Sülh Dövründə Siyasi Kommunikasiya .....                        Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtı .....                        Paşinyan Türkiyə mediasına müsahibə verdi .....                        Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşdü - FOTO .....                        Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edildi .....                        Türkiyə Suriyaya hərbi müdaxilə edəcək? - Ankaradan reaksiya .....                        Azərbaycanlı deputat erməni təxribatının qarşısını aldı .....                        Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır - "Caliber" .....                        Şimali Makedoniya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib .....                       
7-02-2025, 23:13
Mənəvi dəyərlərə üstünlük verən yeni nəsil daha vətənpərvərdir

Mehranə Vəliqızı yazır:


Mənəvi dəyərlərə üstünlük verən yeni nəsil daha vətənpərvərdir

Yeni yaranan uşaq ədəbiyyatı mənəvi, əxlaqi dəyərlərin daha çox təbliğ edilməsinə çalışmalıdır. Bütün tarixi təcrübə,xalqımızın mədəniyyətinin, mənəviyyatının əsas prinsipləri bunu tələb edir. Şərq mədəniyyəti, türk mədəniyyəti bunu tələb edir. Mənəvi dəyərlərə üstünlük verən yeni nəsil daha vətənpərvər, daha çalışqan, daha təəssübkeş, davranışlarında daha mədəni olurlar. Əksinə, bu dəyərlər arxa plana keçdikdə sadaladığımız keyfiyyətlər də zəifləmiş olur.
İndi yaranan uşaq ədəbiyyatı yeni nəslin estetik zövqünün, yüksək mədəniyyətinin formalaşmasına da kömək etməlidir. Çox təəssüf ki, indiki uşaqlar tez-tez zövqsüz, aşağı səviyyəli ədəbi nümunələrin təsiri altına düşür. Onların bir çoxu meyxana janrında uğursuz səviyyədə yazılmış, kobud şəkildə qafiyələnmiş şeirlərin, macəra xarakterli, kriminal aləmi təsvir edən hekayətlərin, mövhumat xarakterli, cəhalət aşılayan insanların əhatəsinə düşür. Bu mühit onlarda arzu edilməyən davranış formalaşdırır. İndi küçədə, avtobusda, digər ictimai yerlərdə öz xoşagəlməz davranışları ilə seçilməkdən zövq alan xeyli yeniyetməyə rast gəlirik. Əgər uşaq ədəbiyyatımız arzu olunan şəkildə yaransa, tədris edilsə, belə halların qarşısı xeyli dərəcədə alına bilər. Uşaq ədəbiyyatının yüksək səviyyədə yaranması, yüksək səviyyəli uşaq mahnılarının da yaranmasına kömək olar. Bu isə uşaqlarda musiqi zövqünün formalaşmasına xeyli kömək edər.
7-02-2025, 20:05
Bakıda yeni park: Prezident və xanımı açılışda - FOTO


Bakıda yeni park: Prezident və xanımı açılışda - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında “Antena” sahəsi adlanan ərazidə yeni yaradılan parkın açılışında iştirak ediblər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yeni parkda yaradılan şərait barədə ətraflı məlumat verib.
Paytaxtımızın daha da müasirləşdirilməsi, abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda - metronun “Gənclik” stansiyasının yaxınlığında, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində salınan yeni parkdır.
Dövlətimizin başçısı və birinci xanım parkda yaradılan şəraitlə tanış olublar.
“Antena” sahəsi kimi tanınan bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb.
Parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və binada bərpa işləri aparılıb.
Yeni salınan parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa müddətdə gözəl şərait yaradılıb. Belə ki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunub. Həmçinin burada fəvvarə də quraşdırılıb. Bu da istirahət məkanına əlavə gözəllik verir.
Müasir istirahət kompleksinin ərazisinin 14 hektarında yaşıllıq sahələri salınıb, 20 mindən çox ağac və kol əkilib. Parkda avtomat suvarma sistemi, su və yanğın çənləri, nasosxana, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb. Həmçinin işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulub. Parkda piyada və velosiped yolları çəkilib, uşaq-əyləncə və açıq hava şəraitində müasir məşq qurğuları ilə təchiz edilmiş idman meydançaları yaradılıb.
Yeni parkla yaxınlıqdakı “Dədə Qorqud” parkını əlaqələndirən yeraltı keçid də inşa olunub. Bu da sakinlərin təhlükəsiz və rahat hərəkətinə şərait yaradır.
Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı şəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınıb, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulub. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır.
Yeni istifadəyə verilən park da paytaxtımızın daha da gözəlləşməsi, şəhərdə yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.







