Dil ilahi bir qüvvədir! .....                        ABŞ rəsmiləri Zelenskini hədələdilər: “Ukraynanı dərhal tərk etsin!” .....                        Azərbaycanda yeni Agentlik yaradıldı .....                        Bu gün avtobuslar saat 21:30-dək işləyəcək .....                        Azərbaycanda bu universitetdə dərslər onlayn keçiriləcək .....                        Xankəndidəki Zəfər parkı 12.9 hektar ərazidə salınacaq .....                        Müharibədə daha bir azərbaycanlı həlak oldu .....                        Hulusi Akar İlham Əliyevə qılınc hədiyyə etdi - FOTO .....                        Qarlı hava sabah da davam edəcək .....                       
Dünən, 23:46
Hazırda qar yağan rayonlar


Hazırda qar yağan rayonlar

Fevralın 20-si saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin əksər bölgələrində- Naxçıvan, Şərur, Şahbuz, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Ceyrançöl, Tovuz, Ağstafa, Tərtər, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Göyçay, Şahdağ, Beyləqan, İmişli, Kürdəmir, Zərdab, Neftçala, Sabirabad, Biləsuvar, Cəlilabad, Ağsu, Yevlax, Mingəçevir, Yardımlı, Lerik, Ağdam, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlıda qar müşahidə olunur.
Şəmkir, Bərdə, Lənkəran, Astarada isə yağış yağır.
Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçalada 20 m/s-dək güclənib.
Dənizdə dalğanın hündürlüyü 4.2 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Naxçıvan MR-da 2, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta, Aran rayonlarında 2 dərəcəyədək isti qeydə alınıb.
Dünən, 23:15
Ukrayna müharibənin ilk saniyəsindən sülhə can atır - Zelenski


Ukrayna müharibənin ilk saniyəsindən sülhə can atır - Zelenski

General Kelloq ilə görüşdə yaxşı söhbət, çoxlu təfərrüat oldu. Mən ABŞ-a Ukraynaya göstərilən bütün yardımlara və ikitərəfli dəstəyə görə minnətdaram.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüşündən sonra sosial şəbəkə hesabında deyib.
“Amerika gücünün hiss olunması bizim üçün və bütün azad dünya üçün vacibdir. Döyüş meydanındakı vəziyyəti və əsirlərimizi necə qaytaracağımızı, eləcə də effektiv təhlükəsizlik təminatlarını ətraflı müzakirə etdik”, deyə Zelenski vurğulayıb.
Zelenski bildirib ki, Ukrayna bu müharibənin ilk saniyəsindən sülhə can atır və bu sülh etibarlı və uzunmüddətli olmalıdır: “Ukrayna investisiya və təhlükəsizliklə bağlı ABŞ Prezidenti ilə güclü, həqiqətən faydalı razılaşmaya hazırdır. Nəticə əldə etməyin ən sürətli və konstruktiv yolunu təklif etdik. Komandamız 24/7 işləməyə hazırdır. Uğur birləşdirir. Dünyada hər kəsin ABŞ-la münasibətlərdə uğura ehtiyacı var”, - deyə Zelenski vurğulayıb.
Dünən, 22:24
Sürücülərin nəzərinə! - Bu yollarda sürət həddi endirildi


Sürücülərin nəzərinə! - Bu yollarda sürət həddi endirildi

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən mövcud hava şəraiti ilə əlaqədar paytaxtın Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb
Qeyd edilib ki, bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub. Sürücülərdən yolda müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Dünən, 22:22
Türkiyəli nazirdən Zəngəzur dəhlizi açıqlaması


