"EuroVillage 2025" Bakıda .....                        İranda siyasi rejim devrilməyəcək - Medvedev .....                        Roma Papasından çağırış - Müharibələri dayandırın .....                        İrandan İsrailə 35 raket atılıb - Yaralananlar var .....                        Azərbaycandan ABŞ və İrana çağırış .....                        ABŞ hücumlarını dayandırmalıdır - İran çağırış etdi .....                        Azərbaycan və Pakistan XİN başçıları İstanbulda görüşdü .....                        Doktorant və dissertant olmaq istəyənlər imtahan verdi .....                        İranın İsrailə raket zərbələri - 86 nəfər yaralandı .....                       
Bu gün, 18:20
"EuroVillage 2025" Bakıda


"EuroVillage 2025" Bakıda

Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “EuroVillage 2025” (Avropa Şəhərciyi) tədbiri keçirilir.
Tədbir Avropa Günü münasibətilə təşkil olunub, Avropa İttifaqı, onun üzv dövlətləri, Azərbaycanın Gənclər və İdman Nazirliyi və digər tərəfdaş qurumların birgə iştirakı ilə həyata keçirilir.
Qeyd edək ki, builki "EuroVillage 2025" sağlam həyat tərzinin və idmanın təşviqinə həsr olunub.
Tədbir çərçivəsində Aİ ölkələrinin pavilyonları, interaktiv guşələr, səhnə çıxışları, uşaqlar və böyüklər üçün əyləncəli və maarifləndirici fəaliyyətlər təqdim olunub. Həmçinin ziyarətçilər üçün musiqi, rəqs, idman oyunları və hədiyyəli müsabiqələr təşkil edilib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko bildirib ki, Avropa şəhərciyi qitəyə açılan bir pəncərədir:
"Bu, Avropa İttifaqını unikal edən onun zəngin mədəniyyətini və müxtəlifliyini görmək, öyrənmək və zövq almaq üçün bir imkandır. Bayramı azərbaycanlı dostlarımızla bölüşməkdən məmnunuq!”
Bu gün, 18:01
İranda siyasi rejim devrilməyəcək - Medvedev


İranda siyasi rejim devrilməyəcək - Medvedev

İranda “üç nöqtəyə” gecə zərbəsi endirməklə ABŞ “quru əməliyyatı perspektivi ilə yeni bir münaqişəyə” cəlb edilməsinə nail oldu və “sülhməramlı prezident kimi” gələn Donald Tramp yeni müharibəyə başladı.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Dmitri Medvedev qeyd edib ki, İranda siyasi rejim devrilməyəcək: "Nüvə dövrünün kritik infrastrukturu, görünür, zədələnməyib və ya cüzi zədələnib. Nüvə materiallarının zənginləşdirilməsi və indi birbaşa deyə bilərik ki, nüvə silahının gələcək istehsalı da davam edəcək. Bir sıra ölkələr İranı öz nüvə silahları ilə birbaşa təmin etməyə hazırdır. İranda siyasi rejim qorunub saxlanacaq və böyük ehtimalla güclənəcək, xalq dini rəhbərliyin ətrafında möhkəmlənəcək”.
RF Təhlükəsizlik Şurasının sədr müavini dünya ölkələrinin mütləq əksəriyyətinin İsrail və ABŞ-nin hərəkətlərinə qarşı olduğunu söyləyib: “İsrail hücum altındadır, partlayışlar baş verir, insanlar təşviş içindədir”.
Onun sözlərinə görə, belə başlanğıcla Tramp Nobel Sülh mükafatını görməyəcək:
"Belə uğurları ilə Tramp Nobel Sülh Mükafatını görməyəcək. Yaxşı başlanğıcdır, təbrik edirəm, cənab prezident".
Bu gün, 17:46
Roma Papasından çağırış - Müharibələri dayandırın


Roma Papasından çağırış - Müharibələri dayandırın

Roma Papası XIV Leo Yaxın Şərqdə genişlənən münaqişədən dərin narahatlığını ifadə edərək dünya liderlərini məsuliyyətə və müharibələri dayandırmağa çağırıb.
Roma Papası Müqəddəs Pyotr meydanında dindarlara müraciətində bildirib ki, Yaxın Şərqdən, xüsusilə İrandan narahatedici xəbərlər gəlir, bu dramatik ssenariyə İsrail və Fələstin də daxildir.
XIV Leo qeyd edib ki, müharibələrdən ən çox əziyyət çəkən mülki əhalidir, xüsusən Qəzza və digər ərazilərdə humanitar yardıma ciddi ehtiyac var: "Hər bir lider mənəvi məsuliyyət daşıyır, müharibə fəlakətinə son qoymaq lazımdır. Müharibə problemləri həll etmir, əksinə, xalqların tarixində sağalmaz yaralar açır. Diplomatiya silahdan üstün tutulmalıdır. Gələcək yalnız sülh vasitəsilə qurula bilər”.
Bu gün, 17:21
İrandan İsrailə 35 raket atılıb - Yaralananlar var


