“Özümüzü kəsən qılınc” kitabının təqdimatı oldu .....                        Ədaləti təmin etmək üçün gərək yumruğun olsun - Prezident .....                        Ukrayna hücuma keçməlidir - Tramp Zelenskiyə daha nələr deyib? .....                        Anomal istilər bu tarixədək davam edəcək .....                        Azərbaycan futbolçusu faciəvi şəkildə öldü .....                        Tramp Netanyahuya zəng etdi .....                        Təbrizdən Bakıya aviareyslər bərpa edilir .....                        "Qarabağ"ın yeni oyunçusu .....                        Liderlər Şuşada birgə nahar etdilər .....                       
16-06-2025, 16:30
İran nüvə sazişindən çıxır - Deputatlar səs verdi


İran nüvə sazişindən çıxır - Deputatlar səs verdi

İran parlamenti Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağa səs verib.
Bu barədə İran mətbuatı yazıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi həftəlik mətbuat konfransında bildirib ki, İran XİN Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını müzakirə etmək üçün ölkə parlamenti ilə koordinasiya edir:
"Biz parlamentlə daimi təmasdayıq. Təbii ki, ölkə parlamentinin qəbul etdiyi qanunlar mütləq icra olunacaq. İndi bütün müvafiq qanun layihələri parlamentdə müzakirə olunur və Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı ölkə parlamenti ilə daim əməkdaşlıq edir".
Baqayi qeyd edib ki, Tehran müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdə davam edir və nüvə silahının Yaxın Şərqdə yeri olmadığına inanır.
16-06-2025, 15:54
Müharibəyə görə Bakıda qalan nazir İsrailə necə qayıtdı


Müharibəyə görə Bakıda qalan nazir İsrailə necə qayıtdı

İsrailin İrana hücuma başladığı gün - iyunun 13-ü İsrailin inteqrasiya naziri Ofir Sofer Azərbaycanda səfərdə imiş
Bu barədə İsrailin "Vesty" portalı xəbər yayıb.
Nazirin İsrailə qayıdışını təşkil etmək və təhlükəsizliyini təmin etmək üçün qeyri-adi əməliyyat başlayıb və o, iyunun 15-də ölkəsinə qayıdıb.
Nazir "Soxnut" agentliyinin nümayəndə heyəti ilə birlikdə gənc yəhudilərin seminarında iştirak etmək üçün Azərbaycana gəlib, ancaq İsrailin hücumu ilə əlaqədar proqram dəyişdirilib. O, 13 iyunda yəhudi icması ilə cəmi bir tədbir keçirə bilib.
Təhlükəsizlik xidmətləri ona hoteli tərk etməyi qadağan edib, gecə isə təyyarə ilə Afinaya göndərilib. Sofer Yunanıstan paytaxtından Larnakaya uçub, daha sonra Limasola gedib, oradan isə 15 iyun gecəsi agentliyinin nümayəndə heyəti ilə birlikdə yaxta ilə İsrailə qayıdıb.
16-06-2025, 15:43
Pakistan İranla sərhəd keçidlərini bağlayır


Pakistan İranla sərhəd keçidlərini bağlayır

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində qonşu İranla bütün sərhəd-keçid məntəqələri qeyri-müəyyən müddətə bağlanıb.
Bu barədə AFP agentliyi yüksək səviyyəli yerli məmura istinadən məlumat yayıb.
İranla həmsərhəd olan Bəlucistan əyalətinin rəsmisi Qadir Baxş Pirkani agentliyə deyib ki, hər beş rayonda - Çaqay, Vaşuk, Pəncqur, Keç və Qvadarda sərhəd keçid məntəqələrinin fəaliyyəti dayandırılıb.
Sərhədin bağanması İran və İsrail arasında gərginliyin artması fonunda ictimai təhlükəsizliyin təmin edilməsi və sərhəddə gözlənilməz insidentlərin qarşısının alınması məqsədilə həyata keçirilib. Pakistan rəsmiləri, həmçinin vətəndaşları qonşu ölkəyə səfərdən çəkinməyə və ayıq-sayıq olmağa çağırıb.
16-06-2025, 15:28
Hamamda qaz partladı, qadın yandı


Hamamda qaz partladı, qadın yandı

Gəncə sakini yanıq xəsarətləri alıb.
Şəhər sakini 1989-cu il təvəllüdlü G.Əsgərova üz nahiyəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, G.Əsgərova yaşadığı evin vanna otağında qazı (kalonkanı) yandıran zaman ehtiyatsızlıqdan partlayış olub. Nəticədə, o, yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
16-06-2025, 15:23
Rusiya 6000-dən çox hərbçinin cəsədini Ukraynaya qaytardı


