Səfərbərlik Xidmətinin idarə rəisi həbs edildi .....                        Yeniyetmələr arasında dava məktəbdə olmayıb - RƏSMİ .....                        Baş nazirdən aviasiya ilə bağlı yeni qərar .....                        Bu həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR .....                        İtaliyada 5 günlük matəm .....                        Bu şagirdlərə attestat verilməyəcək - RƏSMİ .....                        Gəncədə döyülən yeniyetmənin son durumu .....                        Putin Roma Papasının dəfninə gedəcək? - AÇIQLAMA .....                        “Hesablama Palatasının qarşısında yeni çağırışlar dayanır” .....                       
10-02-2025, 21:30
Elmar Məmmədyarov "rus casusu" iddialarına cavab verdi: "Kiminsə qarnı ağrıyır"


Elmar Məmmədyarov "rus casusu" iddialarına cavab verdi: "Kiminsə qarnı ağrıyır"

Xəbər verdiyimiz kimi, mətbuatda Azərbaycanda rus casus şəbəkəsinin olması və bu şəbəkənin vaxtilə Moskvadan göndərilən şəxs tərəfindən idarə olunması ilə bağlı informasiya gedib. Sözügedən şəbəkəyə Ramiz Mehdiyev, Eldar Mahmudov və Elmar Məmmədyarov və digər şəxslərin daxil olduğu iddia edilib.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, onu vurmaq istəyənlər var:
“Kiminsə qarnı ağrıyır. Sakit dayana bilmirlər. Görürlər Elmar Məmmədyarov jurnalistlərlə əlaqə saxlayır, televiziyada çıxış edir. Fikirləşirlər ki, necə vura bilərik. Məqsədlərini Allah bilir. Yazan adamın ağlı yoxdur”.
10-02-2025, 21:17
“Neftçi” səfərdə “Zirə”yə qalib gəldi


“Neftçi” səfərdə “Zirə”yə qalib gəldi

Futbol üzrə Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
“Zirə” evdə “Neftçi”ni sınağa çəkib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin yeganə qoluna 90+2 dəqiqədə Ruan Renato imza atıb. Bakı təmsilçisinin heyətində isə 88-ci dəqiqədə Emin Mahmudov, 90+3-cü dəqiqədə Ervin Koffi fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran "Neftçi" altıncı pilləyə yüksəlib, "Zirə" isə 39 xalla üçüncü sırada qalıb.
Günün "Araz-Naxçıvan" və "Kəpəz" komandaları arasında oynanılan ilk görüşündə isə qapılara qol vurulmayıb.
Qeyd edək ki, XXII turun əvvəlki oyunlarında “Sumqayıt” səfərdə “Şamaxı”ya 1:0, “Turan Tovuz” isə “Sabah”a 1:2 hesabı ilə uduzub. Tura fevralın 11-də keçiriləcək "Qarabağ"-"Səbail" matçı ilə yekun vurulacaq.
10-02-2025, 21:08
Vardanyanın məhkəməsində nələr danışıldı?


Vardanyanın məhkəməsində nələr danışıldı?

