Bura “İran İslam Respublikası”dır, yoxsa “Məddahlar Respublikası”? .....                        Mehriban Əliyevadan Milad münasibətilə təbrik .....                        Bu ölkə də BRİKS-in üzvü oldu .....                        İki tələbə dəm qazından zəhərləndi .....                        Trüdo istefa qərarını açıqladı .....                        Prezidentin sağ qalan təyyarə bələdçiləri ilə görüşünün VİDEOSU .....                        Prezidentin sağ qalan təyyarə bələdçiləri ilə görüşünün VİDEOSU .....                        Vardanyanın məhkəməsinin vaxtı AÇIQLANDI .....                        Çindən yayılan yeni virus nə qədər qorxuludur? - Qorunmaq üçün tövsiyələr .....                       
30-12-2024, 19:04
Xankəndidə Yeni İl atəşfəşanlığı olacaq


Xankəndidə Yeni İl atəşfəşanlığı olacaq

Sabah Xankəndidə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə atəşfəşanlıq təşkil ediləcək.
Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Bildirilib ki, sakinlər və qonaqlar atəşfəşanlığı Xankəndidə seyr etmək üçün dekabr 31-i saat 00:00-da şəhərin zəfər meydanında “Qış nağılı” yarmarkası keçirilən əraziyə gələ bilərlər.
30-12-2024, 18:33
Azərin şikayəti rədd edildi


Azərin şikayəti rədd edildi

“TikTok” əməliyyatı ilə həbs edilən aparıcı Azər Zahid və digərləri həbs qərarından narazıdır.
Bakı Apellyasiya Məhkəməsində əvvəlcə A.Zahidin şikayətinə baxılıb.
Qumar oyunlarının təşkili və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında ittiham olunan aparıcı barəsindəki qərarın ləğv edilərək sərbəst buraxılmasını istəyib.
Amma yuxarı instansiya məhkəməsi aparıcının dediklərini əsaslı hesab etməyib, Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın 4 aylıq həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.
Eyni gündə narkotik cinayəti ilə əlaqədar saxlanılan digər tiktokçuların da şikayətinə baxılıb.
“Magerramoff” adı ilə tanınan Əmrah Məhərrəmovun və Nuh Məmmədovun hüquqlarını vəkil Yusif Seyfəlov müdafiə edir. Vəkil deyib ki, müvəkkilləri barəsindəki həbs qərarından verilmiş apellyasiya şikayətləri təmin edilməyib.
Qeyd edək ki, “TikTok”da əxlaqsızlığın təbliğinə qarşı əməliyyat polis tərəfindən keçirilib. Saxlanılan şəxslər müxtəlif cinayətətlərdə təqsirləndirilirlər.
30-12-2024, 18:09
Dəniz kənarında körpə meyiti tapıldı


Dəniz kənarında körpə meyiti tapıldı

Sumqayıtda dəniz kənarından körpə meyiti tapılıb.
Hadisə Corat ərazisində dəniz kənarında qeydə alınıb.
Meyitin 5-6 aylıq oğlan uşağına aid olduğu təxmin edilir.
Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.
30-12-2024, 17:54
Rusiya qazının Ermənistana satışı 2026-cı ilədək uzadıldı


Rusiya qazının Ermənistana satışı 2026-cı ilədək uzadıldı

Bazar ertəsi keçirilən iclasda Ermənistan Respublikasının Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası “Qazprom-Armeniya” QSC-nin Ermənistana qaz idxalı üçün lisenziyasını bir il müddətinə - 2026-cı il yanvarın 1-dək uzadıb.
“Qazprom Ermənistan” Rusiyanın “Qazprom” enerji holdinqinin 100% törəmə şirkətidir. QSC Gürcüstan ərazisindən tranzitlə gələn Rusiyatəbii qazının Ermənistana (daxili istehlak üçün) inhisarçı tədarükçüsüdür.
2022-ci il üçün Rusiya qazının Ermənistan üçün (sərhəddə) qiyməti 1 min kubmetr üçün 165 dollar təşkil edib.
Ermənistanda əhalinin sosial cəhətdən həssas təbəqələrindən olan abunəçilər üçün 1 min kubmetr üçün 100 min dram tarifi tətbiq edilir (ƏDV daxil olmaqla); digər fərdi abonentlər üçün (ildə 600 kubmetrədək qazdan istifadə etməklə) - 1 min kubmetrə 143,7 min dram müəyyən edilib.
30-12-2024, 17:36
Metronun iş rejimi dəyişəcək - Sərnişinlərə çağırış


