Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
13-06-2025, 20:17
Yusifcanlılar doğma kəndlərinə qovuşdular...

Yusifcanlılar doğma kəndlərinə qovuşdular...

İllərdi torpaqlarımız düşmən tapdağında olarkən biz işğal günlərini qeyd edərdik. Bu gün isə doğma torpaqlarımıza möhtəşəm qayıdışımızı qeyd edirik. Dünən, 12 iyun 2025–ci il tarixində Ağdam rayonu, Yusifcanlı kəndinin sakinləri 12 iyun 1993-cu ildə təxminən elə bu saatlarda (səhər 9:00-10:00) qəfil, ayaqyalın-başaçıq tərk etməyə məcbur olduqları (həmin gün kəndin evləri yandırılmış, dinc sakinlər şəhid edilmiş və əsir götürülmüşdü) doğma kəndlərini ziyarət ediblər.

Yusifcanlı kəndindən olan tanınmış yazıçı, şair Zaur Ustacın “Vətən səsi”nə verdiyi məlumata görə, yeni çəkilən Ağdam – Füzuli magistral yolunun hərəkət istiqamətində, sol tərəfdə Yusifcanlı kəhrizinin gözündən təxminən 150-200 m məsafədə kəndə gedən əsas yolun sağ tərəfində üzərində “Yusifcanlı” yazılmış bildiriş və kəndin girəcəyində “Yusifcanlı şəhidləri” məlumat lövhələri quraşdırılıb.

Sonra kənd camaatı ötən o ağrılı-acılı günləri xatırlayıb və Şanlı Zəfərimizdən qürurla söhbət açaraq şəhidlərimizin ruhuna dua oxuyub, qazilərimizə cansağlığı arzulayıblar. Yaşasın Müzəffər Ordumuz və Ali Baş Komandanımız nidası ilə gələcək planlarından danışıblar.
Beləcə, bir kəndin doğma insanları birlikdə düz 32 ildən sonra öz doğma kəndlərində, kəhriz suyundan olan çay süfrəsi arxasında sevincini bölüşərək bu unudulmaz günü fotolarla tarixə, yaddaşa çeviriblər.
Gözümüz aydın olsun!




Mina RƏŞİD
13-06-2025, 19:37
Azərbaycan vətəndaşları İrəvanda, Ermənistan vətəndaşları Bakıda...


Azərbaycan vətəndaşları İrəvanda, Ermənistan vətəndaşları Bakıda...

Bəzi Ermənistan vətəndaşları ləğv edilmiş reyslər və İran hava məkanının qapalı olması səbəbindən Bakı hava limanında qalıblar.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, vəziyyətlə bağlı ardıcıl işlər gedir.
Qeyd edilib ki, yaranmış vəziyyətlə əlaqədar bəzi təyyarələr İrəvanın “Zvartnots”, bəziləri isə qonşu ölkələrin hava limanlarına eniş edib.
“Məhz bu səbəbdən Ermənistan vətəndaşları Azərbaycanın paytaxtı Bakının, Azərbaycan vətəndaşları isə İrəvanın “Zvartnots” hava limanındadır” - məlumatda deyilir.
13-06-2025, 19:34
113 min şagird məzun olur


113 min şagird məzun olur

2024-2025-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 000 nəfərə yaxın şagird məzun olur.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Onlardan 54 000 nəfərə yaxını qız, 58 000 nəfərdən çoxu oğlandır.
13-06-2025, 18:55
İran bütün uçuşları dayandırdı


İran bütün uçuşları dayandırdı

İranın Mülki Aviasiya Təşkilatı ölkə ərazisində bütün daxili və beynəlxalq uçuşların dayandırıldığını bildirib.
Bu barədə İran KİV-i məlumat yayıb.
Qeyd edilib ki, hava məkanının bağlanması İsrailin davam edən hava hücumlarına qarşı həyata keçirilən təhlükəsizlik tədbirlərinin bir hissəsidir.
13-06-2025, 18:46
Polşanın yeni səfiri Bakıya gəldi


