Sülh Dövründə Siyasi Kommunikasiya .....                        Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtı .....                        Paşinyan Türkiyə mediasına müsahibə verdi .....                        Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşdü - FOTO .....                        Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edildi .....                        Türkiyə Suriyaya hərbi müdaxilə edəcək? - Ankaradan reaksiya .....                        Azərbaycanlı deputat erməni təxribatının qarşısını aldı .....                        Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır - "Caliber" .....                        Şimali Makedoniya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib .....                       
8-02-2025, 23:55
İdmançılarımız Zaqrebdə 7 medal qazandılar


İdmançılarımız Zaqrebdə 7 medal qazandılar

Azərbaycan güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq xarakterli turnirdə daha iki medal qazanıblar.
Bu gün daha 7 güləşçimiz “Zaqreb Open” turnirində mübarizə aparıb.

Qadın güləşində 57 kq-da cəmi 2 iştirakçı yer aldığı üçün Jalə Əliyeva birbaşa finalda güləşib. Həmyerlimizin amerikalı Cakarra Vinçesterlə görüşü dramatik alınıb. İlk hissədən sonra 0:7 hesabıyla geridə olan Əliyeva əzmkarlıq nümayiş etdirərək fərqi 3 xala endirib. Jalə Əliyeva son anda 4 xallıq fəndi icra etsə də, hakimlər vaxtın bitdiyini əsas gətirərək həmin fəndi qeydə almayıb. Beləliklə, rəqibinə 4:7 hesabıyla məğlub olan J.Əliyeva gümüş medalla kifayətlənib.

Böyüklər arasında debüt edən Zəhra Kərimzadə (72 kq) dairəvi sistem üzrə baş tutan mübarizədə fransalı Paulin Lekarpenyeyə (0:3), xorvatiyalı Veronika Vilkə (2:6), amerikalı Skilar Grota (0:10) və macarıstanlı Noemi Naqiyə (1:10) uduzub.

Yunan-Roma güləşi üzrə 77 kq-da 3 təmsilçimiz xalçaya çıxıb. Ölkə çempionu Davud Məmmədov debütdə moldovalı Aleksandru Soloveyə 0:3 hesabıyla məğlub olub. Daha təcrübəli Xasay Həsənlli 1/8 finalda rusiyalı Sergey Stepanova minimal fərqlə yenilib – 6:7. Bu çəkidə millinin lideri sayılan Sənan Süleymanov serbiyalı Aleksa İliçə sonuncu xal prinsipinə əsasən (1:1), macarıstanlı Robert Frişə isə 7:1 hesabıyla qalib gəlib. Ancaq 1/4 finalda S.Stepanovla bacarmayıb – 0:4.

Sergey Stepanov finala yüksəldiyi üçün güləşçilərimiz təsəlliverici görüşə vəsiqə qazanıb. Xasay Həsənlli ilk təsəlliverici görüşdə finlandiyalı Conni Sarkkinenə tam üstünlüklə (14:5) qalib gəlib. Ancaq daha təcrübəli S.Süleymanov X.Həsənlini vaxtından əvvəl məğlub edib – 8:0. Sənan bürünc medal uğrunda rusiyalı Sergey Kutuzovla güləşib və 1:3 hesabıyla uduzub.

İslam Abbasov (87 kq) özbəkistanlı Jalqasbay Berdimuratovu 4:3 hesabıyla, macarıstanlı İştvan Takaçı isə sonuncu xal prinsipinə əsasən (3:3) mübarizədən kənarlaşdırıb. 1/4 finalda danimarkalı Turpal Ali Bisultanova 0:4 hesabıyla məğlub olan Abbasov qazaxıstanlı İslam Yevloyev təsəlliverici görüşdə iştirak etmədiyi üçün birbaşa bürünc medal uğrunda güləşmək hüququ qazanıb. İslam Yevloyev axşam seansında rusiyalı Milad Alirzayevlə mübarizə aparıb. Qarşılaşmanın əvvəllərində 0:5 hesabıyla geri düşən İ.Abbasov əzmkarlıq nümayiş etdirərək geridönüş edib və sonuncu xal prinsipinə əsasən (5:5) bürünc medala sahibi çıxıb.

