Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
9-05-2025, 17:08
15 yaşlı yeniyetmə Tərtər çayında boğuldu


15 yaşlı yeniyetmə Tərtər çayında boğuldu

Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.
Hadisə şahidlərinin verdiyi məlumata görə, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.
Hələ ki onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.
İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayının sahilinə yaxın şadlıq saraylarından birində toyda olub.
9-05-2025, 17:01
Bakıda məşhur restoran sökülür


Bakıda məşhur restoran sökülür

Bakı şəhərində, Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən "Şəki" restoranı sökülür.
Restoranın sökülməsinin səbəbi sözügedən küçələrin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir.
Tikinti işləri ilə əlaqədar ətraf ərazilərdə yerləşən obyektlər plana düşüb.
Xatırladaq ki, avtomobil tunelinin inşası ilə əlaqədar tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Həsən Əliyev küçəsi - metronun ''Koroğlu'' stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində aparılır.
9-05-2025, 16:58
Azərbaycanda distant təhsil tanınacaq


Azərbaycanda distant təhsil tanınacaq

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) distant təhsil xidmətlərinin təşkili ilə yeni dövlət standartı qəbul edib.
Bu standart distant təhsil xidmətlərinin layihələndirilməsi, göstərilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini əhatə edir və bu sahədə beynəlxalq normalara uyğunluğun təmin olunmasına xidmət edir.
Yeni standartın tətbiqində əsas məqsəd müasir texnologiyaların imkanlarından istifadə etməklə təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eyni zamanda vətəndaşlara yerindən asılı olmayaraq keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır.
Ekspertlər deyir ki, bu standartın qəbul olunması hazırda xarici ali məktəblərdən distant formada alınan diplomların avtomatik tanınacağı anlamına gəlmir. Bununla belə, Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələri bu standart əsasında distant təhsil xidmətlərini qurmaqla beynəlxalq tələblərə uyğun fəaliyyət göstərə biləcəklər.
Standart xüsusilə əyani təhsilə davam edə bilməyən – rayonda yaşayan, xəstəliyi olan, iş həyatı ilə təhsili uzlaşdırmağa çalışan şəxslər üçün daha əlverişli təhsil imkanları yaradılmasına töhfə verəcək.
Qeyd edək ki, yeni standartın qəbul edilməsi distant təhsil formasının yaradılacağı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Elm və təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, Azərbaycanda 2009-cu ildə qəbul edilmiş Təhsil haqqında Qanunda təhsil alma formalarından biri kimi distant təhsil nəzərdə tutulub:
“Amma heç bir hüquqi bazası, eyni zamanda təhsilanları təhsili necə almalarını yoxlayan, qiymətləndirən mexanizm olmadığına görə, bu formada təhsil hələki Azərbaycanda tanınmır. Hazırda Standartlaşdırma Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən tətbiq edilən qaydalar, o demək deyil ki, ölkəmizdə distant təhsil tanınır”.

Azərbaycanda distant təhsil tanınacaq

Ekspert bildirib ki, pandemiya dövründə dərslərimiz onlayn formada keçirildi, çünki başqa alternativ təhsil alma forması mümkün deyildi:
“Amma hazırda təsdiqlənən qaydalar distant təhsilin ölkəmizdə tanınması demək deyil. Onlar sadəcə olaraq distant təhsilin standartlarını müəyyən edir. Bu gələcəkdə distant təhsilin Azərbaycanda tanınmasına imkan verəcək ilkin hüquqi bazadır. Distant təhsilin ölkəmizdə tanınması üçün əvvəlcə ali təhsil haqqında qanun qəbul olunmalıdır. Ardınca Nazirlər Kabineti tərəfindən distant təhsilin təşkili qaydaları, qiymətləndirilməsi hazırlanmalıdır”.
“Çox təəssüflər olsun ki, insanlar artıq distant diplomların tanınacağını düşünür, bu belə deyil. Sadəcə olaraq distant təhsilin standartları təsdiqlənib. Necə ki, Azərbaycanda hazırda əyani və qiyabi təhsilin standartları varsa, distant təhsilin də standartları olacaq.Biz distant təhsili tətbiq etməliyik, çünki dünyanın bütün nöqtələrində müasir təhsil alma forması kimi tətbiq edilir. İnsanlar məkan dəyişmədən, böyük vəsaitlər sərf etmədən təhsil ala bilirlər. Bu gün distant təhsil alma formalarının önündə gəlir. Azərbaycanda da bu birmənalı şəkildə olmalıdır. Standartlar imkan verəcək ki, ali təhsil haqqında qanun qəbul olunduqdan sonra distant təhsil də ölkəmizdə tanınsın”-K.Əsədov qeyd edib.
9-05-2025, 16:42
Lerikdə 62 yaşlı turist dərəyə yıxıldı - FHN əməkdaşları köməyə gəldi


Lerikdə 62 yaşlı turist dərəyə yıxıldı - FHN əməkdaşları köməyə gəldi

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Lerik rayonunun Sivəkəran kəndi ərazisində bir nəfərin dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, meşəlik ərazidə gəzintidə olan şəxs piyadalar üçün nəzərdə tutulmuş körpüdən dərəyə yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər bədən xəsarətləri alan 1963-cü il təvəllüdlü E.Abbasovanı dərədən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
9-05-2025, 16:28
Putin və Tramp bir-birlərini təbrik etdilər