İrandan İsrailə 35 raket atılıb - Yaralananlar var

İyunun 22-də səhər saatlarında İrandan İsrailə azı 35 raket atılıb.
Bu barədə N12 telekanalı məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində azı 23 nəfər yaralanıb.
Bu gün, 16:17
Azərbaycandan ABŞ və İrana çağırış


Azərbaycandan ABŞ və İrana çağırış

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb.
Bəyanatda bütün tərəflər dialoq və diplomatiyaya üstünlük verməyə çağırılır.
"Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik.
Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq", - bəyanatda qeyd olunur.
Bu gün, 15:43
ABŞ hücumlarını dayandırmalıdır - İran çağırış etdi


ABŞ hücumlarını dayandırmalıdır - İran çağırış etdi

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin ölkəsinə hücumlarının dayandırılması üçün beynəlxalq aləmə çağırış edib.
A.Əraqçi Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində keçirilən toplantıdan sonra təşkil edilən mətbuat konfransında belə çağırışla çıxış edib.
Nazir ABŞ-nin İranın nüvə mərkəzlərini hədəf almasının böyük təhlükə olduğunu bildirib. O, hücumlar bitməyənə qədər diplomatik danışıqların çətinliyini də qeyd edib.
Bu gün, 15:26
Azərbaycan və Pakistan XİN başçıları İstanbulda görüşdü


Azərbaycan və Pakistan XİN başçıları İstanbulda görüşdü

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında iştirakı çərçivəsində Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub.
Ali və yüksək səviyyədə qarşılıqlı səfər və təmasların dövlətlərarası əlaqələrimiz üçün möhkəm bünövrə rolunu oynadığına dair həmfikirlik ifadə olunaraq, Pakistan Baş nazirinin Azərbaycana cari ilin may ayında baş tutmuş sonuncu səfəri, Laçında keçirilmiş görüşlər zamanı iki ölkənin liderləri arasında aparılan müzakirələrin əhəmiyyəti bir daha vurğulanıb.
Azərbaycanın cari ilin iyul ayında İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi və 2026-cı ildə etibarən başlayacaq İslam Əməkdaşlıq Təşkilatına sədrliyinin çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlığımız üçün əlavə imkanlar yaratdığı bildirilib.
Davamlı siyasi dialoqumuzun digər ölçülər üzrə əməkdaşlıq əlaqələrimizin inkişafına müsbət təsirindən bəhs olunub, iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və digər perspektivli sahələr üzrə tərəfdaşlıq məsələləri nəzərdən keçirilib.
Son regional inkişaflar diqqət mərkəzində saxlanılıb, İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi narahatlıq ifadə olunub və münaqişənin diplomatik yollarla həllinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu gün, 15:15
Doktorant və dissertant olmaq istəyənlər imtahan verdi


Doktorant və dissertant olmaq istəyənlər imtahan verdi

Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanı keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
İmtahan Bakı və Naxçıvan şəhərlərdə təşkil olunub. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.
İmtahanda iştirakçılara xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim olunub.
İmtahan nəticələri danışıq bloku və yazılı tapşırıqların yoxlanılması prosesi başa çatdıqdan sonra 4 həftə ərzində elan olunacaq.
Danışıq bloku üzrə imtahanın iyulun 1-dən 5-dək keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, imtahanda toplanıla biləcək maksimal bal 50-dir və imtahanverənlərə (sual kitabçasında) təqdim olunan hər bir tapşırıq üzrə düzgün cavab bir balla qiymətləndirilir (maksimum 30 bal). Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər bir yazı işi (vizual məlumatın təsviri və esse) ayrı-ayrılıqda 10 ballıq şkala üzrə qiymətləndirilir. Yazı bloku üzrə maksimal bal 10-dur və ümumi balın hesablanması aşağıdakı kimi aparılır.

n(yazı)=0.4*n(vizual)+0.6*n(esse)

Danışıq bloku üzrə də toplanıla biləcək maksimal bal 10-dur. Xarici dil üzrə qəbul imtahanında bloklar üzrə müvafiq bal məhdudiyəti (2 bal) nəzərə alınmaqla keçid balını (25 bal) toplamış namizədlər fəlsəfə, sonra isə ixtisas fənnindən imtahana buraxılırlar. Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal 30-dur (bloklar üzrə 2 bal məhdudiyəti nəzərə alınmaqla).
Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 23-də keçiriləcək.

Qeyd: İyunun 22-də keçirilən imtahanda iştirak etməyən şəxslər danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər isə ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandan keçmiş hesab olunmayacaqlar.

