Mirzoyanın arvadına vəzifə verildi .....                        Prezidentdən Qurban bayramı ilə bağlı paylaşım .....                        İlon Mask "bombanı partlatdı" .....                        Bakı metrosunda yubanma - Səbəb AÇIQLANDI .....                        "Bəli, mən Ukraynanın yanındayam!" - Tramp .....                        Xankəndidəki paradla bağlı yeni faktlar .....                        Azərbaycan bu Şuraya üzv seçildi .....                        Mnatsakanyana Aprel döyüşlərində hansı tapşırıqlar verilib? .....                        Ağdamda müəllim bıçaqlandı .....                       
2-06-2025, 13:24
1 saat maşın saxlamaq 5 manat oldu - İçərişəhərdə YENİLİK


1 saat maşın saxlamaq 5 manat oldu - İçərişəhərdə YENİLİK

İçərişəhərin nadir tarixi simasını qorumaq, burada
yaşayan sakinlər və ziyarətçilər üçün daha sakit, təhlükəsiz və piyadayönümlü bir mühit yaratmaq məqsədilə nəqliyyatın hərəkətinə dair bəzi yeniliklərin tətbiqinə başlanılıb.
Bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, yeni tənzimləməyə əsasən Qoruq ərazisində rahat hərəkətin təmin edilməsi məqsədilə nəqliyyat vasitələrinin eyni anda olma sayı 300 avtomobil ilə məhdudlaşdırılıb.
Ərazidə maşın sayı müəyyənləşdirilmiş limiti keçmədiyi halda qeyri-rezindentlərin girişi aşağı tariflərə uyğun olaraq həyata keçirilir: ilk 15 dəqiqə üçün 3 AZN, bu müddətdən sonra növbəti hər saat üçün 5 AZN. Ödənişlər yalnız nağdsız qaydada (azparking, post terminal və s.) mümkündür.
Bu addımlar İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısındakı statusuna uyğun olaraq tarixi və memarlıq irsini qorumağa, eyni zamanda müasir şəhər idarəçiliyinə uyğun piyada yönümlü məkan yaratmağa xidmət edir.
Zərurət olmadıqda şəxsi nəqliyyat vasitələri ilə Qoruq ərazisinə daxil olunmaması xahiş olunur. Anlayış və dəstəyiniz üçün təşəkkür edirik.
2-06-2025, 12:56
Qarabağ Universiteti üçün tarixi bina ayrılıb


Qarabağ Universiteti üçün tarixi bina ayrılıb

“Şuşada yerləşən ən böyük tarixi abidə məhz təhsil məqsədi üçün ayrılıb”.
Bunu iyunun 2-də Qarabağ Universitetində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Biz bunun üçün ölkə rəhbərliyinə təşəkkür edirik”, – deyə nazir vurğulayıb.
O qeyd edib ki, 2026-cı ilin sentyabr ayından Qarabağ Universitetinin İncəsənət fakültəsi fəaliyyətinə məhz həmin tarixi binada – Şuşa Realnı Məktəbinin yerləşdiyi ərazidə davam edəcək.
Bu addım həm təhsilin inkişafı, həm də Şuşanın mədəni irsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.
2-06-2025, 12:52
Prezident Pakistan nazirini qəbul edib


Prezident Pakistan nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Pakistan İslam Respublikasının neft naziri Əli Pervaiz Maliki qəbul edib.
Söhbət zamanı bir neçə gün əvvəl Laçında Azərbaycan, Türkiyə Prezidentlərinin və Pakistanın Baş nazirinin üçtərəfli görüşü xatırlandı, bu tədbirin ölkələrimiz arasında qardaşlığın və həmrəyliyin nümayişi olduğu bildirildi.
Azərbaycanla Pakistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığımızın enerji sahəsini də əhatə etdiyi vurğulandı.
“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin önəminə toxunularaq, enerji sahəsində qlobal səviyyədə əməkdaşlığın genişləndirilməsi baxımından bu mühüm tədbirlərin rolu qeyd edildi.
Görüşdə ölkələrimiz arasında enerji, həmçinin bərpaolunan enerji sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərə dair müzakirələr aparıldı.
Qonaq Azərbaycan şirkətlərini Pakistanın enerji sektorunun imkanları ilə tanış olmağa dəvət etdi.
2-06-2025, 12:36
Vasif Talıbovun oğlu vəzifədən uzaqlaşdırıldı - Yerinə o təyin edildi


Vasif Talıbovun oğlu vəzifədən uzaqlaşdırıldı - Yerinə o təyin edildi


Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı keçirilib.
Hesabat dinlənildikdən sonra İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.
Mahir Məmmədov, Faiq Həsənov, Sərxan Həşimov, Aynur Sofiyeva, Elnur Əliyev, Bəxtiyar Məmmədov və Yaqub Hüseynov İcraiyyə Komitəsində yer alacaqlar.
Həmçinin, Mahir Məmmədov səsvermə nəticəsində daha dörd il müddətinə federasiyaya rəhbərlik edəcək.
Faiq Həsənov I vitse-prezident, iş adamı Yaqub Hüseynov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Bəxtiyar Məmmədov vitse-prezident seçiliblər. Qeyd edək ki, sonuncu vəzifəni Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov tuturdu.
2-06-2025, 12:22
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Güclü şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 17-21° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-20°, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
2-06-2025, 12:16
İran Azərbaycana yeni səfir təyin edib


