Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
2-06-2025, 18:45
Ərdoğan Putinlə Zelenskini görüşdürmək istəyir


Ərdoğan Putinlə Zelenskini görüşdürmək istəyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən görüş barədə danışıb.
O, danışıqların möhtəşəm keçdiyini bildirib.
"Mən ümid edirəm ki, Rusiya və Ukrayna liderləri, ABŞ prezidenti ilə birlikdə Türkiyədə görüşəcəklər", - Ərdoğan qeyd edib.
2-06-2025, 18:42
Rusiya və Ukrayna razılaşdı


Rusiya və Ukrayna razılaşdı

Ukrayna və Rusiya “6000-in 6000-ə” formatında hərbi qulluqçuların meyitlərinin mübadiləsinə dair razılığa gəliblər.
Bunu Ukraynanın müdafiə naziri Rustam Umerov deyib.
Onun sözlərinə görə, Ukrayna və Rusiya ağır yaralı və yaşı 25-dən aşağı olan əsirlərin dəyişdirilməsini də razılaşdırıb.
Nazir bildirib ki, ölkəsi Rusiya tərəfinə 20-30 iyun tarixləri arasında növbəti görüşün keçirilməsini təklif edib.
2-06-2025, 18:10
İlyas Vəkilov-120

İlyas Vəkilov-120
XX yüzilliyin əvvələri Azərbaycan tarixinin ən təlatümlü vaxtlarıdır. Çar Rusiyasında gedən inqilabi proseslər, Azərbaycanda milli düşüncənin təşəkül tapması fonunda soyqırımlar və deportasiyalar müşayət olunan hadisələr bu ziddiyətli tarixi şəaritin öyrənilməsini şərtləndirir. Belə təbəddülatlar dolu bir mühitdə formalaşan şəxslərdə milli düşüncə, müstəqllik duyğuları özünü qabarıq göstərir.Bu cür tarixi dövrləri araşdırmaq onları gənc nəsilə çatdırmaq milli prioritetlərimizdən olmalıdır. Eyni zamanda tarixi keçmişimizi dərindən öyrənmək onun ibratəmiz dərslərini gənc nəsilə çatdırmaq onlara milli düşüncəni aşılamaq ən vacib məsələlərdən biridir.
Belə tarixi ziddiyətlər dolu dövrdə dünyaya göz açmış görkəmli dövlət xadimi İlyas Vəkilovun həyat və fəaliyyəti bizim üçün ən gözəl örnəklərdən biridir. Onun fəaliyyəti üç fərqli formasiyada Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR kimi bir-biri ilə ziddiyət təşkil edən dövrləri əhatə edir.
Onun həyatının ən ziddiyətli və gərgin dönəmləri məhz Sovetlər Birliyi dönəminə təsadüf edir. Sovetlər Birliyi dövründə bütün əsilzadə nəsillər kimi vəkilovlar nəslidə ağır repressiyalara məruz qalıb. İ.Vəkilovun doğma qardaşı Əli bəy Vəkilov repressiya qurbanı olmuşdur. Digər qardaşı Azərbaycanın ilk hüquqşünaslarından olan Həsənalısultan bəy Vəkilov isə Sovetlər Birliyi qurulduqdan sonra mühaciərətə getməyə məcbur olmuşdur.
