Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
15-06-2025, 23:22
İran XİN-in binası vuruldu


İran XİN-in binası vuruldu

İsrail İranın Xarici İşlər Nazirliyinin binalarından birini hədəfə alıb.
Bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.
“Hücum nəticəsində bir neçə həmkarım yaralanıb”, - İran XİN rəsmisi qeyd edib.
15-06-2025, 23:05
“Bavariya”dan darmadağın


“Bavariya”dan darmadağın

Almaniyanın “Bavariya” komandası ABŞ-da keçirilən klublararası dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb.
C qrupunda yer alan Münhen təmsilçisi ilk turda Yeni Zelandiyanın “Oklend Siti” kollektivi ilə qarşılaşıb. Görüş Almaniya çempionunun 10:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Bavariya”nın heyətində qolları Camal Musiala (3), Kinqsli Kuman (2), Maykl Olise (2), Tomas Müller (2) və Saşa Boe vurublar.
Qeyd edək ki, bu qrupun digər oyunu iyunun 17-də “Benfika” (Portuqaliya) ilə “Boka Xuniors” (Argentina) arasında olacaq.
15-06-2025, 22:39
Rusiya vətəndaşları İrandan Azərbaycana keçdilər


Rusiya vətəndaşları İrandan Azərbaycana keçdilər

İrandan təxliyə olunan xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisindən tranzit keçidi mərhələli şəkildə davam edir.
Bu gün sayca dördüncü təxliyə qrupu Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən keçərək, ölkə ərazisinə daxil olub.
Təxliyə olunan şəxslərin əksəriyyəti Rusiya Federasiyasının vətəndaşlarıdır. Onlar İran İslam Respublikasında müxtəlif sahələrdə – o cümlədən incəsənət, təhsil və xidmət sektorlarında fəaliyyət göstəriblər.
Qrupun bir hissəsi isə artıq dünən Azərbaycan ərazisinə keçib və bütün zəruri prosedurlardan sonra müvafiq qaydada təyinat yerlərinə yola salınıb.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.
15-06-2025, 22:20
İran İsrailin iki şəhərini vurdu


İran İsrailin iki şəhərini vurdu

İran ordusu İsrailin Təl-Əviv və Hayfa şəhərlərinə raket zərbələri endirir.
Bu barədə IRNA məlumat yayıb.
15-06-2025, 21:54
Tramp Xameneiyə sui-qəsdə icazə verməyib


Tramp Xameneiyə sui-qəsdə icazə verməyib

ABŞ Prezidenti Donald Tramp İsrailin İranın Ali dini lideri Ayətullah Əli Xameneinin sui-qəsd planına “veto qoyub”.
Bu barədə “Reuters” özəl mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İran amerikalılara birbaşa zərbə endirmədiyi müddətcə, ABŞ belə tədbirləri təsdiqləməyə hazır deyil.
Agentlik bildirir ki, ABŞ administrasiyasının nümayəndələri İsrail və İran arasında genişmiqyaslı əməliyyatlar başlayandan bəri İsrail rəsmiləri ilə daimi təmasda olublar.
15-06-2025, 21:40
Dəhrə ilə həmkəndlisini öldürdü, təslim oldu


Dəhrə ilə həmkəndlisini öldürdü, təslim oldu

Qəbələ rayonunda qətl hadisəsi törədilib.
Hadisə saat 19 radələrində Solquca kəndi ərazisində baş verib.
Kənd sakini 1986-cı il təvəllüdlü Teymur Eynulla oğlu Səfərəliyev münaqişə zəminində həmkəndlisi, 1974-cü il təvəllüdlü Dəmir Rəsul oğlu Ayvazovun baş nahiyəsinə dəhrə ilə zərbə endirib.
Ağır xəsarət alan 51 yaşlı kişi hadisə yerində ölüb. T.Səfərəliyev könüllü olaraq polis şöbəsinə gedərək təslim olub. Faktla bağlı araşdırma aparılır.
15-06-2025, 21:26
İsfahan reaktorunu məhv etdik - Netanyahu


