Ağdam və Ağdərədə güclü yanğın: Mina partlayışları baş verir .....                        Bütün bucaqlardan- bütöv .....                        Məşhur rok musiqiçisi vəfat etdi .....                        BMT Ukraynaya görə təcili toplanır .....                        Ərdoğan Kamran Əliyevi qəbul etdi .....                        İlham Əliyev jurnalistləri təbrik etdi .....                        “AzParking”lə bağlı yenilik .....                        Türkiyə-Naxçıvan dəmir yoluna 2,4 milyard avro dəstək .....                        Baş prokuror Ankarada görüşlər keçirdi - FOTO .....                       
11-06-2025, 21:36
Sahibə Qafarova Şimali Kiprdən olan həmkarı ilə görüşdü


Sahibə Qafarova Şimali Kiprdən olan həmkarı ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 11-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclası çərçivəsində Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin sədri Ziya Öztürkler ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, görüşdə Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler Prezident İlham Əliyev başda olmaqla, Azərbaycanın ŞKTC-yə dəstəyinə görə təşəkkür edib və bunu çox yüksək qiymətləndirdiklərini bildirib.
O, Türk dünyasının bir parçası olaraq, TÜRKPA-nın XIV plenar iclasında iştirakdan məmnunluğunu bildirərək, Azərbaycan Milli Məclisinin sədrliyi ilə TÜRKPA-nın uğurlu fəaliyyətinin təşkilatın daha da güclənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
11-06-2025, 21:23
Benzia “Qarabağ”dan ayrıldı - RƏSMİ


Benzia “Qarabağ”dan ayrıldı - RƏSMİ

Yasin Benzia “Qarabağ”dan ayrılıb.
Bu barədə Ağdam klubu rəsmi məlumat yayıb.
Onunla başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, Benzia Azərbaycan klubuna 2023-cü ilin yanvarında transfer olunmuşdu. O, daha öncə “Lion”, “Lill”, “Dijon” (hamısı Fransa), “Olimpiakos” (Yunanıstan), “Fənərbaxça”, “Hatayspor” (hər ikisi Türkiyə) kimi klublarda çıxış edib.
11-06-2025, 20:44
Tramp Çinlə razılığa gəldi


Tramp Çinlə razılığa gəldi

ABŞ-la Çin ticarət sazişi ilə bağlı razılığa gəliblər.
Bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
Bildirib ki, sənəd hər iki ölkə liderinin son təsdiqini gözləyir. Tramp əlavə edib ki, Çin istənilən nadir mineralları təmin etməklə bağlı öhdəlik götürüb.
“Biz isə Çinə razılaşdırdıqlarımızı, o cümlədən çinli tələbələrin bizim kollec və universitetlərimizdən istifadəsini təmin edəcəyik. Biz 55 faiz, Çin isə 10 faiz tarif əldə edəcək. Əlaqələr mükəmməldir”,- deyə Tramp əlavə edib.
11-06-2025, 20:29
Sahibə Qafarova Qazaxıstanda


Sahibə Qafarova Qazaxıstanda

İyunun 11-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Şura və 14-cü plenar iclaslarında iştirak etmək üçün Qazaxıstanın Astana şəhərinə işgüzar səfər edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Səfər çərçivəsində Milli Məclisin spikeri, TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarovanın TÜRKPA-nın Şura və plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri və Qazaxıstanın dövlət rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
11-06-2025, 19:50
Donald Tuska etimad göstərildi


Donald Tuska etimad göstərildi

Polşa parlamenti Donald Tuskun rəhbərlik etdiyi koalisiya hökumətinə etimad göstərib.
Səsverməni “TVP Info” telekanalı yayımlayıb.
453 deputatdan 243-ü hökumətin işinə etimad göstərib, 210-u isə əleyhinə səs verib.
11-06-2025, 19:37
Bakıda ermənilərlə bağlı iki kitabın onlayn versiyası təqdim edildi


