Milli Qəhrəmanların təqaüdü 200 manat artdı .....                        Tokayev parlament sədrləri ilə görüşdü - FOTO .....                        Dəfn pulu 600 manat oldu .....                        Şəhid ailələlərinin təqüdünü yeni məbləği .....                        Çoxuşağlı ailələrin təqaüdü 35 manat artdı .....                        Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM .....                        Vətən Müharibəsi Qəhrəmanları 2200 manat alacaq .....                        Sosial müavinətlər və təqaüdlər artırılır - Prezident Sərəncam imzaladı .....                        Kəlbəcərlilər bu tarixdə doğma yurda qayıdır .....                       
Dünən, 23:23
Gəncədə bu yol bağlanır: körpü təmir olunacaq - VİDEO


Gəncədə bu yol bağlanır: körpü təmir olunacaq - VİDEO

Bu gecədən etibarən Gəncənin şərq istiqamətdən girişindəki əsas magistral yolun bir hissəsi bağlanacaq.
Səbəb bu yol üzərindəki körpünün təmirə bağlanmasıdır.
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Gəncə avtomobil yolunun 2-ci kilometrində yerləşən körpünün təmiri ilə əlaqədar tətbiq olunan məhdudlaşma, işlər bitənədək qüvvədə olacaq.
Nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq körpünün yanındakı alternativ yolla təmin olunacaq.
Mövzu ilə bağlı daha ətraflı süjetdə:

Dünən, 23:04
Güləşçimiz Avropada qızıl medal qazandı


Güləşçimiz Avropada qızıl medal qazandı

Azərbaycanın daha bir güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanıb.
Üçüncü yarış günündə yunan-Roma güləşçisi Abdurrahman Hüseynli (45 kq) finalda gürcüstanlı Saba Abaşidze ilə qarşılaşıb.
Görüşün taleyini elə ilk hissədə həll edən 15 yaşlı güləşçimiz 9:0 hesablı qələbəylə Avropa çempionu olub.
Elşad Abbasov (51 kq) bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Keve Kovaça 1:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Əli Nəzərov (60 kq) finalda ermənistanlı Hayk Manukyanla qarşılaşıb. Rəqibinə 3:11 hesabıyla məğlub olan Əli gümüş medala sahib çıxıb.
Bununla da komandamız yarışı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.
Qeyd edək ki, dünən Rihad İbrahimli (110 kq) Avropa çempionu olub, Qurban Məcnunovla (48 kq) Nicat Yeylaqaliyev (80 kq) isə üçüncü yeri tutub.
Milli 116 xalla komanda hesabında 3-cü pillədə qərarlaşıb.
Dünən, 22:33
Tramp Maskla barışmaq istəyir


Tramp Maskla barışmaq istəyir

ABŞ Prezidenti Donald Tramp milyarder, iş adamı İlon Maskla barışa biləcəyini deyib.
Bu barədə Tramp “New York Post”da yayımlanan podkastda səsləndirib. Dövlət başçısı vurğulayıb ki, indi onun yeganə funksiyası ölkəni əvvəlkindən daha yüksək səviyyəyə qaytarmaqdır.
İlon Mask da bu gün X hesabında prezidentlə bağlı yazdığı bəzi sözlərə görə təəssüf etdiyini bildirib.
Dünən, 22:23
Daha bir futbolçu "Qarabağ"la vidalaşdı


Daha bir futbolçu "Qarabağ"la vidalaşdı

"Qarabağ"ın monteneqrolu futbolçusu Marko Veşoviç klubdan ayrılıb.
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Köhlən atlar" daha əvvəl Yassin Benzia və Patrik Andrade ilə vidalaşdığını açıqlayıb.
Dünən, 22:12
Sumqayıtda gənc oğlan bıçaqlandı


Sumqayıtda gənc oğlan bıçaqlandı

Sumqayıt şəhərində gənclər arasında baş verən münaqişə zamanı bir nəfər bıçaqlanıb.
Hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.
İlkin məlumata görə, şəhər sakini, 2008-ci il təvəllüdlü M.M aralarında yaranmış mübahisə zəminində 2007-ci il təvəllüdlü N.A-ya bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) saat 14:10 radələrində Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Sol bel nahiyəsində daxilə nüfuz etməyən kəsilmiş yara diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.
Ona kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 16 yaşlı gənc polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Dünən, 22:10
Son 12 ildə Ukraynaya ilk səfər