Bu çəkidəki digər təmsilçimiz Rafiq Hüseynov ilk mərhələdə serbiyalı Aleksandr Komarova 3:5 hesabıyla məğlub olub.
8-02-2025, 22:49
Hakan Fidan iranlı həmkarı ilə danışıqlar apardı


Hakan Fidan iranlı həmkarı ilə danışıqlar apardı

Türkiyənin xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər ikitərəfli məsələləri müzakirə ediblər.
Onlar həmçinin Fələstindəki son vəziyyət barədə fikir mübadiləsi aparıblar.
8-02-2025, 22:38
Məmmədyarov ilk yarımfinalçı oldu


Məmmədyarov ilk yarımfinalçı oldu

Şahmat üzrə Azərbaycan çempionatının 1/4 final mərhələsinin ikinci oyunları keçirilib.
Kişilərin yarışında Şəhriyar Məmmədyarov yenidən qələbə qazanaraq ilk yarımfinalçı olub.
İlk partiyada heç-heçə edən Misrətdin İsgəndərov son ölkə çempionu Aydın Süleymanlıya qalib gələrək yarımfinala vəsiqə qazanıb. Vüqar Əsədli - Teymur Rəcəbov və Rauf Məmmədov - Əhməd Əhmədzadə görüşlərində iki partiyadan sonra bərabərlik qeydə alındığından qalib tay-brekdə məlum olacaq.
Qadınların yarışında bir yarımfinalçı rəsmiləşib. Avropa çempionu Ülviyyə Fətəliyeva hər iki görüşdə Zeynəb Məmmədyarovadan üstün olmaqla yarımfinala adlayıb. Gövhər Beydullayeva ilk partiyada uduzduğu Türkan Məmmədyarovadan məğlubiyyətin əvəzini çıxıb. Günay Məmmədzadə - Səbinə İbrahimova, Gülnar Məmmədova - Xanım Balacayeva görüşləri yenidən heç-heçə başa çatıb. Bu cütlərdə yarımfinala vəsiqənin sahibi tay-brekdə məlum olacaq.
8-02-2025, 22:20
İbrahim Kalın İranda nələrdən danışdı...


İbrahim Kalın İranda nələrdən danışdı...

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi İbrahim Kalın Tehranda səfərdədir.
O, İranın Milli Təhlükəsizlik Ali Şurasının rəhbəri Əli Əkbər Əhmədianla görüşüb.
Görüş zamanı ikitərəfli münasibətlər, regional vəziyyət, xüsusilə də Suriyadakı vəziyyət müzakirə edilib.
Hər iki tərəf vurğulayıb ki, Türkiyə və İran arasındakı münasibətlər sıxdır, əsas məsələlərdə isə onların mövqeləri üst-üstə düşür.
8-02-2025, 21:52
İsrail Hizbullaha zərbələr endirdi


İsrail Hizbullaha zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələri Livanın Bekaa
bölgəsində Hizbullah yaraqlılarına zərbələr endirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb İsrail və Livan arasında atəşkəs razılaşmalarının ciddi şəkildə pozulmasıdır.
8-02-2025, 21:35
Fransada təxribat: Atatürkün büstü OĞURLANDI


Fransada təxribat: Atatürkün büstü OĞURLANDI

Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti
Mustafa Kamal Atatürkün Fransadakı yeganə büstü Parisətrafı məhəllələrin birində naməlum şəxslər tərəfindən oğurlanıb.
Trabzon Mühacirlər Cəmiyyətinin təşəbbüsü ilə cəmi 3,5 ay əvvəl qoyulmuş büst Epinay-sur-Seine kommunasında naməlum şəxslər tərəfindən oğurlanıb.
Cəmiyyətin rəhbəri Bülent Cumhur bildirib ki, müşahidə kameraları cinayət əməlinin yeddi iştirakçısını qeydə alıb.
O deyib: “Bu çirkin cinayəti qətiyyətlə pisləyirik. Təxribatın arxasında konkret kimin olduğu məlum deyil. Bütün iştirakçılar cəmi 4 dəqiqə ərzində hadisə yerindən qaçıblar. Polis araşdırmalarını davam etdirir”.
B.Cumur oğurlanmış büstün yerinə tezliklə yenisinin qoyulacağına söz verib.
Bu arada, Türkiyənin Mersin şəhərinin Yenişehir rayon bələdiyyəsinin başçısı Abdulla Özyiğit yeni büstün Fransaya göndərilməsi üçün göstəriş verildiyini açıqlayıb.
8-02-2025, 20:59
Almaniyada 200 min nəfər etiraza qalxdı