Həmin dövrün həqiqətlərini gözlərimiz önündə canlandırmağımız üçün İlyas Vəkilovun qardaşı qızı dünya şöhrətli Leyla Vəkillinin bir xatirəsini yada salmaq yerinə düşərdi. Leyla Vəkilli öz xatirələrində bildirir: “Mən atamın öz doğmalarını qardaşları İlyas və Qəzənfərin necə həsrətini çəkdiyini, onun iztirablarını hiss edirdim. Odur ki bu iztirablara və həsrətə son qoymaq üçün universitetdə qəbul olarkən Fransadakı Sovet səfirliyinə gedərək bildirdim ki, mənim Sovetlər Birliyində İlyas və Qəzənfər adlı əmilərim var və mən onlarla əlaqə yaratmaq istəyirəm. Sevinə-sevinə evə gəlib atama bildirdim ki, mən artıq böyük qızam bu gün çox böyük bir iş gördüm. Sovet səfirliyinə gedib əmilərimi axtarmaq üçün müraciət etdim. Atam mən çox hisrləndi və dedi: Sən nə etmisən? Onları orada incidəcəklər. Mən əvəlcə atamın hisrslənməyini anlaya bilmədim. Sonralar başa düşdüm.”
Özünəməxsus xarakterik cizgiləri olan İlyas Vəkilov heç vaxt öz milli və soy kimliyindən imtina etməmişdir. Mənsub olduğu nəsilin Qazax Sultanlığı, İrəvan Xanlığı və Şərur-Dərələyəz qəzasında böyük mülklərə və idarəetmə hüququna malik olmaları səbəbi ilə sovetləşmə dönəmində bu soydan olanlar ağır repressiyalara məruz qalmış və bir çoxları öz soyadını dəyişməklə repressiyadan qurtulmağa çalışmışlar. Lakin öz soy-kökünə bağlı olan İlyas Vəkilov böyük bir sevgi ilə bu soyadı daşımağa davam etmişdir.
Beləliklə: İlyas Sultan bəy oğlu oğlu Vəkilov 20 mart 1905-ci il tarixdə Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olmuşdur. İlk təhsilini Çivə kəndindəki mədrəsədə almışdır. Bundan sonra 1923-cü il tarixdə Bakıda hərbi məktəbdə ali təhsilə yiyələnərək bölük kоmаndiri rütbəsi аlmışdır (1927). Sonra Аzərbaycan SSR Хаlq Ədliyyə Kоmissаrlığındа хüsusi şöbə rəisinin müаvini və rəisi işləmişdir (1927–1929).
Mоskvа Kоmmunist Tərbiyəsi Аkаdеmiyаsındа təhsilini (1929–1931) bаşа vurduqdаn sоnrа Аzərbaycan SSR Dövlət Plаn Kоmitəsi sistеmində işləmiş (1931–1935), iхtisısını аrtırmаq üçün Mоskvаdа Ümumittifаq Plаn Аkаdеmiyаsındа təhsilini dаvаm еtdirmişdir (1935–1938). Nахçıvаn MSSR Хаlq Kоmissаrlаrı Sоvеtinin sədri оlmuş (1938–1949), otuz ilə yaxın müddətdə (1949/1978-cı il) Bаkı Şəhər Sоvеti plаn kоmissiyаsının sədri işləmişdir.
İlyas Vəkilov “Оktyаbr inqilаbı”, "Şərəf nişаnı" оrdеnləri, "Qаfqаzın müdаfiəsi uğrundа" mеdаlı, Аzərbаycаn SSR Аli Sоvеti Rəyаsət Hеyətinin fəхri fərmаnlаrı ilə təltif еdilmişdir. Dəfələrlə Bаkı Şəhər Sоvеtinin dеputаtı və İcrаiyyə Kоmitəsinin üzvü, Аzərbаycаn KP Bаkı Kоmitəsinin üzvü sеçilmişdir.
İlyas Vəkilov 2 iyun 1987 il tarixində Bakı şəhərində vəfat etmişdir. Dəfn komissiyasına professor Abbas Zamanov rəhbərlik etmişdir.
İlyas Vəkilovun ən yaxın dostlarından olan professor Abbas Zamanov haqqında da bir neçə kəlmə demək istəyirəm. Cəfər babamın ziyalı nümaunəsi hesab etdiyi bizə həmişə örnək göstərdiyi parlaq şəxsiyyətlə şəxsi münsibətləri bizim bu insana qarşı marağımızı artırırdı. Milli dəyərlərə bağlı bu insanların bir-biri ilə əlaqəsi təsadüfi deyil.