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 10-da davam etdirilib.
Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün vəkillərlə təmin olunub.
Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.
Ruben Vardanyanın müdafiəçisi, vəkil Avraam Berman hüquqlarını qoruduğu təqsirləndirilən şəxslə konfidensial görüş üçün şərait yaradılmasına dair vəsatət verib. Məhkəmə vəsatəti təmin edib, təqsirləndirilən şəxsə vəkili ilə konfidensial görüş üçün şərait yaradıb və bununla bağlı məhkəmədə fasilə elan olunub.
Fasilədən sonra məhkəmə iclası davam etdirilib.
Sədrlik edən hakim məhkəmə prosesinə yeni tərcüməçilərin cəlb olunduğunu elan edib. İttiham və müdafiə tərəfi məhkəmə baxışına yeni cəlb olunan tərcüməçilərin iştirakına etiraz etməyib.
Daha sonra Ruben Vardanyan tərəfindən qaldırılan vəsatətlərin təmin olunmamasını əsas gətirərək işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu bildirib və məhkəmə tərkibinə etiraz edib. Təqsirləndirilən şəxsin vəkilləri etirazı müdafiə ediblər.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret halları müəyyən edilib və bu etiraz əsaslandırılmalıdır.
Eyni zamanda, qanunvericiliyə əsasən, hakimin cinayət təqibində maraqlı olmasını təsdiqləyən konkret və mötəbər sübutlar olduqda etiraz etmək olar. Prokuror deyib ki, prosesin hazırkı mərhələsində müdafiə tərəfi məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret sübut təqdim etmədiyindən etiraz baxılmamış saxlanılmalıdır.
Zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov və məhkəmədə iştirak edən digər zərərçəkmiş şəxslər də etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş ediblər.
Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.
R.Vardanyanın vəkili məhkəməyə müraciət edərək müdafiə etdiyi təqsirləndirilən şəxslə konfidensial görüş üçün yenidən şərait yaradılmasını xahiş edib. Hakim konfidensial görüş üçün şərait yaradıb.
Bununla əlaqədar məhkəmədə fasilə elan olunub.
Fasilədən sonra məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsinin elanı ilə davam etdirilib.
İttiham aktının Ermənistan dövlətinin və onun hərbi qüvvələrinin bilavasitə iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədilə Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə yaradılmış cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibə nəticəsində Azərbaycan Respublikasının suveren ərazilərinin işğal olunmasına dair cinayət əməlləri üzrə epizodları elan edilib.
Dövlət ittihamçısı Vüsal Abdullayev vurğulayıb ki, irəli sürülmüş ittihama əsasən qeyd olunan Ermənistan dövlətinin, onun silahlı qüvvələrinın və qanunsuz silahlı birləşmələrin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycan Respublikasının Xankəndi şəhəri, Kəlbəcər, Şuşa, Laçın, Xocalı, Xocavənd, Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının tam, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi, Qazax rayonunun 7 kəndi - Bağanıs-Ayrım, Aşağı Əskipara, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri, Ağdam, Füzuli rayonlarının rayon mərkəzləri və bir sıra kəndləri, Tərtər rayonunun bir sıra kəndləri yandırılmaqla, artilleriya qurğularından atəşlər açıb partladılmaqla, müxtəlif fiziki üsullarla qismən və tamamilə dağıdılmaqla, eləcə də oğurluq, soyğunçuluq, vandalizm aktları törədilməklə, talan edilməklə və digər üsullarla işğal edilib.
İşğal nəticəsində Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal edilərək uzun illər ərzində işğal altında saxlanılıb. Bununla da xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37 min 168 əmlak üzrə 19 milyard manatdan artıq, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr, muzeylər, tarixi binalar və qalalar üzrə 906 milyon manatdan artıq olmaqla, ümumilikdə 20 milyard manatdan artıq maddi ziyan vurulub.
Dövlət ittihamçısı Təranə Məmmədova ittiham aktının nəticəvi hissəsinin elan olunmasını davam etdirərək işğal nəticəsində dinc sakinlərin zorakılıqla yoxa çıxarılması, əsir və itkin düşmüş şəxslərə dair faktları, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin şöbə rəisi Nəsir Bayramov isə muzdlu döyüşçülərdən istifadə olunması, Azərbaycan Respublikasının iqtisadiyyatına, ekologiyasına ciddi ziyan vurulması faktlarını sadalayıb.
İttiham aktının həcminin böyük olması nəzərə alınaraq, növbəti prosesdə ittiham aktının elan olunmasının davam etdiriləcəyi bildirilib.
Məhkəmənin növbəti iclası fevralın 13-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.
10-02-2025, 20:27
Saxta içkidən ölənlərin sayı 38-ə çatdı


Saxta içkidən ölənlərin sayı 38-ə çatdı

Saxta spirtli içkidən ölən Ankara sakinlərinin sayı 38-ə çatıb.
Qeyd olunur ki, Ankarada tibb müəssisələrinin reanimasiya şöbələrində 32 nəfər müalicə alır, daha 33 nəfər xəstəxanadan evə buraxılıb.
Ankara məhkəmə instansiyalarının qərarı ilə saxta alkoqollu içkilərin istehsalında ittiham olunan 19 nəfər həbs olunub.
Bundan əvvəl İstanbulda saxta spirtli içkilərdən 70 nəfər dünyasını dəyişmişdi.
Ölümcül alkoqollu içkilərdən istifadə edə biləcək şəxslərin müəyyən olunması üçün xüsusi qruplar yaradılıb.
10-02-2025, 19:40
Yeni səfir Bakıya gəldi


Yeni səfir Bakıya gəldi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusun ölkəyə yeni təyin olunmuş səfiri Dmitri Pineviçi qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Belarusun Azərbaycana yeni səfiri təyin olunan Dmitri Pineviç etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir yeni təyin olunmuş səfiri təbrik edib, ona diplomatik missiyasında uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan və Belarus arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.
Tərəflər Azərbaycan və Belarus arasında strateji tərəfdaşlığın inkişaf perspektivlərini, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektlərini müzakirə ediblər.
Dövlətlərarası əlaqələrin gücləndirilməsi üçün yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin və beynəlxalq platformalarda aparılan dialoqların mühüm rolu qeyd edilib.
Bu baxımdan ötən il mayın 17-də Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri çərçivəsində işğaldan azad edilmiş ərazilərə getməsinin ölkələr arasındakı strateji tərəfdaşlığın yüksək göstərici olduğu vurğulanıb.
Azərbaycan və Belarus arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticari, elmi, təhsil, mədəniyyət, turizm və digər istiqamətlər üzrə mövcud əməkdaşlığın məmnunluq doğurduğu, xüsusilə Azərbaycan və Belarus arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə dair atılan addımların ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.
İqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın istiqamətində Azərbaycan və Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın rolunun vacibliyi önə çəkilib.
Ölkələrin regional və beynəlxalq təşkilatlarda, o cümlədən BMT, MDB, Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq etdiyi və bu təşkilatlar daxilində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Dmitri Pineviç ölkədə diplomatik missiyasına başlamaqdan məmnunluq duyduğunu ifadə edərək səmimi qəbula görə minnətdarlığını bildirib. O, iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylər göstərəcəyini qeyd edib.
Görüş çərçivəsində həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
10-02-2025, 18:57
"Qalatasaray" polşalı futbolçu ilə anlaşdı


