Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
19-06-2025, 15:26
Məqsədlərimizdən biri Xameneinin öldürülməsidir - İsraildən AÇIQLAMA


Məqsədlərimizdən biri Xameneinin öldürülməsidir - İsraildən AÇIQLAMA

İsrailin müdafiə naziri İsrael Katz İranın ali lideri Əli Xameneini hədələyib.
Məlumata görə, o, bu barədə İranın hədəfə aldığı Holon bölgəsinə səfəri zamanı danışıb.
“İsrailin məhvini əlində bayraq edən Xamenei kimi diktator mövcudluğunu davam etdirə bilməz. O, mövcud olmağa davam edə bilməz”, - nazir deyib.
O, Xameneini “müasir dövrün Hitleri” adlandırıb. Nazir əlavə edib ki, Xameneinin öldürülməsi İsrailin hərbi əməliyyatlarının əsas hədəflərindən biridir.
Xatırladaq ki, ötən gün İsrailin "9-cu Kanal"ı iddia edib ki, İsrail təyyarələri Tehranda ali lider Əli Xameneinin bunkeri yerləşən məhəlləni bombalayıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Əli Xamenei ilə bağlı paylaşım edib. Tramp Xameneinin yerini dəqiq bildiklərini, onu hədəf ala biləcəklərini, lakin hələlik bu addımı atmayacaqlarını qeyd edib.
"Biz "Ali Lider" adlandırılan şəxsin harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, amma orada təhlükəsizdir. Biz onu hələlik sıradan çıxarmayacağıq (öldürməyəcəyik). Amma mülki şəxslərə və Amerika əsgərlərinə raket atılmasını istəmirik. Səbrimiz tükənir. Bu məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirik!"
19-06-2025, 15:04
Zaxarova Azərbaycana təşəkkür etdi


Zaxarova Azərbaycana təşəkkür etdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycana təşəkkür edib.
Bu barədə Rusiya XİN sözçüsü bu gün Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirdiyi brifinqdə bildirib.
Zaxarova İsrail-İran münaqişəsinin ilk günlərində İranda olan Rusiya vətəndaşlarının təxliyəsini təşkil etdiyinə görə Azərbaycana təşəkkür edib:
"Azərbaycanlı tərəfdaşlarımıza xüsusilə eskalasiyanın ilk günlərində göstərdiyi köməyə görə səmimi təşəkkür edirəm. Bakı ilə logistik xarakterli bütün təşkilati məsələləri operativ şəkildə həll edirik. Bu günə kimi İran-Azərbaycan sərhədindəki Astara nəzarət buraxılış məntəqəsindən 500-dən çox Rusiya vətəndaşı keçib. Onlar Azərbaycan torpağındakı qonaqpərvərliyi, dəstəyi xüsusi qeyd edirlər".
19-06-2025, 10:29
“Əziz Peyğəmbərimiz” adlı kitab çap edilib

“Əziz Peyğəmbərimiz” adlı kitab çap edilib

Bu günlərdə “Vətən səsi”nin əməkdaşı, AYB-nin üzvü, Prezident mükafatçısı Mina Rəşidin “Əziz Peyğəmbərimiz” adlı uşaq və gənclər üçün nəzərdə tutulan kitabı çap edilib. Kitab “AVE print” nəşriyyatında işıq üzü görüb.
Yazıçı, “Ulduz” jurnalının şöbə redaktoru Hicran Hüseynovanın kitabda yer alan yazısında qeyd edilir ki, nəşrdə sonuncu peyğəmbərimiz olan Muhəmməd (s.a.s) peyğəmbərin həyatından, ümumən İslam dininin gözəlliklərindən, üstünlüklərindən bəhs edilir. Ən başlıcası isə odur ki, müəllif bütün bu bilgiləri həm gözəl, axıcı poeziya dilində, həm də məktəb yaşlı uşaqların başa düşəcəyi qədər sadə, anlaşıqlı bir dildə qələmə alıb. İmanlı, inamlı övlad yetişdirmək istəyən valideynlər, bu kitab gözəl məqsədinizə çatmaq yolunda ən böyük yardımçınız olacaq. İnşəAllah!
Qeyd edək ki, kitabın redaktorları tanınmış yazıçılar - Sevinc Nuruqızı, Hicran Hüseynova və Ayişə Nəbidir. Tərtibatçı isə Elşən Şıxlıdır.
Onu da əlavə edək ki, bu Mina Rəşidin sayca 9-cu kitabıdır.

Günel QULİYEVA
19-06-2025, 10:14
“8 Noyabr Zəfər Günü - Suverenliyə aparan yol” kitabı çap olunub


“8 Noyabr Zəfər Günü - Suverenliyə aparan yol” kitabı çap olunub

“8 Noyabr Zəfər Günü - Suverenliyinə aparan yol" adlı monoqrafiya çapdan çıxıb.
Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunda hazırlanan elmi əsər Azərbaycanda Konstitusiyanın qəbul edilməsinin 30-cu və 44 günlük Vətən müharibəsində Qələbəmizin 5-сi ildönümlərinə həsr olunub.
Kitabın müəllifi İnstitutun Humanitar elmlər şöbəsinin professoru, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.

Kitabın layihənin rəhbəri - Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülov, elmi redaktoru- Milli Müdafiə Universitetinin rektorun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, dosent, general-mayor Arif Həsənov, baş redaktor - Hərbi Elmi Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin rəisi, dosent, polkovnik Yaşar Kərimov, redaktor - Hərbi Elmi Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin dosenti Sevinc Ələkbərova, rəyçilər: milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, Hərbi Elmi Tədqiqat İnstitutunun rektor müavini, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Rəşad Tahirov və Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, milli təhlükəsizlik və hərbi elmlər doktoru, professor, ehtiyatda olan polkovnik Elşən Həşimovdur.
Elmi əsərdə Ermənistan və Azərbaycan arasında İkinci Qarabağ müharibəsinin məzmununu müəyyənləşdirən əsas hərbi və siyasi komponentlərə qiymət verilir. Həmçinin beynəlxalq birliyin və Ermənistan-Azərbaycan münaqişəsinə cəlb olunan tərəflərin fəaliyyətinin qərəzsiz təhlilinə böyük diqqət yetirilib. İkinci Qarabağ müharibəsində xronoloji ardıcıllıqla hərbi-siyasi hadisələrin və döyüş əməliyyatlarının xüsusiyyətləri əks olunub. Bununla yanaşı, 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi hərbi-strateji məharət və tətbiq edilən taktikanın təkamülü təhlil olunub.
Kitab xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursant və gənc zabitləri, adyunktları, müəllimləri və dinləyiciləri, hərbi nəzəriyyəçi və praktiklər, beynəlxalq münasibətlər, beynəlxalq humanitar və hərbi hüquq sahəsində ixtisaslaşan mütəxəssislər üçün nəzərdə tutulub.
“8 Noyabr Zəfər günü - Suverenliyə aparan yol” kitabı, həmçinin Azərbaycanın hərb tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, gedişi və digər məsələlərlə maraqlanan oxucu kütləsi üçün də maraqlı ola bilər.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!