Zelenski Trampdan zəmanət almaq üçün Vaşinqtona gedir .....                        İYİ Partiya qaraya büründü - Öcalanın çağırışına qəribə reaksiya .....                        Bakı sakinlərinin nəzərinə: Binalar söküləcək .....                        36 yaşlı Elvin Kurskda itkin düşdü .....                        Ərdoğan rus spikerlə bir arada .....                        Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı .....                        Tramp sözünü geri götürdü: "... bunu mən demişəm?" .....                        Tramp Rusiyaya qarşı sanksiyaları uzatdı .....                        Silahlı mübarizə artıq əhəmiyyətini itirib - Bərzanidən dəstək .....                       
Bu gün, 00:45
Zelenski Trampdan zəmanət almaq üçün Vaşinqtona gedir


Zelenski Trampdan zəmanət almaq üçün Vaşinqtona gedir

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də Vaşinqtona səfər edəcək.
Səfərin əsas məqsədi ABŞ ilə nadir torpaq metallarının hasilatı və istifadəsi sahəsində əməkdaşlığa dair çərçivə sazişinin imzalanmasıdır.
ABŞ Prezidenti Donald Tramp bu razılaşmanı Kiyevə verilən dəstəyin kompensasiyası kimi qiymətləndirir.
Trampın sözlərinə görə, Vaşinqton Ukraynaya hərbi təhlükəsizlik zəmanətləri vermək niyyətində deyil. Bunun əvəzinə, resurs sazişi Ukraynanın təhlükəsizliyini avtomatik təmin edəcək. Ağ Ev rəhbəri hesab edir ki, Ukraynanın hərbi təhlükəsizliyinin təminatı əsasən Avropa ölkələrinin üzərinə düşməlidir. Lakin Avropa dövlətləri bu məsələdə ABŞ-nin güclü dəstəyini vacib hesab edir, Tramp isə hələlik bu dəstəyi verməyə tələsmir.
Böyük Britaniyanın "The Economist" jurnalının məlumatına görə, Zelenski Vaşinqtonda yalnız çərçivə sazişi imzalamağa hazırdır. O, tamhüquqlu iqtisadi əməkdaşlıq razılaşmasına imza atmaq istəmir, çünki ABŞ Ukraynaya genişmiqyaslı təhlükəsizlik zəmanətləri verməkdən çəkinir. Zelenski Trampdan bu zəmanətləri almaq üçün onunla şəxsən görüşmək istəyir.
Qeyd olunur ki, ABŞ administrasiyası Zelenskinin Tramp ilə görüşünü faydasız hesab edirdi, çünki nadir torpaq metallarına dair müqavilə hələ tam razılaşdırılmamışdı. ABŞ Dövlət katibi Marko Rubio da razılaşmanın tam razılaşdırıldığını təsdiq edə bilməyib.
Tramp Ukraynanın NATO-ya üzv olma perspektivini rədd edib və Avropanın Kiyevə təhlükəsizlik zəmanətləri verməli olduğunu vurğulayıb. Onun fikrincə, ABŞ üçün Ukrayna ilə resurs sazişi imzalamaq ən yaxşı seçimdir. Prezident bildirib ki, bu razılaşma sayəsində amerikalılar Ukraynada işləyəcək və bu, “avtomatik təhlükəsizlik” yaradacaq.
Böyük Britaniya və Fransa isə Ukraynada sülhməramlılar yerləşdirmək niyyətində olduqlarını açıqlayıblar. Lakin Avropa ölkələri öz hərbçilərinin təhlükəsizliyinə dair ABŞ-nin zəmanət verməsini istəyirlər. Bu məsələni müzakirə etmək üçün Fransa Prezidenti Emmanuel Makron Vaşinqtona səfər etsə də, Trampdan konkret təminatlar ala bilməyib. Böyük Britaniyanın Baş naziri Kir Starmer də eyni məqsədlə ABŞ-yə gedib və Vaşinqtonun dəstəyi olmadan Ukraynada uzunmüddətli sülhün mümkün olmadığını bildirib.
Tramp administrasiyası isə hələlik resurs sazişini ön plana çəkir. Tramp vurğulayıb ki, bu müqavilə həm ABŞ, həm də Ukrayna üçün “fantastik bir razılaşma” olacaq. Onun sözlərinə görə, bu saziş Ukrayna üçün müəyyən bir təhlükəsizlik təmin edəcək, çünki ABŞ vətəndaşları bu resurs layihələrində iştirak edəcək.
Moskva Trampın Ukraynaya əraziləri qaytarmaq niyyətinə reaksiya verib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya qoşunlarının nəzarətində olan ərazilər “Rusiyanın ayrılmaz hissəsidir” və onların geri qaytarılması mümkün deyil. Peskov həmçinin qeyd edib ki, münaqişənin həlli “asan və sürətli” olmayacaq.
Beləliklə, Zelenskinin ABŞ-yə səfəri çərçivəsində əsas müzakirə mövzuları resurslar üzrə əməkdaşlıq və təhlükəsizlik məsələləri olacaq. Lakin tərəflər arasında müəyyən fikir ayrılıqları qalmaqdadır və Tramp administrasiyasının Ukrayna ilə bağlı konkret addımları necə atacağı hələlik bəlli deyil.
Bu gün, 00:28
İYİ Partiya qaraya büründü - Öcalanın çağırışına qəribə reaksiya


