İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
5-02-2025, 17:50
Xamənei üç mindən çox məhbusu sevindirdi


Xamənei üç mindən çox məhbusu sevindirdi

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei üç mindən çox məhkumun bir hissəsini əfv edib, qalanının isə cəzasını yüngülləşdirib.
Bu barədə məlumatı İRNA yayıb.
İnformasiyaya görə, İran məhkəmə sisteminin başçısı Qulamrza Möhsüni-Ejei inqilabın 46-cı illiyi münasibəti ilə 3 min 126 məhbusun cəzasının azalması və sərbəst buraxılmasına dair ali rəhbərə müraciət edib.
5-02-2025, 17:41
Gürcüstan parlamenti Saakaşvili ilə bağlı komissiya yaratdı


Gürcüstan parlamenti Saakaşvili ilə bağlı komissiya yaratdı

Gürcüstan parlamenti keçmiş prezident Mixail Saakaşvilinin hakimiyyəti dövründə törədilmiş cinayətləri araşdıran komissiyanın yaradılmasına səs verib.
Komissiyanın yaradılması ilə bağlı qərar layihəsini 83 deputat dəstəkləyib və heç kim onun əleyhinə çıxış etməyib.
Mixail Saakaşvilinin 2004-2007, 2008-2013-cü illərdə Gürcüstan prezidenti olub. O, hazırda həbsdədir.
5-02-2025, 17:38
Bu kanalların yayımı dayandırıldı


Bu kanalların yayımı dayandırıldı

Bu gün Audiovizual Şuranın son günlərdə “MTV” və “Dünya TV” kanallarında aşkarlanan pozuntu faktlarına həsr olunmuş videoformatda iclası keçirilib.
Bu barədə Audiovizual Şura məlumat yayıb.
Bildirilib ki, fevralın 3-ü saat 21:28-də “MTV” kanalının efirində yayımlanan “Doktor Seyfəddin Əsəd Klinikası”na aid reklam çarxında həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməyib, bununla da “Reklam haqqında” Qanunun 4.3-cü maddəsinin tələbləri pozulub. Həmçinin həmin reklam materialında “Dünyada miqren xəstəliyinin müalicəsi yalnız bizdədir” ifadəsindən istifadə olunub və “Reklam haqqında” Qanunun 6-cı maddəsinin tələbləri pozularaq haqsız reklama yol verilib.
Bundan əlavə, fevralın3-ü saat 19:40-da “Dünya TV” kanalının efirində yayımlanan “Sabirabad Klinikası”na aid reklam çarxında da həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməyib, bununla da “Reklam haqqında” Qanunun 4.3-cü maddəsinin tələbi pozulub.
Müzakirələrdən sonra Audiovizual Şura “Media haqqında” Qanunun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq hər iki televiziya kanalının proqramlarının 7 fevral saat 08:00-11:00 arası 3 saatlıq dayandırılması haqqında müvafiq qərarlar qəbul edib.
5-02-2025, 17:32
Metroda qatarın kamerasından su axdı - RƏSMİ


Metroda qatarın kamerasından su axdı - RƏSMİ

Bu gün "Bakı Metropoliteni" QSC-də qatarlardan birinin sərnişin salonunun tavan hissəsindən su axması qeydə alınıb.
Qatar saat 12:00-da “Nərimanov” elektrik deposunun qataryuma sahəsində plana uyğun olaraq su şırnağı ilə təmizlənib, texniki baxışdan keçirildikdən sonra xəttə buraxılıb.
Hadisə ilə bağlı daxil olan məlumat əsasında dərhal texniki araşdırmaya başlanılması barədə göstəriş verilib. Qısa müddət sonra axıntının dayanması müşahidə olunub.
İlkin araşdırmaya əsasən, yuma prosesi zamanı vaqonun ban hissəsindəki qovşaqlarda su qalığı formalaşıb və drenaj sistemi ilə tam xaric olunmayıb. Bununla belə, texniki araşdırmanın elektrik deposunda davam etdirilməsi qərara alınıb.
Qatarın hərəkət qrafiki pozulmadan və interval qorunmaqla xətdən çıxarıldığı, əvəzinə xəttə başqa bir qatarın buraxıldığı bildirilib.
5-02-2025, 17:24
İlham Əliyev naziri vəzifəsindən azad etdi: Yeni TƏYİNAT


