Şimali Makedoniya Prezidenti Mikayıl Cabbarovu qəbul edib .....                        Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                       
24-06-2025, 14:46
İsrail, o bombaları atma! - Tramp


İsrail, o bombaları atma! - Tramp

İsrail və İran atəşkəs rejimini pozub.
Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
"İsrail, o bombaları atma. Əgər atsan, bu böyük bir pozuntu olacaq. Pilotlarını evə qaytar", - o qeyd edib.
24-06-2025, 14:23
Xamenei postunu təhvil verə bilər - Yerinə iki namizəd var - FOTO


Xamenei postunu təhvil verə bilər - Yerinə iki namizəd var - FOTO

İranın 85 yaşlı ali lideri Ayətullah Əli Xamenei tezliklə hakimiyyəti təhvil verə bilər.
“Reuters”in beş məlumatlı mənbəyə istinadən verdiyi məlumata görə, İranın növbəti ali liderini seçmək üçün Üləmalar Məclisini öz işini gücləndirib. Qapalı qurum olan Üləmalar Məclisininnin üzvləri iki il əvvəl Xamenei tərəfindən təsdiqlənib.
Agentliyin məlumatına görə, hazırda iki əsas fiqur müzakirə olunur: hazırkı liderin 56 yaşlı oğlu Müctəba Xamenei. O, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın sərt mühafizəkar kimi tanınır və mənbələrə görə, müxalifəti sıxışdırmaq, sərt xarici siyasət yeritmək barədə atasının fikirlərini tam bölüşür.
Digər namizəd Həsən Xomeyni İslam Respublikasının banisi Ruhulla Xomeyninin nəvəsidir. O, siyasi və sosial məhdudiyyətlərin yumşaldılmasını müdafiə edən islahatçı düşərgə ilə əlaqələndirilir, lakin eyni zamanda keçmişinə görə yüksək səviyyəli din xadimləri və bəzi İnqilab Keşikçiləri Korpusunun hörmətindən istifadə edir.
Lakin mənbələr yekun qərarın hələ verilmədiyini vurğulayır. Namizədlər dəyişə bilər, amma son söz yenə də Xameneinin özünə məxsusdur.
Yeri gəlmişkən, “Nyu-York Tayms” qəzeti bundan əvvəl daha üç mümkün namizəd haqqında məlumat vermişdi ki, onların arasında Müctəba Xameneinin adı çəkilmirdi.
Ali rəhbər İran İslam Respublikasının dövlət başçısıdır. İran Ali Rəhbərinin referendum təyin etmək, xalqın seçdiyi prezidenti təsdiq etmək, müharibə və sülh elan etmək, Silahlı Qüvvələrin Ali Baş Komandanı olmaq, məhkəmə hakimiyyətinin başçısını təyin etmək, radio və televiziya qurumunun rəhbərini təyin etmək kimi səlahiyyətləri var.
Əsas nazirlər ali rəhbərin razılığı ilə seçilir və o, İranın xarici siyasətində, həmçinin nüvə proqramında həlledici sözə malikdir.
Hazırkı ali rəhbər Əli Xamenei 1989-cu ildə Xomeyni vəfat edəndən sonra bu posta seçilib.



Müctəba Xamenei



Həsən Xomeyni
24-06-2025, 13:31
İranda 44 qadın, 13 uşaq həlak olub


İranda 44 qadın, 13 uşaq həlak olub

İyunun 13-dən - İsrailin hücumları başlayandan bəri 44 iranlı qadın həlak olub, 163-ü isə yaralanıb.
Bunu “Tasnim” agentliyinə İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hüseyn Kermanpur bildirib.
O deyib ki, qurbanlar arasında doğulmamış körpələrilə birlikdə ölən iki hamilə qadın da var.
Hüseyn Kermanpur əlavə edib ki, hücumlar nəticəsində ən kiçiyi cəmi 2 aylıq olan 13 uşaq da dünyasını dəyişib.
Yaralanan ən kiçik uşağın 4 yaşı var və hazırda 50 faiz yanıq xəsarəti ilə reanimasiyadadır.
24-06-2025, 12:34
İsrail müdafiə naziri Tehrana hücum əmri verdi


