“Özümüzü kəsən qılınc” kitabının təqdimatı oldu .....                        Ədaləti təmin etmək üçün gərək yumruğun olsun - Prezident .....                        Ukrayna hücuma keçməlidir - Tramp Zelenskiyə daha nələr deyib? .....                        Azərbaycan futbolçusu faciəvi şəkildə öldü .....                        Tramp Netanyahuya zəng etdi .....                        Təbrizdən Bakıya aviareyslər bərpa edilir .....                        "Qarabağ"ın yeni oyunçusu .....                        Liderlər Şuşada birgə nahar etdilər .....                        Tramp Zelenski ilə nələrdən danışıb? .....                       
19-06-2025, 20:23
"Azərbaycan" məhəlləsi FOTOLARDA


"Azərbaycan" məhəlləsi FOTOLARDA

İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsində inşa olunacaq mədəniyyət mərkəzinin onlayn formatda təməlini qoydular.
Zəlzələdən zərər görmüş bir sıra ailələrə yeni mənzillərin açarları təqdim olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsinin açılışını bildirən rəmzi lenti kəsdilər.
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsini gəzdilər, burada inşa edilmiş mənzillərə baxdılar.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində inşa edilmiş Heydər Əliyev adına ibtidai məktəbdə və uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.




19-06-2025, 19:56
İran İsrailə ŞƏRT QOYDU


İran İsrailə ŞƏRT QOYDU

İranın zərbələri yalnız İsrail "cəzalandırıldıqda" və Tehrana təzminat ödədikdə dayandırılacaq.
Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında bildirilib.
"Düşmən cəzalandırılana və təzminat ödənilənə qədər cavab tədbirləri davam edəcək", - bəyanatda qeyd olunub.
Qeyd edək ki, bəyanatdan sonra İran İsrailə yeni zərbələr dalğasına başlayıb.
Bildirilib ki, hazırda bir çox şəhərlərdə həyəcan siqnalları səslənir.
19-06-2025, 18:30
İran İsrailə raket atdı


İran İsrailə raket atdı

İsrail Müdafiə Ordusu İran ərazisindən yeni raket buraxılışını qeydə alıb.
Bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.
Ölkənin bir sıra bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Hərbçilər hava hədəflərini vurmağa başlayıblar.
19-06-2025, 18:16
Ləmbəranskinin yerinə o təyin edildi


Ləmbəranskinin yerinə o təyin edildi

Sabunçu rayonuna yeni prokuror təyin edilib.
Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Sabunçunun yeni prokuroru vəzifəsinə Dadaşov Murad Natiq oğlu təsdiqlənib.
M.Dadaşov bundan əvvəl Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi işləyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski vəzifəsindən azad edilmişdi.
19-06-2025, 17:59
Kahramanmaraşlı jurnalist: "Azərbaycan Prezidentinə təşəkkür edirik"


Kahramanmaraşlı jurnalist: "Azərbaycan Prezidentinə təşəkkür edirik"

Bu gün Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan məhəlləsi”nin açılışı olub. Açılışda Azərbaycan və Türkiyə prezidentləri iştirak ediblər.
Xatırladaq ki, 2023-cü ilin fevralın 6-da mərkəzi Kahramanmaraşda baş verən zəlzələdən sonra Azərbaycanın dəstəyi ilə başlanan məhəllənin tikintisi başa çatıb.
320 hektar ərazini əhatə edən layihədə 1 323 yaşayış evi və 799 iş yeri daxil olmaqla cəmi 2 122 tikili inşa edilib.
Layihə çərçivəsində zəlzələ zamanı ciddi ziyan çəkən Sezai Karakoç İbtidai məktəbinin yerində Heydər Əliyev İbtidai məktəbi tikilib. TOKİ və Azərbaycan tərəfinin əməkdaşlığı ilə inşa edilən məktəbdə 20 sinif otağı, 3 laboratoriya, 3 uşaq bağçası sinfi, kitabxana, idman zalı və emalatxanalar da var.
Kahramanmaraşlı jurnalist Bekir Doğan bildirib ki, “Azərbaycan məhəlləsi” Kahramanmaraşın ən gözəl məhəlləsi olub:
“Memarlıq üslubu, modernliyi nöqteyi-nəzərdən bu məhəllə olduqca möhtəşəmdir. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına ürəkdən təşəkkür edirik. İnsanlar “Azərbaycan məhəlləsi”nin salınmasına görə təşəkkür edirlər. Doğrudan da çox gözəl məhəllə oldu. Məskunlaşmadan və buradakı dükanlar işlək vəziyyətə gəldikdən sonra məhəllə şəhər mərkəzində gəzməli-görməli yer olacaq”.
19-06-2025, 17:30
Qarabağın hər bir guşəsi bərpa və inkişaf meydançasıdır - Ərdoğan


Qarabağın hər bir guşəsi bərpa və inkişaf meydançasıdır - Ərdoğan

Tale bizə Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsinin şahidi olmaq imkanı verdi. Bu gün Prezident İlham Əliyevin komandanlığı ilə işğaldan azad edilən Qarabağın hər bir guşəsi vahid tikinti-bərpa meydançasının tərkib hissəsidir.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 19-da Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışı zamanı deyib.
Türkiyə lideri xatırladıb ki, o, mayın 28-də Azərbaycanın Müstəqillik Günündə Laçında olub. Füzuli və Zəngilanın ardınca orada beynəlxalq hava limanı açılıb. “Qardaşım İlham Əliyevlə birlikdə yeni hava limanının açılışında iştirak etdik”, - deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti ümidvar olduğunu bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması regionun inkişafı və bərpası istiqamətində səylərə yeni impuls verəcək.
19-06-2025, 17:22
“Azərbaycan” məhəlləsi Türkiyə və Azərbaycanın həmrəyliyinin nümunəsidir


