Maksim Medvedev baş məşqçi oldu .....                        Ermənistan Hindistandan qırıcı almaq istəyir .....                        Zaxarovadan azərbaycanlıların öldürülməsinə reaksiya .....                        Paşinyan söyüşləri dayandırır .....                        Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldı .....                        Polşa prezidentindən Ukraynaya gözlənilməz səfər .....                        Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı .....                        Pakistanda partlayış - 13 nəfər həlak oldu .....                        Narkotikdən istifadə edən sürücü saxlanıldı .....                       
14-06-2025, 19:55
QİYMƏTİN SOLMAYAN ÇİÇƏKLƏRİ


QİYMƏTİN SOLMAYAN ÇİÇƏKLƏRİ

Qiymət Məhərrəmlinin növbəti “Son Bahar Çiçəkləri” kitabını oxuyuram...və oxuduqca onun “ilham pərisi” adlı “bətnindəki” ağrıları hiss edirəm. Hiss edirəm ki, orada cücərən şeir-çiçəklər 5 bölümə - “Bu yoldan bir karvan keçdi”, “Ürəyimin başında adın yazılıb, Vətən”, “Aldı qanadına məni bu sevgi...”, “Hər rəngdə bir ahəng var” və “Bayatılar”a səpələnərək ətirli poetik “Gülzar” yaradır. Hər bölümün ünvanlı Çiçək payı var. Əgər birinci bölümün Çiçəkləri puçurlayıb pöhrələrini Tanrıya sarı uzadırlarsa, ikinci fəslin Çiçəkləri şəhid qəbirlərinin üstündə gül çələnginə çevrilərək dərindən bir “Ah” çəkirlər. Sevgi Çiçəkləri isə ilahi Eşqə tapınanların qismıtinə düşür. Bayatı Çiçəkləri ulu babaların, noğul-nabat dilli nənələrin payına çevrilir-beləcə tamamlanan kitab oxuculara Çiçək ətirli nümunələr təqdim etmiş olur.
Qiymət Məhərrəmlinin zəngin söz saxlancı, təmsil etdiyi elin adət-ənənələrinə mükəmməl bələdliyi, Vətəninə təmənnasız bağlılığı, doğma ocağa, ailəyə sadiqliyi onun Şair-Vətəndaş kimi uğurunu şərtləndirən başlıca amildir. Yuxarıda vurğuladığımız müəllif üstünlükləri ona didaktik, zəif şeir yazmağa “icazə vermir”. Bu səbəbdən də şair hamı tərəfindən sevilir və bəyənmə reytinqində daima üst pillələrdədir – bu danılmaz faktdır:

Kimdir belə ovqatımı xoş edən,
Görən kimin taleyimlə işi var?!
Görməmişəm, bilmirəm heç nə sirdi –
Yollarıma göz yetirən Kişi var!


Varlığına şübhəm yoxdur bir gilə,
Hər zərrəmdə dövr eləyir səs kimi.
Ona doğru hey can atır varlığım, -
Əl çatmayan, ün yetməyən Kəs kimi.

-Bax budur ilahi sevgi – Tanrıya Sevgi pafossuz, filansız.
“O səs”in pıçıltısı Qiymətin özünədönümü ilə yanaşı, Allahın mömin qulu olmasını şərtləndirir, əsərin fəlsəfi yükünü göz önünə çəkir. “Göy Adamı”nın belə ədəbi mövzulara müraciəti anlaşılandır – axı halallıq ona genlərlə, qanla ötürülüb. Birinci bölüm bu sayaq nümunələrlə göz-könül oxşamaqdadır.
Vətən ovqatlı ikinci bölümün əbədi Çiçəkləri Şəhid məzarlarına sığal çəkir, onlara bacı laylası oxuyur və...torpaq ətri qoxuyur:

Ürəyimin başında
Adın yazılıb, Vətən!
Özüm elçi daşında,
Bəxtim qız olub, Vətən!


- bu adsız şeirdən gətirdiyimiz nümunə əlacsızlığı tam çılpaqlığı ilə qeyrətsizlərin sifətinə şillə kimi dəysə belə, müəllifin içini param-parça edərək göynədir, onu rahat buraxmır. “Başlayır” şeiri ilə oxuculara “Vətən” anlayışını anlaqlı bir formada açıqlayır Qiymət Məhərrəmli:

Vətən daşdan başlayır,
Vətən quşdan başlayır.
Həm diridən, canlıdan,
Həm ölümdən başlayır.
- və ya:
Əkilən şum yeridi,
Gözümə qum yeridi.
Ölüm gəlsə, yeridi –
Həyat başdan başlayır.