Son 12 ildə Ukraynaya ilk səfər

Serbiya prezidenti Aleksandar Vuçiç çərşənbə günü Ukraynaya səfər edib.
Bu, onun prezident kimi 12 ildə Ukraynaya ilk səfəri olub.
Serbiya prezidentinin ofisi Vuçiçin bir günlük səfəri zamanı Odessada Ukrayna-Cənub-Şərqi Avropa sammitində iştirak edəcəyini açıqlayıb. Qərb mətbuatı sammitdə Cənub-Şərqi Avropanın 12 ölkəsinin yüksək səviyyəli nümayəndələrinin iştirak edəcəyini yazıb.
"Euronews" bildirir ki, Serbiya prezidentinin sammitdə iştirakı Belqradın Aİ-nin Ukraynadakı müharibə ilə bağlı mövqeyinə yaxınlaşdığını göstərir.
Serbiya Rusiyanın Ukraynadakı müharibəsində özünü neytral ölkə kimi təqdim edir, lakin Vuçiçin Qələbə Günü paradında iştirak etmək üçün Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə bu yaxınlarda Moskvaya səfəri Brüsselin kəskin tənqidinə səbəb olub. Aİ rəhbərliyi kəskin şəkildə xəbərdarlıq edib ki, Vuçiçin Moskvaya səfəri Aİ-yə üzvlük kriteriyalarını pozacaq və ölkənin üzvlük prosesinə zərər verə bilər.
Vuçiçin Odessa sammitində iştirakı Brüsselə Aİ-nin Serbiya ilə genişlənməsi üzrə işləri bərpa etməyə və sürətləndirməyə kömək edəcək. Bu çərçivədə Ukrayna Serbiyaya jest olaraq Kosovonu sammitə dəvət etməyib.
Dünən, 21:56
Azərbaycanda sosial müavinətlərin 15 faizə yaxın artacağı gözlənilir


Azərbaycanda sosial müavinətlərin 15 faizə yaxın artacağı gözlənilir

Azərbaycanda bir sıra təqaüd və müavinətlərin artırılması gözlənilir.
Artımın məbləği ilə bağlı dəqiq məlumat verilməsə də, bununla bağlı hazırlıqlara başlanıldığı bildirilir.
Aylıq və birdəfəlik müavinət və təqaüdlər artacaq
"Sosial müavinətlər və təqaüdlərdəki artımlar həm aylıq, həm də birdəfəlik müavinət alan vətəndaşlarımıza şamil oluna bilər. Xüsusən də aylıq müavinət və təqaüd alan vətəndaşlarımızın dövlət büdcəsindən aldığı vəsaitin artırılması və bununla bərabər vətəndaşlarımızın sosial təminatını yaxşılaşdırması prioritetdir.
Bunu dövlət televiziyasına açıqlamasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, sosial paket sosial müavinət və təqaüd alan vətəndaşlarımızı da əhatə edəcək.
"Sosial müavinət və təqaüdlərdə artım minimum əməkhaqqı və pensiyanın artım faizinə uyğun olaraq həyata keçiriləcək. Rəqəmlər 10-15 faiz arasında dəyişə bilər".
İqtisadçı Xalid Kərimli isə qeyd edib ki, ötən il minimum əməkhaqqı və pensiyaların artımı ilə bağlı olan qanunlara baxdıqda təxminən 15-16 faizlik artımın olduğunu görürük:
"Təxminən eyni məbləğ bu istiqamətdə də özünü göstərəcək".
Ekspertlərin sözlərinə görə, dövlət büdcəsində 3 milyard manatdan çox profisitin yaranması nəzərdə tutulub, eyni zamanda vergi ödəmələrinin 5,7 faizin üzərində olması sosial müavinət və təqaüdlərin artırılmasına zəmin yaradır.
Dünən, 21:36
Sahibə Qafarova Şimali Kiprdən olan həmkarı ilə görüşdü


Sahibə Qafarova Şimali Kiprdən olan həmkarı ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 11-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclası çərçivəsində Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin sədri Ziya Öztürkler ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, görüşdə Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler Prezident İlham Əliyev başda olmaqla, Azərbaycanın ŞKTC-yə dəstəyinə görə təşəkkür edib və bunu çox yüksək qiymətləndirdiklərini bildirib.
O, Türk dünyasının bir parçası olaraq, TÜRKPA-nın XIV plenar iclasında iştirakdan məmnunluğunu bildirərək, Azərbaycan Milli Məclisinin sədrliyi ilə TÜRKPA-nın uğurlu fəaliyyətinin təşkilatın daha da güclənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Dünən, 21:23
Benzia “Qarabağ”dan ayrıldı - RƏSMİ


Benzia “Qarabağ”dan ayrıldı - RƏSMİ

Yasin Benzia “Qarabağ”dan ayrılıb.
Bu barədə Ağdam klubu rəsmi məlumat yayıb.
Onunla başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, Benzia Azərbaycan klubuna 2023-cü ilin yanvarında transfer olunmuşdu. O, daha öncə “Lion”, “Lill”, “Dijon” (hamısı Fransa), “Olimpiakos” (Yunanıstan), “Fənərbaxça”, “Hatayspor” (hər ikisi Türkiyə) kimi klublarda çıxış edib.
Dünən, 20:44
Tramp Çinlə razılığa gəldi


Tramp Çinlə razılığa gəldi

ABŞ-la Çin ticarət sazişi ilə bağlı razılığa gəliblər.
Bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
Bildirib ki, sənəd hər iki ölkə liderinin son təsdiqini gözləyir. Tramp əlavə edib ki, Çin istənilən nadir mineralları təmin etməklə bağlı öhdəlik götürüb.
“Biz isə Çinə razılaşdırdıqlarımızı, o cümlədən çinli tələbələrin bizim kollec və universitetlərimizdən istifadəsini təmin edəcəyik. Biz 55 faiz, Çin isə 10 faiz tarif əldə edəcək. Əlaqələr mükəmməldir”,- deyə Tramp əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!