İsrail müdafiə naziri Tehrana hücum əmri verdi

İsrailin müdafiə naziri İsrael Kats atəşkəs rejiminin pozulması və İranın ölkənin şimalını atəşə tutmasını şərh edib.
"İranın ABŞ Prezidentinin elan etdiyi atəşkəs rejimini kobud şəkildə pozması və İsrailə doğru raketlər atması fonunda, həmçinin istənilən pozuntuya qətiyyətlə cavab vermək niyyətində olan İsrail hökumətinin siyasətinə uyğun olaraq mən İsrail Müdafiə Qüvvələrinə baş nazirlə koordinasiyalı şəkildə Tehrana qarşı intensiv hücum əməliyyatlarını davam etdirməyi tapşırdım...", - Katsın bəyanatında deyilir.
24-06-2025, 12:17
Sabah 33 dərəcə isti olacaq


Sabah 33 dərəcə isti olacaq

Azərbaycanda iyunun 25-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz40-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 29-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
24-06-2025, 09:25
Yollar ayırdı bizi


Yollar ayırdı bizi

Dostum BƏXTİYAR BAYRAMOVun
x a t i r ə s i n ə


(ELEGİYA)
... İnsan ömrü yollarda keçir. Yola nə var ki?! Heç kəsin kimliyinə məhəl qoymadan hamını istədiyi unvana--mənzil başına çatdırar. Dərd bizim dərdimizdir: evdən çölə çıxanda yüz ölçüb, bir biçməyə çalışır, Allah-təaladan yolumuzun uğurlu olmasını diləyirik. Təəssüf ki, bəzən seçdiyimiz ən gözəl yolun da bizi ürəyimizdəki arzulara qovuşdurmağa "gücü çatmır."
Bəxtiyarla yolumuz dədə-baba yurd yerimizdə, İrəvan mahalında kəsişmişdi. Onda evli-eşikli kişilər idik. Halbuki bir-birinin beş addımlığında qərar tapmış Zəngibasar kəndlərində
(Bəxtiyar Asağı Necilidə, mən isə Qaraqışlaqda) dünyaya göz açıb , ərsəyə yetmişdik. Görünür, alnımıza belə yazılıbmış, yollar bizi məhz o vaxt-- 80- ci illərin ikinci yarısında Qərbi Azərbaycanın paytaxtında, "Sovet Ermənistanı" qəzeti redaksiyasında görüşdürməliymiş. Elə ilk tanışlıqdanca xasiyyətimiz tutduğundan qədim-qayım bir dostluğun təməli qoyulmuş oldu.
Aramızdakı xoş ünsiyyət həm də atalarımız, əmilərimiz, əmiuşaqlarımızın (yeri gəlmişkən, Bəxtiyarın əmisi oğlu Azər bəyi bu günədək özümə ən əziz dost bilirəm) yaxın tanış olmalarından qaynaqlanırdı.
Hər ikimiz ziyalı ailəsindən idik. Xüsusən, "Bayramov" soyadı o tərəflərdə yaxşı tanınır, hörmət-izzətlə qarşılanırdı. Tək bir fakta toxunacam: Bəxtiyarın əmisi Məhərrəm Bayramov olduqca böyük nüfuz sahibi kimi xatırlanırdı. O, vaxtilə məsul işlərdə (məs:Amasiyada raykom katibi) çalışmış, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin sədr müavini vəzifəsinədək yüksəlmişdi. Məhərrəm müəllim həm də təcrübəli tədqiqatçı -alim, pedaqoq idi. Ömrünün son dönəmini isə jurnalistikaya həsr etmişdi--1974-cü ildən 1981-ci ilədək "Sovet Ermənistanı" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdı.
Bəxtiyar ixtisasca müəllim idi, amma qəzetçiliyə özgə bir həvəsi vardı. Təəssüf ki, bu yolda birgə fəaliyyətimiz uzun sürmədi-- müəyyən səbəblərdən Bakıya köçüb, burda yurd saldı.