Bunca dərin və gözəl Vətən Düsturu olammaz! Əhsən şairə! Böyük ölçüdə götürsək sözügedən 52 səhifəlik bu bölüm qeyd edəcəyimiz 44 günlük müharibənin 5 illik təntənəsinə Qiymət Məhərrəmlinin poetik hədiyyəsidir.
“Aldı qanadına məni bu sevgi...” bölümündə şairənin Eşq Çiçəkləri gül dəstəsinə çevrilərək sevgililəri görüşə çağırır, onların qəlbində saf duyğular fəvvarəsi yaradır. Bu fəvvarənin damlaları odlu ürəklərə çilənərək göz-könül dünyasında tarazılıq yaradır, onları çaşmağa qoymur. Axı çaşqınlıq mənəvi “dağıntılara” yol aça bilər... “Sevgi bitməsin” çağırışı da məhz buna istiqamətləndirilib:

Mənim ünvanımı ürəyinə yaz,
Şehli çəmənlərin çiçəyinə yaz.
Yaz, könül mülkündə puçurlasın yaz,
Yaz, ömür bitsə də, sevgi bitməsin...

Hara üz çevirsən, orda gör məni
Imilıq yağışda, qarda gör məni.
Götür bütünlüklə şeirə hör məni,
Yaz, ömür bitsə də, sevgi bitməsin...


yaxud

Bir ünvan söyləyim, axtar, gəz onu,
Sevən varlığımda tapsın göz onu.
Bu şirin nağılın olmasın sonu...
Yaz! Ömür bitsə də, sevgi bitməsin!


-bax budur şairin gözəl və özəl Sevgisi. Və O onu paylaşmaqdan zövq alır. Məgər bu alicənablıq deyilmi? Qiymətin səxavətindən hamıya pay düşür – ailəsinə də, onu sevənlərə də.
Bu və sonrakı bölümlər də oxucularda xoş ovqat yaradır, onları yaşamağa, sevməyə sövq edir. Buna görə də pozitiv enerjili bu kitabı mütləq oxuyun!

Giya Paçxataşvili – gözəl və
sanballı kitabların dostu






14-06-2025, 19:44
Altmışıncıların poetikası": əsrdən-əsrə, nəsildən-nəslə...


Altmışıncıların poetikası": əsrdən-əsrə, nəsildən-nəslə...

