Rusiya Azərbaycandan rəsmi qaydada üzr istəməlidir .....                        Ermənistan Zəngəzur dəhlizinə razılıq verib? - İrəvandan reaksiya .....                        “IDEF 2025”-də imzalanma mərasimi - FOTO .....                        Avro 2 manatadək bahalaşdı: dolların məzənnəsində isə... .....                        Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası .....                        Bu yolda hərəkət tam məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə! .....                        Kəmaləddin Heydərov mayoru rəis təyin etdi .....                        Türkiyə ilə Britaniya razılığa gəldi - Saziş İMZALANDI .....                        Kəlbəcərə köçənlər bu binalarda yaşayacaq - FOTO .....                       
15-06-2025, 14:04
İranda iki "Mossad" agenti saxlanıldı


İranda iki "Mossad" agenti saxlanıldı

İranın xüsusi polis qüvvələri ölkənin mərkəzindəki Əlborz vilayətində İsrailin Mossad kəşfiyyat xidmətinin iki agentini saxlayıb.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
“Əlborz əyaləti polisinin kəşfiyyat bölməsinin işi sayəsində Savoybolaqda bomba, partlayıcı maddələr və elektron avadanlıqların yaradılması ilə məşğul olan “Mossad” qrupunun iki üzvü saxlanılıb”, - məlumatda bildirilib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu “Yüksələn Aslan” adlı genişmiqyaslı əməliyyata başlayıb. Bu əməliyyat çərçivəsində Hərbi Hava Qüvvələri hərbi obyektlərə və İranın nüvə proqramının obyektlərinə zərbələr endirir.
İsrail Hərbi Hava Qüvvələri İranın müxtəlif bölgələrində, o cümlədən Tehranda bir neçə dəfə hücumlar həyata keçirib və burada İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri də daxil olmaqla bir neçə yüksək rütbəli iranlı hərbçi, həmçinin bir sıra nüvə alimləri həlak olub. Ölkədəki bir neçə nüvə obyekti, o cümlədən Natanz və Fordoda, həmçinin İranın ölkənin müxtəlif bölgələrindəki hərbi mövqeləri də vurulub.
15-06-2025, 13:54
İranın İsrailə zərbələri davam edir - 15 ölü, 385 yaralı


İranın İsrailə zərbələri davam edir - 15 ölü, 385 yaralı

İsrail xəstəxanaları dünən gecə İranın yeni zərbələri dalğasında yaralanan 385 nəfəri qəbul edib.
Bu barədə İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ölkədə 24 saat ərzində 12 nəfər ölüb, ümumilikdə isə İranın zərbələrinin başladığı 13 iyun axşamdan indiyə qədər İsraildə artıq 15 nəfər dünyasını dəyişib.
Qeyd olunub ki, xəsarət alanlardan 7 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır, 298 nəfərin vəziyyəti isə yüngüldür.
15-06-2025, 13:41
Niderlandın İrandakı səfirliyi bağlandı


Niderlandın İrandakı səfirliyi bağlandı

İsrailin İrana hava hücumlarından sonra təhlükəsizliklə bağlı artan narahatlıqlar fonunda Niderlandın Tehrandakı səfirliyi müvəqqəti olaraq ictimaiyyətə bağlanıb.
Bu barədə səfirlik məlumat yayıb.
Bildirilib ki, səfirliyin əməkdaşları yerində fəaliyyətlərini davam etdirirlər. Hollandiya hökuməti öz vətəndaşlarına İran və İsrailə səyahət etməməyi tövsiyə edib.
15-06-2025, 13:27
SEPAH İsrailin öldürdüyü yüksək rütbəli komandirlərin adlarını açıqladı


SEPAH İsrailin öldürdüyü yüksək rütbəli komandirlərin adlarını açıqladı

SEPAH İsrailin hücumlarında bir neçə yüksək rütbəli komandirlərin öldüyünü bildirib.
İsrailin hücumları nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin bir neçə yüksək rütbəli komandiri ölüb.
Bu barədə SEPAH məlumat yayıb.
Bildirilib ki, öldürülən komandirlər arasında Mahmud Baqiri, Davud Şeyxiyan, Məhəmməd Taherpur, Mənsur Səfərpur, Məsud Tayeb, Xosro Həsəni və Cavad Carsora var.
SEPAH Hərbi Hava Qüvvələrinin komandanı Əmirəli Hacızadənin İsrailin hücumlarında öldürüldüyünü də təsdiqləyib.
15-06-2025, 13:02
İki gənc Şıx çimərliyində batıb - VİDEO


