Türk düşüncəsində təbiətə sevgi və ekoloji mədəniyyət amili .....                        İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                       
9-02-2025, 10:46
Rusiya Azərbaycana kompensasiya ödəməlidir - Deputat


Rusiya Azərbaycana kompensasiya ödəməlidir - Deputat

Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da keçirdiyi birifinqdə məsələyə toxunub.
Bəs təyyarə qəzasına görə onsuz da qeyri-müəyyən əlaqələrə bunun təsiri necə olacaq?
Məsələ ilə bağlı Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun üzvü Vüqar İskəndərov bildirib ki, Azərbaycan hüquqi qanunların işlədiyi bir ölkə kimi bütün ikitərəfli və çoxtərəfli əlaqələrdə qanunun aliliyini əldə rəhbər tutur:
“Azərbaycan bütün sahələrdə özünün gücünü, qüdrətini, ölkə başçımız cənab İlham Əliyev müstəqil, milli iradəyə söykənən siyasətini göstərməkdədir. Azərbaycan hüquqi qanunların işlədiyi bir ölkə kimi bütün ikitərəfli və çoxtərəfli əlaqələrdə qanunun aliliyini əldə rəhbər tutur. Bu baxımdan ölkə ərazisində bütün təşkilatların fəaliyyəti milli qanunvericiliyimizə və ölkələr arasındakı qarşılıqlı prinsiplər əsasında, ikitərəfli qaydada əldə olunmuş razılıqlara uyğun olmalıdır. Ölkəmizdə Rus evinin hüquqi şəxs qismində qeydiyyatının olmadığı üzə çıxıb. Təbii olaraq, rəsmi Bakı artıq bununla bağlı Rusiya tərəfinə nota göndərib. Burada əsas məsələ Rus evinin Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu bildirilir. Buna əsaslanaraq fevralın 3-də rəsmi Bakı həmin mərkəzin fəaliyyətinə xitam verilməsinə qərar verib. Biz təbii olaraq Rusiya tərəfindən əməli fəalliyyət gözləyirik. Yəni bir neçə sual meydana çıxır. Qanunvericiliyimizə uyğun fəaliyyət göstərməyən Rus evi ilə bağlı əvvəlcədən niyə məlumat vermir və öz hüquqi formatını Azərbaycan qanunvericiliyinə uyğunlaşdırmır. Azərbaycan tərəfi haqlıdır. Rusiya tərəfi də bunu qəbul edir. Düşünürük ki, gələcək fəaliyyətdə artıq digər məsələlər barədə yekun qərar veriləcək. Amma burada əsas məsələ olaraq Rusiya tərəfindən mütləq müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir. Ümumiyyələ iki ölkə arasında münasibətlər müsbət məcrada inkişaf edib. Biz Rusiya ilə həm iki, həm də çoxtərəfli formatda çox yaxşı münasibət ortaya qoymuşuq. İki ölkə arasında müttəfiqlik sazişi mövcuddur”.
Deputat söyləyib ki, son zamanlar Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qroznı səmasında vurulması və buna görə Rusiyanın üzərinə düşən hüquq və vəzifələri hələ tam yerinə yetirməməsi bu mənada bir neçə sual doğurur:
“Artıq ilkin rəy mövcuddur ki, təyyarəyə kənar müdaxilə olub. Biz burada əsas olaraq beynəlxalq konvensiyalara söykənən prinsipləri nəzərdə tuturuq. Birinci növbədə Rusiyanın üzr istəməsiydi. Rusiya Prezidenti artıq üzr istədi. Digər məsələlərdə isə susqunluq nümayiş etdirilir. Belə ki, proses davamlı olmalıdır. Bu işdə əli olan hər kəs cinayət məsuliyyətinə cəlb edilməlidir. Digər yandan rəsmi Moskva Azərbaycana təzminat ödəməlidir. Bu dediklərimiz yalnız iki ölkə arasındakı münasibətlərlə tənzimlənmir. Həm də beynəlxalq konvensiyaların tələbləridir. Rusiya bunu icra etməlidir. Hələlik, rəsmi Moskvada bununla bağlı susqunluq nümayiş etdirilir. Əksinə Rusiya media orqanlarında, televiziyalarında əks-təbliğat aparılır. Rəsmi Moskva gecikmədən bütün bu problemləri aradan qaldırmaq üçün məsələni həll etməlidir. Hazırda rəsmi Moskvanın mövqeyi anlaşılmır. Onlar məsuliyyəti üzərlərindən atmaq istəyirlər. Rusiya vaxt itirmədən Azərbaycan tərəfinə kompensasiya ödəməli və cinayətdə əli olan insanların məsuliyyətə cəlb etməlidir".