Almaniyada 200 min nəfər etiraza qalxdı

Almaniyada ifrat sağçılara qarşı etirazlar ötən həftə olduğu kimi, bu həftəsonunda da davam etdirilib.
İfrat sağa və Almaniya üçün Alternativ Partiyası (AfD) ilə əməkdaşlığa qarşı ötən həftə Berlində 160 min nəfərin iştirakı ilə keçirilən mitinqdən sonra bu dəfə Münxendə 200 min nəfərin qatıldığı etiraz nümayişi təşkil olunub. Mitinqdə müxtəliflik, insan ləyaqəti, həmrəylik və demokratiyaya dəstək, radikal sağa etiraz xarakterli şüarlar səsləndirilib.
Bənzər mitinqlər Aşağı Saksoniya əyalətinin paytaxtı Hannoverdə də təşkil olunub.
Xatırladaq ki, CDU-nun ölkədə miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı təklifinin yanvarın 29-da Bundestaqda keçirilən səsvermədə AfD-nin dəstəyi ilə qəbul edilməsi ölkədə genişmiqyaslı etirazlara səbəb olmuşdu. Birliyin yanvarın 31-də parlamentdə səsə qoyulan qanun layihəsi isə AfD-nin və digər partiyaların dəstəyinə baxmayaraq, qəbul olunmasa da, ölkədə etirazlar davam etdirilib.
8-02-2025, 20:38
Ana və övladı dərmandan zəhərləndi


Ana və övladı dərmandan zəhərləndi

Sumqayıtda ana və övladı dərmandan zəhərlənib.
Hadisə şəhərin 6-cı mikrorayonunda qeydə alınıb.
1972-ci il təvəllüdlü Aybəniz Fazil qızı Orucova və övladı 2010-cu il təvəllüdlü Məhəmməd Gəncə oğlu Orucov yaşadıqları ünvanda dərmandan zəhərləniblər.
Onlar dərhal xəstəxanalara yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
8-02-2025, 20:24
İstanbul sahillərində dəniz geri çəkildi


İstanbul sahillərində dəniz geri çəkildi

İstanbul sahillərində dəniz geri çəkilib.
Silivri bölgəsində dəniz suyunun geri çəkilməsindən sonra sahildə kiçik adalar əmələ gəlib.
Məlumata görə, dəniz sahildən təxminən 100 metr geri çəkilib. Hadisə ərazidə yaşayan sakinlərin narahatlığına səbəb olub.
Ekspertlər deyir ki, suyun geri çəkilməsinə səbəb güclü külək olub.
"Küləklər sahillərdə suyun səviyyəsinə təsir edə bilər. Güclü və uzun müddətli küləklər suyu açıq dənizə doğru çəkərək suyun səviyyəsini azalda bilər. Digər tərəfdən isə suyu sahilə doğru itələyib dəniz səviyyəsinin qalxmasına səbəb ola bilər. Şimal küləkləri Silivridə suyu götürüb Bandırma istiqamətində aparır. Çox güman ki, Bandırma tərəfində suda artım olub", - ekspertlərdən biri deyib.
8-02-2025, 19:56
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı Prezidentə müraciət etdi


Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı Prezidentə müraciət etdi

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse Prezident Mehriban Əliyevaya müraciət ediblər.
Hüquq müdafiəçiləri hazırda həbsdə olan jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına dəstək olmağı xahiş ediblər.
Onlar Şahnaz Bəylərqızının səhhətində mövcud olan problemlərlə bağlı narahatlıq bildiriblər:
“O, beyin şişi, şəkərli diabet, hipertoniya kimi ağır xəstəliklərdən əziyyət çəkir. İstintaq və məhkəmə gedişində dəfələrlə onun vəziyyəti ağırlaşıb və təcili tibbi yardım xidmətinin əməkdaşları çağırılıb. Hazırda da o, Kürdəxanı İstintaq Təcridxanasının tibbi hissəsində saxlanılır və həkim nəzarəti altındadır. Onu da qeyd edək ki, jurnalistin himayəsində iki azyaşlı övladı var”.
Hüquq müdafiəçiləri Prezident və Birinci Vitse Prezidentin onların müraciətinə dəfələrlə diqqətlə yanaşdıqlarını və humanist münasibətin şahidi olduqlarını qeyd ediblər:
“Sizdən jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına dəstək olmağınızı xahiş edirik”.
Qeyd edək ki, Şahnaz Bəylərqızı “Toplum TV”nin cinayət işi ilə bağlı qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!