"Altmışıncılar nəsli" nəinki sovet və Azərbaycan, eləcə də dünya ədəbiyyat tarixində xüsusi mərhələ hesab olunur. Bu nəsil ədəbiyyata, incəsənətə gətirdiyi yeniliklər, qatdığı fərqli rənglərlə tamamilə seçilirdi. Həmin dövrə xas olan məziyyətlərdən əsası da tarixi, ədəbi, ictimai prosesləri, habelə emosional yükü özündə daşıyan-bədii söz, musiqi, teatr, kino... üzərindən müəyyən mənada "pərdə"nin qalxması, real həyat həqiqətlərinə uyğun təsvirlərin yer almasıdır. Sanki dünya ədəbiyyatında "atmosfer dövranı" yaşanırdı. Bu gedişat sonradan əksər cəmiyyətlərin mənəvi inkişafının rüşeyminə çevriləcək və əbədi həyat qazanacaqdır.
D.Bıkovun "yetmiş illik sovet ədəbiyyatını heç bir tarixdən çıxarıb atmaq mümkün deyildir" fikirlərinin həqiqət yükünü qaldırdıqda görərik ki, nəinki sovet ədəbiyyatının altmışıncıları, ümumilikdə dünyada baş verən bu proses tarixi yaddaşın silinməz gerçəkliyidir. Təbiidir ki, dövrün içində ən mötəbər yerlərdən biri də Azərbaycan ədəbiyyatı və onun “altmışıncılar"ının payına düşür. Bu mənada professor Cahangir Məmmədlinin "Altmışıncılar nəsrinin poetikası" (Bakı, Mimta Yayımları, 2025, 304 səh.) adlı monoqrafiyası olduqca qiymətli, zamanın xarakteristikasına bələdçilik baxımından dəyərlidir. Həmçinin həmin dövrə bədii-publisistik baxış, elmi-nəzəri təhlil Azərbaycan nəsrinin parametrləri ümumdünya ədəbi kontekstində araşdırılır. Kitabın rəyçiləri filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov və filologiya elmləri namizədi, dosent Ələmdar Cabbarlıdır. Monoqrafiyanın ön söz müəllifi filologiya elmləri doktoru, akademik Nizami Cəfərovdur. Adı çəkilən dəyərli elm adamları, habelə kitabın nəfis tərtibatı, müəllifin yaradıcı-elmi-bədii zəhməti, habelə milli-mənəvi dəyərlərdən doğan düşüncələrinin mayasında altmışıncılar nəslinə, onların bəşəri nəsrinə ehtiram dayanır. Ustad müəllimimiz Cahangir Məmmədli "Çağdaş Azərbaycan povestinin janr xüsusiyyətləri" başlıqlı məqaləsində qeyd edir ki: "Sonralar ədəbi ictimaiyyətin "altmışıncılar" adlandıracağı bu gənclər 60-70-ci illərdə nəsrə dəstə ilə gəldilər və məcbur elədilər ki, həm oxucu, həm də ədəbi-elmi-estetik fikir öz diqqət və marağını onlarda cəmləşdirsin".
Həmin dövrdə söz müəyyən anlamda fikir, düşüncə azadlığında dünyanı dolaşırdı. Ədəbiyyat, incəsənət adamlarına münasibət isə cəmiyyətlərə görə fərqli, yəni qeyri-bərabər idi. Buna baxmayaraq ideya, estetika, istiqamət eyni hədəfə tuşlanırdı. Ədəbiyyatçılar bir növ dünyanı dəyişmək, azad düşüncəli, saf ruhlu adam yaratmaq üçün səfərbər olmuşdular.
Sovet hakimiyyəti isə “Xruşov mərhələsində” şəxsiyyətə pərəstişi sözdə aradan qaldırsa da, ancaq sənəd üzərində bunun əksi idi, yəni ədəbiyyat müəyyən səviyyədə "azadlıq" qazanmışdı. Qərb ədəbiyyatında altmışıncılar bu kultu parodik şəkildə, ironik mənada işıqlandırır, şərh edirdilərsə, ancaq bizdə daha çox dram janrlarının üstünlüyü görünürdü: mütərəqqi ideyaların qələbəsi, haqqın gücünə sığınan sadə əmək adamının təntənəsi və s. Ekranlaşdırılan əsərlərin təsir imkanları daha geniş idi. Yaranan nəsr nümunələri qəribə personajları, ətalətsiz və ədalətsiz tipləri, şəxsiyyətin letargiya vəziyyətini, illüziyalarla dolu personajları, xəyalpərəstləri, maskalanmışları, marginalları ifşa edirdi. Sanki altmışıncılar həmin əsrin qanlı-qadalı dünya müharibələrindən və əlbəttə hələ də davam edən soyuq müharibələr, gizli qarşıdurmalar ərəfəsində yer üzünə göndərilmişdilər.
Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin “Kuhi-Qaf və Simurq quşu” məqaləsindəki azad sözün, azadlıq mələyinin, “pəriyi-hürriyyət”in qüdrəti bəşəriyyəti dolanırdı, desək yanılmarıq. Həmin məqalədən oxuyuruq: "Hürriyyəti-vicdanın mənası budur ki, hər kəs hər hansı etiqad və əfkarda bulunmaqda hürr və azaddır. Kimsənin, nə hökumətin və nə də bir fərdin etiqad və əfkarındən naşı bir kimsəyə təcavüz etməyə haqqı yoxdur. Hürriyyəti-kəlamə gəlincə hər kəs etiqad və əfkarını aşkar surətdə söyləyib yazmaqda muxtardır". ("Füyuzat" jurnalı).