“Azərbaycan” məhəlləsi Türkiyə və Azərbaycanın həmrəyliyinin nümunəsidir

Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi xalqlarımızın talelərinin ayrılmazlığının göstəricisi olan “Bir millət, iki dövlət” kəlamının həyata keçirilməsinin daha bir nümunəsidir. Bu gün biz Türkiyə və Azərbaycanın həmrəyliyinin, birliyinin sarsılmazlığını bir daha dünyaya nümayiş etdiririk.
Bu sözləri iyunun 19-da Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyənin dövlət başçısı Prezident İlham Əliyevin simasında Azərbaycanın on milyon sakinini səmimiyyətlə salamladı.
Prezident xatırladıb ki, 2023-cü ilin fevralında baş vermiş dağıdıcı zəlzələlərin fəsadları ilə üzləşən Türkiyəyə yardıma ilk gələnlərdən biri də Azərbaycan olub.
“Azərbaycan xalqının həmrəyliyini və dəstəyini heç vaxt unutmayacağıq. Türkiyə xalqına kömək əlini uzatdıqları üçün Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xüsusi minnətdarlığımı bildirmək istəyirəm”, - deyən Prezident Ərdoğan Kahramanmaraşın “Azərbaycan” məhəlləsini təbii fəlakət bölgəsinin bərpasının qürur mənbəyi adlandırıb.
Türkiyə lideri, həmçinin Kahramanmaraşda yeni yaşayış kompleksi layihəsinin həyata keçirilməsinə görə Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) və Türkiyənin Mənzil İnşaatı Dövlət İdarəsinə (TOKİ) təşəkkür edib.
19-06-2025, 17:15
Türkiyədə yanğınsöndürmə təyyarəsi qəzaya düşdü - Yaralılar var


Türkiyədə yanğınsöndürmə təyyarəsi qəzaya düşdü - Yaralılar var

Türkiyədə yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb.
Hadisə Adanada baş verib.
Meşə yanğınlarının söndürülməsinə cəlb olunan təyyarənin gölə düşməsi nəticəsində iki pilot yaralanıb.
19-06-2025, 16:58
Nikol tez-tez dərsdən qaçır, dava salırdı - Keçmiş müəllimi Paşinyandan danışdı


Nikol tez-tez dərsdən qaçır, dava salırdı - Keçmiş müəllimi Paşinyandan danışdı

Ermənistanın “Hraparak” qəzeti Baş nazir Nikol Paşinyanın yeniyetməlik və gənclik dövründən yazıb.
Paşinyana orta məktəbdə dərs demiş adını açıqlamayan müəllimlərdən biri qəzetə onun dəcəlliklərindən danışıb.
Bildirib ki, Nikol məktəb illərində müəllimlərinə ciddi problemlər yaradırmış.
“Tez-tez dərsdən qaçardı, bütün məktəbə bəla idi və iş o yerə çatdı ki, atası, eyni məktəbdə bədən tərbiyəsi müəllimi işləyən Vova Paşinyan onu hamının gözü qarşısında döydü. Başqa sözlə desək, o, yeniyetməlik illərindən problem çıxarmaq, fitnə-fəsad törətməklə xarakterizə olunurdu”, - müəllim deyib.
Sonra Nikol təkbaşına paytaxta gəlib, İrəvan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub və tələbəlik illərində müxtəlif qəzetlərdə işləməyə başlayıb.
Qeyd edilib ki, Nikol tələbəlik illərdində işlədiyi qəzetlərdə universitetinə, müəllimlərinə, müxtəlif məmurlara qarşı o qədər yazılar yazıb ki, 4-cü kursda təhsilini yarımçıq qoymağa məcbur olub. Çünki onu İrəvan Dövlət Universitetindən xaric ediblər,
“Jurnalistika fakültəsinin dekanı, özü də icevanlı (Nikolun həmyerlisi-red.) olan Qarnik Ananyan onun haqqında həmişə pis danışırdı. Paşinyan təkcə dekan haqqında deyil, onun bacısı, İcevan vilayət komitəsinin katibi Cemma Ananyan haqqında da yazılar yazıb. Bir tərəfdən dərsə getmirdi, bir tərəfdən də konflikt yaradırdı, fakültə dekanı 5-ci kursda onu universitetdən xaric etmək qərarına gəldi. Bundan sonra o, ciddi şəkildə jurnalistika ilə məşğul olmağa başladı, “Planet” qəzetində çalışdı, sonra oradan ayrıldı, “Oragir”, daha sonra isə “Haykakan Jamanak” qəzetlərini açdı”, - baş nazirin keçmiş müəllimi deyib.
"Hraparak" Nikol Paşinyanın siyasətə gələndən, baş nazir seçiləndən sonra da dəlisov davaranışlarını yerə qoymadığını qeyd edib.
19-06-2025, 16:51
Türkiyə və Azərbaycan bir-birinin yanında uğurla irəliləyir


Türkiyə və Azərbaycan bir-birinin yanında uğurla irəliləyir

Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq və bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya çapında önəmli faktordur.
Bu fikirləri Prezident İlham Əliyev Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışında səsləndirib.
“Dörd il bundan əvvəl hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim münasibətlərimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim münasibətlərimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik, həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə Türkiyə və Azərbaycan iki qardaş ölkə bir birinin yanında inamla uğurla irəliləyir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!