Metronun iş rejimi dəyişəcək - Sərnişinlərə çağırış

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakı metropoliteninin iş rejiminə və qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.
Bakı metropoliteninin Mətbuat xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-nə keçən gecə bütün stansiyalar saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Dekabrın 31-i və 2025-ci il yanvarın 1-də saat 07:00-dan 21:00-dək “28 May-Əhmədli” xəttində qatarlar 2.5 dəqiqə intervalla hərəkət edəcək.
Yanvarın 2-dən 5-dək “28 May-Əhmədli” xəttində qatarlar saat 07:00-21:00 aralığında 3 dəqiqə intervalla hərəkət edəcək. Zərurət yarandıqda, ehtiyat qatarlar xətlərə buraxılacaq.
“Bakmil” istiqamətində sərnişinlər dekabrın 31-i və yanvarın 1-də şənbə günü qrafiki, yanvarın 2-dən 5-dək isə bazar günü qrafiki ilə hərəkət edə biləcəklər.
Dekabrın 31-i gecə saatlarında sərnişin axınının çoxalacağı gözlənilən stansiyalarda, xüsusilə “Sahil”, “İçərişəhər” və “28 May” stansiyalarında tənzimləmə tədbirləri və nəzarət mexanizmləri gücləndiriləcək, təhlükəsizlik tələblərinə uyğun xüsusi giriş qaydaları tətbiq ediləcək. Sıxlığın qarşısını almaq üçün sərnişinlərdən platforma boyunca bərabər paylanmaya üstünlük verilməsi xahiş olunur.
“Bakı Metropoliteni” QSC sərnişinlərdən metronun istifadə qaydalarına, ictimai asayişə və sanitar-gigiyenik normalara ciddi riayət etməyi xahiş edir.
30-12-2024, 17:15
Ermənistanın saxlanılan eks-naziri buraxıldı


Ermənistanın saxlanılan eks-naziri buraxıldı

Ermənistan Daxili İşlər Nazirliyi keçmiş müdafiə naziri Arşak Karapetyanın Moskvada saxlanıldığını, lakin tezliklə azadlığa buraxıldığını təsdiqləyib.
Qurumun mətbuat xidmətinin “Sputnik Ermənistan” bildirildiyinə görə, bir gün əvvəl Rusiya paytaxtının mərkəzində Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələbi ilə keçmiş məmur saxlanılmışdı.
Ermənistanda sabiq nazirə qarşı bir neçə maddə üzrə cinayət işi açılıb: “Sahibkarlıq fəaliyyətində qanunsuz iştirak”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “qulluq mövqeyindən sui-istifadə”.
Ermənistan Karapetyanı dövlətlərarası axtarışa verib.
30-12-2024, 17:07
Təyyarə qəzasında yaralanmış 9 nəfər evə buraxılıb


Təyyarə qəzasında yaralanmış 9 nəfər evə buraxılıb

Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərdən 5 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki Yeni Klinikada davam etdirilir.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumata görə, stasionar müalicə alan xəstələrdən 9 nəfər bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb.
"Reanimasiya şöbəsində müalicə alan və əvvəllər vəziyyəti ağır stabil olaraq qiymətləndirilən pasiyent stasionar şöbəyə köçürülüb. Hazırda vəziyyəti orta ağırdır. Müalicəsi davam etdirilən digər şəxslərin vəziyyətləri isə qənətbəxş olaraq qiymətləndirilir. Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir", - məlumatda qeyd olunub.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
30-12-2024, 16:42
Gürcüstanın yeni prezidentindən Azərbaycanla bağlı ilk AÇIQLAMA


