İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
9-03-2025, 15:53
Fransadan Ukraynaya 195 milyon avroluq hərbi yardım


Fransadan Ukraynaya 195 milyon avroluq hərbi yardım

Fransa Ukraynaya Rusiya aktivlərinin dondurulmasından əldə olunan faizlərlə 195 milyon avroluq hərbi yardım tədarük edəcək.
Bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornu "La Tribune Dimanche" qəzetinə verdiyi müsahibədə bildirib.
Nazir deyib ki, yeni tranşa 155 mm-lik artilleriya mərmiləri və AASM tipli idarə olunan aviabombalarla yüklənmiş Mirage-2000 təyyarələri daxildir.
Lekornu hərbi texnikaların istehsal sürətini artırmağı planlaşdırdıqlarını da açıqlayıb. Belə ki, gələn ildən etibarən "Dassault Aviation" ayda 4-5 "Rafale" təyyarəsi təhvil verəcək, bu da ötənilki ilə müqayisədə iki dəfə çoxdur. AASM aviabombalarının istehsal həcmi iki dəfə artacaq.
9-03-2025, 15:52
Qərb Rusiya – Ukrayna müharibəsində hansı rolu oynayır?

Qərb Rusiya – Ukrayna müharibəsində hansı rolu oynayır?

Qərbin hərbi-siyasi dairələri tərəfindən Rusiya ilə müharibəyə cəlb edilən Ukrayna çətin və faciəvi günlərini yaşayır. ABŞ və Avropa İttifaqı arasında qarşıdurma yaşanır, Ukrayna isə taleyin ümidinə buraxılmış vəziyyətə salınıb. Hər gün Rusiya yeni-yeni ərazilərini tutur, şəhərlərini dağıdır, insanlar ölür. Hətta iş o yerə çatıb ki, ABŞ indiyə qədər Ukraynaya ayırdığı maliyyənin geri qaytarılmasını tələb edir. Bu gərginlik xüsusilə Münxen Təhlükəsizlik Konfransında daha qabarıq üzə çıxıb. Ukraynanın yaşadığı gərginlikdə şübhəsiz ki, əvvəlki ABŞ administrasiyasının, xüsusilə də prezident Cozef Bayden və dövlət katibi Antoni Blinkenin yarıtmaz siyasəti də az rol oynamadı. Bugünkü ABŞ-Avropa İttifaqı arasında gərginliyinə görə ultra liberal və liberalo-faşist ideologiyasını yürüdən Bayden-Blinken administrasiyası birbaşa məsuliyyət daşıyır. Bu iddianı da əksəriyyət indi birmənalı şəkildə qəbul edir. Ukraynada 3 ildən artıqdır davam edən müharibə beynəlxalq geosiyasi vəziyyətə ciddi təsir göstərib. Bir çox siyasi liderin və ekspertin də dediyi kimi, bu savaş artıq Rusiya-Ukrayna müharibəsi deyil, Moskvanın Qərb ölkələri, o cümlədən ABŞ-la demək olar ki, hərbi qarşıdurmasıdır. Qərbin əsas məqsədi Ukraynanın müstəqilliyini qorumaq, Rusiyanın işğalını dayandırmaq və Moskvanı zəiflətməkdir. Bununla belə, bu müdaxilə Rusiya-Qərb münasibətlərini daha da gərginləşdirib və yeni bir geosiyasi bloklaşmaya səbəb olub. Müharibənin gedişatı və sonu hələ qeyri-müəyyəndir, lakin Qərbin dəstəyi Ukraynanın müqavimətini gücləndirib və Rusiya üçün ciddi çətinliklər yaradıb.
Qərbin Ukrayna-Rusiya müharibəsində rolu əvəzolunmazdır. Iqtisadi, hərbi, diplomatik və humanitar yardımlarla Ukraynanı dəstəkləməklə yanaşı, Qərb həm də Rusiya üzərində təzyiqi artırmağa çalışır. Müharibə Qərb və Rusiya arasındakı münasibətləri tamamilə yenidən formalaşdırıb və dünya siyasətində yeni güc balansının yaranmasına səbəb olub. Müharibənin gələcəyi hələ naməlumdur, amma Qərbin dəstəyi Ukraynanın müqavimətini gücləndirməkdə mühüm rol oynayır .
Turan Dənyarlı,
“Azərbaycan” universitetinin “Politologiya” ixtisası üzrə ikinci kurs tələbəsi

