Borçalıdan gələn səs .....                        Köçəryan Paşinyanı məhkəməyə verdi .....                        İran İsrailin F-35 qırıcısını vurduğu iddia edir .....                        Qonşusunu ov tüfəngi ilə öldürdü .....                        Ermənistan Konstitusiyasında “Miatsum”a çağırışlar var - Hikmət Hacıyev .....                        Fidan Ceyhun Bayramovla danışdı .....                        Bakı–Təbriz–Bakı reysləri də ləğv edildi .....                        Ceyhun Bayramov iranlı həmkarı ilə hücumları müzakirə etdi .....                        Hikmət Hacıyev İsrail-İran qarşıdurmasından danışdı .....                       
13-06-2025, 17:45
Zakir Həsənov Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşdü - FOTO


Zakir Həsənov Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşdü - FOTO

İyunun 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi cənab Viktor Mahmudov ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri qonağı salamlayıb və onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Dövlət başçılarının dostluq münasibətlərinin ölkələrimiz arasında əməkdaşlığa böyük töhfə verdiyini vurğulayan nazir hərbi əlaqələrimizin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
V.Mahmudov öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Qonaq Azərbaycan və Özbəkistan arasında digər istiqamətlərdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini xüsusi vurğulayıb.
Görüşdə regional təhlükəsizliyə dair geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.

13-06-2025, 17:40
Azərbaycan İrandan təxliyələrə kömək edir


Azərbaycan İrandan təxliyələrə kömək edir

İranda yaranmış böhran vəziyyəti bəzi ölkələrin orada qalmış vətəndaşlarının təxliyəsinə gətirib çıxarıb.
Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir.
Görülən müvafiq tədbirlər nəticəsində yaxın günlərdə bir sıra ölkələrin nümayəndələrinin və vətəndaşlarının, İranda səfərdə olan Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiya Federasiyasının xalq artisti və rejissor Fyodr Bondarçuk daxil olmaqla, Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət heyətinin quru yolla İrandan Azərbaycana gəlməsi nəzərdə tutulur.
13-06-2025, 17:38
Türkiyə 4 ölkəyə uçuşları ləğv etdi


Türkiyə 4 ölkəyə uçuşları ləğv etdi

İsrailin İrana hücumundan sonra "AJet", "Pegasus" və "Türk Hava Yolları" 16 iyuna qədər bəzi uçuşları ləğv edib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, İran, İraq, Livan və İordaniyaya uçuşlar ləğv olunub.
13-06-2025, 17:32
İranda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur


İranda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur

İsrailin İrana hava hücumu nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı hələlik bir məlumat yoxdur.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.
13-06-2025, 17:23
Şəmkirdə iki nəfəri bıçaqlayan şəxs saxlanıldı


Şəmkirdə iki nəfəri bıçaqlayan şəxs saxlanıldı

Şəmkirdə sakinlərə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.
Şəmkir rayon Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 2 nəfərə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü F.Qurbanov saxlanılıb.
Xatırladaq ki, hadisə vaxtı 2007-ci il təvəllüdlü Heydər Həsənov və 1984-cü il təvəllüdlü Cəfər Tağıyev bıçaq xəsarəti ilə xətəxanaya yerləşdirilib.
13-06-2025, 17:20
Bulvarda dənizdə batma təhlükəsi olan şəxs xilas edildi - VİDEO


Bulvarda dənizdə batma təhlükəsi olan şəxs xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1993-cü il təvəllüdlü İlqar Əliyev dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

13-06-2025, 17:15
Bu yollarda təmir işləri aparılacaq - Sürücülərin nəzərinə!


Bu yollarda təmir işləri aparılacaq - Sürücülərin nəzərinə!

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumatına görə, 14–16 iyun 2025-ci il tarixlərində aşağıdakı ünvanlarda yol təmir işləri aparılacaq.

1. Səbail rayonu – Badamdar şosesi;

2.Binəqədi rayonu – Mehdiabad–Binəqədi–Balaxanı yolunun kəsişməsi;

3. Nərimanov rayonu – Ziya Bünyadov prospekti

 • Ə.Salamzadə küçəsindən Azadlıq prospekti istiqamətinə

 • Çingizxan mərasim evinin yanı, yan yol;

4. Xətai rayonu – Babək prospekti

 • 92 nömrəli ünvanda, yan yol və maşın bazarının yaxınlığı;

5. Yasamal rayonu – Ə.Haqverdiyev küçəsi

 • H.Cavid prospektindən Ş.Mehdiyev küçəsinədək;

6. Nizami rayonu – R.Rüstəmov və E.Süleymanov küçələrinin kəsişməsi.

"Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır. Xahiş edirik, hərəkətinizi əvvəlcədən planlayasınız və müvəqqəti dəyişiklikləri nəzərə alasınız", - agentliyin məlumatında qeyd olunub.
13-06-2025, 17:01
Laçının Baş Planı TƏSDİQLƏNDİ


Laçının Baş Planı TƏSDİQLƏNDİ

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
13-06-2025, 16:55
Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi


Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan baş nazir Nikol Paşinyanın yaxın vaxtlarda prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcəyini inkar etməyib.
A.Qriqoryan “Azadlıq” radiosunun sualınını cavablandırarkən görüşün gündəliyini açıqlamayıb.
Armen Qriqoryan səfərin tarixini də dəqiqləşdirməyib və bildirib ki, bu barədə məlumatı baş nazirin dəftərxanası verəcək.
İyunun 5-də baş nazir Paşinyan Türkiyə prezidenti Ərdoğanla telefon danışığı aparıb.
Onlar Ermənistan-Türkiyə münasibətləri və regional hadisələrlə bağlı məsələləri müzakirə edib, dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
13-06-2025, 16:32
İranın daha bir yüksək vəzifəli generalı öldürüldü


İranın daha bir yüksək vəzifəli generalı öldürüldü

İran İsrail hücumları nəticəsində raket proqramına nəzarət edən general Əmir Əli Hacızadənin öldürüldüyünü təsdiqləyib. Bu barədə İran KİV-ləri xəbər verir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!