Rusiya 6000-dən çox hərbçinin cəsədini Ukraynaya qaytardı

Rusiya prezidentin köməkçisi Vladimir Medinski bildirib ki, Moskva son bir neçə gündə Ukrayna Silahlı Qüvvələrinin 6060 hərbçisinin meyitini qarşı tərəfə təhvil verib. Beləliklə, Moskva bununla bağlı İstanbul razılaşmalarını yerinə yetirib.
Medinskinin açıqlaması Rusiya KİV-də yayılıb.
Prezidentin köməkçisi Kiyevin 78 rus hərbçisinin meyitini Moskvaya təhvil verdiyinə aydınlıq gətirib.
Onun sözlərinə görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin daha 2239 hərbçisinin cəsədini təhvil verməyə hazırdır.
İyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu keçirilib. Görüşdən sonra 6 min hərbçinin cəsədinin Kiyevə təhvil verilməsi və əsirlərin genişmiqyaslı mübadiləsi barədə razılıq əldə olunub. İyunun 14-dən etibarən iki ölkə arasında açıq tipli sanitar mübadilələrə başlanılıb. Kreml danışıqların növbəti raundunun tarixinin hələ təsdiqlənmədiyini bildirib.
16-06-2025, 14:29
Bir neçə dövlətin hakim partiya üzvləri Xankəndidə


Bir neçə dövlətin hakim partiya üzvləri Xankəndidə

“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda Yeni Azərbaycan partiyasının təşkilatçılığı ilə Şuşada keçirilən beynəlxalq konfransın iştirakçıları, bu gün Xankəndi şəhərinə səfər edib. Qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qarşılayıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,
konfrans iştirakçıları Zəfər meydanından şəhərin ümumi mənzərəsini seyr ediblər.Onlara Zəfər muzeyi haqqında qısa məlumat verilib. Qonaqlar, Xankəndi şəhərində gedən bərpa-quruculuq və yenidənqurma işləri ilə də tanış olublar. Daha sonra "Qarabağ" universiteti də ziyarət olunub.
Xatırladaq ki, Şuşada keçirilən konfransda bir sıra ölkələrin hakim partiyalarının rəhbərləri iştirak edirlər.









16-06-2025, 06:59
DİRİLİ QURBANİ YARADICILIĞNDA QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR ŞİVƏLƏRİ


DİRİLİ QURBANİ YARADICILIĞNDA
QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR ŞİVƏLƏRİ

Dirili Qurbani XV-XVI əsrlərdə yaşayıb yaratmış Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsi olub, ozan-aşıq keçidində bu sənətin banisidir. Onun şeirlərində Qarabağ və Şərqi Zəngəzur dialekt və şivələrin izlərinə rast gəlinir. Bu, əsasən fonetik, leksik və qrammatik xüsusiyyətlərdə özünü göstərir. Konkret desək, Qurbaninin əsərlərində Qarabağ və Şərqi Zəngəzur dialektlərinə aid bəzi fonetik xüsusiyyətlər müşahidə edilir. Əminliklə deyə bilərik ki, Dirili Qurbaninin şeirlərində Qarabağ və Şərqi Zəngəzur dialektlərinin təsiri açıq-aşkar hiss olunur. Onun yaradıcılığında rastlaşdığımız fonetik, leksik və qrammatik xüsusiyyətlər həmin bölgələrin dil xüsusiyyətlərini əks etdirir. Şeirlərindəki şivə elementləri aşıq ədəbiyyatında xalq dilinin necə qorunduğunu və inkişaf etdiyini göstərən dəyərli nümunələrdir. Tədqiqatlarda Qurbaninin poeziyasına Qarabağ mühitində bir sıra şivə xüsusiyyətlərinin əlavə olunduğu qeyd edilir. “Nobat gəldi mana yetdi. Günüz səbrü qəralımı, gecə yuxum kəsən dilbər! Vəzir sana qarğayıram. Mana ola etibarın istərəm və s”. Bunların bir qismi dastançı aşıqların şivə xüsusyyətindən irəli gələ bilməsi fikirlərinin olduğu qeyd olunmalıdır. Professor Qəzənfər Kazımova (1996) görə, “Qapına gəlmişəm, sayılam, sayıl. Haq verən paylara olmuşam qayıl – kimi misralarda sayıl, qayıl sözləri müəllif tərəfindən sail, qail şəklində yazılmış və tələffüz edilmiş, sonralar aşıqlar tərəfindən lorulaşdırılmışdır. Şairin qoşma və gəraylılarında bu gün canlı danışıq dilində özünü geniş şəkildə göstərən, tarixi tələffüzün nəticəsi kimi formalaşmış –dır şəxs şəkilçisinin qısa forması (-dı) və mənsubiyyət şəkilçili sözün təsirlik hal şəkilçisiz formalaşma halları işlək formalar kimi diqqəti cəlb edir. Adətdi dərəllər yaz bənövşəni, Ayrılıqmı çəkib, boynu əyridi? Mənim dərdim ara tez-tez, haq diləyin yetirməsin və s. Bülbül ayrılığı sitəmdi gülə, Gülabatın naxış süsən sünbülə... (Kazımov, 1996)
Dirili Qurbaninin şeirlərində bəzi sözlər məhz Qarabağ və Şərqi Zəngəzur dialektlərinə məxsusdur:
“dağaşanı” – sərt, inadkar
“heş” – heç
“dədə” – ata mənasında deyil, həm də böyük, ağsaqqal anlamında işlənir.
Qarabağ və Şərqi Zəngəzur şivələrində “dır” şəkilçisi “dı”, “du”, “dü” formasında işlənir:
“yaxşıdır”əvəzinə “yaxşıdı”, “düzdür” əvəzinə “düzdü” və s.