7-02-2025, 20:00
Beş rayona qar yağır


Beş rayona qar yağır

Saat 19:00-a olan məlumata əsasən, bəzi rayonlarda küləkli və yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Neftçala, Biləsuvar, Lənkəran, Astarada arabir yağış, Qəbələ, Quba, Şahdağ, Yardımlı, Lerikdə isə qar yağır.
Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq külək Bakıda və Abşeron yarımadasında arabir 26 m/s-yə çatıb.
Daşkəsən, Göygöl, Qax, Şəki, Qəbələ, Quba, Qusar, Qrızda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 11, Naxçıvan MR-da 9 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
Fevralın 10-dan ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
7-02-2025, 19:49
USAID bağlanmalıdır! - Trampdan SƏRT SÖZLƏR


USAID bağlanmalıdır! - Trampdan SƏRT SÖZLƏR

ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) korrupsiya görünməmiş həddə çatıb.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında yazıb.
“USAID radikal solçuları dəli edir. Və pulun böyük hissəsi saxtakarlıqla, tamamilə anlaşılmaz şəkildə xərcləndiyinə görə bu barədə heç nə edə bilmirlər. Korrupsiya əvvəllər heç vaxt görülməmiş səviyyəyə çatıb”, - o qeyd edib.
Tramp qeyd edib ki, USAID bağlanmalıdır.
Xatırladaq ki, Trampın ABŞ Prezidenti seçilməsindən sonra USAID-in fəaliyyətini məhdudlaşdırması ilə bağlı qərarlar qəbul edilib. Agentliyin veb-saytının artıq fəaliyyətini dayandırdığı, onun adının yazıldığı lövhələrin isə Vaşinqtonun mərkəzindəki baş qərargahın binasından yığışdırıldığı bildirilir. Agentliyin “X”-dəki hesabı da ləğv olunub.
7-02-2025, 19:14
Təcili yardımın sürücüsü "TikTok"da insanları təhqir etdi, cəzalandırıldı


Təcili yardımın sürücüsü "TikTok"da insanları təhqir etdi, cəzalandırıldı

Təcili yardım avtomobilinin sürücülərindən biri cəzalandırılıb.
Sürücü Rəşidzadə Kərim Arif oğlu çağırış zamanı "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq orada qeyri-etik ifadələr səsləndirib. Bəzi insanları təhqir etdiyi videoları səhifəsində paylaşan K.Rəşidzadə sonradan onları silib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, təcili tibbi yardım sürücüsünün müxtəlif vaxtlarda yaydığı videogörüntülər haqqında araşdırma aparılıb:
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili yardım avtomaşının sürücüsü Kərim Rəşidzadə 16.11.2024-cü il tarixində növbədə olarkən xidməti geyimdə cavabdeh olduğu təcili yardım avtomaşınında qeyri-etik ifadələr işlətdiyindən, müəsissənin nüfuzuna xələl gətirdiyinə və əmək intizamı qaydalarını kobud şəkildə pozduğuna görə 02.12.2024-cü il tarixində töhmət verilib".
7-02-2025, 18:50
Ceyhun Bayramov komandası ilə iclas keçirdi


Ceyhun Bayramov komandası ilə iclas keçirdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə nazirlikdə geniştərkibli kollegiya iclası keçirilib.
Bu barədə XİN-dən məlumat verilib.
Bildirilib ki, iclasda Xarici İşlər Nazirliyinin rəhbər heyəti və struktur bölmə rəhbərləri iştirak edib.
Kollegiyanın iclası zamanı Azərbaycan Prezidentinin müəyyən etdiyi xarici siyasət xəttinə uyğun olaraq 2024-cü il üzrə Xarici İşlər Nazirliyi tərəfindən görülən işlər, 2025-ci il üzrə əsas prioritetlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, iqtisadi, iqlim və humanitar diplomatiya, beynəlxalq yardım səyləri, postmünaqişə dövründə diplomatik faəliyyət, xaricdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlər və Xarici İşlər Nazirliyinin fəaliyyətinin təşkili məsələləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
7-02-2025, 18:09
Ceyranbatandakı məscid sökülmür - Komitədən TƏKZİB


Ceyranbatandakı məscid sökülmür - Komitədən TƏKZİB

Sumqayıt şəhərinin Ceyranbatan yaşayış massivində yerləşən “Ceyhun xanım və Hacı Əhməd” məscidinin sökülməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, söküntü işləri məscidin qarşısında qeyri-qanuni quraşdırılmış metal konstruksiyada aparılıb:
"Dini Komitənin müvafiq dövlət qurumlarından aldığı məlumata görə, qeyd edilən ünvanda başlayan tikinti işləri Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun həyata keçirilməyib, aidiyyəti qurumlardan müvafiq razılıqlar və rəylər alınmayıb".
Vurğulanıb ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, sifarişçi tikintiyə (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanı) ərizə ilə müraciət etməlidir. Eyni zamanda tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir.
“Dini etiqad azadlığı haqqında” qanuna əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini ibadət yerlərinin və ziyarətgahların tikintisinə və yenidən qurulmasına müvafiq dini mərkəzin (idarənin) təklifini nəzərə almaqla rəy vermək səlahiyyətinə malikdir. Tikinti işlərinə başlanılarkən Şəhərsalma və Tikinti Məcəlləsinə maddəsinə uyğun olaraq, yerli icra hakimiyyətinə müraciət edilmədiyindən Dövlət Komitəsinə də bu barədə sorğu daxil olmayıb.
7-02-2025, 17:55
Trampın Ukrayna planı açıqlandı - O, Zelenskini inandırmağa çalışacaq


