İrandan atılan 100 raket vuruldu .....                        "İran qırmızı xətləri keçdi" .....                        Natanzda radioloji çirklənmə aşkarlandı .....                        İsrail qırıcıları vuruldu - Qadın pilot əsir götürüldü .....                        Türkiyə rəsmiləri İrana görə toplaşdı .....                        İsrail İranın nüvə obyektini vurdu .....                        Xamenei xalqa müraciət etdi - Əsas mesajlar .....                        İrandan İsrailə CAVAB HÜCUMU .....                        Putin Netanyahu və Pezeşkianla danışdı - YENİLƏNİB .....                       
Bu gün, 14:56
Onlar 37 ildən sonra “Son zəng”i belə qeyd etdilər

Onlar 37 ildən sonra “Son zəng”i belə qeyd etdilər. FOTO

Bu gün hər yerdə son zəng çalınır. Artıq 14 İyun tarixini bayram kimi qeyd etmək bir adətə çevrilib. Keçmiş məcburi köçkün olan Xankəndi sakinləri də illər öncə reallaşdıra bilmədikəri arzularını bu gün Xankəndi şəhər N. Gəncəvi adına 4 nömrəli orta məktəbdə təşkil edilən "Son zəng" tədbirində gerçəyə çevirdilər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün son zəng orta məktəbdə 11-ci sinifi bitirib məzun olan şagirdlərlərlə bərabər düz 37 il əvvəl Xankəndi şəhər N. Gəncəvi adına 4 nömrəli orta məktəbinin 1987-88 tədris ilinin məzunları üçün də çalındı.Həmin ilin məzunları bilirdilər ki, ermənilərin işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşərək köçkün həyatı yaşadılar. Bu səbəbdən də onlar orta məktəbin 11-ci sinfində təhsil alsalar da son zənglərini keçirə bilmədilər. Hər zaman doğma torpaqlara qayıtmaq ümidi ilə yaşadılar. Bütün Azərbaycan xalqı kimi onların bu arzusunu lokal xarakterli antiterror əməliyyatları zamanı Azərbaycan ordusu gerçəkləşdirdi. Ötən ilin sentyabr ayında istifadəyə verilən Xankəndi şəhər 4 nömrəli orta məktəb onlar üçün doğma bir məkandır. Bu il məktəbin şagirdləri bir araya toplanaraq, 37 il əvvəl yarımçıq qalan arzularını reallaşdırdılar. 1988- ci illin məzunları bu qürurverici günü birlikdə yaşadılar. Qocaman məzunlar ilk öncə onlarla birlikdə təhsil alan birinci Qarabağ müharibəsində - 1992- ci ildə şəhid olan sinif yoldaşları Fərhad Rəhman oğlu Atakişiyevin məzarını ziyarət edərək qəbriüstə gül dəstələri düzüblər.

Çünki onlar birlikdə oxumağı, birlikdə sevməyi və birlikdə kədərlənməyi öyrənmişdilər. Bunu 37 ildən sonra reallaşan həmin məktəbin məzun və müəllimlərinin görüşündə açıq-aydın görmək mümkün idi.Növbə ilə hər kəsin öz hisslərini bölüşdüyü tədbirdə çıxış edənlər, səbəbkarları təbrik ediblər. Son zəngin səsinə kövrələn bu məzunlar, bu gün mahnı sədaları altında sevinclə rəqs ediblər.


Bu gün, 14:34
Bu gün, 14:31
Bu gün, 14:29
Bu gün, 00:58
İrandan atılan 100 raket vuruldu


İrandan atılan 100 raket vuruldu

İran İsrailə doğru ən azı 100 raket atıb, onların əksəriyyəti vurulub və ya hədəfə çatmayıb, lakin bir neçə zərbə də olub.
Bunu İsrail ordusunun sözçüsü Efi Defrin deyib.
"Son bir saatda İrandan İsrailə doğru iki yer-yer raket dalğası olub. Onların əksəriyyəti vurulub, ya da hədəfə çatmayıb. Bəziləri havada vurulduqdan sonra qalıqlarının düşməsi nəticəsində dağıntılara səbəb olub", - deyə o bildirib.
Bu gün, 00:19
"İran qırmızı xətləri keçdi"


"İran qırmızı xətləri keçdi"

İran İsrailin mülki yaşayış məntəqələrinə raket atmağa cəsarət etməklə qırmızı xətləri keçdi.
Bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
“Biz İranın öz cinayətkar əməllərinə görə çox yüksək cəzasını ödəməsindən əmin olana qədər İsrail vətəndaşlarını qorumağa davam edəcəyik”, - o bildirib.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu hazırda güc strukturları ilə görüş keçirib.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!