9-03-2025, 15:44
Türkiyə-İran gərginliyinin pərdəarxası


Türkiyə-İran gərginliyinin pərdəarxası

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan "Əl-Cəzirə" kanalına müsahibəsində İranın regional siyasətini tənqid edib.
Fidan İranın bölgədə milislər vasitəsilə apardığı xarici siyasətin böyük risklər daşıdığını bildirib. Türkiyə XİN başçısı, həmçinin bir ölkənin başqa dövlətlərdəki silahlı qrupları dəstəkləyərək üstünlük qazanmağa çalışmasının əks təsir yaradacağını bildirib: "Əgər siz başqasına daş atırsınızsa, unutmayın ki, sizə də daş ata bilərlər."
İran xarici işlər nazirinin müavini Mahmud Heydəri Türkiyə Cümhuriyyətinin Tehrandakı səfiri Hicabi Kırlanğıç ilə görüşüb. Martın 3-ü axşam saatlarında keçirilən görüşdə Türkiyə xarici işlər nazirinin son bəyanatlarına istinad edən Heydəri vurğulayıb: “İki ölkənin ortaq maraqları və regional şərtlərin həssaslığı ikitərəfli münasibətlərdə fikir ayrılıqlarına və gərginliyə səbəb ola biləcək yanlış şərhlər və qeyri-real təhlillərin aparılmamasını tələb edir”.
İki ölkə arasında gərginliyi şərh edən Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun üzvü Ceyhun Məmmədov bildirib ki, Türkiyənin qaldırdığı məsələdə haqlıdır:
"Hakan Fidanın səsləndirdiyi bu məsələ özünü Suriyada, İraqda, hətta Yəməndə və digər ölkələrdə də göstərir. Hazırda Suriyada baş verən hadisələrdən narahat olan İran çalışır ki, yenidən öz mövqeyini bərpa etsin. Ona görə də burada yeni silahlı qruplaşmalar yaratmaq üçün müəyyən addımlar atır. Bu da təbii ki, Türkiyənin maraqlarına uyğun deyil. Yəni Türkiyənin belə bir mövqe sərgiləməsinin çox ciddi səbəb və əsasları var. Çünki İranın atdığı addımlar bölgədə müəyyən gərginliklər yaradır. Hətta Türkiyənin daxilində də müəyyən qruplaşmaların yaradılması, İraqda oxşar təşkilatlara dəstək verməsi, zaman-zaman Azərbaycanda da bu istiqamətdə addımların atılmasına cəhdlərin edilməsi ciddi məsələdir və narahatlığa səbəb olur".
C.Məmmədov söyləyib ki, Azərbaycan bu məsələyə fərdi yanaşmalıdır:
"Əslində Türkiyə İrana mesaj vermək istəyirdi ki, Suriyadakı proseslərə müdaxilə edib, yeni silahlı qruplaşmalar yaradaraq hazırki hakimiyyətin devrilməsinə cəhd etməsin. Türkiyə çalışır ki, regionda əlavə qarşıdurmalar olmasın. Türkiyə regionda əsas ölkələrdən biri kimi, bu məsələdə yenidən problem yaşamaq istəmir. Qardaş ölkənin narahatlığı başa düşüləndir. Türkiyənin bu açıqlaması ilə İran siyasətini dəyişən deyil. İran bu məsələni təhlükəsizliyini təmin etmək üçün məcburi atılan addımlar kimi qeyd edir. Müəyyən narahatlıqlar, fikir ayrılıqları həmişə olub və ola bilər. Bu, təbiidir. İranın bu cür əsaslandırmaları qəbuledilməzdir. Müəyyən fikir ayrılıqları, münasibətlərdə gərginliklər olacaq. Ümumi son dövrlərdə baş verən proseslərə baxanda Azərbaycan-İran münasibəltərinə ayrı-ayrılıqda yanaşmalıyıq. Bütün hallarda Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsindədir. İranın atdığı bu addımlar isə müəyyən təhdidləri və təhlükələri vəd edir".
9-03-2025, 15:38
Türkiyə və Azərbaycan arasında siyasi kommunikasiyanın tarixi və bu günü