9-02-2025, 10:37
Lerikə 62 sm qar yağıb


Lerikə 62 sm qar yağıb

Fevralın 9-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, Bakı və Abşeron yarımadasının bəzi yerlərində, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Yağan qarın hündürlüyü Lerikdə 62 sm, Qrızda 19 sm, Yardımlı 17 sm, Kəlbəcərdə 10 sm, Şuşada 8 sm, Laçın, Xaltanda 7 sm, Zaqatala (Əlibəy) 6 sm, Xınalıqda 4 sm, Tovuz, Daşkəsən, Gədəbəydə 2 sm, Göygöl, Ceyrançöl, Şəki, eyni zamanda Bakı və Abşeron yarımadasının bəzi ərazilərində 1 sm qeydə alınıb. Ölkə ərazisinin bəzi yerlərində müşahidə olunan güclü külək səhər saatlarından 10-15 m/s-dək zəifləyib.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.6 metrdir. Daşkəsən, Gədəbəy, Şəki, Qax, Qəbələ, Zaqatala, Şamaxı, Ağstafa, Lerik, Göygöldə duman müşahidə olunub.
Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 14-19 dərəcə şaxta qeydə alınıb.
9-02-2025, 09:30
Tramp Putinlə danışdı - Nəyi müzakirə etdilər?


Tramp Putinlə danışdı - Nəyi müzakirə etdilər?

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı apardığını bildirib.
Bu barədə o, “New York Post”a müsahibəsində danışıb.
Tramp telefon danışığı zamanı Ukraynadakı müharibəni müzakirə edib.
Onun sözlərinə görə, Putin Ukraynadakı münaqişədə insanların ölməsini dayandırılmasını istəyir.
Ağ Ev rəhbəri Baydendən fərqli olaraq Putinlə həmişə yaxşı münasibətlərinin olduğunu bildirib.
Amerikalı lider deyib ki, onun müharibəni bitirmək üçün konkret planı var.
Tərəflərin nə qədər danışdıqlarına dair suala ABŞ Prezidenti “Mən susmağı üstün tuturam” cavabını verib.
Telefon danışığının vaxtı açıqlanmayıb, Kreml məsələyə münasibət bildirməyib.
8-02-2025, 23:55
İdmançılarımız Zaqrebdə 7 medal qazandılar


İdmançılarımız Zaqrebdə 7 medal qazandılar

Azərbaycan güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq xarakterli turnirdə daha iki medal qazanıblar.
Bu gün daha 7 güləşçimiz “Zaqreb Open” turnirində mübarizə aparıb.

Qadın güləşində 57 kq-da cəmi 2 iştirakçı yer aldığı üçün Jalə Əliyeva birbaşa finalda güləşib. Həmyerlimizin amerikalı Cakarra Vinçesterlə görüşü dramatik alınıb. İlk hissədən sonra 0:7 hesabıyla geridə olan Əliyeva əzmkarlıq nümayiş etdirərək fərqi 3 xala endirib. Jalə Əliyeva son anda 4 xallıq fəndi icra etsə də, hakimlər vaxtın bitdiyini əsas gətirərək həmin fəndi qeydə almayıb. Beləliklə, rəqibinə 4:7 hesabıyla məğlub olan J.Əliyeva gümüş medalla kifayətlənib.

Böyüklər arasında debüt edən Zəhra Kərimzadə (72 kq) dairəvi sistem üzrə baş tutan mübarizədə fransalı Paulin Lekarpenyeyə (0:3), xorvatiyalı Veronika Vilkə (2:6), amerikalı Skilar Grota (0:10) və macarıstanlı Noemi Naqiyə (1:10) uduzub.