Bəzi tədqiqatlarda Qurbaninin ədəbi dilində Qaradağ şivəsinə aid söz və ifadələrin olduğunu da qeyd etmək lazımdır. Onun şeirləri sadə xalq danışığına əsaslandığı üçün burada müxtəlif bölgə şivələrinin təsiri olduğunu da unutmamalıyıq. Qaradağ şivələri də bura daxildir. Xüsusən aşıq üslübunda işlədilən qoşma və gəraylılar bu təsirin ən çox nəzərə çarpdığı yanrladır. Yalnız Şimali Azərbaycanda deyil, həm də Güney Azərbaycanda, xüsusən Qaradağ bölgəsində geniş yayılmış dialektik ifadələr Qarabağ və Şərqi Anadolu bölgələrinin ləhcə və şivə züsusiyyətləri ilə yanaşı, Güney Azərbaycan, xüsusən də Qaradağ şivələrinin izlərinə də rast gəlinir. Aşıq-şairin əlimizdə olan bəzi əsərləri əsasında apardığımız araşdırmalar maraqlı məluamatlar ortaya qoyur. “Dolana–dolana” (s.37) şeirində NOBAT (növbə)
Nobat gəldi mana yetdi
Saqi dolana-dolana.

“Pərim gəlsin” (s.40) şeirində YALAV (alov),

Əyninə geyib qırmızı,
Yalav kimi yanır üzü...


Yenə orada, “Dilbər” şeirində SƏBRÜ-QƏRALIMI (səbrü-qərarimi),
İtirmişəm maralımı,
Bir sinəsi yaralımı,
Günüz səbrü qəralımı,
Gecə yuxum kəsən dilbər.

“Qızların” (s.50) şeirində ADNA AXŞAMI (cümə axşamı, 4-cü gün). BƏLGƏ qoymaq (nişan qoyma, nişanlamaq).
Adna axşamında bəlgə qoyasız,
Kəsilə qovğası, qalı qızların.

“Gedirəm” (s.53) şeirində CƏLAY-VƏTƏN (vətəndən ayri düşmək, dərbədər olmaq)
Nə müdətdi cəlay-vətən olmuşam,
Baş götürüb Gəncə deyib gedirəm.

“Deyərsən” (s.56) şeirində XAYIN (xain)

Aralıqdan haq götürsün xayını,
Xain olan haqdan almaz payını.

“Bu qızın” (s.58, 59) şeirində LALA (lalə)

Ləblər mirvarıdı, incidir dəndan,
Al yanağı əlvan lala bu qızın.

“Gətiri” (s.59) şeirində İRƏNGİN (rəngin) və LALA (lalə)

Başına döndüyüm vəfalı dilbər,
İrəngin dağlardan lala gətiri.

“Saqinin” (s.59) şeirində QARA BAĞRIM (qara çiyərim) və ÇATILI (çatılmaq, bir-birinə sarılmaq mənasında)

Ay ilə gün bir-birinə çatılı,
Sevdiciyim yağnan bala qatılı,
Doğram-doğram olub közə tutulu,
Qara bağrım bıçağında saqinin.