İlyas Vəkilov hər iki tərəfdən əsilzadə nəslinə mənsubdur. İlyas Vəkilovun atası Sultan bəy Şərur-Dərələyəz qəzasının ən böyük mülkədarı Həsənalı Sultan Vəkilovun nəvəsidir. Anası Şirin xanım Səfiyeva Şərurun ən köklü ailələrindən olan Səfiyevlər ailəsindədir. Şirin xanımın mənsub olduğu Səfiyevlər nəsli Azərbaycan xalqına Abo Fətəli bəy Düdənginski, görkəmli maarifçi Tağı bəy Səfiyev, dünya şöhrətli rəssam İbrahim Səfi və başqa şəxsləri bəxş etmişdir.
İlyas Vəkilovun Ümummili lider Heydər Əliyevlə yaxın münasibətləri olmuşdur. Onun Nахçıvаn MSSR Хаlq Kоmissаrlаrı Sоvеtinin sədri оlduğu (1938–1949) dövrdə bir müddət Nахçıvаn MSSR Хаlq Kоmissаrlаrı Sоvеtinin birlikdə çalışmışlar.
Onu da qeyd etmək lazımıdr ki, İlyas Vəkilovun Naxçıvanda Xalq Daxili İşlər Komissarlığına rəhbərlik etdiyi dövrdə həmin qurum xüsusi xidmət orqanı funksiyasını həyata keçirirdi. İlyas Vəkilovun xüsusi xidmət orqanına rəhbərlik etməsi ona öz nəslindən olan insanların Sovet rejiminin repressiya aparatından qorumağına imkan yaratmışdır. Eyni zamanda o bəy nəslindən olan çox sayda şəxsləri represiyyalardan həbslərdən qorunmasına yardımçı olmuşdur.
Sonralar Heydər Əliyev respublika rəhbəri olduğu dönəmdə İlyas Vəkilov (1949/1978-cı il) Bаkı Şəhər Sоvеti plаn kоmissiyаsının sədri vəzifəsində işləyərkən yenidən birlikdə çalışmışlar. Onlar işgüzar münasibətlərində hüququn aliliyini rəhbər tutmaqla bərabər eyni zamnda böyük-kiçik, dostluq kimi milli xüsusiyyətlərimizi də unutmamış, dahi siyasətçi Heydər Əliyev daima İlyas Vəkilovun şəxsiyyətinə hörmətlə yanaşmışıdr.
İlyas Vəkilovun tərcümeyi-halını araşdırarkən onun müxtəlif istiqamətdə olan maraqlı fəaliyyətləri ilə rastlaşdıq. İlyas Vəkilov daim dövlət vəzifələrində çalışmasına baxmayaraq, həyatda həmişə elm adamları ilə yaxın dostluq münasibəti olmuşdur. Onun ən yaxın dostları akademik Yusif Məmmədəliyev, professor Abbas Zamanov, xalq şairi Səməd Vurğun, professor Mehdixan Vəkilov və b. olmuşdur.
Azərbaycan elm tarixinə öz töhfəsini verən İlyas Vəkilovun yazdığı dərsliklər barədə danışarkən təbii ki, tariximizin bir parçası olan SSRİ dönəmindən bəhs etməyə bilmərik. Etiraf etmək lazımdır ki, Azərbaycan elm tarixinin vacib bir komponenti də SSRİ dönəmidir. SSRİ-nin qurulduğu ilk dönəmdə “SSRİ-də kütləvi savadsızlığın aradan qaldırılması” Dövlət Proqramı çərçivəsində sovet adamlarının minimum icbari orta təhsillin verilməsi proqramı 100 faiz icra edilmişdir. Şübhəsiz ki, savadsığılığın aradan qaldırılmasında dərsliklər mühüm rol oynayır. İlyas Vəkilov da Azərbaycan elm tarixinə iki dərslik bəxş edib.

