Ərdoğan Kamran Əliyevi qəbul etdi .....                        İlham Əliyev jurnalistləri təbrik etdi .....                        “AzParking”lə bağlı yenilik .....                        Türkiyə-Naxçıvan dəmir yoluna 2,4 milyard avro dəstək .....                        Baş prokuror Ankarada görüşlər keçirdi - FOTO .....                        Peskovdan Azərbaycan-Rusiya əlaqələri barədə daha bir AÇIQLAMA .....                        Sumqayıtda oğul atasını döyərək öldürdü .....                        “Neftçi” heç-heçə etdi .....                        Daxili işlər naziri adından saxta şərh yayıldı .....                       
18-06-2025, 18:23
DİN-dən küçə ticarəti ilə məşğul olanlara çağırış


DİN-dən küçə ticarəti ilə məşğul olanlara çağırış

Daxili İşlər Nazirliyi küçə ticarəti ilə bağlı vətəndaşlara müraciət edib. Müraciətdə deyilir:
"Nəqliyyatın hərəkətinin intensiv olduğu yollarda küçə ticarətinin həyata keçirilməsinin yolverilməzliyi haqda dəfələrlə xəbərdarlıq edilməsinə və görülən inzibati tənbehlərə baxmayaraq, son dövrlər yol kənarlarında müxtəlif məhsulların satışının artdığı müşahidə olunur.
İlk baxışda sadə ticarət forması kimi görünən bu cür fəaliyyətlər əslində vətəndaşların həm özləri, həm alıcılar, həm də yol hərəkətinin digər iştirakçıları üçün real təhlükə mənbəyidir.
Nəqliyyat axınının intensiv və sürətli olduğu yollarda avtomobillərin dayanması, insanların yola çıxması da sürücü və piyadalar üçün ciddi risklər doğurur, eyni zamanda ağır yol-nəqliyyat hadisələrinə səbəb olur.
Nəzərə alınmalıdır ki, yollar yalnız nəqliyyat vasitələri üçündür, bu yerlərdə ticarət məqsədilə dayanma və piyadaların hərəkəti qadağandır.
Küçə ticarətinin yay mövsümü ilə əlaqədar insanların bölgələrə istirahətə üz tutduğu bir şəraitdə aparılması isə daha böyük təhdidlər yaradır və belə hallarda baş vermiş yol-nəqliyyat hadisələri faciə ilə nəticələnir.
Xahiş edirik ki, ticarət fəaliyyətinizi yalnız müvafiq dövlət qurumlarının müəyyən etdiyi yerlərdə həyata keçirəsiz.
Bir daha qanunvericiliyin tələblərinə riayət etməyə, özünüzün və başqalarının həyatını təhlükəyə atmamağa çağırırıq".
18-06-2025, 18:10
Qəza aradan qaldırılır - Bakıya su bu tarixdə veriləcək


Qəza aradan qaldırılır - Bakıya su bu tarixdə veriləcək

Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində baş verən qəzanın aradan qaldırılması işləri yekunlaşıb.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Hazırda xəttin su ilə doldurulması prosesinə başlanılıb.
Qəza baş vermiş xəttə borunun zədələnmiş hissəsi xüsusi texnika vasitəsilə çıxarılaraq yeni boru ilə əvəzlənib. Su sızmaların qarşısını alınması məqsədilə boruların birləşmə yerlərində möhkəmləndirmə və hidroizolyasiya işləri aparılıb.
Kəmər içməli su ilə doldurulduqdan sonra su Bakı şəhəri və Abşeron yarımadasının müvafiq anbarlarına ötürüləcək. Məhz bu prosesin ardından iyunun 20-i axşam saatlarından etibarən abonentlərin əvvəlki rejimlə su ilə təminatı həyata keçiriləcək.
Xüsusilə diqqətə çatdıraq ki, iri həcmli magistral su kəmərlərində təmir-bərpa prosesində əsas vaxt aparan mərhələ - magistral kəmərin boşaldılması və yenidən doldurulması mərhələləridir.
Hazırda Oğuz-Qəbələ-Bakı su kəməri ilə qidalanan ərazilərin alternativ mənbələr hesabına qrafikdən kənar su ilə təmin olunmasına çalışılır.
18-06-2025, 17:35
Zelim Kotsoyev finalda məğlub oldu


Zelim Kotsoyev finalda məğlub oldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında bu gün Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayıb.
Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) tatami üzərinə çıxıb.
O, 1/16 finalda Cennaro Pirellini (İtaliya) ipponla məğlub edərək 1/8 final mərhələsinə adlayıb. Təmsilçimiz bu mərhələdə Marat Baykamurovu (Qazaxıstan) məğlub edib. Olimpiya çempionumuz 1/4 finalda Arman Adamyanla (İJF) üz-üzə gəlib. Rəqib qalib gəldiyindən Kotsoyev təsəlliverici görüşə qatılacaq. Onun rəqibi Nikolos Şerazadişvili (İspaniya) olacaq.
Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Cüdoçularımızdan Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.
18-06-2025, 17:28
Qaradağda 18 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO


Qaradağda 18 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı narkoşəbəkənin daha 2 üzvü - 39 yaşlı Vitaliy Belenki və 44 yaşlı Miralim Əliyev saxlanılıb. Onlardan 18 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Onlar narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

18-06-2025, 17:27
Məhərrəm ayı başlayır - TƏQVİM


Məhərrəm ayı başlayır - TƏQVİM

Azərbaycanda gələn həftə Məhərrəm ayı başlayır.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin illik təqvimində qeyd olunub.
Məhərrəm ayının ilk günü iyunun 26-a təsadüf edir. Aşura günü iyulun 5-nə təsadüf edəcək.
İyulun 25-i Məhərrəm ayının son günüdür. Daha sonra isə Səfər ayı başlayır.
18-06-2025, 17:20
İsrail Xameneinin yerləşdiyi bunkeri hədəfə aldı


İsrail Xameneinin yerləşdiyi bunkeri hədəfə aldı

İsrail silahlı qüvvələri İranın paytaxtında hərbi obyektlərə hücumları bərpa edib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələri hazırda Tehranda İran rejiminə məxsus hərbi obyektləri hədəfə alır", - deyə İsrail Müdafiə Nazirliyinin rəsmi teleqram kanalında dərc olunan bəyanatda deyilir.
İsrailin "9-cu Kanal"ı isə iddia edir ki, hazırda İsrail təyyarələri Tehranda ali lider Əli Xameneinin bunkeri yerləşən məhəlləni bombalayır.
İran "NourNews" agentliyi İsrail aviasiyasının Tehranın şərq hissəsini də intensiv bombardman etdiyini xəbər verir.
Xatırladaq ki, iki ölkə arasında toqquşma iyunun 13-də başlayıb. İsrail İranın zərbələri nəticəsində 20-dən çox adamın öldüyünü, 600-dən çox insanın yaralandığını bildirib. İran 220-dən çox ölü və 1200-dən çox yaralı olduğunu bildirib.
17-06-2025, 22:08
Dani Bolt "Qarabağ"da


Dani Bolt "Qarabağ"da

"Qarabağ" braziliyalı müdafiəçi Dani Boltla razılaşdığını açıqlayıb.
Klubdan verilən məlumata görə, Ağdam təmsilçisi ilə Portuqaliyanın “Torrense” komandası arasında aparılan danışıqlar uğurla nəticələnib.
25 yaşlı oyunçu ilə "3+1" illik müqavilə bağlanıb. Sağ cinah müdafiəçisi “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Daninin son klubu Portuqaliya təmsilçisi “Torrense” olub. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.
17-06-2025, 21:52
Tel-Əviv və Hayfanı tərk edin! - İrandan ÇAĞIRIŞ


Tel-Əviv və Hayfanı tərk edin! - İrandan ÇAĞIRIŞ

İran hələlik İsrailə qarşı ciddi hərbi əməliyyat həyata keçirməyib və yalnız xəbərdaredici xarakterli zərbələrlə kifayətlənib.
Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi bəyan edib.
“İndiyədək həyata keçirilən əməliyyatlar sadəcə qarşı tərəfi çəkindirmək məqsədi daşıyan bir növ xəbərdarlıq idi”, – deyə Musəvi "Al Alam" telekanalına açıqlamasında bildirib.
Musəvi həmçinin Tel-Əviv və Hayfa sakinlərini şəhərləri tərk etməyə çağırıb.
17-06-2025, 21:37
Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı


Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, İsrail-İran qarşıdurması nəticəsində mövcud regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri müzakirə olunub.
Birləşmiş Krallıq naziri Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Kralın Təvəllüd Günü münasibətilə edilmiş təbriklərə görə təşəkkür edib. O həmçinin Əhmədabad şəhəri yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşlarının həlak olması ilə bağlı Prezident İlham Əliyev tərəfindən göndərilmiş başsağlığı məktubunu yüksək dəyərləndirdiklərini bildirib. Nazir Ceyhun Bayramov öz növbəsində təbrikə görə təşəkkür edib və başsağlığı diləklərini çatdırıb.
Tərəflər İsrail-İran toqquşması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və danışıqların davam etdirilməsinin vacib olduğunu vurğulayıblar.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
17-06-2025, 21:22
Cüdoçumuz Macarıstanda gümüş medal qazandı


Cüdoçumuz Macarıstanda gümüş medal qazandı

Azərbaycan cüdoçusu Elcan Hacıyev Macarıstanda keçirilən dünya çempionatında uğurla çıxış edib.
90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə estoniyalı Klen Kristofer Kaljulaidə qalib gələrək bürünc medala yiyələnib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!