İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
21-02-2025, 16:18
Avropa Liqasının 1/8 finalının cütləri bəlli oldu


Avropa Liqasının 1/8 finalının cütləri bəlli oldu

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Püşkatmadan sonra bu raundda üz-üzə gələcək komandalar müəyyənləşib.

UEFA Avropa Liqası
1/8 final cütləri
“Budyo Qlimt” (Norveç) - “Olimpiakos” (Yunanıstan)
“Fənərbağça” (Türkiyə) - “Reyncers” (Şotlandiya)
“Ayaks” (Niderland) - “Ayntraxt” (Almaniya)
FCSB (Rumıniya) - “Lion” (Fransa)
AZ (Niderland) - “Tottenhem” (İngiltərə)
“Real Sosyedad” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
“Viktoriya” (Çexiya) - “Latsio” (İtaliya)
“Roma” (İtaliya) - “Atletik” (İspaniya)

1/4 final cütləri
1. “Budyo Qlimt” (Norveç) - “Olimpiakos” (Yunanıstan) / “Viktoriya” (Çexiya) - “Latsio” (İtaliya)
2. AZ (Niderland) - “Tottenhem” (İngiltərə) / “Ayaks” (Niderland) - “Ayntraxt” (Almaniya)
3. “Fənərbağça” (Türkiyə) - “Reyncers” (Şotlandiya) / “Roma” (İtaliya) - “Atletik” (İspaniya)
4. FCSB (Rumıniya) - “Lion” (Fransa) / “Real Sosyedad” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)

Yarımfinal cütləri
2-ci cütün qalibi - 1-ci cütün qalibi
3-cü cütün qalibi - 4-cü cütün qalibi

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 6-da, cavab görüşləri isə martın 13-də olacaq.
21-02-2025, 16:09
İdrak liseyində “Beynəlxalq Ana Dili Günü” qeyd edildi

İdrak liseyində “Beynəlxalq Ana Dili Günü” qeyd edildi

İdrak liseyində 21 fevral “Beynəlxalq Ana Dili Günü” münasibətilə tədbir keçirildi. Tədbirdə çıxış edən müəllim və şagirdlər Ana dilimizin özəlliklərindən danışaraq, onu göz bəbəyimiz kimi qorumalı olduğumuzu vurğuladılar.

Şagirdlərin ifasında “Vaqif” tamaşasından Ana dilimizlə bağlı bir parça nümayiş etdirildi. Bundan başqa məktəblilər başqa bir tamaşa ilə də dahi Nizami dövrünə səyahət edərək dilimizin o vaxtkı vəziyyətini, onun necə çətinliklərdən keçib gəldiyini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.
Tədbirdə Ana dili haqqında dünya filosoflarının fikirlərindən nümunələr səsləndirildi. Doğma Azərbaycan dilimizin müqəddəsliyi, onun zənginliyi və gözəlliyi ilə bağlı Ulu Öndər Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin fikirləri diqqətə çatdırıldı. “Sarı gəlin” xalq mahnısının sədaları ilə rəqs nümunəsi, iştirakçıların birgə ifasında Ana dilimizə həsr edilmiş mahnı da rəğbətlə qarşılandı.

Tədbirdə 13-cü Beynəlxalq uşaq muğam müsabiqəsi və Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 4-cü Respublika musiqi müsabiqəsinin qalibi Yusif Tural oğlu Sadıxov da iştirak edirdi. Onun ifasında əlamətdar günün ovqatına köklənmiş muğam parçası hər kəsə xoş anlar yaşatdı.
Onu da qeyd edək ki, Ana dilimizə həsr olunan tədbirdə “Vətən səsi”nin əməkdaşı, uşaq yazıçısı Mina Rəşid də qonaq qismində iştirak edirdi. Şagirdlər onun birinci sinifin “Azərbaycan dili”dərsliyinə daxil edilmiş “Ana dili” şeirini səsləndirdilər. Mina xanım çıxışında Ulu Öndərimizin Ana dilimizə böyük qayğısından söhbət açaraq, bu diqqətin indi də dövlət başçımız İlham Əliyev tərəfindən davam etdirildiyini söylədi. O, çıxışında “Ana dili” şeirini bir daha səsləndirdi.
Tədbirin sonunda əməkdaşımız İdrak liseyi tərəfindən təşəkkürnamə ilə mükafatlandırıldı.
Günel Quliyeva



21-02-2025, 16:00
İlham Əliyev rəis müavininə ali rütbə verdi - SƏRƏNCAM


İlham Əliyev rəis müavininə ali rütbə verdi - SƏRƏNCAM

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Emil Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, o, indiyədək Baş vergi xidməti müşaviri rütbəsini daşıyırdı.
Emil Qarayev1984-cü il tarixdə Bakı şəhərində anadan olib. 2005-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisasını bakalavr pilləsi üzrə, 2009-cu ildə Bakı Dövlət Universitetinin "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası" ixtisasını magistr pilləsi üzrə bitirib.
2019-cu ilin may-iyul aylarında Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini, 2019-cu ilin iyul-avqust aylarında baş direktorunun 1-ci müavini vəzifələrində çalışıb.
2019-2020-ci illərdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini, 2020-2021-ci illərdə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini, 2021-2022-ci illərdəhəmin idarənin rəisi, 2022-2024-cü illərdə Dövlət Vergi Xidmətinin aparatın rəhbəri vəzifələrində çalışıb. O, 2024-cü ildən Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsində işləyir.
21-02-2025, 15:27
Nurlan Libre barədə qərar verildi


Nurlan Libre barədə qərar verildi

Jurnalist Nurlan Libre (Qəhrəmanlı) həbs olunub.
Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub.
Məhkəmə təqdimatı təmin edib. Onun barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Nurlan Libre “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb.
21-02-2025, 15:14
Əmək pensiyaları ilə bağlı yenilik


Əmək pensiyaları ilə bağlı yenilik

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasında dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə xüsusi rütbəli şəxslərin ailə üzvlərinə, eləcə də daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ olduqda əmək pensiyaçısına müvafiq əmək pensiyasının təyin edilməsi avtomatlaşdırılmış qaydada onlar tərəfindən müraciət edilmədən dövlət orqanları tərəfindən təqdim edilən məlumatlar əsasında aparılacaq.