Türkiyəli nazirdən Zəngəzur dəhlizi açıqlaması

«Türkiyə Çin və Avropa arasında yük daşınmaları üçün strateji marşrut yolu olacaq Zəngəzur layihəsinin həyata keçirilməsinə çalışır».
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada «Qazi» universitetində çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, logistik və nəqliyyat şəbəkələrinin inkişafına yatırımlar edilməsi fəal şəkildə davam edir. «Bu gün biz Zəngəzur dəhlizini Orta dəhlizin bir hissəsi etməyə çalışırıq. Bu, Türkiyənin Türk dünyası ilə əlaqəsini daha əlverişli edəcək.
Nəqliyyat naziri Ankara üçün digər önəmli ticarət-nəqliyyat təşəbbüsü olan Türkiyə ərazisindən keçməklə Fars körfəzini Avropa İttifaqı ilə birləşdirəcək «İnkişaf yolları» layihəsinə də diqqət çəkib: «Bu marşrutun İraq ərazisində layihələndirilməsi başa çatıb. Artıq icra mərhələsinə keçmişik. Marşrutun açılması Türkiyəyə böyük iqtisadi fayda vəd edir».
Uraloğlu Türkiyənin coğrafi mövqeyinin əhəmiyyətindən də danışıb. «Ölkəmizdən cəmi dörd saatlıq uçuş məsafəsində ümumi əhalisi 1,5 milyard nəfər olan 67 dövlət yerləşir. Bu, nəhəng bazardır».
O bildirib ki, hazırda Türkiyədə fəaliyyət göstərən 59 hava limanı vasitəsilə dünyanın 351 aeroportuna uçuşlar həyata keçirilir: «2024-cü ilin yekunlarına əsasən Türkiyənin hava limanlarındakı sərnişin axını 230 milyondan çox olub».
Sonda nazir Ankara ilə İstanbul arasında yeni avtomobil magistralının inşası ilə bağlı planlardan da söz açıb: «Hesablamalarımıza görə, 10 il sonra bu yola ehtiyac yaranacaq. Buna görə də bu gün biz gələcəyi planlaşdırırıq».
Dünən, 20:22
Arayik məhkəmədə nələri danışdı: "Son 34 il ərzində..."


Arayik məhkəmədə nələri danışdı: "Son 34 il ərzində..."

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesi fevralın 20-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər - Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmə iclasında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərin hər birinə onlara qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyətini, onlara istinad olunan əməllərin hüquqi tövsifini, həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzanı və təqsirləndirilən şəxslərin malik olduqları hüquqları izah edib, habelə özlərini tam və ya qismən təqsirli, yaxud təqsirsiz bilib-bilməmələrinə dair suallar ünvanlayıb.
Məhkəmə iclasının əvvəlində təqsirləndirilən şəxs Arayik Harutyunyanın vəkili məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüş keçirmək istədiyini bildirib. Məhkəmə vəsatəti təmin edərək konfidensial görüş üçün şərait yaradıb.
Təqsirləndirilən şəxslərin heç biri onlara elan olunmuş ittihamlar üzrə özlərini təqsirli bilmədiklərini qeyd edib.
Təqsirləndirilən şəxslərdən Arayik Harutyunyan bir qədər geniş danışaraq baş vermiş cinayət hadisələri ilə bağlı təəssüf hissi keçirdiyini bildirib. O deyib: "Mən prokurorluq tərəfindən təqdim edilmiş ittihamlarla tanış olmuşam. Son 34 il ərzində Qarabağda hansı proseslərin baş verməsindən xəbərdaram. Təəssüf edirəm. Münaqişə Sovet İttifaqının xüsusi xidmət orqanları tərəfindən təhrik edilib. Ona görə də biz özümüzü qurban hesab edirik”.
Daha sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev məhkəmə istintaqında sübutların tədqiq edilmə ardıcıllığına dair ittiham tərəfinin təklifini səsləndirib.
Digər proses iştirakçıları, o cümlədən təqsirləndirilən şəxslər və onların müdafiəçiləri ittiham tərəfinin təklifini dəstəkləyiblər.
Məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev cinayət prosesinin tərəflərinə məhkəmə istintaqında sübutların tədqiq edilmə qaydasını izah edib.
Bundan sonra təqsirləndirilən şəxslərə məhkəmə tərəfindən müəyyən edilmiş ardıcıllıqla sərbəst ifadə vermək təklif olunub. Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri məhkəməyə müraciət edərək ifadə vermək üçün hazırlaşmaq və onlara təqdim olunmuş cinayət işi materiallarını yenidən nəzərdən keçirmək üçün əlavə vaxt istəyiblər.
Məhkəmə onların xahişini təmin edərək iclası təxirə salıb.
Məhkəmənin növbəti iclası fevralın 24-nə təyin olunub.
Növbəti məhkəmə iclası təqsirləndirilən şəxs Arkadi Qukasyanın sərbəst ifadəsi ilə başlayacaq.
Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Dünən, 19:13
Bakalavr pilləsinə sənəd qəbulunun qiyməti artıb? - DİM-dən CAVAB