İran Azərbaycana yeni səfir təyin edib

İran İslam Respublikası Azərbaycana yeni səfir təyin edib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bugünkü mətbuat konfransında bildirib.
“İranın Azərbaycandakı yeni səfiri müəyyənləşib və təqdim olunub. O, Avrasiya üzrə ixtisaslaşmış çox təcrübəli və tanınmış diplomatdır”, - İran XİN rəsmisi qeyd edib.
İsmayıl Bəqai yeni səfirin adını açıqlamayıb.
Qeyd edək ki, İranın Azərbaycandakı sonuncu səfiri Seyid Abbas Musəvi olub. O, 2020-2024-cü illərdə bu postu tutub və səlahiyyət müddətini başa vurandan sonra ölkəsinə geri dönüb.
2-06-2025, 12:09
İlham Əliyev Alparslan Bayraktarı qəbul etdi


İlham Əliyev Alparslan Bayraktarı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.
Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “Bakı Enerji Həftəsi” ilə bağlı göndərdiyi məktuba görə təşəkkürünü bildirdi.
Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən Alparslan Bayraktar bir neçə gün əvvəl Laçında keçirilmiş tədbirlərdə iştirakını məmnunluqla xatırladı və həmin tədbirlərin yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırdı.
Görüşdə “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin bu sahədə beynəlxalq əməkdaşlığın qurulması, əlaqələrin genişləndirilməsi və yeni yanaşmaların tətbiqi baxımından rolu vurğulandı.
Azərbaycan və Türkiyə prezidentlərinin rəhbərliyi və liderliyi ilə ölkələrimizin bir çox qlobal layihələr həyata keçirdikləri, həmçinin Türkiyə Petrolları (TPAO), BOTAŞ-la SOCAR arasında uğurlu əməkdaşlığın qurulması məmnunluqla qeyd edildi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədə böyük sərmayədar olduğu vurğulandı.
Söhbət zamanı ölkəmizdə enerji, o cümlədən bərpaolunan enerji sahəsində mühüm layihələrin icra olunduğu qeyd edildi, Azərbaycan və Türkiyənin bu istiqamətdə əməkdaşlığının bundan sonra daha da genişlənəcəyinə ümidvarlıq bildirdi. Enerji sahəsində əməkdaşlığımızın geniş gündəliyə malik olduğu vurğulandı və bu xüsusda gələcək layihələrlə bağlı fikir mübadiləsi aparıldı.
2-06-2025, 11:56
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür - RƏSMİ


Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür - RƏSMİ

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında aparılan genişmiqyaslı tikinti və bərpa işləri çərçivəsində ərazilərdə işğal dövründə inşa edilmiş qanunsuz tikililərin söküntüsü aparılır.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda deyib.Onun sözlərinə görə, 30 ildən artıq işğal altında olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ermənilər tərəfindən xeyli sayda özbaşına tikinti işləri aparılıb. Pərakəndə tikintilər şəhər və rayonların memarlıq üslubuna xeyli zərər gətirib.
Azərbaycanın memarlıq üslubuna aid olmayan bu tikililərin əksəriyyəti tikinti qaydalarına və normalarına görə çox keyfiyyətsiz inşa edilib. Bu səbəbdən də həmin tikililər sökülür.
E.Yusubov onu da bildirib ki, hazırda Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin böyük şəhərciyi salınır. Buna görə universitet ətrafında da böyük ərazidə söküntü işləri həyata keçirilir. Ərazidə tikinti normalarına cavab berən tikililər isə saxlanılır.
Prezidentin xüsusi nümayəndəsi çıxışında keçmiş məcburi köçkünlərlə bağlı görülən işlərə də toxunub. Onun sözlərinə görə, Xocalı rayonunun Ballıca kəndində 200 ev bərpa olunub. Hazırda həmin kənddə bərpa işləri davam edir. Ağdərə rayonunun Talış, Suqovuşan və Həsənriz kəndlərində yenidənqurma işləri və həmin kəndlərə köç prosesi aparılıb. Bundan başqa Ağdərə rayonunun bir çox yaşayış məntəqələrində tikinti bərpa işləri həyata keçirilir. Şəhər, kənd və qəsəbələrə köç edən əhalinin məşğulluq məsələləri xüsusi diqqətdə saxlanılır. Bura özəl sektor tərəfindən 45 milyon manata yaxın investisiya qoyulub. Nəticədə burda xeyli iş yerləri yaradılıb.
E.Yusubov onu da bildirib ki, Xankəndi şəhərində emal müəssisələrinin yaradılması, Ağdərə və Xocalı rayonlarında kənd təsərrüfatının inkişaf etdirilməsi də nəzərdə tutulub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!