***
09:43

Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
İmtahanlarda ümumilikdə 2 144 nəfər iştirak edəcək. Doktoranturaya qəbul imtahanına 1 797 nəfər (1 773 nəfər ingilis dili, 9 nəfər fransız dili, 15 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 344 nəfər (342 nəfər ingilis dili, 1 nəfər fransız dili, 1 nəfər alman dili) qeydiyyatdan keçib. 3 əcnəbi isə iyunun 23-də Azərbaycan dili üzrə imtahan verəcək.
İmtahanda 3 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli, serebral iflic) namizəd da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün binada xüsusi şərait yaradılıb və fərdi nəzarətçilər təyin edilib.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İmtahanverənlər 1 saat 30 dəqiqə ərzində onlara təqdim olunmuş 30 test tapşırığını cavablandırırlar. Bundan sonra iştirakçılara 15 dəqiqə fasilə verilir və sonra yazı blokunun vərəqləri təqdim olunur. Yazı bloku üçün də iştrakçılara 1 saat 30 dəqiqə vaxt verilir.
İmtahanların keçirilməsi üçün ümumilikdə 10 imtahan binası, 25 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 191 nəzarətçi, 27 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

Qeyd 1. İyunun 22-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən şəxslər danışıq bloku üzrə imtahana buraxılmayacaqlar. Namizəd və iddiaçıların danışıq bloku üzrə qiymətləndirilməsi şifahi formada kompüter proqramı vasitəsilə 1- 4 iyul tarixlərində həyata keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər də ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandan keçmiş hesab olunmayacaqlar.

Qeyd 2. İmtahanda toplanıla biləcək maksimal bal 50-dir və imtahanverənlərə (sual kitabçasında) təqdim olunan hər bir tapşırıq üzrə düzgün cavab bir balla qiymətləndirilir (maksimum 30 bal). Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər bir yazı işi (vizual məlumatın təsviri və esse) ayrı-ayrılıqda 10 ballıq şkala üzrə qiymətləndirilir. Yazı bloku üzrə maksimal bal 10-dur və ümumi balın hesablanması aşağıdakı kimi aparılır.

n(yazı)=0.4*n(vizual)+0.6*n(esse)

Danışıq bloku üzrə də toplanıla biləcək maksimal bal 10-dur. Xarici dil üzrə qəbul imtahanında bloklar üzrə müvafiq bal məhdudiyəti (2 bal) nəzərə alınmaqla keçid balını (25 bal) toplamış namizədlər fəlsəfə, sonra isə ixtisas fənnindən imtahana buraxılırlar.Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal 30-dur (bloklar üzrə 2 bal məhdudiyəti nəzərə alınmaqla).

Qeyd 3. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 23-də keçiriləcək.
Bu gün, 15:08
İranın İsrailə raket zərbələri - 86 nəfər yaralandı


İranın İsrailə raket zərbələri - 86 nəfər yaralandı

ABŞ-nin hücumlarından sonra İranın İsrailə endirdiyi iki raket zərbəsi nəticəsində azı 86 nəfər yaralanıb.
Bu barədə “The Times of Israel” məlumat yayıb.
Xatırladaq ki, İsrail iyunun 13-də gecə İranın nüvə proqramına qarşı hərbi əməliyyata başlayıb. İranın cavab hücumu gecikməyib. Növbəti günlərdə İsrail və İran yenidən bir-birinə zərbələr endirib. Hər iki tərəf bu hücumlar nəticəsində ölən və xəsarət alanların olduğunu bildirib.
Bu gün, 14:46
ABŞ-nin İranın nüvə obyektlərinə hücumundan narahatıq - Türkiyə XİN


ABŞ-nin İranın nüvə obyektlərinə hücumundan narahatıq - Türkiyə XİN

ABŞ-nin İranın nüvə obyektlərinə hücumu ilə bağlı nəticələrdən narahatıq.
Bu, Türkiyənin Xarici İşlər Nazirliyi yayınladığı bəyanatda yer alıb.
Qeyd olunub ki, Türkiyə İsrailin bölgədə təcavüzü ilə başlayan münaqişənin genişlənməsi və təhlükəsizlik mühitinin sabitliyinin pozulması riskinə hər zaman diqqət çəkib. ABŞ-nin bu gün (22 iyun) İranın nüvə obyektlərinə hücumu riski maksimum dərəcədə artırıb.
“Türkiyə ABŞ-nin İran İslam Respublikasının nüvə obyektlərinə hücumunun mümkün nəticələrindən dərin narahatdır. Davam edən hadisələr regional münaqişənin qlobal səviyyəyə yüksəlməsinə səbəb ola bilər. Bu fəlakətli ssenarinin həyata keçməsini istəmirik.
Biz bütün tərəfləri məsuliyyətlə hərəkət etməyə, hücumları indidən dayandırmağa və daha çox insan itkisi və dağıntıya səbəb ola biləcək addımlardan qaçmağa çağırırıq.
İranın nüvə proqramı ilə bağlı münaqişənin yeganə həll yolu danışıqlardır. Beynəlxalq ictimaiyyəti tərəflər arasında diplomatik həllin tapılması səylərini dəstəkləməyə çağırırıq”, - bəyanatda bildirilir.
Qeyd olunur ki, Türkiyə bu məsələdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə və konstruktiv töhfələr verməyə hazırdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!