Polşanın yeni səfiri Bakıya gəldi

13 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşa Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Pavel Radomskini qəbul edib.
Görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Yeni səfirin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyinə dair əminlik ifadə olunub.
Görüş əsnasında Azərbaycan-Polşa siyasi dialoqunun hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, yüksək səviyyəli qarşılıqlı səfər və təmasların münasibətlərimizin dayanıqlı xarakter daşıması üçün möhkəm zəmin yaratdığı bildirilib.
Azərbaycan-Polşa dövlətlərarası əlaqələrinin hərtərəfli və sistematik inkişafında Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya və Parlamentlərarası əlaqələr üzrə işçi qrupları kimi mexanizmlərin əhəmiyyətindən bəhs olunub.
İqtisadi, o cümlədən ənənəvi və yaşıl enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığımız üçün mövcud potensial və imkanlardan maksimum faydalanmaq üçün birgə fəaliyyətlərin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Humanitar istiqamət, o cümlədən təhsil, mədəniyyət, idman və gənclər ölçüləri üzrə əməkdaşlığın inkişafı və mübadilələrin gücləndirilməsi imkanları barədə danışılıb.
Nazir Ceyhun Bayramov görüş zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tarixçəsi, eləcə də post-münaqişə dövrünün reallıq və inkişafları barədə qarşı tərəfə ətraflı məlumat verib. Cari ilin mart ayında Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqların yekunlaşdığı, sazişin imzalanmasına maneə törədən amillər, o cümlədən Ermənistan konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə qarşı iddialar və Minsk Qrupu kimi aktuallığını və funksionallığını itirmiş mexanizmlərin ləğvi məsələsindən bəhs olunub.
Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq inkişaf və çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
13-06-2025, 18:20
ABŞ Yaxın Şərqə qoşun göndərir


ABŞ Yaxın Şərqə qoşun göndərir

ABŞ İsrailin hücumundan sonra İranın mümkün cavabına hazırlamaq üçün hərbi resurslarını Yaxın Şərqə köçürür.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələri “USS Thomas Hudner” gəmisini Şərqi Aralıq dənizinə göndərib.
Bildirilir ki, ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurası ilə görüşə hazırlaşır.
ABŞ-ın Yaxın Şərqdəki hərbi kontingenti adətən 30 min hərbçi olsa da, keçən ilin oktyabrında əsgər sayı 43 minə çatıb.
13-06-2025, 17:59
Gürcüstanın daxili işlər naziri Bakıya gəldi - FOTO


Gürcüstanın daxili işlər naziri Bakıya gəldi - FOTO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Gela Geladze Azərbaycana rəsmi səfərə gəlib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə Gela Geladzeni təbrik edərək bu səfərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib. Nazir bu münasibətlərin ölkə başçılarının siyasi iradəsinə uyğun uğurla inkişaf etdiyini, dövlət və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində daha da dərinləşdiyini bildirib.
Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın, xüsusilə də transmilli cinayətkarlığın bütün növləri ilə, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində birgə əlaqələrin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyi nəzərə çatdırılıb.
Problemlərə toxunularkən narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya, kibercinayətkarlıqla mübarizənin daim diqqət mərkəzində dayandığı, onlara qarşı səmərəli mübarizənin yalnız birgə səylərlə mümkünlüyü qeyd olunub.
Gela Geladze dost olan Azərbaycanın daxili işlər orqanları ilə ölkəsinin müvafiq qurumları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduqlarını, bunun üçün gələcəkdə də səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Gürcüstanın Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iştirak edib.



13-06-2025, 17:45
Zakir Həsənov Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşdü - FOTO


Zakir Həsənov Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşdü - FOTO

İyunun 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi cənab Viktor Mahmudov ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri qonağı salamlayıb və onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Dövlət başçılarının dostluq münasibətlərinin ölkələrimiz arasında əməkdaşlığa böyük töhfə verdiyini vurğulayan nazir hərbi əlaqələrimizin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
V.Mahmudov öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Qonaq Azərbaycan və Özbəkistan arasında digər istiqamətlərdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini xüsusi vurğulayıb.
Görüşdə regional təhlükəsizliyə dair geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.

13-06-2025, 17:40
Azərbaycan İrandan təxliyələrə kömək edir


Azərbaycan İrandan təxliyələrə kömək edir

İranda yaranmış böhran vəziyyəti bəzi ölkələrin orada qalmış vətəndaşlarının təxliyəsinə gətirib çıxarıb.
Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir.
Görülən müvafiq tədbirlər nəticəsində yaxın günlərdə bir sıra ölkələrin nümayəndələrinin və vətəndaşlarının, İranda səfərdə olan Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiya Federasiyasının xalq artisti və rejissor Fyodr Bondarçuk daxil olmaqla, Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət heyətinin quru yolla İrandan Azərbaycana gəlməsi nəzərdə tutulur.
13-06-2025, 17:38
Türkiyə 4 ölkəyə uçuşları ləğv etdi


Türkiyə 4 ölkəyə uçuşları ləğv etdi

İsrailin İrana hücumundan sonra "AJet", "Pegasus" və "Türk Hava Yolları" 16 iyuna qədər bəzi uçuşları ləğv edib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, İran, İraq, Livan və İordaniyaya uçuşlar ləğv olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!