Yunan-Roma güləşi üzrə 77 kq-da 3 təmsilçimiz xalçaya çıxıb. Ölkə çempionu Davud Məmmədov debütdə moldovalı Aleksandru Soloveyə 0:3 hesabıyla məğlub olub. Daha təcrübəli Xasay Həsənlli 1/8 finalda rusiyalı Sergey Stepanova minimal fərqlə yenilib – 6:7. Bu çəkidə millinin lideri sayılan Sənan Süleymanov serbiyalı Aleksa İliçə sonuncu xal prinsipinə əsasən (1:1), macarıstanlı Robert Frişə isə 7:1 hesabıyla qalib gəlib. Ancaq 1/4 finalda S.Stepanovla bacarmayıb – 0:4.

Sergey Stepanov finala yüksəldiyi üçün güləşçilərimiz təsəlliverici görüşə vəsiqə qazanıb. Xasay Həsənlli ilk təsəlliverici görüşdə finlandiyalı Conni Sarkkinenə tam üstünlüklə (14:5) qalib gəlib. Ancaq daha təcrübəli S.Süleymanov X.Həsənlini vaxtından əvvəl məğlub edib – 8:0. Sənan bürünc medal uğrunda rusiyalı Sergey Kutuzovla güləşib və 1:3 hesabıyla uduzub.

İslam Abbasov (87 kq) özbəkistanlı Jalqasbay Berdimuratovu 4:3 hesabıyla, macarıstanlı İştvan Takaçı isə sonuncu xal prinsipinə əsasən (3:3) mübarizədən kənarlaşdırıb. 1/4 finalda danimarkalı Turpal Ali Bisultanova 0:4 hesabıyla məğlub olan Abbasov qazaxıstanlı İslam Yevloyev təsəlliverici görüşdə iştirak etmədiyi üçün birbaşa bürünc medal uğrunda güləşmək hüququ qazanıb. İslam Yevloyev axşam seansında rusiyalı Milad Alirzayevlə mübarizə aparıb. Qarşılaşmanın əvvəllərində 0:5 hesabıyla geri düşən İ.Abbasov əzmkarlıq nümayiş etdirərək geridönüş edib və sonuncu xal prinsipinə əsasən (5:5) bürünc medala sahibi çıxıb.

Bu çəkidəki digər təmsilçimiz Rafiq Hüseynov ilk mərhələdə serbiyalı Aleksandr Komarova 3:5 hesabıyla məğlub olub.
8-02-2025, 22:49
Hakan Fidan iranlı həmkarı ilə danışıqlar apardı


Hakan Fidan iranlı həmkarı ilə danışıqlar apardı

Türkiyənin xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər ikitərəfli məsələləri müzakirə ediblər.
Onlar həmçinin Fələstindəki son vəziyyət barədə fikir mübadiləsi aparıblar.
8-02-2025, 22:38
Məmmədyarov ilk yarımfinalçı oldu


Məmmədyarov ilk yarımfinalçı oldu

Şahmat üzrə Azərbaycan çempionatının 1/4 final mərhələsinin ikinci oyunları keçirilib.
Kişilərin yarışında Şəhriyar Məmmədyarov yenidən qələbə qazanaraq ilk yarımfinalçı olub.
İlk partiyada heç-heçə edən Misrətdin İsgəndərov son ölkə çempionu Aydın Süleymanlıya qalib gələrək yarımfinala vəsiqə qazanıb. Vüqar Əsədli - Teymur Rəcəbov və Rauf Məmmədov - Əhməd Əhmədzadə görüşlərində iki partiyadan sonra bərabərlik qeydə alındığından qalib tay-brekdə məlum olacaq.
Qadınların yarışında bir yarımfinalçı rəsmiləşib. Avropa çempionu Ülviyyə Fətəliyeva hər iki görüşdə Zeynəb Məmmədyarovadan üstün olmaqla yarımfinala adlayıb. Gövhər Beydullayeva ilk partiyada uduzduğu Türkan Məmmədyarovadan məğlubiyyətin əvəzini çıxıb. Günay Məmmədzadə - Səbinə İbrahimova, Gülnar Məmmədova - Xanım Balacayeva görüşləri yenidən heç-heçə başa çatıb. Bu cütlərdə yarımfinala vəsiqənin sahibi tay-brekdə məlum olacaq.
8-02-2025, 22:20
İbrahim Kalın İranda nələrdən danışdı...