İlham Əliyev naziri
vəzifəsindən azad etdi: Yeni TƏYİNAT


Muxtar Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Digər sərəncamla o, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
5-02-2025, 17:02
Müəllimlərin sertifikasiyası hələ də gecikir: suallara düzəlişlər edilir


Müəllimlərin sertifikasiyası hələ də gecikir: suallara düzəlişlər edilir

Sertifikasiya imtahanlarının vaxtı və hansı fənnlərdən keçiriləcəyi ilə bağlı məlumatların açıqlanmaması müəllimlər arasında narahatlığa səbəb olub.
Məsələ barədə qərarı Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası verir. Ancaq Şuranın iclası hələlik keçirilməyib.
Bir neçə gün əvvəl saytımıza daxil olan məlumata görə, 2025-ci ildə 7 fənnin - tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, informatika müəllimlərinin sertifikasiyası təşkil ediləcək. Ancaq fənlərlə bağlı yekun qərar hələlik verilməyib.
Mövzu ilə bağlı elm və təhsil eksperti Elçin Murad bildirib ki, sertifikasiya imtahanlarının vaxtının elan edilməməsi sualların hələ hazırlanmaması ilə əlaqədardır:
“Hər il sertifikasiya imtahanında suallar ya çox sadə, ya da çox çətin olaraq qruplaşdırılırdı. Bu da avtomatik narazılıqlara səbəb olurdu. Bu il artıq həmin məsələ üzrə iş aparılır. Sertifikasiya imtahanları və müəllimlərin işə qəbulu imtahanları arasında fərq olmalıdır. Ona görə də sertifikasiya imtahanlarının suallarında müəyyən düzəlişlər aparılır. Bu düzəlişlər də tam yekunlaşmadığı üçün hələlik vaxtlar barədə heçnə demirlər. Bu da müəllimlərin narahatlığına səbəb olur”.
Ekspert qeyd edib ki, müəllimlər narahat olmalı deyillər: “Müəllimlər istənilən halda və zamanda imtahana hazır olmalıdırlar. Müəllim ancaq pedaqoji fəaliyyətlə məşğuldur, bilgisinə və savadına arxayın olaraq imtahana girməlidir. Ona görə də imtahanın nə vaxt olması məsələsi düşünürəm ki, çox da narahatlıq doğurmamalıdır. Bununla belə Elm və Təhsil Nazirliyi buunla bağlı yekun qərarı ictimaiyyətə bildirməlidir. Çünki müəllimlər istər-istəməz mövzular barədə ölçülərini götürməlidirlər.
E.Murad sonda vurğulayıb ki, sertifikasiya imtahanı barədə çox müzakirələr aparılıb:
“Məsələ də bundan ibarətdir ki, nazirlik işə təyin etdiyi vakansiyaya güvənmirmi və ya bir müəllim sertifikasiya imtahanına tabe tutulursa necə olur ki, məktəbdə işləyə bilir. İkinci bir yanaşma isə bundan ibarətdir ki, müəllim sertifikasiya imtahanına girib aşağı nəticə toplasa, necə olacaq, yəni cəmiyyətin qınaq obyektinə çevriləcək. Ona görə hal-hazırda tam qərar verə bilmirlər əsas hansı fənlərə üstünlük verilsin ki, narazılığa səbəb olmasın. Bu da istər istəməz bütün bu proseslərin gecikməsinə səbəb olur. Düşünürəm ki, önümüzdəki həftələrdə, yəni bu ayın yekununa doğru hər biri barədə ictimaiyyətə məlumat veriləcək”.
5-02-2025, 16:28
Elektron reseptin tətbiqinə başlanılır