"Qalatasaray" polşalı futbolçu ilə anlaşdı

Türkiyənin "Qalatasaray" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
İstanbul təmsilçisi Fransanın "Lans" komandasından polşalı yarımmüdafiəçi Pşemıslav Frankovskini icarəyə götürüb. 30 yaşlı oyunçu ilə müqavilənin detalları açıqlanmayıb.
Təcrübəli futbolçu "Qalatasaray"la sözləşmə imzalamaq üçün İstanbula gəlir.
10-02-2025, 18:13
Gəncə Regional Mühafizə İdarəsinə rəis təyin edildi


Gəncə Regional Mühafizə İdarəsinə rəis təyin edildi

Üç şəhərin Regional Mühafizə İdarələrinə yeni rəislər təyin edilib.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Müvafiq əmrlərlə Tovuz Regional Mühafizə İdarəsinin rəisi polis polkovnik Elçin Əsgərov Gəncə Regional Mühafizə İdarəsinə, Gəncə Regional Mühafizə İdarəsinin rəisi polis polkovnik Seymur Sadıqov Şirvan Regional Mühafizə İdarəsinə, Şirvan Regional Mühafizə İdarəsinin rəisi, polis polkovnik Əfqan Hüseynov isə Mingeçevir Regional Mühafizə İdarəsinə rəis təyin ediliblər.
Hələlik Tovuz Regional Mühafizə İdarəsinə isə təyinat olmayıb.
10-02-2025, 18:05
Xəstə anasını döyüb qətlə yetirən oğul həbsdə öldü


Xəstə anasını döyüb qətlə yetirən oğul həbsdə öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb.
Hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Müəssisədə cəza çəkən məhkum İqor Avşarovun xəstəlikdən öldüyü bildirilir.
İ.Avşarov anasını qətlə yetirdiyinə görə həbsxanada cəza çəkirdi. Sözügedən qətl hadisəsi 2016-cı ildə Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. 78 yaşlı Lidiya Avşarovanın üzərində döyülmə üçün xarakterik nişanələr olan meyiti tapılıb.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş 56 yaşlı İqor Avşarov tutulub.
Araşdırmalarla müəyyən edilib ki, xeyli vaxtdır yataq xəstəsi olan Lidiya Avşarova oğlunu tez-tez çağırıb saatı soruşub, yemək-su istəyirmiş.
Bundan bezən 56 yaşlı İqor Avşarov aprelin 25-də evdə sərxoş vəziyyətdə yatarkən növbəti dəfə onu dünyaya gətirən qadının səsini eşidib. Anasının qayğısına qalmaqdan bezən oğul əsəbi halda ona tərəf şığıyıb və təpiklə qadının başına zərbələr endirib. Ağır xəsarətlər alan qadın hadisə yerindəcə keçinib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə İqor Avşarov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu, 2025-ci il ərzində Bakı həbsxanalarında 11-ci ölüm hadisəsidir.
10-02-2025, 17:38
Şamaxıda evdən avtomat tapıldı - FOTO


Şamaxıda evdən avtomat tapıldı - FOTO

Şamaxı sakininin yaşadığı evdə avtomat aşkar edilib.
Şamaxı RPŞ-nin keçirdiyi tədbirlərlə qanunsuz odlu silah saxlayan əvvəllər məhkum olunmuş 34 yaşlı Çingiz Qədirov saxlanılıb. Onun yaşadığı ünvandan bir ədəd “Kalaşnikov” avtomat, daraq və patronlar aşkar olunub.
Saxlanılan şəxs odlu silahı satmaq məqsədilə özündə saxladığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, Ç.Qədirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

10-02-2025, 17:35
TƏBİB-dən Gəncədəki ölümlə bağlı AÇIQLAMA


TƏBİB-dən Gəncədəki ölümlə bağlı AÇIQLAMA

Gəncə şəhəri Atatürk prospektində yerləşən yataqxanada yaşayan İ.İsmayılov bağlı qapı arxasında köməksiz vəziyyətdə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən xilas edilib, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 10.02.2025-ci il tarixində 14-55 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Z.Məmmədov adına xəstəxanaya 1 nəfər (kişi cinsli) aqonal vəziyyətdə hospitalizasiya olunub.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, şəxsin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!