1988-ci ildə Qarabağ hadisələri tüğyan edəndə mən də Bakıya köcməli oldum. Təbii ki, ilk görüşüb dərdləşdıyim adamlardan biri də Bəxtiyar oldu...
O zamanlar nələr çəkdiyimiz hamıya məlumdur. 90-cı-cı illərdə qaçqın və köçkünlərin mətbu orqanı olan "Vətən səsi" qəzeti fəaliyyətə başladı. Bəxtiyar da orda çalışırdı, özü də canla-başla! Hətta bir neçə ildən sonra baş redaktor vəzifəsinə qalxdı, çox gərəkli işlər gördü. Onda mən Az TV-də çalışırdım. Tez-tez zəngləşir, hal-əhval tuturduq. Bir müddət sonra isə... yollar bizi yenidən eyni məkanda görüşdürdü: Bəxtiyar televiziya sahəsinə keçmişdi. Necə deyərlər, dostluğumuza " ikinci nəfəs" verilmişdı. Və beləcə, olduqca maraqlı keçən aylar- illər bəzi məsələləri sanki arxa plana cəkmişdı. Yoxsa...Bir də ayılıb görməzdik ki, saçımız-saqqalımız əməlli-başlı ağarıb. Artıq Bəxtiyar TV-də xeyli püxtələsmişdı, "Maarifçilik" redaksiyasına rəhbərlik edirdi, o qədər arzusu, niyyəti vardı ki! Amma...
Belə yerdə deyiblərmis: "Sən saydığını say..." Hə, fələyin gözü tökulsün, qoy deyim. Bəxtiyarın səhhətində müəyyən problemlərin olduğunu bilirdik. Di gəl ki, belə yox də! Şəkər xəstəliyi "mehriban düşmənçiliyindən"qalmadı:qısa zaman kəsiyində gözləri bərk zəiflədi, böyrəklərində, ürəyində
ciddi fəsadlar baş qaldırdı. Neçə-neçə adda iynə -dərmanı bir yana, əməliyyat dalınca əməliyyatlardan keçdi.Allah-təala ömür-gün yoldaşının, iki oğul balasının, qızının canlarını sağ eyləsin, uzun ömür versin onlara! Göstərdikləri ideal qayğı, maddi-mənəvi dəstək, keçirdikləri daxili sarsıntıların müqabilində, heyif ki, Bəxtiyarı ayaqları üstə qaldırmaq mumkün olmadı...
Dərd gələndə batmanla gəlir, belə yerdə deyiblərmis. Şəxsən məni. yandırıb yaxan odur ki, taleyin üzü dönəndə yaman dönür, yaxşıya-yamana fərq qoymur. Bəxtiyar kimi həyatsevər, millətpərəst, ailəcanlı, qəlbitəmiz
bir İnsan, hər kəsin xosbəxtliyini istəyən, xeyirdə-sərdə yanında olan
vəfalı Dost bu qədər ağrı-acıya düçar olmamalıydı. Kaş ki, Əbədiyyətə, Haqq evinə sarı rahat, əcəli bir ölumlə, "ayaqları üstundə" getsəydi...
P.S. Yenə də yollar ayırdı bizi --özü də bu dəfə həmişəlik! Olümündən vur-tut 3 gün keçir. Amma bu qısa vaxt həftələr, aylar qədər uzun gəlir mənə... Elə gün olmazdı ki, zəngləşib hal-əhval tutmayaq. Arada görüşür, nisgilli çay süfrəsi arxasında oturub doyunca dərdləsirdik, Belə gorüslərə hədsiz sevinsə də, başıni agir-ağır bulayar, siqareti bir-birinin oduna yandırardı. Heç cür inana bilmirəm ki, o məhzun çöhrəsini, o mərhəm səsini bir daha eşitməyəcəyəm...
Allah rəhmət etsin, qəbri nurla dolsun!
Mərhum dostum barədə bu ürək çırpıntılarımı onun 70 illik yubiley yaşı
(3 il əvvəl) münasibətilə qələmə aldığım şeirlə tamamlayıram.

Gəl sənə söyləyim sözün düzünü,
Dünya belə gəlib, belə gedəcək.
Nahaq yerə çox da üzmə özünü,
Dünya belə gəlib, belə gedəcək!

Kiminin ağlı yox, bəxti yüyrəkdi,
Hər əməli yalan-palan, kələkdi,
İşə bax ki, düşünürlər mələkdi,
Dünya belə gəlib, belə gedəcək!