21-02-2025, 14:46
Sumqayıtda bir nəfərin 20 min manatı mənimsənildi


Sumqayıtda bir nəfərin 20 min manatı mənimsənildi

Sumqayıt şəhəri və Bakının Xətai rayonunda dələduzluq və oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.
Sumqayıt şəhəri ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 54 yaşlı Ə.Abdullayev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla həmin şəxsin zərərçəkənin etibarından sui-istifadə edərək onunla şərikli biznes quracağı barədə yalan vədlər verdiyi və onun 20000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.
Bundan başqa, Xətai rayonu ərazisində bir nəfərin bank kartından 7300 manatını oğurlamaqda şübhəli bilinən 36 yaşlı T.Abbasovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.
21-02-2025, 14:35
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatdı


Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatdı

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Cəbrayıl şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
Cəbrayıl şəhəri bu gün 33 ailə olmaqla, 183 nəfərə qucaq açıb. Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşublar.
Köçürülən ailələrin Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb.
Qeyd edək ki, Böyük Qayıdışın əsas komponentlərindən olan dayanıqlı məskunlaşmanın təmin edilməsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıtmış keçmiş məcburi köçkünlər, dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsilalanlar da daxil olmaqla, həmin ərazilərdə hazırda 40 minə yaxın insan yaşayır və fəaliyyət göstərir.
21-02-2025, 14:22
Göygöl və Şahdağ milli parkları ağ örpəyə bürünüb


Göygöl və Şahdağ milli parkları ağ örpəyə bürünüb

Göygöl və Şahdağ milli parkları ağ örpəyə bürünüb.
Bu barədə görüntüləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova öz sosial şəbəkə hesabında paylaşıb.
"Bu qışın növbəti qarlı günləri Şahdağ Milli Parkında vəhşi təbiətin unikal varlıqları ilə yaşanır. Zubrlar və nəcib marallar qarlı, ağappaq mühitdə daha gözəl görünür və təbiətə daha da yaraşıq verir.
Göygöl Milli Parkının ecazkar qar mənzərəsi yenə də heyran edir. Göygölün donmuş mavi suları buz qatı ilə örtülüb. Hər zaman rast gəlinməyən bu fərqli mənzərələr turistlər üçün əsl ziyarət səbəbidir", - deyə İ.İbrahimova qeyd edib.
21-02-2025, 13:59
Azərbaycanda təbiət hadisəsi: Kiçik çillə çıxdı, Boz ay başladı


Azərbaycanda təbiət hadisəsi: Kiçik çillə çıxdı, Boz ay başladı

Azərbaycanda qışın daha soyuq hesab edilən dövrü - Kiçik çillə geridə qaldı.
Xalq təqviminə görə, dekabrın 21-dən başlayan qış fəslinin “oğlan çağı” - 20 günlük Kiçik çillə fevralın 20-də başa çatıb.
Bu gündən – 21 fevraldan Novruz bayramınadək qalan 30 günlük müddəti - Boz ayı yaşayacağıq.
Bu təqvimlə qış üç hissədən ibarətdir: dekabrın 21-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 21-dək Boz ay davam edir.
Adətən Böyük çillədən fərqli olaraq, Kişik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır.
Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər. Hazırda ölkə ərazisində yağan qar Kiçik çillənin sonuncu günü başlayıb. "Çillə" sözü - ağrı, acı, çətinlik, məşəqqət, sıxıntı mənasını ifadə edir. Çillədən çıxmaq ağrıdan, acıdan çıxmaq deməkdir.
Beləliklə, Boz ayın ilk günü - 21 fevral ölkə ərazisində qarın yağmağa davam etməsilə müşayiət olunur. Havanın dəyişkən keçməsinə görə Boz ay haqqında "Boz ay bozara-bozara keçər", "Boz ay boz sifətin göstərir" deyirlər.
Boz ay dövründə qışın qurtarmasını və təbiətin oyanmasını qeyd etmək üçün ilaxır çərşənbələr qeyd edilir. Bu günlərdə od-ocaq qalanır, insanlar alovun üzərindən atılaraq ağırlıqdan xilas olur.
Bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 25-nə təsadüf edəcək. Martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.
Azərbaycanda bu il yaz fəsli martın 20-si saat 13:01-dən başlayacaq.
Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.
21-02-2025, 13:42
Nazirlik əhaliyə növbəti dəfə müraciət etdi


Nazirlik əhaliyə növbəti dəfə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi hazırda ölkə ərazisində müşahidə edilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib. Müraciətdə deyilir:
"Hazırda ölkə ərazisində müşahidə edilən kəskin və yağıntılı hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğın və ya partlayışla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.
Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.
Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Bununla yanaşı, yolların buz bağlaması hallarında piyadalar ayaqqabını sürüşməyə qarşı hazırlamalı, ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət etməlidirlər. Buzlu yolda sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun, yıxıldığınız halda isə qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur.
Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir!"
FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!