İki gənc Şıx çimərliyində batıb - VİDEO

Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfər batıb.
Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və 2008-ci il təvəllüdlü Qarayev Sabir Rizvan oğlunun axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

15-06-2025, 12:46
Sabahın havası: Buludlu olacaq, yağış yağacaq


Sabahın havası: Buludlu olacaq, yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-21° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-10° isti, gündüz 10-15° isti olacaq.
15-06-2025, 12:35
Şabranda maşın aşdı - 3 yaşlı uşaq öldü


Şabranda maşın aşdı - 3 yaşlı uşaq öldü

2025-ci il iyunun 14-də saat 15:30 radələrində Bakı–Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Xəlilov Teyyub Məmməd oğlunun idarə etdiyi “Hyundai SantaFe” markalı, 10-TK-527 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət olub. Qəza nəticəsində avtomobildə olan azyaşlı sərnişin – sürücünün oğlu, 2022-ci il təvəllüdlü X.F. hadisə yerində həyatını itirib.
Digər sərnişinlər – 1962-ci il təvəllüdlü Abdullayeva Sevinc və 1988-ci il təvəllüdlü Abdullayeva Şəbnəm müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
15-06-2025, 12:18
Kürdəmirdə avtomobil yandı - VİDEO


Kürdəmirdə avtomobil yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir şəhəri, Soltan Şıxaliyev küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “VAZ 2104” markalı minik avtomobilinin salon hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

15-06-2025, 12:10
İlham Əliyev Koreyanın yeni səfirinin etimadnaməsini qəbul edib


İlham Əliyev Koreyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanqın etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında münasibətlərin uğurlu inkişafına toxunaraq, siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu vurğuladı, mütəmadi əsasda siyasi məsləhətləşmələrin və dialoqun aparıldığını qeyd etdi. Prezident İlham Əliyev siyasi və iqtisadi-ticari əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu dedi, bu xüsusda ölkəmizin sənayeləşmə, həmçinin Azərbaycanın regionlarının inkişafı proqramları çərçivəsində əməkdaşlıq məsələlərinə toxundu.
Kımqu Kanq Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edərək, 15 İyun - Milli Qurtuluş Günündə Prezident İlham Əliyev tərəfindən qəbul edilməsinin onun üçün böyük şərəf olduğunu dedi. Səfir Koreya Respublikasının ozamankı Prezidenti Ro Mu Hyunun ölkəmizə rəsmi səfərini, həmçinin Prezident İlham Əliyevin Koreya Respublikasına dövlət səfərini xatırladı və bu səfərlərin əlaqələrimizin inkişafına ciddi təkan verdiyini vurğuladı.
Görüşdə ölkələrimiz arasında yüksək texnologiyalar, rəqəmsal transformasiya, elm, təhsil, o cümlədən peşə təhsili, tibb və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.
Səfir Ələt Azad İqtisadi Zonasının Koreya Respublikasının biznes dairələri üçün maraqlı olduğunu dedi.
Söhbət zamanı Azərbaycanın siyasəti nəticəsində Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edildiyi diqqətə çatdırıldı, bu xüsusda Koreya yarımadasında da davamlı sülhün təmin olunacağına ümidvarlıq ifadə edildi.



15-06-2025, 00:39
Şəkidə yük boşaldan maşın aşdı - Ölən var


Şəkidə yük boşaldan maşın aşdı - Ölən var

Axşam saatlarında Şəki şəhərində yük boşaldan avtomobilin aşması nəticəsində bir nəfər həyatını itirib.
Yük dolu nəqliyyat vasitəsinin aşması nəticəsində avtomobildə olan 57 yaşlı Rizvan Cəlilovun ağır xəsarət alması barədə məlumat daxil olub. Hadisə yerinə dərhal Təcili Tibbi Yardım briqadası göndərilib. Lakin həkimlər hadisə yerinə çatana kimi ölüm faktı qeydə alınıb.
Hadisə yerində rayon hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin təhqiqat və müayinə aparıb.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!