Qardaşım, səninki belə gətirdi,
Halalca zəhmətin kədər bitirdi,
Yaxşılıqlar etdin, dərd-sər yetirdi,
Dünya belə gəlib, belə gedəcək!

Nə tez ötüb keçdi cavanlığımız,
Gözəl günlərimiz, xoş çağlarımız,
Atalı-analı o vaxtlarımız,
Dünya belə gəlib, belə gedəcək!

Adın Bəxtiyardı, özün-biixtiyar,
Şükr, arxan-dayağın, oğlun-qızın var,
Sən öz gəncliyini nəvəndə axtar,
Dünya belə gəlib, belə gedəcək!

Cavanlıqda oymaq-oymaq gəzərdin,
Arana-yaylağa quştək şəkərin,
İndi hücum çəkir xatirələrin,
Dünya belə gəlib, belə gedəcək!

Yadına sal İrəvanı, Dilcanı,
Başına döndüyün daşı-qayanı,
Harda qaldı "Sovet Ermənistanı?"
Dünya belə gəlib, belə gedəcək!

Sən qələm əhlisən, söz adamısan,
Haqqın dərgahında saç ağartmısan,
Şükrlər Allaha, 70-ə çatmısan.
Şöz ver ki, 100-ü də aşıracaqsan,
O məşhur kəlməni unutmayasan:
"Dınya belə gəlib, belə gedəcək!"

Ruhuna ehtiramla: Mirzə Yusif
24-06-2025, 00:45
Tramp İrana təşəkkür etdi


Tramp İrana təşəkkür etdi

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.
Bu barədə Amerika lideri “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, ABŞ Hərbi Hava Qüvvələrinin Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə zərbələrindən sonra İranın cavab hücumunu "zəif" adlandırıb.
“14 raket atılıb – 13-ü vurulub, biri isə təhlükəsiz istiqamətdə hərəkət etdiyi üçün buraxılıb. Məmnuniyyətlə bildirirəm ki, amerikalılardan heç kim yaralanmayıb və demək olar ki, heç bir ziyan dəyməyib. İrana əvvəlcədən xəbərdarlıq etdiyinə görə təşəkkürümü bildirmək istəyirəm, bunun sayəsində heç kim ölməyib və xəsarət almayıb”, – Tramp qeyd edib.
24-06-2025, 00:30
Xamenei sükutu belə pozdu


Xamenei sükutu belə pozdu

"İran heç kimə təcavüz etməyib və heç bir
şəraitdə, heç vaxt özünə qarşı təcavüzə də yol verməyəcək".
Bunu İranın ali lideri Seyid Əli Xamenei "X" hesabında yazıb.
"Biz heç kimin təzyiqinə boyun əyməyəcəyik. Bu, İran millətinin məntiqidir", - Xamenei qeyd edib.
23-06-2025, 23:42
AZAL təyyarələri Bakıya qayıdıb


AZAL təyyarələri Bakıya qayıdıb

"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus Bakı-Dammam marşrutu üzrə "J2 8205" nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
"Airbus" tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.
Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
23-06-2025, 22:58
İranın hücumu simvolik imiş


İranın hücumu simvolik imiş

İran ABŞ-ın Qətərdəki Əl-Üdeyd aviabazasına raket hücumunu Qətər rəsmiləri ilə koordinasiya edib və itkiləri minimuma endirmək üçün qabaqcadan xəbərdarlıq edib.
Bu barədə “New York Times” planlarla tanış olan üç İran rəsmisinə istinadla məlumat yayıb.
Rəsmilər bildiriblər ki, İran simvolik olaraq ABŞ-a cavab zərbəsi endirib.
Qeyd edək ki, 22 iyunda ABŞ-ın İrandakı nüvə obyektlərinə zərbələrinə cavab olaraq bu gün Amerikanın Qətər, İraq və digər Yaxın Şərq ölkələrindəki bazalarına hücum edib. Hücumum artıq başa çatması ilə bağlı SEPAH bəyanat yayıb.
Hücum zamanı hər hansı dağıntı və tələfatla bağlı məlumat yoxdur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!