Türkiyə və Azərbaycan arasında siyasi kommunikasiyanın tarixi və bu günü

Türkiyə və Azərbaycan arasında siyasi kommunikasiya strateji müttəfiqlik və “Bir millət, iki dövlət” prinsipinə əsaslanır. Nəzərə almaq lazımdır ki, bu prinsipin tarixi kökləri dildən dinə qədər hər şeyi əhatə edir. Bu əlaqələr tarixi, mədəni və dil birliyi fonunda formalaşaraq, diplomatik, hərbi, iqtisadi və mədəni sahələrdə güclü əməkdaşlığa çevrilib. İstər regionda, istərsə də beynəlxalq sferada bu münasibətlər təqdirəlayiq səviyyədə inkişaf edir. İlk diplomatik münasibətlərin qurulması 1991-ci ildə baş verib.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Türkiyə onu tanıyan ilk dövlət oldu. 1992-ci ildə iki ölkə arasında rəsmi diplomatik münasibətlər quruldu və səfirliklər açıldı. Strateji müttəfiqlik isə 2010-cu ildə baş tutdu. “Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Sazişi” imzalanan ilk müqavilə oldu. 2021-ci ildə imzalanan “Şuşa Bəyannaməsi” iki ölkə arasında müttəfiqlik münasibətlərini daha da möhkəmləndirdi. Bütün bunlar siyasi kommunikasiyanın uğurlarıdır. 2020-ci ildəki 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Azərbaycanın siyasi və informasiya dəstəyini təmin etdi.
Türkiyə və Azərbaycan arasında siyasi kommunikasiya mütəmadi görüşlər, strateji müqavilələr və regional əməkdaşlıq formatları vasitəsilə güclənməkdədir. Bu münasibətlər hər iki ölkənin milli maraqlarına və regional sabitliyə töhfə verir. Azərbaycan televiziyasında yayımlanan “Ertoğrul”, “Diriliş Osman” kimi tarixi motivli filmlər siyasi kommunikasiyanı daha da təkmilləşdirir. Belə filmlər daim maraq obyekti olmaqla bərabər, həm də qardaş xalqın tarixi zənginliklə dolu keçmişini öyrənməyə imkan yaradır. Film və televiziya sektorunun inkişafı qardaşlıq münasibətlərinə də müsbət mənada güclü təsir edir.

Fərid Hüseynov,
“Azərbaycan” Universitetinin 2-ci kurs tələbəsi
9-03-2025, 14:44
59 minə yaxın şagird imtahan verdi


59 minə yaxın şagird imtahan verdi

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
İmtahanda 58732 şagirdin iştirakı nəzərdə tutulurdu.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 255 imtahan binası, 4430 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 255 ümumi imtahan rəhbəri, 721 imtahan rəhbəri, 5523 nəzarətçi, 773 buraxılışı rejimi əməkdaşı (mühafizə), 255 bina nümayəndəsi ayrılıb.
İmtahanda 70 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Abituriyentlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.
Martın 10-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.
İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 1 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.
9-03-2025, 14:22
Gimnastlarımızdan Dünya Kubokunda qızıl medal