Trampın Ukrayna planı açıqlandı - O, Zelenskini inandırmağa çalışacaq

Britaniyanın “Daily Mail” qəzeti ABŞ prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoymaq üçün plan hazırladığını yazıb.
Qəzetin yazdığına görə, Tramp Ukrayna lideri Vladimir Zelenskini Pasxa bayramına qədər Rusiya ilə atəşkəslə razılaşmağa inandırmaq niyyətindədir.
Mətbuatda yayılan məlumatlara görə, aprelin 20-dək atəşkəsin bağlanması ehtimalı siyasi və diplomatik dairələrdə müzakirə olunur. Plana Ukraynanın NATO-ya qoşulmasına qadağa, Rusiya tərəfindən ilhaq edilmiş ərazilərin tanınması və Rusiyanın hücumunun dayandırılması daxildir.
Ukrayna qoşunları da Rusiyanın Kursk bölgəsini tərk etməli olacaq və Avropa qoşunları (İngiltərənin mümkün iştirakı da daxil olmaqla) demilitarizasiya zonasına nəzarət edəcək.
ABŞ öz qoşunlarını göndərmək niyyətində deyil. Avropa İttifaqının Ukraynaya yenidənqurma üçün 486 milyard dollar ayıracağı təxmin edilir.
Nəşrin fikrincə, sülh prosesi fevralda Zelenski ilə Putin arasında telefon danışığı ilə başlayacaq, ardınca martda keçiriləcək görüş və müharibənin rəsmi başa çatması mayın 9-da elan oluna bilər.
Lakin Zelenskinin ofisi bu məlumatı təkzib edərək, rəsmi planların olmadığını bildirib. Prezident administrasiyasının rəhbəri Andrey Yermak bu cür xəbərləri “manipulyasiya” adlandırıb.
7-02-2025, 17:38
Şəhid hərbçimiz Salyanda dəfn edildi


Şəhid hərbçimiz Salyanda dəfn edildi

Birinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçu Salyan rayonunun Seyidsadıqlı kənd sakini Tağıyev Elşən Qubad oğlunun şəxsiyyəti müəyyən olunaraq qalıqları ailəsinə təhvil verilib.
O, bu gün doğulduğu seyidsadıqlı kəndində dəfn olunub.
Qeyd edək ki, Elşən Tağıyev 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub və İmişli məzarlığında naməlum əsgər kimi dəfn edilib. 1971-ci il təvəllüdlü E. Tağıyev 31 ildir ki, itkin elan edilmişdi.
Şəhidin yaşadığı evdə vida mərasimi keçirilib. Mərasimdə Salyan RİH başçısı Rüstəm Xəlilov, Milli Məclisin deputatları Sadiq Qurbanov, Günay Ağamalı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin doğmaları, hərbiçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
7-02-2025, 17:37
Qondarma “Artsaxın ordu komandiri”nə 5,5 il iş kəsildi


Qondarma “Artsaxın ordu komandiri”nə 5,5 il iş kəsildi

Qondarma “Artsax ordusunun keçmiş komandiri” Cəlal Arutyunyan 5,5 il müddətinə azadlıqdan məhrum edilib.
Bu haqda Sünik Regional Ümumi Yurisdiksiya Məhkəməsi qərar qəbul edib.
Xatırladaq ki, Cəlal Arutyunyan 2020-ci il oktyabrın 12-də elan olunmuş hərbi vəziyyət dövründə - 44 günlük mahzribə zamanı ordunun komandanı - general-leytenant rütbəsi ilə xidmətə səhlənkarlıq və ehtiyatsızlıq nümayiş etdirməkdə ittiham olunub. O, əks-hücumla bağlı yanlış məlumat verərək erməni hərbçilərin kütləvi şəkildə ölməsində təqsirləndirilib. Söhbət Azərbaycan Ordusunun Tsor hərbi hissəsinin D-20 artilleriya diviziyasına hücumu nəticəsində 20 hərbçinin həlak olmasından gedir.
C. Arutunyan 2020-ci il 27 oktyabrda Qarabağda gedən döyüşlərdə politsoz uçuş aparatı tərəfindən vurulmuşdu. Onun ölüm xəbəri yayılsa da, sonradan ağır xəsarət aldığı aydınlaşmışdı.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!