Qeyd etdiyimiz dövrlərdə ukrayn ictimai fikrində İvan Dzyuba, Mikola Vinqranovski, Miroslav İrçan, İvan Svitliçni.., rus ədəbiyyatında Saxarov, Şaranski, Soljenitsin, Bukovski, Amalrik, Serqey Kovalev... və başqaları yer alırdısa, Azərbaycan ədəbiyyatında da Anarı, Elçini, B.Vahabzadəni, S.Əhmədovu, İ.Hüseynovu, İ.Məlikzadəni, F.Kərimzadəni... bu nəslin bayraqdarları saymaq olar. Onlar sovetin mədəni prosesləri əngəlləməsinə qarşı mübarizə aparır, ana dilinin zənginliyini qoruyur, milli-mənəvi tarixi yaşadır və müdafiə edirdilər. Beləcə, eyni qəlibdə, eyni trafaret üzrə formalaşmış sovet ədəbiyyatında eniş dövrü yaşanır. Yazıçı Anar nəinki bəhs edilən dövrdə, həmçinin o gündən-bu günə qədər yazdıqları ilə oxucu, izləyici qəlbinə rahatlıq gətirməyi yüksək ustalıqla bacarır. Məsələn, Anarın "Otel otağı" əsərində qəhramanın ölümü təkcə müharibənin gətirdiyi müsibətlərdən, Qarabağ dərdindən, ziyalının məişət qayğısından qaynaqlanmırdı. Burada Kərimin ürəyini partladan həm də yalan vədlər, saxta insanlar- cabbarlar, sədiyarlar olur. Anarın mənəvi böyüklüyü, yazıçı qüdrəti onda görünür ki, bu əsər həm də bugünlə ayaqlaşır. Türk dünyasının birliyinə gedən yolda yalançı vətənpərvərlər, boğazdanyuxarı təriflər, hətta tədbirlərdə sovet bayrağını qaldıran "ziyalılar" da peyda olur. Anar cəmiyyət qarşısında təkcə yazıçı missiyasını yerinə yetirmir, həm də bir təbib kimi yaramaz fərdlərin "şəfa" tapmasına xidmət edir. Məsələn, düşünürük ki, bircə "Macal" povestindəki öz mənliyini, şərəfini qurban verən Fuadı xatırlasaq kifayət edər. Görürük ki, altmışıncılar fərdi insanı diqqət mərkəzinə daşıyır. Sosialist realizminə xas olan ideoloji mövzuları dağıdan "altmışıncılar" fərdi insanın daxili dünyasını, psixologiyasını, düşüncələrini, sosial və mənəvi problemlərini açmağı bəşəri missiya olaraq davam etdirirdilər. Çünki təbəddülatlı dövrün altmışıncıları demokratik və insanlığa qayıdış yolu seçmişdilər. Və əgər "'Molla Nəsrəddin'i təbiət özü yaratmışdır", deyiriksə, sovet ideologiyasına qələm əyməyən altmışıncıları da elə bu xalqa, millətə zəmanə yetirmişdi, ifadəsi heç də birincidən geri qalmaz. Tanrı bir də siyasi-ideoloji sərhədlərin türkü-türkdən, qardaşı-qardaşdan ayırdığı bir zamanda bizə Nazim Hikməti yetirmişdi. O, kommunist təbliğatının daşıyıcısı kimi Türkiyədən ayrı düşərək ikinci Vətəninə — Azərbaycana sığınır. Nazim Hikməti zamanın şərtlərinə uyğun olaraq, zahirən sovet siyasi məqsədləri çərçivəsində qəbul etsək də, amma daxilən, batinən məsələ fərqli idi, onu xalq da, düşüncə adamlarımız da türklüyün, türk dilinin simvolu kimi qəbul edirdilər.
Təsadüfi deyil ki, o, Nizami, Füzuli, M.F. Axundov, M.Ə.Sabir, həmçinin müasirləri olan Səməd Vurğun, Rəsul Rza, Mikayıl Rəfili, Süleyman Rüstəm haqqında məqalələr dərc etdirib. Onun Bakıya dəfələrlə gəlişi altmışıncıların mənəvi dünyasına istilik, yetkinlik gətirib. Bizdə belə bir qənaət də yaranır ki, Anarın "Otel otağı" əsərində Fəxrəddin Manafovun canlandırdığı baş qəhrəman — alim və ali məktəb müəllimi Kərim Əsgəroğlu daxilində müəyyən mənada Nazim Hikmət ruhu da vardır. Sanki müəllif Nazim Hikməti doğma torpağına əsərin sujet xəttilə səfərə çıxarır. Bu nəticəyə gəlməyimizin bir neçə səbəbi vardır: Anarın yetişdiyi ailə, hələ uşaqkən anası, Xalq şairi Nigar xanım Rəfibəylinin ona təlqin elədiyi nümunələr, qaynaqlar içərisində Nazim Hikmətin şeirləri, ələlxüsus da "Günəşi içənlərin türküsü"nün olması və s. Ümumiyyətlə altmışıncıların əksəriyyətinin kamil yetişməsində, məsələlərə xüsusi həssaslıqla yanaşmasında onların boya-başa çatdığı mühitin, ailənin təsiri heç də az deyildi. Çünki o ziyalılar həm də Azərbaycanın ən şərəfli, ən çətin anlarının canlı şahidləri idi. Onlar həm də çətin, həmçinin şərəfli "gecələrdən" keçmişdilər. O gecələrin işıqlı bir səhərində müstəqil günəşi doğmuşdur. O gecələrin sonunda sanballı əsərlər, şeirlər yaranmışdır. Bu mənada Rəsul Rzanın aşağıdakı şeirində sevinc və kədər doğmadır:

Deyirlər,
axşamlar kədər gətirir.
Deyirlər,
can sıxır qaranlıq gecə.
Deyirlər…
Deyirlər…
Gündüzlər necə?

Gündüzlər
səbirsiz gözləyirik ki,
bir axşam olsun,
bir gəlsin gecə!..

Biz əgər iyirminci əsrin əvvəllərinə qayıtsaq, Əhməd bəy Ağayevi, Nəcəf bəy Vəzirovu, Əlimərdan bəy Topçubaşovu, Məhəmməd Əmin Rəsulzadəni, Əli bəy Hüseynzadəni... diri görəcəyik. Onların 1918-ci ilədək fəaliyyətlərinə, ərsəyə gətirdikləri qəzet və jurnallara, ictimai fəaliyyətlərinə nəzər yetirsək, yaratdığı əsərlərlə tanış olsaq görəcəyik ki, milli ideologiya, dövlətçilik təfəkkürü, dövrün feodal geriliyi, mədəniyyət, ədəbiyyat, əsas da dil məsələlərinə diqqət göstərmişlər. Bunun nəticəsi olaraq sonradan Azərbaycan Xalq Cümhuriyyəti təşəkkül tapmışdır. Eyni əsrin yarısından qələmlərilə vuraşan yeni nəsil yazıçılar da klassik nəsli təmsil edən sələflərinin milli-mənəvi və ləyaqət yolunu heç şübhəsiz ki, davam etdirmişlər. Və bunun da nəticəsi kimi sonradan müasir və müstəqil Azərbaycan Respublikası qurulmuşdur. Bu gün Türk xalqlarının sıx birliyi fonunda, Turana gedən nicat yolunda, Qarabağımızın yenidən qurulduğu dönəmdə, cənab Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə imzaladığı qiymətli Sərəncam ərəfəsində böyük şairimiz Zəlimxan Yaqub demişkən, "bizə qalın deyil, qalan kitablar lazımdır". Elə "Altmışıncılar nəsrinin poetikası" kimi...

Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist

Əsgər İsmayılov,
BDU Jurnalistika fakültəsinin məzunu
14-06-2025, 18:53
Birgə hərbi təlimlər başlayır


Birgə hərbi təlimlər başlayır

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçiriləcək "Xəzri-2025" birgə taktiki təlimi üçün Azərbaycan HDQ-nin gəmiləri və şəxsi heyəti Bakıdan yola düşüb.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, Xəzər dənizinin Qazaxıstan Respublikasına məxsus ərazi sektorunda keçiriləcək birgə taktiki təlimin məqsədi Azərbaycan və Qazaxıstan hərbi dənizçilərinin peşəkarlıqlarının daha da artırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
14-06-2025, 17:55
Bakıda dəhşətli qəza: Piyada avtobusun altında qaldı


Bakıda dəhşətli qəza: Piyada avtobusun altında qaldı

Bu gün saat 07:45 radələrində Həsən bəy Zərdabi küçəsində 18 saylı marşrut xətti üzrə avtobusun iştirakı ilə qəza baş verib.
Bu barədə daşıyıcı şirkət məlumat verib.
Belə ki, piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu qaçaraq keçən 2 nəfər saatda 30-35 kilometr sürətlə hərəkət edən avtobusun qarşısına qəfil çıxıblar. Bu zaman onlardan biri yıxılaraq yolun hərəkət hissəsində qalıb və nəqliyyat vasitəsinə çırpılıb. Ağır xəsarət alan şəxs xəstəxanaya aparılsa da, həyatını itirib.
Qəza anını əks etdirən görüntülər aidiyyəti qurumlara təqdim edilib.
Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır.
14-06-2025, 17:51
İran casus adı ilə 5 nəfəri həbs etdi