İsfahan reaktorunu məhv etdik - Netanyahu

Biz İsfahan reaktorunu məhv etdik və onsuz nüvə silahı hazırlamaq mümkün deyil.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib:
“Biz Natanzdakı əsas nüvə obyektini məhv etdik və lazım gələrsə, daha çox işlər görəcəyik”, - Netanyahu qeyd edib.
15-06-2025, 21:09
Ərdoğan ikinci dəfə Trampla danışıqlar apardı


Ərdoğan ikinci dəfə Trampla danışıqlar apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla yenidən telefon danışığı aparıb.
Onlar İsrail – İran münaqişəsini müzakirə ediblər.
“Ərdoğan İsrail ilə İran arasında qarşıdurmanın sona çatdırılması və bölgədə sülhün təmin edilməsi istiqamətində ABŞ Prezidenti Trampın son açıqlamalarını məmnuniyyətlə qarşıladığını, bütün bölgəni oda ata biləcək bir fəlakətin qabaqlanması üçün dərhal hərəkətə keçilməsi lazım olduğunu vurğulayıb”, – rəsmi açıqlamada deyilir.
Türkiyə lideri “nüvə mübahisəsinin” ancaq diplomatik yolla həll edilməli olduğunu vurğulayıb. O bu istiqamətdə Ankaranın “vasitəçilik daxil olmaqla hər cür səy göstərməyə hazır olduğunu bildirib”.
Xatırladaq ki, ötən gün də Türkiyə və ABŞ liderləri telefon danışığı aparıb.
15-06-2025, 20:42
İsrail İranın daha iki generalını öldürüb - Netanyahu təsdiqlədi


İsrail İranın daha iki generalını öldürüb - Netanyahu təsdiqlədi

İsrail İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus binaya aviazərbələr endirib.
SEPAH-ın kəşfiyyat rəisi general Məhəmməd Kazımi və müavini general Həsən Mühəqqəq dağıntılar altında qalıb.
Onların sağ olub-olmadığı bəlli deyil.
İsrailin Baş naziri Benyamin Netanyahu FOX kanalına müsahibəsində onların hər ikisinin öldürüldüyünü bildirib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı əməliyyata başlayıb. İsrailin hücumları nəticəsində İranın yüksək vəzifəli hərbi rəsmiləri həlak olub. Onlar aşağıdakılardır:

- SEPAH komandiri general Hüseyn Salami

- Baş Qərargah rəisi general Məhəmməd Baqiri

- SEPAH-ın Hatəm-əl Ənbiya Mərkəzi Qərargahının rəhbəri general Qulaməli Rəşid

- SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə.

- İran Baş qərargah rəisinin əməliyyatlar üzrə rəis müavini general Mehdi Rəbbani

- İran Baş Qərargahının kəşfiyyat rəhbəri General Qulam Rza Mehrabi

Hücum nəticəsində İranın bir neçə mühüm nüvə alimi də ölüb
15-06-2025, 19:39
İsrail bu dəfə Məşhədi vurdu


İsrail bu dəfə Məşhədi vurdu

İsrail ordusu İranın Məşhəd şəhərində yerləşən hava limanını vurub.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Hava limanından qara tüstü qalxan görüntülər yayılıb.
Məlumatı İsrail tərəfi də təsdiqləyib.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri təxminən 2.300 kilometr uzaqlıqda, İranın şərqində yerləşən Məşhəd Hava Limanında yanacaq təchizatı təyyarəsini vurub.
“Hərbi Hava Qüvvələrimiz İran ərazisində hava üstünlüyünü təmin etmək üçün fəaliyyət göstərir. Bu, əməliyyat başlayandan bəri həyata keçirilmiş ən uzaq məsafəli zərbədir”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!