəyən namizədlərin imzatoplama qruplarının qeydiyyatı üçün sənədlərin qəbulu başa çatıb.
Doqquz nəfər prezidentliyə namizəd olmaq arzusunu bildirib.
Hazırda Mərkəzi Seçki Komissiyası yalnız dörd nəfərin sənədlərini qeydə alıb. Onlardan biri hazırkı prezident Aleksandr Lukaşenkodur.
1-11-2024, 21:02
Bakı kəndlərindən şəhərə necə gələcəyik? - Dəqiq cavab


Bakı kəndlərindən şəhərə necə gələcəyik? - Dəqiq cavab

COP29 tədbiri zamanı Bakı şəhərinin daxilində bir sıra küçə və prospektlərdə istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub.
Bu barədə COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev danışıb.
Onun sözlərinə görə, mərkəzdən hava limanı istiqamətində hərəkət edənlər 8 Noyabr prospektindən və Zığ yolundan istifadə etməklə gedə biləcəklər.
Bundan başqa, Sabunçu-Zabrat istiqamətində yaşayanlar, Heydər Əliyev prospektindən əlavə köməkçi yolla Bakıxanov qəsəbəsi ərazisindən keçməklə, Koroğlu m/st yanından sağ zolaqla - Bəşir Bünyadov, Yavər Əliyev və Asəf Əsədullayev küçəsində “Komsomol” körpüsünün altından istifadə etməklə Sabunçu yoluna çıxa bilərlər.
Sabunçu rayonu istiqamətindən şəhərə gəlmək istəyənlər isə, Balaxanı yolu ilə Binəqədi rayonu ərazisini keçməklə oradan şimal istiqamətinə və paytaxtın mərkəzinə gələ bilərlər.
Mərdəkan istiqamətindən hava limanına getmək istəyən sürücülər isə, Şüvəlandan Qala-Hövsan yoluna çıxıb, daha sonra oradan Zığ yoluna keçib aeroporta gedə biləcəklər.
1-11-2024, 20:35
"Qarabağ"ın oyunu qolsuz başa çatdı


"Qarabağ"ın oyunu qolsuz başa çatdı

Misli Premyer Liqasının XII turunun açılış oyununda "Turan Tovuz" doğma meydanda "Qarabağ"la qarşılaşıb.
Tovuz şəhər stadionunda baş tutan görüşdə hesab açılmayıb.
Oyunda sonra Ağdam klubu 28 xalla turnir cədvəlinə başçılıq edir. Qərb təmsilçisi isə 25 xalla ikinci sırada qərarlaşıb.
Qeyd edək ki, turun digər qarşılaşmaları noyabrın 2-3-də gerçəkləşəcək.
1-11-2024, 20:26
Sürücülərin nəzərinə: COP29 zamanı postlar qurulacaq


Sürücülərin nəzərinə: COP29 zamanı postlar qurulacaq

COP29 tədbiri zamanı Bakıda nəqliyyatın hərəkətinin optimal təşkili üçün bir sıra küçə və prospektlərdə istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub.
Bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib.
Qurum rəhbəri bildirib ki, Şıxov istiqamətində, yəni, Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Lökbatan dairəsi yaxınlığında təşkil olunacaq nəzarət postundan Bakı kənar-dairə yol istiqamətinə yönəldiləcək. Oradan Badamdar istiqamətinə gedənlər həmin istiqamətə, Yasamal, Şamaxinka kimi tanınan əraziyə daxil olmaq istəyənlər isə həmin əraziyə gedən istiqamətdə təşkil olunacaq postlardan fasilələrlə buraxılacaq. Yəni, nəqliyyatın əsas hissəsi Biləcəri, avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək.
Şamaxı-İsmayıllı istiqamətindən hərəkət edən nəqliyyat vasitələri Müşfiqabad-Xocahəsən yolunda təşkil olunacaq postlarda nisbətən azaldılmaqla Şamaxinkadan geriyədönmə və Ziya Bünyadov prospektinə fasilələrlə buraxılacaq.
Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyat Sumqayıtın girişində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında təşkil olunacaq postda müvəqqəti azaldılacaq və avtomobillər fasilələrlə buraxılacaq.
Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq.
Bütün bu qeyd olunanlar şəhərə daxil olmaq üçün nəzərdə tutulub.
1-11-2024, 20:11
10-dan çox marşrutun hərəkəti dayandırılır


10-dan çox marşrutun hərəkəti dayandırılır

COP29-un ilk 4 günündə 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandırılacaq.
Bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri (AYNA) Anar Rzayev “COP29 nəqliyyat planının təqdimatına dair” xüsusi brifinqdə bildirib.
Onun sözlərinə görə, sabahdan hər bir marşrut dəyişikliyi ilə bağlı məlumatlar paylaşılacaq.
“Bu məlumatlarda marşrutlar üzrə hərəkəti dayandırılan avtobuslar və alternativ marşrutlar göstəriləcək. Bütün məlumatları birdəfəyə paylaşıb çaşqınlıq yaratmaq istəmirik. Buna görə, məlumatları hissə-hissə paylaşmağa üstünlük veririk”, - deyə AYNA sədri qeyd edib.
1-11-2024, 19:50
Şabranda faciə: azyaşlı həyatını itirdi


Şabranda faciə: azyaşlı həyatını itirdi

Şabran rayonunda bədbəxt hadisə nəticəsində 4 yaşlı uşaq həyatını itirib.
Hadisə rayonun Padar kəndində baş verib.
Belə ki, 4 yaşlı İsmixanova Fatimə Mizəfər qızı əlində bıçaq olan zaman yerə yıxılıb. Bu zaman kəsici alət onun boğazını deşib.
Azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
1-11-2024, 19:38
İraqın Baş naziri Türkiyədə


İraqın Baş naziri Türkiyədə

İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani Türkiyədə səfərdədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir qəbul edib.
Görüşdə Türkiyə-İraq arasındakı ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlər də müzakirə edilib.
Ərdoğan başda İnkişaf Yolu layihəsi olmaqla tarixi köklərə malik Türkiyə-İraq əlaqələrinin inkişaf etdirilməsinin hər iki ölkə üçün saysız faydalarının olacağını və bunun üçün zəruri addımları qərarlılıqla atmağa davam edəcəklərini bildirib.
1-11-2024, 19:10
Taksilər COP29 zolaqlarına girə biləcək?


Taksilər COP29 zolaqlarına girə biləcək?

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçılarının rahat hərəkəti üçün çəkilən COP29 zolaqlarından xüsusi taksilər də istifadə edə biləcək.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
O bildirib ki, bu taksilər qırmızı rəngli, elektrik mühərrikli taksilərdir: "Vətəndaşlar və tədbir iştirakçıları konfrans günlərində adi taksilərdən istifadə edə bilərlər. Lakin həmin taksilərin COP29 zolaqlarına daxil olmasına məhdudiyyət tətbiq ediləcək".
1-11-2024, 18:09
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı


Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb. Noyabrın 7-də keçiriləcək iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında.

2. R.T.Orucovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi haqqında.

3. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş)

6. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

9. “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

12. “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

13. “Bələdiyyənin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

14. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

15. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

16. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!