İran casus adı ilə 5 nəfəri həbs etdi

İran hakimiyyəti Yəzd şəhərinin mərkəzində gizli obyektlərin fotolarını çəkməkdə və İsraillə əməkdaşlıq etməkdə şübhəli bilinən 5 nəfəri həbs edib.
İran həbs olunanların kimliyi və iddia edilən əməkdaşlığın mahiyyəti ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb.
14-06-2025, 17:47
Yeniyetmə dənizdə boğuldu


Yeniyetmə dənizdə boğuldu

Lənkəranın "Kiçik Bazar" adlanan ərazisində yeniyetmə dənizdə boğulub.
Hadisə yerinə dalğıc-axtarış qrupu cəlb olunub.
Batan yeniyetmənin meyiti sudan çıxararaq Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
14-06-2025, 17:39
İsrail öldürdüyü İran zabitlərinin fotolarını paylaşdı


İsrail öldürdüyü İran zabitlərinin fotolarını paylaşdı

İsrail ordusu İranın Silahlı Qüvvələrinin 20-dən çox yüksək rütbəli komandirinin zərərsizləşdirildiyini açıqlayıb.
Bu barədə İsrail ordusunun rəsmi "X" hesabı vasitəsilə paylaşım edilib.
Qeyd olunub ki, əməliyyat kəşfiyyat məlumatlarına əsasən keçirilib.
Nəticədə, İranın Kəşfiyyat Xidmətinin rəhbəri Qulam Reza Mərhabi, “Yer - Yer” tipli raketlərdən istifadə üzrə ixtisaslaşan hərbi birləşmənin komandanı Məhəmməd Baqeri, general Əmir Əli Hacızadə və digər yüksək vəzifəli İran hərbçiləri zərərsizləşdirilib.
Adıçəkilən şəxslərin hər biri yeraltı gizli qərargaha endirilən zərbələr nəticəsində öldürülüb.

14-06-2025, 16:57
Köçəryan Paşinyanı məhkəməyə verdi


Köçəryan Paşinyanı məhkəməyə verdi

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan baş nazir Nikol Paşinyanı məhkəməyə verib.
Köçəryan tələb edir ki, N.Paşinyan 2025-ci il iyunun 5-dən sosial şəbəkədəki paylaşımında onun rüşvətxor olması və bununla bağlı artıq məhkəmə qərarının verildiyi barədə məlumatı təkzib etsin.
O, həmçinin qeyri-maddi ziyana görə Paşinyanın 6 milyon dram (15 min ABŞ dolları) ödəməsini tələb edir.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl Köçəryanı rüşvətxor adlandırıb: "Robert Köçəryanın rüşvətxor olduğunu rəsmən bildirməmişik və bu, məhkəmə qərarı ilə qeyd olunub. Çünki o, iddia müddətinin başa çatması ilə əlaqədar məhkəmədən onun rüşvətxorluğu ilə bağlı işin bağlanmasını xahiş edib. Bu isə o zaman baş verir ki, insan faktiki olaraq korrupsioner olduğunu etiraf edir".
14-06-2025, 16:41
İran İsrailin F-35 qırıcısını vurduğu iddia edir


İran İsrailin F-35 qırıcısını vurduğu iddia edir

İran İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısını vurduğunu bildirib.
Bu barədə "NourNews" agentliyi məlumat yayıb.
"Hava hücumundan müdafiə qüvvələri ölkənin qərb səmasında daha bir İsrail “F-35” qırıcısını uğurla vuraraq məhv edib”, - məlumatda deyilir.
Qeyd edilib ki, pilot katapult edib. Məlumata görə, İran hərbçiləri ölkə səmasında vurulan İsrail F-35-in pilotunu əsir götürüb.
14-06-2025, 16:40
Qonşusunu ov tüfəngi ilə öldürdü


Qonşusunu ov tüfəngi ilə öldürdü

İmişli sakini qonşusunu ov tüfəngi ilə qətlə yetirib.
İmişli şəhər sakini, 1978-ci il təvəllüdlü Qəhrəmanov Səxavət Mikayıl oğlu ov tüfəngi ilə qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən İmişli şəhər sakini, 33 yaşlı Elşən Hüseynov polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!