“Ras gəldim” şeirində (s.60) RAS (rast gəlmək, rastlaşmaq)

Pərinin bağında seyran eylədin,
Almalı, heyvalı yaza ras gəldim.

“Ayrı” (s.78) şeirində KİMSƏNƏM (bir kimsəm)

Sənin elin, günün, qardaşların var,
Mənim kimsənəm yox, yar, səndən ayrı.

“Mənim” (s.76) şeirində MƏTAH, MATAH (qiymətli, əziz)

Sərim təvəlladır, üzüm payəndaz,
Yoxdur bundan qeyri bir mətah mənim.

“Dönübdü” (s.77) şeirində BƏDƏSİL (əsli olmayan)

Bədəsilin eşidən tək sözlərin,
Yəqin etdim, ömrüm zayə dönübdü.

“Dolanım” (s.83) şeirində ARIX (arıq)

Qarı nənə, sən bir arıx dəvəsən.
Qanqal gərək, xırda-xırda gəvə sən

“İmdi” (s.84) şeirində UMSUX (umsuq, ümidin boşa çıxması )

Umsux etdin məni, qoydun avara,
Dedim bir şir, aslandır imdi.

“Mənim” (s.90) şeirində İRƏNG (rəng)
Ha elədim, əlim yara yetmədi,
Günbəgün irəngim saralar mənim!


“Dedim” şeirində (s.94) TUŞUNDA (tuşu, yönü, tərəfində, üzbəüz mənasında)

Oturmuşdum Təktüklünün başında,
Ocaq qırağında, pirin tuşunda.

Yara üz (s.98) şeirində NAGÜMAN (gümanı çatmayan, ümidsiz)

Nagümanam mən bur dərddən sağalam,
Təbib birdi, dərd min birdi, yara yüz.

“Ay əsər indi” (s.99) şeirində ZAİL (zay olmaq) LƏMYESİR

Ağlım zail oldu, halım didərgin,
Nə ki var əndamım ay əsər indi.


“Qaldı” (Dədə Yediyarla I deyişmə, s.107 ) şeirində LƏMYESİR (yetim, kimsəz)

De kimə can gəldi, qələm çalındı,
Neçə min il dünya ləmyesir qaldı

Bayatıların (s.118) birində AVLAR (ovlayar) və ZƏRDABLAR (ilan vurduqdan sonra zəhərin bədənə yayılması mənasında), yaxud XALXA (burada xalqa mənasında işlədilib). Xalxa şəms etmək (camaata, el-obya şəms etmək, bəyan etmək, bildirmək anlamında. Yeri gəlmişkən, el arasında bəzi məsələləri, hadisələri çılğınlıqla çatdırmaq, bəyan etmək, hayküylə bildirmək yaxşı hal sayılmayıb. Ona görə də aşıq deyir ki, günəş kimi, şəms kimi mənim dərdimi aydınlatma, problemimi car eləmə. Qoy, öz dərdimi özüm çəkim.)

Pərim bağda gül avlar
Sərim bağda gül avlar.
Qurbanı vurub təlxələr,
Canın alıb zərdablar.


Yaxud

Vurubdu təlxə məni,
Şəms etmə xalxa məni.
Aləm gəlsə, əlac yox,
Sal südə çalxa məni.

Burada xalxa şəms etmək

Göründüyü kimi, biz burada bəzi ifadə və anlayışların, sözlərin Qarabağ və Şərqi Zəngəzur bölgəsində bu gün də işləndiyinin şahidi oluruq. Belə nəticəyə gəlirik ki, Dirili Qurbani bu ifadələri saxlamaqla özünün kimliyi və arxaik sözlərin haradan qaynaqlandığı fikrini ortaya qoymuş olur.

Mahmudov Yusif Məhəmməd oğlu
tarix üzrə fəlsəfə doktoru,
ətraf mühit üzrə tədqiqatçı
Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyasının müəllimi







16-06-2025, 00:56
İranda ölənlərin sayı 224-ə çatdı - RƏSMİ


İranda ölənlərin sayı 224-ə çatdı - RƏSMİ

İranda İsrail Müdafiə Qüvvələrinin (İMQ) hücumu nəticəsində 224 nəfər ölüb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin (SN) İnformasiya Mərkəzinin başçısı Hüseyn Kirmanpur sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, son 65 saatda 1 481 nəfər xəstəxanaya yerləşdirilib. “Onların 90 %-dən çoxu mülki şəxslərdir”, – Kirmanpur qeyd edib.
Nazirlik nümayəndəsi 522 nəfərin evə buraxıldığını, 224-nün öldüyünü vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!