İbrahim Kalın İranda nələrdən danışdı...

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi İbrahim Kalın Tehranda səfərdədir.
O, İranın Milli Təhlükəsizlik Ali Şurasının rəhbəri Əli Əkbər Əhmədianla görüşüb.
Görüş zamanı ikitərəfli münasibətlər, regional vəziyyət, xüsusilə də Suriyadakı vəziyyət müzakirə edilib.
Hər iki tərəf vurğulayıb ki, Türkiyə və İran arasındakı münasibətlər sıxdır, əsas məsələlərdə isə onların mövqeləri üst-üstə düşür.
8-02-2025, 21:52
İsrail Hizbullaha zərbələr endirdi


İsrail Hizbullaha zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələri Livanın Bekaa
bölgəsində Hizbullah yaraqlılarına zərbələr endirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb İsrail və Livan arasında atəşkəs razılaşmalarının ciddi şəkildə pozulmasıdır.
8-02-2025, 21:35
Fransada təxribat: Atatürkün büstü OĞURLANDI


Fransada təxribat: Atatürkün büstü OĞURLANDI

Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti
Mustafa Kamal Atatürkün Fransadakı yeganə büstü Parisətrafı məhəllələrin birində naməlum şəxslər tərəfindən oğurlanıb.
Trabzon Mühacirlər Cəmiyyətinin təşəbbüsü ilə cəmi 3,5 ay əvvəl qoyulmuş büst Epinay-sur-Seine kommunasında naməlum şəxslər tərəfindən oğurlanıb.
Cəmiyyətin rəhbəri Bülent Cumhur bildirib ki, müşahidə kameraları cinayət əməlinin yeddi iştirakçısını qeydə alıb.
O deyib: “Bu çirkin cinayəti qətiyyətlə pisləyirik. Təxribatın arxasında konkret kimin olduğu məlum deyil. Bütün iştirakçılar cəmi 4 dəqiqə ərzində hadisə yerindən qaçıblar. Polis araşdırmalarını davam etdirir”.
B.Cumur oğurlanmış büstün yerinə tezliklə yenisinin qoyulacağına söz verib.
Bu arada, Türkiyənin Mersin şəhərinin Yenişehir rayon bələdiyyəsinin başçısı Abdulla Özyiğit yeni büstün Fransaya göndərilməsi üçün göstəriş verildiyini açıqlayıb.
8-02-2025, 20:59
Almaniyada 200 min nəfər etiraza qalxdı


Almaniyada 200 min nəfər etiraza qalxdı

Almaniyada ifrat sağçılara qarşı etirazlar ötən həftə olduğu kimi, bu həftəsonunda da davam etdirilib.
İfrat sağa və Almaniya üçün Alternativ Partiyası (AfD) ilə əməkdaşlığa qarşı ötən həftə Berlində 160 min nəfərin iştirakı ilə keçirilən mitinqdən sonra bu dəfə Münxendə 200 min nəfərin qatıldığı etiraz nümayişi təşkil olunub. Mitinqdə müxtəliflik, insan ləyaqəti, həmrəylik və demokratiyaya dəstək, radikal sağa etiraz xarakterli şüarlar səsləndirilib.
Bənzər mitinqlər Aşağı Saksoniya əyalətinin paytaxtı Hannoverdə də təşkil olunub.
Xatırladaq ki, CDU-nun ölkədə miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı təklifinin yanvarın 29-da Bundestaqda keçirilən səsvermədə AfD-nin dəstəyi ilə qəbul edilməsi ölkədə genişmiqyaslı etirazlara səbəb olmuşdu. Birliyin yanvarın 31-də parlamentdə səsə qoyulan qanun layihəsi isə AfD-nin və digər partiyaların dəstəyinə baxmayaraq, qəbul olunmasa da, ölkədə etirazlar davam etdirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!