İlyas Vəkilov 1926-cı il tarixində 21 yaşında iki dərslik yazmışdır. Dərsliklər riyaziyyat və ana dili fənlərini əhatə etməklə bu cür adlanır:
1. Savad və az-savadlılar məktəbində riyaziyyat dərsləri rəhbəri
2. Savad məktəblərində ana dili dərsləri rəhbəri
Dərsliklər Siyasi Maarif İdarəsi tərəfindən 1926-cı ildə nəşr edilmişdir.
Dərsliklər latın qrafikasında yazılmışdır. Təbii ki, dərsliklər o dövrün reallıqlarına və əhalinin savad səviyyəsinə uyğun olaraq sadə və anlaşılar bir dildə qələmə alınmışdır. Kitabların adından da görünür ki, həmin dövr üçün əhali savad səviyyəsinə görə iki kateqoriyaya ayrılmışdır: savad və az-savad səviyyəsi.
İlyas Vəkilovun müəllifi olduğu riyaziyyat dərsliyi savad və az-savad səviyyəsində, ana dili dərsliyi isə savad səviyyəsində olan əhali qrupu üçün nəzərdə tutulmuşdur.
İlyas Vəkilovdan söz açarkən bu görkəmli şəxsiyyətin araşdırıcısı polkovnik Kamil Dərələyəzlinin (Məmmədov) adını çəkməyə bilmərik.
Görkəmli dövlət xadimi İlyas Vəkilov şair təbiətli şəxs olmaqla bədii yaradıcılıqla da məşğul olmuş, “Didəvan” adlı irihəcmli poema yazmışdır. Poemanı özündən şəxsən dinləyən yaxın qohumu İsa Əhməd bəy oğlu Vəkilov və akademik İsa Həbibbəyli onun poetik düşüncəsini çox bəyənmişlər. Qeyd etməliyəm ki, İlyas Vəkilov poyeziyaya ədəbiyyata bağlı bir adam olsa da, heç vaxt şeirlərini çap etmək barəsində düşünməmişdir.
120 illik yubileyini qeyd etdiyimiz İlyas Vəkilov həsr edilmiş bu yazını onun parlaq şəxsiyyətinə kiçik bir töhvədir. Ruhu şad olsun!

Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
2-06-2025, 18:06
İstanbul danışıqlarının nəticəsi mənfi olmayıb


İstanbul danışıqlarının nəticəsi mənfi olmayıb

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar mənfi nəticələr olmadan başa çatıb.
"Görüş başa çatıb. Onun nəticələri mənfi olmayıb", - Türkiyə XİN-in nümayəndəsi Öncü Keçeliye bildirib.
2-06-2025, 17:49
Zelenskidən İstanbul danışıqları barədə ilk açıqlama


Zelenskidən İstanbul danışıqları barədə ilk açıqlama

İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların ikinci raundu başa çatıb.
Ukrayna prezidenti Vladimir Zelenski danışıqlar barədə ilkin fikrini ifadə edib.
"İstanbulda danışıqlar indicə başa çatıb və mən müdafiə naziri Umerovun tam hesabatını gözləyirəm. Onlar Türkiyə tərəfi vasitəsilə sənədlər mübadiləsi aparıblar və biz hərbi əsirlərin yeni azad edilməsinə hazırlaşırıq", - Zelenski vurğulayıb.
Eyni zamanda, Zelenskinin qeyd etdiyi kimi, vəziyyət bu gün aydın görünür.
"Rusiya İstanbuldakı görüşü boş söhbətə çevirsə, təzyiqin yeni səviyyəsi, təkcə Avropadan deyil, digər eyrlərdən də yeni sanksiyalar olmalıdır. ABŞ da daxil olmaqla, G7 səviyyəsində və dünyada sülh istəyən hər kəsin birgə sanksiyalarına ehtiyacımız var", - Zelenski vurğulayıb.
Prezident hesab edir ki, Rusiyaya qarşı sanksiyalar Rusiyanın neft ticarətini və onun tankerlərdən istifadəsini ciddi şəkildə məhdudlaşdırmaq üçün lazımdır.
Zelenskinin fikrincə, sanksiyalar, o cümlədən ikinci dərəcəli sanksiyalar - tariflər və neftin maksimal qiymətinin aşağı salınması işə yaraya və Rusiyanı sülh bağlamağa vadar edə bilər.
2-06-2025, 17:35
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ


Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

İyunun 2-si axşam şimal və qərb rayonlarından başlayaraq 5-dək arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.
2-06-2025, 17:28
Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi


Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, “Hyundai” markalı avtomobildə hərəkət zamanı oyuncaq silahla ətrafda olan insanlarda təşviş və qorxu yaradan 24 yaşlı sürücü müəyyən olunaraq saxlanılıb.
"O, inzibati qaydada həbs olunub. İstər real, istərsə də oyuncaq silah vasitəsilə cəmiyyətdə təhlükə və panika yaratmaq hüquqi məsuliyyətə səbəb olur", - deyə bildirib.