Bakalavr pilləsinə sənəd qəbulunun qiyməti artıb? - DİM-dən CAVAB

Bu gündən Azərbaycan Universitetlərinin bakalavr pilləsinə sənəd qəbulu başlayıb. Yayılan məlumata görə, əvvəlki illərin məzunları qeydiyyatdan keçərkən sistem onlardan 45 AZN pul tələb edir. Həmçinin blok imtahanlarının 2-ci cəhdi üçün məbləğ 50 AZN olub.
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə məsələ ilə bağlı Oxu.Az-a bildirib ki, cari ilin məzunları və imtahanda ilk dəfə iştirak edənlər, həmçinin müəyyən güzəşt kateqoriyasına aid olan şəxslər heç bir ödəniş etmirlər:
"Digər abituriyentlər isə imtahanda iştirak haqqını şəxsi kabinetlərinin hesab bölməsinə əlavə etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2022-ci il tarixli 270 nömrəli qərarına əsasən, tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə görə müəyyən edilmiş güzəştli tariflərin müddəti (2023 və 2024-cü il) artıq başa çatıb və iştirakçılar ərizənin təsdiq edilməsi üçün Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 6 nömrəli qərarına uyğun ödəniş edirlər. Həmin qərara əsasən İmtahanın birinci mərhələsində iştirak haqqı 45 AZN-dir".
Dünən, 17:41
Yük maşınları yeni qaydada yoxlanılacaq


Yük maşınları yeni qaydada yoxlanılacaq

Yük maşınlarının kütlə parametrləri elektron tərəzilər vasitəsilə yeni qaydada yoxlanılacaq.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini ölçən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin elektron tərəziləri və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələri ilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birgə xüsusi ölçü alətləri, cihazları və tərəzilər vasitəsilə yoxlanılacaq.
Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir.
Qeyd edək ki, qüvvədə olan qərara əsasən, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır.
Dünən, 17:33
Azərbaycanda bu təyyarələrin məhv edilməsinə icazə veriləcək - Yeni qərar


Azərbaycanda bu təyyarələrin məhv edilməsinə icazə veriləcək - Yeni qərar

Məcburi qaydada yerə enmək barədə xüsusi tələblərə riayət etməyən, bortunda pozuntu törədilməsində təqsiri olmayan sərnişinlərin olması barədə düzgün məlumat olmayan və ya özünümüdafiə tələb edilən halda hava gəmisinin məhvinə icazə veriləcək.
Bu, Nazirlər Kabinetinin “Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Belə halda əvvəlcə xəbərdarlıq atəşi açılacaq.
İndiyə qədər qüvvədə olan Qaydaya əsasən, mülki hava gəmilərinə qarşı məhv atəşi açmağa bu hava gəmilərinin sərnişinsiz və hərəkətsiz ələ keçirilməsi barədə aerodromda məlumat olduqda icazə verilib. Belə halda da əvvəlcə xəbərdarlıq atəşi açılmalı idi.
Dünən, 17:21
Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub


Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub

“Toplum TV”, “Abzas Media” və digər layihələr üzrə aparılan istintaq araşdırmaları olduqca maraqlı faktlar üzə çıxarır.
Bildirilir ki, hazırda həbsdə olan şəxslərin etirafları bu layihələrdə kifayət qədər qeyri-qanuni halların olduğunu, hətta konspiroloji metodlardan istifadə edildiyini göstərir.
Faktlar və həbsdə olan şəxslərin etirafları “Demokratik Təşəbbüslər İnstitutu”, “Toplum TV”, “Abzas Media”, “Fakt yoxla”, “lll Respublika Platforması” layihələrinin başında Akif Qurbanovun durduğunu təsdiqləyir.
Artıq ölkə mediasında yayılmış məlumatlar da onu deməyə əsas verir ki, bu layihələrin arxasında Qərb mərkəzləri durub, onların Azərbaycanda icrasını isə Akif Qurbanov həyata keçirir. Layihələrin funksionallığının təmin edilməsindən, maliyyələşməsindən tutmuş, onların icrasına kimi bütün məsələlər Akif Qurbanovun nəzarəti altında reallaşıb.
İlk növbədə bu layihələr qanunların tələb etdiyi kimi dövlət qeydiyyatına alınmadan gerçəkləşdirilib, onların maliyyə uçotu aparılmayıb, vəsaitlər isə ölkə xaricində fəaliyyət göstərən donor təşkilatların qrantlarından ibarət olub. Vəsaitlər ilkin dövrdə Gürcüstan vasitəsilə nağd şəkildə gətirilib, sonradan həmin marşrut ifşa olunduğuna görə A.Qurbanov tanıdığı şəxslərin imkanlarından istifadə edib.
Bir sıra hallarda xarici donorların nümayəndələri layihə rəhbərləri ilə birbaşa əlaqə qurub və cari məsələləri müzakirə ediblər. Məsələn, 2024-cü ilin yayında ABŞ-nin “NED” təşkilatından Noah Lloyd və Uliana Certan adlı əməkdaşlar həmin dövrdə “Toplum TV”yə rəhbərlik edən şəxslə əlaqə saxlayaraq qrant vəsaitlərinin ayrılması ilə bağlı müzakirələr aparıblar.
İşçi müzakirələr üçün əməkdaşlar “WatsApp”da qruplar yaradıblar, lakin prinsipial məsələlərin müzakirəsi və xariclə təmaslar daha təhlükəsiz hesab etdikləri “Signal” və “Telegram” tətbiqləri vasitəsilə həyata keçirilib.
Məlumdur ki, “Toplum TV”nin əməkdaşları həbs olunduqdan sonra həmin resurs bir müddət xaricdən idarə olunub. Bu işi hazırda Çexiyada yaşayan Əhəd Əhədli icra edib. O, TV-nin fəaliyyətini davam etdirmək üçün Azərbaycandakı icraçıya ayda 1000 dollar ödəyib. Bunun müqabilində isə 2024-cü il ərzində gündəlik bir neçə xəbər hazırlanıb və elektron poçt vasitəsilə Ə.Əhədliyə göndərilib.
Akif Qurbanov və digər şəxslərin həbsindən sonra məhz Ə.Əhədlinin təşkilatçılığı ilə jurnalistlər Fərid İsmayılov, Gülyetər Mahmudova, Cəmilə Əzimova tapşırığa əsasən, “Toplum TV”nin “Youtube” kanalı üçün videosüjetlər hazırlayıblar, həmin materiallar redaktor tərfindən redaktə edilib və Ə.Əhədliyə göndərilib.
Dünən, 17:17
Prezident Artur Rasizadəyə: "Heydər Əliyevin etibarlı silahdaşı olmusunuz"


Prezident Artur Rasizadəyə: "Heydər Əliyevin etibarlı silahdaşı olmusunuz"

Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev fevralın 20-də Artur Rasi-zadəni qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib.
Görüşdə çıxış edən dövlətimizin başçısı deyib:
-Hörmətli Artur müəllim, sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edirəm, sizə cansağlığı, uzun ömür arzulayıram. Siz uzun illər ərzində Azərbaycanın inkişafına töhfə vermisiniz. Müxtəlif məsul vəzifələrdə çalışaraq Azərbaycan iqtisadiyyatının inkişafı üçün böyük səylər göstərmisiniz həm sovet dövründə, həm də müstəqillik dövründə. Ulu Öndər Heydər Əliyev sovet dövründə sizin peşəkarlığınızı, biliklərinizi nəzərə alaraq,- hələ o vaxt siz gənc yaşlarınızda idiniz,- sizi qabağa çəkərək, önəmli vəzifələrə təyin etmişdir, Nazirlər Sovetinin sədrinin müavini vəzifəsinə. Ulu Öndər Heydər Əliyev müstəqillik dövründə Azərbaycan Prezidenti seçiləndən sonra ilk təyinatlarından biri də sizi özünə köməkçi təyin etməyi idi. Ondan sonra sizi daha böyük vəzifəyə layiq gördü və Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin etdi.
Təbii olaraq, Ulu Öndər Heydər Əliyev insanları tanıyırdı, onların peşəkarlığını, biliklərini və bilirəm ki, sizi də bir insan kimi həmişə yüksək qiymətləndirirdi. Həm dediyim keyfiyyətlərə, eyni zamanda, prinsipial mövqeyinizə görə. Sizin prinsipial mövqeyiniz bütün məsələlərdə özünü göstərirdi - həm ölkəmizin iqtisadi inkişafı ilə, həm də bütün başqa məsələlərlə bağlı.
Biz sizinlə 15 il işləmişik - 2003-cü ildən 2018-ci ilə qədər. Hesab edirəm ki, o illər Azərbaycan iqtisadiyyatı üçün ən sürətli inkişaf illəri olmuşdur. Azərbaycan iqtisadiyyatı o illərdə bəlkə də iki dəfə çox artmışdır və ölkə qarşısında duran əsas infrastruktur layihələrinin həlli, ya da ki, başlanması məhz o illərə təsadüf edir. Sizin rəhbərliyinizlə Nazirlər Kabineti Prezidentin tapşırıqlarını ləyaqətlə yerinə yetirirdi və bu gün Azərbaycanın dayanıqlı iqtisadi inkişafı təbii olaraq bizim müstəqilliyimizin əsasını təşkil edir. Birlikdə işlədiyimiz 15 il ərzində daim təmasda idik, məsələləri müzakirə edirdik, həll edirdik. 2018-ci ildən sonra da təmasdayıq. Şadam ki, siz yubileyinizi çox yaxşı fiziki formada qarşılayırsınız və sizi həmişə görmək mənim üçün xoşdur. İllər boyunca bir çox telefon söhbətimiz olubdur, bir çox məsələləri müzakirə etmişik. Sizi bu gün gözəl yubiley ərəfəsində dəvət etdim ki, sizə Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordenini təqdim edim. Bu gün imzaladığım Sərəncamla siz ölkəmizin ən ali mükafatına layiq görülmüsünüz. Siz buna layiqsiniz, siz Heydər Əliyevin etibarlı silahdaşı olmusunuz. Yenə də deyirəm, həm sovet dövründə, həm müstəqillik dövründə, özü də müstəqilliyimizin ən ağır dövrlərində atamın yanında olmusunuz. O, bunu qiymətləndirirdi, mən də həmişə qiymətləndirirdim və qiymətləndirirəm. Bu, tam ədalətli bir qərardır və icazə verin, mən bu yüksək ordeni sizə təqdim edim.

x x x

Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Artur Rasi-zadəyə təqdim edib.

x x x

Əməyinə verdiyi qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Artur Rasi-zadə Ulu Öndər Heydər Əliyevin adını daşıyan ordenə layiq görülməyin onun üçün ən böyük şərəf olduğunu dedi, Ümummilli Liderlə və Prezident İlham Əliyevlə uzun illər ərzində çalışmaqdan fəxr hissi keçirdiyini vurğuladı. Artur Rasi-zadə Azərbaycan Prezidentinin tarixi hadisənin müəllifi olduğunu, torpaqlarımızın 30 illik işğalına son qoyduğunu və orada yeni həyatın başladığını qeyd edib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!