İlham Əliyevdən PKK-nın ləğvinə reaksiya .....                        Gəncədəki yanğınla bağlı rəsmi AÇIQLAMA .....                        Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadıldı .....                        Yük maşını traktorla toqquşdu - Xəsarət alanlar var .....                        Sumqayıtda fəhlə zavodda yıxılaraq xəsarət aldı .....                        Müəllimlərin vakansiya seçiminin nəticələri AÇIQLANDI .....                        Hakan Fidandan PKK-nın ləğvinə reaksiya .....                        Azərbaycan-Bəhreyn parlamentlərarası əməkdaşlıq müzakirə olundu .....                        Evində kirayə yaşaydığı qohumunun pulunu oğurladı, həbs edildi .....                       
24-02-2025, 11:32
Bakıda 40-dan çox avtobus qəzada zədələnib


Bakıda 40-dan çox avtobus qəzada zədələnib

Ötən gün qarlı və şaxtalı hava şəraitində Bakı şəhəri və ətraf ərazilərdə fəaliyyət göstərən 40-dan çox avtobus əsasən fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar nəticəsində zədələnib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, qəzalarda sərnişinlər arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, 21 fevral tarixindən Bakıda və respublikanın bölgələrində qarlı və şaxtalı hava şəraiti müşahidə edilir.
24-02-2025, 11:13
Azərbaycanda ilk - Meyit donorun orqanları transplantasiya edildi


Azərbaycanda ilk - Meyit donorun orqanları transplantasiya edildi

Azərbaycanda ilk dəfə meyit donorun orqanları transplantasiya edilib.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə Kliniki Tibbi Mərkəzdə müalicə alan pasiyentə beyin ölümü diaqnozunun qoyulmasına dair məlumat daxil olub, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən orqan donorluğu və transplantasiyası prosesinin təşkili və əlaqələndirilməsi üzrə aidiyyəti tədbirlər həyata keçirilib.
Beyin ölümü diaqnozu qoyulmuş vətəndaşın orqanlarının transplantasiyasına ailəsi razılıq verib.
Meyit donordan götürülmüş qaraciyər Mərkəzi Gömrük Hospitalında, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi peşəkar tibbi heyət tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 12.10.2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına köçürülüb.
“Gözün buynuz qişası Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ixtisaslaşmış cərrah-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Cəmil Həsənov və peşəkar komanda tərəfindən iki resipiyentə köçürülüb. Onlardan biri Zaqatala, digəri isə Füzuli rayon sakinidir. Bu əməliyyatlar yalnız ölkəmizdə deyil, həmçinin Qafqaz regionunda ilk dəfə meyit donordan alınan orqan transplantasiyası əməliyyatlarıdır”,- nazirlikdən bildirilib.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi donorun yaxınlarına nəcib davranışlarına görə minnətdarlığını bildirir, peşə vəzifələrini yüksək səviyyədə icra etmiş tibb mütəxəssislərinə təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzulayır.
24-02-2025, 00:50
Tramp 350 demişdi, Zelenski 100 deyir


Tramp 350 demişdi, Zelenski 100 deyir

Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ştatlarla borcun on nəsil ukraynalılar tərəfindən ödəniləcəyi barədə müqavilə imzalamayacaq. Ona görə də ABŞ lideri Donald Trampla dialoq lazımdır.
“Əgər bu gün ABŞ deyirsə, biz sizə yardım edəcəyik, ancaq siz bunu ABŞ üçün qazancla qaytarmalısınız - bu, razılaşmadır. Bu müqavilə qrant deyil. Bu, yeni razılaşmadır. Mən də dedim ki, belə bir dialoqa hazıram”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsinin başlanmasının üçüncü ildönümünə dair mətbuat konfransında söyləyib.
Prezident belə bir dialoqun müsbət olacağına əminliyini ifadə edib.
Zelenski, həmçinin Ukraynanın ABŞ-dan 100 milyard dollar həcmində yardım aldığını açıqlayıb. Eyni zamanda, rəsmi Kiyev qrantları Vaşinqtona qaytarılmalı olan borclar kimi tanımağı planlaşdırmır.
Qeyd edək ki, bir müddət öncə Prezident Donald Tramp müharibə dönəmində ABŞ-ın Ukraynaya 350 milyard dollar həcmində yardım etdiyini açıqlamışdı.
24-02-2025, 00:14
Lavrov Türkiyədə


Lavrov Türkiyədə

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib.
Rusiya diplomatik missiyasının rəhbərini daşıyan təyyarə Ankara hava limanına enib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun Türkiyədə bır sıra danışıqlar planlaşdırdığını demişdi.
Onun sözlərinə görə, səfər zamanı beynəlxalq, regional və ikitərəfli münasibətlərə dair geniş mövzular müzakirə olunacaq.
23-02-2025, 23:16
Məktəblərdə dərslər onlayn keçiriləcək? - RƏSMİ


Məktəblərdə dərslər onlayn keçiriləcək? - RƏSMİ

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
"Mövcud hava şəraiti ilə bağlı ayrı-ayrı məktəblərdə keçirilməsi mümkün olmayan dərslər (müəllimlərin işə gecikməsi səbəbindən və ya şagird davamiyyətinin əsaslı aşağı olduğu hallarda) yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələri rəhbərlərinin qərarı ilə növbəti günlərdə əlavə dərslərlə əvəz ediləcək.
Qeyri-sabit hava şəraiti ilə bağlı müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, təhlükəsizlik qaydalarına nəzarət gücləndirilib.
Qeyd edək ki, hava şəraitinə uyğun olaraq regional təhsil idarələri tərəfindən operativ qərarlar qəbul ediləcək.
Müşahidə edilən qeyri-sabit hava ilə əlaqədar valideynləri diqqətli olmağa, övladlarını nəzarətdə saxlamağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq", - açıqlamada bildirilir.
23-02-2025, 22:53
BDU tələbələrinin nəzərinə! - Sabah dərslər...