Gimnastlarımızdan Dünya Kubokunda qızıl medal

Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokunu 1 qızıl medalla başa vurublar.
Yarışın sonuncu günündə dayaqla tullanmada Murad Ağarzayev yeddinci, turnikdə İvan Tixonov isə səkkizinci yeri tutub.
Ötən gün halqalarla hərəkətlərdə Nikita Simonov qızıl mükafat əldə edib. Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci yerə layiq görülüb.
Qeyd edək ki, turnirdə 19 ölkədən gimnastlar çıxış edib.
9-03-2025, 13:53
Türkiyə zəif Aİ üçün imtina olunmaz tərəfdaşdır


Türkiyə zəif Aİ üçün imtina olunmaz tərəfdaşdır

Türkiyə zəifləyən Avropa İttifaqı (Aİ) üçün imtina olunmaz tərəfdaşa çevrilib.
Bu barədə Fransanın “Le Monde” nəşri yazıb.
Məqalədə Türkiyənin Rusiya ilə əməkdaşlıq edə bilən və Moskvanın Suriyadakı təsir imkanlarını məhdudlaşdırmağı bacaran aktor olması xüsusi qeyd edilib: “Bəşər Əsəd rejimi devrilməzdən əvvəl Moskva Ankaranın Suriyadakı təsir imkanlarına sərhədlər qoyurdu. Bu gün isə tamamilə əksi oldu”.
Bundan başqa, qeyd olunub ki, rəsmi Ankara Ukraynanın gələcəyinin müəyyənləşdirilməsində açar aktor olması ilə bağlı mövqe ortaya qoyub.
9-03-2025, 13:22
FHN metroda təlim keçirdi - VİDEO


FHN metroda təlim keçirdi - VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “İçəri şəhər” və “Sahil” stansiyalarında taktiki-xüsusi təlim keçirilib.
FHN-dən verilən xəbərə görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.
Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.
Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun əsasən “İçəri şəhər” və “Sahil” stansiyaları arası 1-ci yol mənzilində “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə halların qarşısının alınması, bu zaman xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə vaxtı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 11 ədəd texnikası və 76 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.


9-03-2025, 13:13
İsrail ordusundan Rəfah sakinlərinə çağırış


İsrail ordusundan Rəfah sakinlərinə çağırış

İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinin Tel-Sultan bölgəsinin sakinlərini şimala getməyə çağırıb.
Bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü Aviçai Edri bildirib.
Qeyd olunub ki, İsrail ordusu bölgədə antiterror əməliyyatına başlayıb.
Vurğulanıb ki, evakuasiya yalnız xüsusi ayrılmış marşrutlar üzrə mümkündür və avtomobillə hərəkət qadağandır. Bundan başqa, İsrail ordusunun mətbuat xidməti Qəzza zolağının şimalındakı Beyt Hanun bölgəsində quru əməliyyatına başlandığını elan edib.
Əməliyyat çərçivəsində İsrail qırıcıları HƏMAS-ın bir neçə hədəfinə zərbə endirib.
Xatırladaq ki, Qəzza zolağında quru əməliyyatı martın 19-da kütləvi hava zərbələrindən sonra bərpa olunub. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, HƏMAS vasitəçilərin təkliflərini qəbul etməkdən imtina etdiyi üçün döyüşlər davam edir. İsrail tərəfi vurğulayır ki, əməliyyatın məqsədi girovların azad edilməsidir.
9-03-2025, 00:56
Filial müdiri piyadanı vurub öldürdü - RƏSMİ


Filial müdiri piyadanı vurub öldürdü - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Zaqatala filial müdiri Turan Əsədovun qəza törədərək piyadanı vurub öldürdüyünü təsdiqləyib.
Fondun mətbuat katibi Rəşad Mehdili açıqlamasında bildirib:
"Bu gün Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədov xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonu Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan Natiq Həsənovu vuraraq qəza törətmişdir.
Hadisədən dərhal sonra Turan Əsədov onu avtomobilinə qoyaraq Zaqatala rayon Diaqnostika mərkəzinə çatdırıb.
Lakin təəssüf hissi ilə bildiririk ki, həkimlərin bütün səylərinə baxmayaraq, həmin şəxs vəfat etmişdir.
Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı veririk.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır və əlavə məlumat veriləcəkdir".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!