İYİ Partiya qaraya büründü - Öcalanın çağırışına qəribə reaksiya

Türkiyənin müxalifətdə olan İYİ Partiyası PKK terror təşkilatının lideri Abdullah Öcalanın çağırışına münasibət bildirib.
Partiya sədri Müsavat Dərvişoğlu PKK ilə bağlı son gedişatı kəskin tənqid edib.
O, bu prosesi türk xalqına xəyanət adlandırıb:
“Bu terrorçunun bəyanatı yalnız PKK-ya ofisini Şimali İraqdan Suriyanın şimalına köçürmək çağırışıdır”.
Öcalanın çağırışıdan sonra İYİ Partiya qərargahı qara plakatla ötürülüb
Qeyd edək ki, ötən gün Öcalan həbsxanadan terrorçulara müraciət edib. O, tərəfdarlarını silahı yerə qoymağa, sivil yolla qurultay keçirərək siyasi mübarizəyə qoşulmağa çağırıb.

Bu gün, 00:10
Bakı sakinlərinin nəzərinə: Binalar söküləcək


Bakı sakinlərinin nəzərinə: Binalar söküləcək

Bakıdakı bəzi binalar təmir olunacaq, bəziləri isə söküləcək. Paytaxtda dövlət mənzil fonduna aid binaların əsaslı təmirinə başlanılır. Bu məqsədlə iki böyük tender elan edilib.
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən aparılacaq əsaslı təmirin birinci mərhələsində Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonlarında yerləşən yaşayış binaları təmir olunacaq. Bu istiqamətdə görüləcək işlərin ümumi dəyəri 24,5 milyon manat təşkil edir. İkinci tender isə Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonlarını əhatə edir. Burada da dövlət mənzil fonduna aid binaların təmir olunması planlaşdırılıb və layihənin təxmin edilən büdcəsi 24 milyon manatdır.
48,5 milyonluq layihə çərçiəsində ümumilikdə 1100 qəzalı binanın təmiri və ya sökülməsi nəzərdə tutulub. Qaradağ Mənzil Kommunal Təsərrüfatı birliyindən "Xəzər Xəbərə"ə bildirildi ki, rayon ərazisində 215 qismən qəzalı bina var.
Sabunçu rayon İcra Hakimiyyətindən isə bildirildi ki, rayon ərazisində qəzalı olması barədə akt tərtib edilmiş 47 bina var. Bundan əlavə 180 bina da mövcuddur ki, onların qəzalılığını təsdiq edən müvafiq aktlar olmasa da, onlar istismara tam yararsız vəziyyətdədir.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qeyd edib ki, bu layihə paytaxtın ümumi memarlıq görünüşünün daha cəlbedici olmasına, şəhər infrastrukturunun inkişafına və ekoloji dayanıqlılığın artırılmasına da töhfə verəcək. Sakinlər daha rahat, təhlükəsiz və müasir şəraitdə yaşamaq imkanı əldə edəcəklər.

[media=https://youtu.be/WL_lMnEo-p8]
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!