Dağlar qızı Reyhan .....                        Əmlakın müsadirəsi ilə bağlı mühüm qərar .....                        Ağacları kəsən şəxs "Azəravtoyol"un məmuru imiş - RƏSMİ .....                        Xocalıda qumbara partladı - Xəsarət alan var .....                        Türk liderlərinin Azərbaycan toplantısı - Tarix məlum oldu .....                        Çilidə dağıdıcı zəlzələ - Sunami təhlükəsi elan edildi .....                        İmtahan cavabları ELAN OLUNDU .....                        İnterpolun axtardığı İŞİD üzvü Gürcüstanda saxlanıldı .....                        Türkiyədə yenidən zəlzələ oldu .....                       
Dünən, 16:23
Bu şəxslər 2425 manat maaş alacaq - Prezidentdən FƏRMAN


Bu şəxslər 2425 manat maaş alacaq - Prezidentdən FƏRMAN

Milli Məclis sədrinin müşaviri, Milli Məclis sədrinin köməkçisi, Baş nazirin köməkçisi, Baş nazirin müşaviri 2425 manat maaş alacaq.
Bu, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”na edilən dəyişiklikdə əksini tapıb.
Bu Fərmanla dövlət qulluqçuları üçün müəyyən edilən vəzifə maaşları mövcud vəzifə maaşlarından az olduğu hallarda, dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularına həmin orqanlarda və həmin vəzifələrdə işlədikləri dövr ərzində, əvvəlki və sonrakı vəzifə maaşlarının və qanunvericiliklə vəzifə maaşlarına faizlə müəyyən edilən əlavələrin fərqi vəzifə maaşlarının növbəti artımınadək ödənilsin
Dünən, 16:08
Britaniya və Fransa Fələstini tanımağa hazırlaşır


Britaniya və Fransa Fələstini tanımağa hazırlaşır

Britaniya Fransa ilə Fələstin dövlətinin tanınması planlarını müzakirə edir.
Bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, bu addım BMT-nin himayəsi altında iyunun 2-4-də təşkil olunan “iki xalq üçün iki dövlət” planının həyata keçirilməsi üzrə beynəlxalq konfransla eyni vaxta düşə bilər.
Britaniya və Fransa Fələstini 2025-ci il yayın əvvəlində tanıya bilər.
Çərşənbə günü Britaniya parlamentinin komitəsində danışan xarici işlər naziri Devid Lammi ilk dəfə olaraq London və Parisin Səudiyyə Ərəbistanının birgə sponsorluğu ilə keçiriləcək konfransla əlaqədar Fələstinin tanınması məsələsini müzakirə etdiyini təsdiqləyib. Eyni zamanda, o, daha əvvəl vurğulamışdı ki, Fələstin dövlətçiliyinin tanınması üçün zəruri şərt Qəzza zolağında radikal HƏMAS hərəkatının nümayəndələrinin hakimiyyətdən tamamilə uzaqlaşdırılması və hərəkat liderlərinin muxtariyyəti tərk etməsi olacaq.
Məqalədə qeyd edildiyi kimi, Fələstinin BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü tərəfindən tanınması Fələstin-İsrail nizamlanması sahəsində səylərə yeni təkan verə bilər, lakin buna gedən yolda bir çox diplomatik maneələr var. Əsas olanlardan biri İsrailin müqaviməti olacaq, onun rəhbərliyi Fələstinin tanınmasının HƏMAS və İranın mövqelərini gücləndirəcəyinə inanır. Üstəlik, Lamminin çıxışında vurğuladığı kimi, London Fələstinin Böyük Britaniya və Fransa tərəfindən tanınmasının sırf simvolik bir jest olmasını istəmir. Onun fikrincə, belə bir addım o vaxt atılmalıdır ki, maksimum effekt verə, regionda vəziyyəti müsbətə doğru dəyişə bilər.
Aprelin 9-da Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris iyunda Fələstin dövlətçiliyini tanıya bilər. 2024-cü ildə Yaxın Şərqdə vəziyyət pisləşdikcə İrlandiya, İspaniya və Norveç hakimiyyətləri Fələstin Dövlətini tanıdıqlarını elan etdilər. İsrail buna cavab olaraq Dublin, Madrid və Oslodan səfirlərinin məsləhətləşmələr üçün geri çağırıldığını elan edib. Eyni zamanda İrlandiya, İspaniya və Norveç diplomatik nümayəndəliklərinin rəhbərləri yəhudi dövlətinin Xarici İşlər Nazirliyinə çağırılıb.
Dünən, 15:57
Balasanyan Putinə yalvardı