Gürcüstanın yeni prezidentindən Azərbaycanla bağlı ilk AÇIQLAMA

Gürcüstan prezidenti Mixail Kavelavşili bildirib ki, hakimiyyət qonşularla əlaqələri möhkəmləndirməyə davam edəcək.
Bu barədə Kavelavşili “Səfirlər Konfransı 2024”ün bağlanışı ilə bağlı keçirilən tədbirdə çıxış edərkən bildirib. Bu, Kavelavşilinin dekabrın 29-da baş tutan andiçmə mərasimindən sonra ilk çıxışı olub.
“Gürcüstan sülh və sabitliyin təmin edilməsində maraqlı tərəf kimi qonşu dövlətlərlə, xüsusən də Azərbaycan, Ermənistan və Türkiyə ilə daha da sıx əlaqələri gücləndirir”, - Kavelavşili bildirib.
Prezident qeyd edib ki, Gürcüstan hakimiyyəti Cənubi Qafqaz regionunda uzunmüddətli sülhü dəstəkləyir və bu istiqamətdə böyük səylər göstərəcək.
Gürcüstan hakimiyyəti dəfələrlə Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün işləməyə hazır olduğunu bəyan edib və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlar üçün Tbilisini platforma kimi təklif edib.
2021-ci ilin sonunda Gürcüstanın baş naziri İrakli Qaribaşvili “Sülh qonşuluğu təşəbbüsü”nə başlayıb və Azərbaycan və Ermənistana tərəflər arasında qeyri-rəsmi dialoq üçün regional platformanın yaradılmasını təklif edib. 2022-ci ilin iyulunda Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ilk görüşü baş tutub.
2023-cü ilin oktyabrında - II Qarabağ mühaibəsindən sonra Azərbaycanın baş naziri Əli Əsədov və Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanda ilk dəfə üz-üzə görüşüblər.
30-12-2024, 16:03
Litva Prezidenti İlham Əliyevə zəng etdi


Litva Prezidenti İlham Əliyevə zəng etdi

Litva Respublikasının Prezidenti Gitanas Nauseda dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Litva Prezidenti təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb, xalqımızla həmrəyliyini bildirib.
Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq edib.
Dövlət başçıları Cənubi Qafqaz regionunda sülhün və sabitliyin daha da möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Telefon söhbəti zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib, bu xüsusda Azərbaycan ilə Litva arasında mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələləri vurğulanıb.
30-12-2024, 15:36
DİM sədri imtahan qrafikinin açıqlanacağı vaxtı elan etdi


DİM sədri imtahan qrafikinin açıqlanacağı vaxtı elan etdi

“2024-cü ili bizim üçün uğurlu hesab etmək olar. Dövlət İmtahan Mərkəzi (DİM) ictimaiyyətlə, xüsusilə təhsil ictimaiyyəti ilə sıx əlaqədə olan bir qurum kimi, üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməyə çalışıb”.
Bunu DİM sədri Məleykə Abbaszadə Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yeni il bayramı münasibətilə ictimaiyyətə ünvanladığı təbrik mesajında bildirib.
“Dövlət İmtahan Mərkəzi tərəfindən demək olar ki, hər il yeni növ imtahanlar təşkil olunur və bizim ümumilikdə imtahanların sayı artıq əlliyə yaxınlaşır. İl ərzində biz demək olar ki, hər həftə müxtəlif kontingentə aid şəxslər üçün imtahan keçiririk. İmtahanlarda iştirakçı sayı bu il 610 min nəfərdən çoxdur. Bu il həmçinin Mərkəzin elektron imtahanlar korpusu istifadəyə verildi və biz kompüterlər vasitəsilə daha çox imtahan keçirməyə müvəffəq olduq”.
M.Abbaszadə bildirib ki, bu il DİM-in elektron xidmətlərindən istifadə sayı da 12 milyon dəfədən çox olub.
“Bütün görülən işlər bizim əməkdaşlarımızla yanaşı, imtahan prosesinin idarə olunmasına cəlb olunan məktəb və universitet müəllimlərinin, müxtəlif dövlət orqanlarında, Milli Elmlər Akademiyasının institutlarında, eləcə də digər qurumlarda – səhiyyə, fövqəladə hallar, polis orqanlarında çalışan insanların birgə əməyi, səyi nəticəsində uğurla həyata keçirilir.
Bu bizim həmrəyliyimizin bir göstəricisidir. Əminəm ki, 2025-ci il də hamımız üçün uğurlu olacaq…
Bilirəm, hər birinizi 2025-ci ilin imtahan təqvimi maraqlandırır. Məlumat üçün bildirirəm ki, bayram günlərindən sonra imtahan qrafikinin paylaşılması nəzərdə tutulur”, - DİM sədri deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!