Putin və Tramp bir-birlərini təbrik etdilər

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp köməkçiləri vasitəsilə bir-birini nasizm üzərindəki qələbənin 80 illiyi münasibətilə təbrik ediblər.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Bunlar isti sözlər, ümumi böyük bayram münasibətilə qarşılıqlı təbriklər idi",- deyə Uşakov Birinci Kanala müsahibəsində təbriklər barədə söyləyib.
9-05-2025, 16:24
Bu dərmanları pulsuz alacağıq


Bu dərmanları pulsuz alacağıq[/size]

Azərbaycanda bir sıra dərman vasitələrinin icbari tibbi sığortaya daxil edilməsi gözlənilir.
Bu barədə İcbari Tibbi Sığorta Agentliyindən məlumat verilib.
Qurumdan bildirilib ki, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada icbari tibbi sığorta ilə qarşılanması nəzərdə tutulub. Lakin 2025-ci ilin ikinci yarısından ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi planlaşdırılır.
Bununla yanaşı, ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı Xidmətlər Zərfinin genişləndirilməsi, yeni tibbi xidmətlərin əlavə edilməsi, mövcud xidmətlərin çeşidinin artırılması nəzərdə tutulub.
9-05-2025, 16:23
Yeni Roma Papası bu tarixdən işə başlayacaq


Yeni Roma Papası bu tarixdən işə başlayacaq

Mayın 18-də Müqəddəs Pyotr meydanında yeni Roma Papası XIV Leo özünün pontifikatının (taxt-tac) başlamasına həsr olunmuş toplantı keçirəcək.
Bu barədə Vatikanın yaydığı məlumatda bildirilib.
Mayın 10-da Papa kardinallarla görüşəcək, bazar günü, 11-də isə Bazilikanın Mərkəzi Loggiyasından dua oxuyacaq.
Diplomatik korpus (missiya rəhbərləri) ilə görüş mayın 16-da planlaşdırılır və mayın 20-də, çərşənbə axşamı Papa Leo divarların xaricində Müqəddəs Pavelin papalıq bazilikasına sahib olacaq.
Xatırladaq ki, əslən Amerikadan olan kardinal Robert Francis Prevost dünən keçirlən seçkilərdə yeni Papa seçilib. Ona XIV Leo adı verilib.
9-05-2025, 16:15
PKK qurultay keçirdi - Tarixi qərar verildi


PKK qurultay keçirdi - Tarixi qərar verildi

PKK terror təşkilatı 5-7 may tarixlərində qurultay keçirib.
Bu barədə PKK-ya yaxın olduğu bildirilən "Fırat" informasiya agentliyi məlumat yayıb.
Abdullah Öcalanın çağırışı əsasında "tarixi əhəmiyyətə malik qərarlar" qəbul edildiyi bildirilib.
Qərarların detallı məlumat və sənədlərlə birlikdə yaxın vaxtlarda ictimaiyyətlə açıqlanacağı qeyd olunub.
Qurultayın “bütün fəaliyyət sahələrini təmsil edən nümayəndələrlə iki fərqli məkanda paralel şəkildə keçirildiyi” vurğulanıb.
DEM Partiyasının sözçüsü Ayşegül Doğan bildirib ki, tarixi qərar gözlənilir.
9-05-2025, 16:09
Azərbaycanda 49 jurnalist əməliyyat olunub


Azərbaycanda 49 jurnalist əməliyyat olunub

Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında humanitar aksiya keçirilib.
Klinikanın oftalmologiya şöbəsində jurnalistlər ödənişsiz əməliyyat olunublar.
Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya Şöbəsi və "Modern Media Group"un təşkilatçılığı ilə həyata keçirilən layihədə bu günə qədər 49 jurnalist ödənişsiz göz əməliyyatı olunub.
Layihə çərçivəsində 145 jurnalist müayinə olunub. Dörd jurnalist isə gözün buynuzlu qişasının təkrar xəritəçəkilməsindən 6 ay sonra əməliyyata götürüləcək.
Bütün müayinə və əməliyyatlar ödənişsiz həyata keçirilib.
Klinikanın oftalmologiya şöbəsindən o da bildirilib ki, növbəti mərhələdə uşaq evləri və qocalar evləri ilə əlaqə yaradılacaq. Ehtiyacı olanlar üçün gözdən müayinə və əməliyyatlar ediləcək.
Qeyd edək ki, əməliyyat tanınmış oftalmoloq Qurban İsmayılov tərəfindən həyata keçirilib.
9-05-2025, 16:03
ABŞ-ın Moskvadakı səfiri parada qatılmadı


ABŞ-ın Moskvadakı səfiri parada qatılmadı

ABŞ-ın Moskvadakı səfiri Lin Treysi mayın 9-da Qırmızı meydanda keçirilən Qələbə paradına qatılmayıb.
Amerika diplomatik missiyasının rəhbəri tribunadakı qonaqlar arasında olmayıb.
Bundan əvvəl prezidentin köməkçisi Yuri Uşakov ABŞ səfirinin təntənəli tədbirdə iştirak etmək üçün rəsmi dəvət aldığını təsdiqləyib.
Linn Treysinin olmamasına baxmayaraq, parada ABŞ-dan bir neçə veteran qatılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!