Balasanyan Putinə yalvardı

Özünü qondarma “artsaxın qəhrəmanı” adlandıran Xocalı qatili Vitali Balasanyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət edib.
V.Balasanyan V.Putinə müraciətində alman faşizmi üzərində qazanılan qələbəyə erməni xalqının da töhfə verdiyini qeyd edib. O, Qarabağdan olan ermənilərin II Dünya müharibəsindəki iştirakından bəhs edib.
Vitali Balasanyan Putinə yalvararaq, ondan 2020-2023-cü illərdə Qarabağı tərk etmiş ermənilərin geri qaytarılmasına yardım göstərməyi xahiş edib.
Vitali Balasanyan Xocalı qətliamını törədənlərdən biridir. O, Xocalıdakı döyüşlər zamanı əsir alınan Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovu şəxsən işgəncə verməklə qətlə yetirib.
Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında Qarabağda separatçılara qarşı antiterror əməliyyatları keçirəndə, Balasanyan Əsgəranda gizlənmişdi. 2023-cü il sentyabrın 28-də o, Qarabağı tərk edərək gizli yollarla Ermənistana qaçıb.
Ermənistan mətbuatı onun dağ yolları ilə qaçmağa müvəffəq olduğu barədə məlumat yayıb. İddiaya görə, Balasanyan gizli dağ yolları ilə piyada getdiyinə görə, Ermənistana yalnız oktyabrın ilk ongünlüyündə çata bilib.
Dünən, 15:45
"Şahdəniz"dən 7 milyard kubmetr qaz çıxarılıb


"Şahdəniz"dən 7 milyard kubmetr qaz çıxarılıb

2025-ci ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 726 milyon dollar əməliyyat xərcləri və təxminən 213 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Hasilat

Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.
İlin ilk üç ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və təxminən 1 milyon ton (təqribən 8 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 76,4 milyon (ildə təqribən 27,9 milyard) standart kubmetrdir.

Şahdəniz 2 layihəsi

2025-cü ilin birinci rübündə Şahdəniz 2 layihəsi çərçivəsində qərb-cənub cinahından beşinci quyu işə salınmışdır və qalan quyularda sualtı işlər üzrə fəaliyyətlər davam etmişdir.
Xankəndi sualtı tikinti gəmisi hazırda istismarda olan bütün Şahdəniz 2 və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verməyə davam etmişdir. Regionda tətbiq edilən vahid gəmi strategiyasına uyğun olaraq Xankəndi gəmisi dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri və fövqəladə hallara cavab tədbirləri üçün əsas gəmi kimi istifadə olunur ki, bu da bp və tərəfdaşlarının əməliyyatlarının daha təhlükəsiz və daha səmərəli olmasına xidmət edir.
Şahdəniz 2 layihəsi çərçivəsində görülən işlər Xənkəndi gəmisinin əsas iş həcmi olmaqda davam edir. Burada əsas diqqət layihə üzrə qalan quyuların təhvil verilməsinə yönəlib. Gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafik hazırlanmışdır.

Qazma əməliyyatları

Birinci rüb ərzində Şahdəniz Alfa platformasının qazma qurğusu yenidən aktivləşdirilmə rejimində olub.
İstiqlal və Heydər Əliyev qazma qurğuları Şahdəniz 2 layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib.
Rüb ərzində İstiqlal qazma qurğusu qərb-cənub cinahında iki quyuda - SDF02 və SDF04 - işlər həyata keçirib. Heydər Əliyev qazma qurğusu isə qərb cinahında SDD05 quyusunda qazma işlərini bitirib və şərq-şimal cinahında SDH04 quyusunun qazma işlərinə başlayıb.
Ümumilikdə Şahdəniz 2 çərçivəsində 22 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında beş quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.
Dünən, 15:16
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən şəxslər hakim qarşısında


Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən şəxslər hakim qarşısında

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sabiq sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin sabiq üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Gündüz Mirzəyev daha əvvəl Səbail Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin, onun hökmü 3 il sınaq müddəti seçilməklə şərti hesab edilib.
Digər təqsirləndirilən Zaur Əsgərov isə təhsilsizdir və o, oxuyub yaza bilmir.
Vəkil Nemət Kərimli məhkəməyə iki vəsatət verib. O, müvəkkilinin şüşə arxasında deyil, yanında oturmasını və haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənilməsini xahiş edib.
Digər vəkil Əsgəran Muradov vəsatət verərək müvəkkilinin haqqında seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.
Dövlət ittihamçısı Rauf Malışov vəsatətlərin təmin edilməməsini təklif edib.
Qətimkan tədbiri ilə bağlı vəsatətlər təmin edilməyib.
Təqsirləndirilən şəxslərin müdafiəçilərinin yanında oturması ilə bağlı vəsatətlər təmin edilib.
Məhkəmənin baxış iclası mayın 15-nə təyin edilib.
Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. İstinaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!