2-06-2025, 17:21
Həmyerlimiz Varşava Universitetində doktorluq dərəcəsi alıb


Həmyerlimiz Varşava Universitetində doktorluq dərəcəsi alıb - FOTOLAR

31 may 2025-ci il tarixində Polşanın paytaxtı Varşavada, Varşava Üniversiteti Doktoru və Doktor Habilitovanı dərəcəsinin təntənəli təqdimetmə mərasimi keçirilib.
Varşava Universiteti kitabxanası ərazisində düzənlənən mərasimdə Varşava Üniversiteti akademik rəhbərliyi tam heyətlə iştirak edib.
Bakıda doğulan həmyerlimiz filoloq, şərqşünas, Melaike Hüseyin (Məleykə Hüseynova) ingiliscə yazdığı “Azərbaycan jurnalistikasının işığında qadınlarımızın sosial vəziyyəti” (1875-1920), adlı doktorluq dissertasiyası Varşava Universiteti Tarix Kafedrası komissiyasının yekdil qərarı ilə cari tədris ili ərzində qəbul edilib.
Melaike Hüseyinə doktorluq diplomunu Varşava Universiteti rektoru Aloyzı Novak təqdim edib.
Mərasimdə dissertantın elmi rəhbəri Varşava Universitetinin professoru Jerzi Qrzybovski də iştirak edib. Qeyd edək ki, Profesor Qrzybovski cari tədris ili ərzində Varşava Universitetində
2 doktorluq dissertasiyasına (Melaike Hüseyin ve Viktar Korbut) rəhbərlik edib, nəticələndirən 2 alimdən biri olub.
300 nəfərin elmi dərəcə diplomu aldığı mərasimdə həmyerlimiz tək türk olub.
Beynəlxalq aləmdə ilk dəfədir ki, doktorluq dissertasiyası səviyyəsində Azərbaycan qadınları ilə bağlı tədqiqat aparılıb.


2-06-2025, 17:15
Azərbaycanda bu kanalların yayımı dayandırıldı - RƏSMİ


Azərbaycanda bu kanalların yayımı dayandırıldı - RƏSMİ

Multipleks və platforma operatorlarının retranslyasiya paketlərindən bir sıra idman televiziya kanallarının ("МАТЧ! ФУТБОЛ 1", "МАТЧ! ФУТБОЛ 2", "МАТЧ! ФУТБОЛ 3", "МАТЧ! ПРЕМЬЕРА", "МАТЧ! ИГРА", "МАТЧ! АРЕНА", "МАТЧ! СТРАНА", "МАТЧ!") çıxarılması ilə bağlı Audiovizual Şuraya vətəndaşlardan müraciətlər daxil olur.
Bu barədə Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərtilə retranslyasiya edə bilərlər.
2-06-2025, 17:03
Əgər II Qareginin uşağı varsa, o, bütün ermənilərin katolikosu ola bilməz! - Paşinyan


Əgər II Qareginin uşağı varsa, o, bütün ermənilərin katolikosu ola bilməz! - Paşinyan

“Əgər məlum olarsa ki, II Qaregin həqiqətən də subaylıq andını pozub, övladı var, deməli o, bütün ermənilərin katolikosu ola bilməz!.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.
O, xüsusilə qeyd edib:
"Bunu hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı hüququna tam hörmətlə bildirirəm, lakin bütün ermənilərin Katolikosu belə şəxsi həyata malik ola bilməz. Mən bu sualı Erməni Apostol Kilsəsinin izləyicisi kimi qaldırıram, çünki mən bunu mənəvi təhlükəsizlik məsələsi kimi görürəm və Ermənistanın Baş naziri olaraq bu barədə danışıram, çünki dövlət təhlükəsizliyi məsələsi görürəm.
Ana taxt-tac müqəddəs Eçmiədzin bu vəziyyətlə bağlı mövqeyini ortaya qoymalıdır, ondan sonra suala daha da aydınlıq gətiriləcək”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!