BDU tələbələrinin nəzərinə! - Sabah dərslər...

Mövcud hava şəraiti nəzərə alınaraq, yaranmış zərurətlə əlaqədar Bakı Dövlət Universitetində təhsilin fasiləsizliyinin təmin edilməsi məqsədilə tədris prosesi hibrid formada həyata keçiriləcək.
Bu barədə Bakı Dövlət Universitetindən məlumat verilib.
Qeyd olunub ki, əyani formada iştirak edən təhsilalanlar üçün dərslər ənənəvi qaydada, əyani formada iştirak edə bilməyən tələbələr üçün isə "Blackboard" platforması üzərindən təşkil olunacaq.
23-02-2025, 22:49
“Mançester Siti” öz meydanında məğlub oldu


“Mançester Siti” öz meydanında məğlub oldu

Futbol üzrə İngiltərə Premyer Liqasında XXVI tur başa çatıb.
Son oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk matçında “Nyukasl” evdə “Nottingem Forest”i qəbul edib. Yeddi qolun vurulduğu matçda meydan sahibləri 4:3 hesablı qələbə qazanıblar.
Tura mərkəzi oyunla yekun vurulub. Çempionatın lideri “Liverpul” səfərdə “Mançester Siti”nin qonağı olub. Mersisayd təmsilçisi bu görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edib. Qolları 14-cü dəqiqədə Məhəmməd Salah və 37-ci dəqiqədə Dominik Soboslay vurublar.
Bu nəticədən sonra xallarını 64-ə çatdıran “Liverpul” turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” isə 44 xalla 4-cü pillədə qərarlaşıb.
23-02-2025, 22:17
Bakıda taksi qiymətləri kəskin artıb


Bakıda taksi qiymətləri kəskin artıb

Bakıda taksi qiymətləri kəskin şəkildə artıb.
Sosial şəbəkə istifadəçiləri bu barədə paylaşımlar edirlər.
Məlumata görə, adi günlərdə 5-7 manata başa gələn qısa məsafəli taksi səfərləri üçün hazırda 25 manatdan çox tələb olunur.
Sərnişinlər bildirirlər ki, təkcə qiymət artımı deyil, eyni zamanda taksi tapmaq da çətinləşib. Mobil taksi tətbiqlərində maşın tapmaq mümkün olmur və bir çox sürücü sifariş qəbul etmir.
Taksi qiymətlərinin artması hava şəraitinin kəskin dəyişməsi ilə əlaqələndirilir. Hazırda paytaxtda güclü qar yağır və yolların buz bağlaması nəqliyyatın hərəkətinə mənfi təsir göstərib. Həmçinin avtobuslar bu gün saat 21:00-dək fəaliyyət göstərib. Nəticədə taksi şirkətləri və sürücülər riskin artmasını əsas gətirərək qiymətləri yüksəldiblər.
Sərnişinlər və sürücülər arasında yaranan bu vəziyyət bir sıra narazılıqlara səbəb olub. Bəzi vətəndaşlar taksi şirkətlərinin süni şəkildə qiymətləri artırdığını iddia etsələr də, sürücülər bunun hava şəraiti ilə bağlı qaçılmaz olduğunu bildirirlər.
23-02-2025, 22:02
Kansler məğlub olduğunu etiraf etdi


Kansler məğlub olduğunu etiraf etdi

Almaniya kansleri Olaf Şolts bu gün keçirilən parlament seçkilərində təmsil etdiyi Sosial Demokrat Partiyasının (SPD) məğlub olduğunu bildirib.
O, məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürüb.
"Bu seçkinin nəticələrinə görə məsuliyyət daşıyıram. Bu acı bir nəticə, seçki məğlubiyyətidir", - Şolta deyib.
"Exit-poll" nəticələrinə görə SPD üçüncü yeri tutub.
23-02-2025, 21:44
Sabah universitetlərdə dərslər onlayn olacaq


Sabah universitetlərdə dərslər onlayn olacaq

Mövcud hava şəraiti ilə əlaqədar olaraq sabah bir çox universitetdə dərslər onlayn formatda keçiriləcək. Onlayn tədrisə keçən universitetlər aşağıdakılardır:

Azərbaycan Texniki Universiteti (AzTU),

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC),

Bakı Mühəndislik Universiteti (BMU),

Türkiyə-Azərbaycan Universiteti (TAU),

Sumqayıt Dövlət Universiteti (SDU),

Xəzər Universiteti,

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU),

Bakı Slavyan Universiteti (BSU),

Bakı Biznes Universiteti,

Azərbaycan Universiteti,

Avrasiya Universiteti,

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,

Azərbaycan-Fransız Universiteti (UFAZ),

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,

Azərbaycan Dillər Universiteti,

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!