Elektron reseptin tətbiqinə başlanılır

Elektron Resept, kağız üzərində yazılan ənənəvi reseptlərdən fərqli olaraq, bir sıra mühüm üstünlüklərə malikdir.
Bu fikirləri Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.
Onun sözlərinə görə, elektron reseptlər itmir, zədələnmir və fiziki daşıyıcılarda yaranan mümkün problemlərdən qorunmuş olur:
“Pasiyentlərə təyin edilən bütün reseptlər sistemin yaddaşında saxlanılır ki, bu da tibbi məlumatların əlçatanlığını təmin edərək, xəstələrə daha dəqiq və effektiv müalicə təyin edilməsinə şərait yaradır. Elektron reseptlərin tətbiqi, həmçinin ölkəyə qanunsuz yolla gətirilən dərman vasitələrinin dövriyyəsinin qarşısını alaraq, bu sahədə şəffaflığın artırılmasına xidmət edir”.
S.Məhərrəmova bildirib ki, elektron resept sistemində yalnız dövlət qeydiyyatından keçən və qiymətlərin yuxarı həddi Tarif Şurası tərəfindən təsdiq edilən dərman preparatlarının təyin edilməsi mümkündür:
“Bu yanaşma pasiyentlərin keyfiyyətsiz və istifadə müddəti bitmiş dərman vasitələrinə məruz qalmasının qarşısını alır və onların təhlükəsiz müalicə almasını təmin edir. Elektron Resept tətbiqinin daha bir üstünlüyü pasiyentə yazılan dərman vasitələrinin qəbul vaxtlarının xatırladılmasıdır. Bunun üçün pasiyent mobil tətbiqə daxil olub ona yazılan dərman vasitələrinin vaxtlarını bir kliklə təqvimə əlavə edir. Dərman preparatlarının qəbul vaxtlarında təqvim üzərindən mobil cihaza bildiriş daxil olur”.
Bundan əlavə, mütəxəssis qeyd edib ki, elektron resept tətbiqi vasitəsilə dərman vasitələrinin molekulyar tərkibinin təyin edilməsi mümkündür:
“Bu isə pasiyentlərə qiymət baxımından daha uyğun alternativlər seçmək imkanı yaradır, onların müalicə prosesini həm iqtisadi, həm də tibbi cəhətdən daha əlverişli edir”.
5-02-2025, 16:19
Ağdərədə silah-sursat aşkarlandı


Ağdərədə silah-sursat aşkarlandı

Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar edilib.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Ağdərə rayonu ərazisində aşkar edilən 1 ədəd SVD silahı, 1 ədəd RPK-74M, 1 ədəd AK-74M, 1 ədəd əl qumbaraatanı, 2 ədəd gecə görmə cihazı və 1 ədəd avtomat silahı üçün səsboğucu müsadirə edilib.
Azad edilən ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
5-02-2025, 16:13
Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi təsdiqləndi


Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi təsdiqləndi

Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, 2024-cü il noyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Təşkilatları və Rəqəmsal Hökumət Bölməsi tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Töhfə Sazişi” təsdiq edilib.
Fərmanın 1-ci hissəsində göstərilən Töhfə Sazişi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Töhfə Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatına bildiriş göndərməlidir.
5-02-2025, 16:10
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı


İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı

Ukraynaya humanitar yardım göstəriləcək.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Energetika Nazirliyinə vəsait ayrılıb.
Qeyd olunub ki, Azərbaycan humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir.
Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına da bir neçə dəfə humanitar yardım göndərilib.
Azərbaycan Respublikası ilə Ukrayna arasında münasibətlər dostluq və tərəfdaşlıq zəminində müvafiq ikitərəfli sənədlər, o cümlədən 2000-ci il 16 mart tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə”, 2008-ci il 22 may tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2022-ci il 14 yanvar tarixli “Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsi” əsasında inkişaf edir.
Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 1,0 (bir) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!