Bakıda ermənilərlə bağlı iki kitabın onlayn versiyası təqdim edildi

"Ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi tarixi həqiqətdir” (rus və ingilis dillərində) və “Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinin regional təhlükəsizlik üçün nəticələri” (Azərbaycan dilində) kitablarının onlayn versiyası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının saytında yerləşdirilib.
Bu əsərlərin müəllifləri AMEA-nın müşaviri, akademik Yaqub Mahmudov və tarix elmləri doktoru, dosent Güntəkin Nəcəflidir.
Kitablarda ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi çar Rusiyasının arxiv sənədləri, imperatorun göstərişləri və digər sənədlərlə təkzibedilməz şəkildə sübut edilir. Kitablara, həmçinin erməni saxtakarlığını ifşa edən sənədlər və fotomateriallar da daxil edilib. Nəşrlərdə yazılır ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban olduqlarını təsdiq etmişlər. Bu məktublar erməni “alimləri” tərəfindən saxtalaşdırılaraq, “Alban türkləri” - “Ağvan müsəlmanları”, “Alban Ərsak nəsli” isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib.
11-06-2025, 19:28
Ermənistan-Gürcüstan sərhədində problem


Ermənistan-Gürcüstan sərhədində problem

Ermənistan-Gürcüstan sərhəd-keçid məntəqəsində problem yaranıb. Ermənistandan gələn yük maşınları Gürcüstana buraxılmır.
Bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsi məlumat yayıb. Bildirilir ki, gömrük xidmətləri erməni yük maşınlarının Gürcüstana buraxılmasını müvəqqəti dayandırıb. Hazırda hər iki tərəfdə mindən çox yük və minik avtomobili dayanıb.
Qərar son vaxtlar Gürcüstanın keçid məntəqələrində avtomobillərin yığılması nəzərə alınaraq qəbul edilib. Gürcüstan tərəfində problem həll olunduqdan – avtomobillərin buraxılışı tənzimlənəndən sonra keçid açılacaq.
Bu arada Ermənistan tərəfi nəqliyyat vasitələrinin öz ölkələrinin ərazisində növbəyə durmasını təklif edir. Ermənistan İqtisadiyyat Nazirliyi bildirir ki, İrəvan hələ də rəsmi Tbilisidən erməni konyakının Rusiyaya tranziti zamanı sərhəddə baş verən gecikmələrlə bağlı izahat almayıb.
Artıq İrəvanda Gürcüstan səfirliyinin binası qarşısında bir neçə etiraz aksiyası keçirilib.
Qeyd edək ki, iyunun 6-da Gürcüstanın kənd təsərrüfatı naziri Ermənistana səfər etməli idi, lakin son anda səfər ləğv olunub.
Bəzi məlumatlara görə, erməni sürücülər Ermənistana qayıdarkən ucuz qiymətə gürcü konyakı alıb aparırlar. Sonra da bu konyakı Ermənistanda qablaşdıraraq Rusya bazarına erməni konyakı adı ilə göndərirlər.
11-06-2025, 19:21
Acun İlıcalı istefa verdi


Acun İlıcalı istefa verdi

Acun İlıcalı “Fənərbağça” klubundan ayrılıb.
Bu barədə İstanbul klubu məlumat yayıb.
Qeyd olunub ki, o, İdarə Heyətinin üzvü, vitse-prezident vəzifəsindən istefa verib.
Xatırladaq ki, Acun İlıcalı klubda vitse-prezident vəzifəsinə ötən ilin iyununda başlamışdı.
11-06-2025, 19:03
DSX zabitinə hücum edənlər hakim qarşısında


DSX zabitinə hücum edənlər hakim qarşısında

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov, Ramal Aslanovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub
Qeyd edək ki, yanvarın 4-də paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edərək xəsarət yetirməkdə təqsirləndirilir.
Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov həbs qətimkan Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.
Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu iddia olunur.
Xətai rayon Məhkəməsinin qərarına əsasən, saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Onlara Cinayət Məcəlləsinin 221.2.1 və 221.3 cü (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi açılaraq istintaqa cəlb olunublar.
11-06-2025, 18:23
Rəşad Nəbiyev yeni vəzifəyə seçildi


Rəşad Nəbiyev yeni vəzifəyə seçildi

Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev də onlar arasındadır.
Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş IJF Konqresində Marius Vizer quruma 6-cı dəfə prezident seçilib.
Səsvermə nəticəsində müəyyənləşən İcraiyyə Komitəsinin yeni tərkibinə 17 nəfər daxil olub. Onlar 2025 - 2029-cu illərdə fəaliyyət göstərəcəklər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!