İranın lazımi addımlar atmasını gözləyirik - Rəsmi Bakı .....                        Rusiyadan Ermənistana XƏBƏRDARLIQ .....                        Əməkdar artist xəstəxanaya yerləşdirildi .....                        3 kəndi birləşdirən yol yararsız vəziyyətə düşüb - FOTO .....                        Ukrayna “Şahed”lərə qarşı belə mübarizə aparır .....                        “Azərbaycanfilm”də əvvəl də partlayış olubmuş .....                        Arxiyepiskop İstintaq Komitəsinə getdi .....                        Qusarda ağır qəza: yaralılar arasında əcnəbilər də var .....                        10-cu sinif şagirdi kanalda batdı .....                       
6-06-2025, 19:26
Paşinyan Azərbaycanı təbrik etdi


Paşinyan Azərbaycanı təbrik etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Bu barədə baş nazir X hesabında yazıb.
"Azərbaycan Respublikasını və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzulayıram", - deyə o qeyd edib.
6-06-2025, 18:54
QHT könüllüləri ailələrə yardım edib


QHT könüllüləri ailələrə yardım edib

Azyaşlıların müdafiəsi, böyüklərin diqqət və qayğısı ilə əhatə olunması yalnız dövlət qurumlarının deyil, həm də vətəndaş cəmiyyəti təmsilçilərinin başlıca vəzifələrindən biridir. Uşaqların dəyərlər sisteminin yaranmasında, dünyagörüşünün təməlinin qoyulmasında, sosiallaşmasında, insana, vətənə, tarixə və mədəni irslərə münasibətinin formalaşmasında ailə mühitinin ciddi rolu var. Məhz bu səbəbdən uşaqların düzgün inkişafında valideynlər öz məsuliyyətlərini dərk etməli, onların cəmiyyət üçün sağlam, yararlı, təhsilli böyüməsində hər zaman örnək olmalıdırlar. Gələcəyimiz olan uşaqların nümunəvi vətəndaş kimi yetişməsi hər birimizin qarşısında duracaq mühüm şərtlərdən biridir. Təəssüf hissi ilə qeyd edək ki, bu gün ətrafımızda müxtəlif xəstəliklərdən əziyyət çəkən, övladlarına arzuladığı münasibəti göstərə bilməyən ailələr də az deyil. Onlara daim diqqət və qayğı, mənəvi və maddi dəstək göstərilməsi hər birimizin borcudur.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi bu sahədə öz ənənələrinə sadiq qalaraq, təşkilatın sədr müavini, “Sosial İnteqrasiya Departamentinin” rəhbəri Zeynəb Dilbazinin təşkilatçılığı ilə İslam dünyasının ən müqəddəs bayramlarından biri olan “Qurban Bayramı”münasibətilə Yasamal, Xəzər və Binəqədi rayonlarının ərazisində yaşayan sosial həssas qrupa aid bir neçə ailəyə qurban əti paylanılıb.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri Könül Quliyeva AVRASİYA.NET saytına açıqlamasında bildirib ki, qurban əti QHT könüllüləri tərəfindən aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələrə çatdırılıb.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin bütün kollektivi hər il bu kimi xeyirxah niyyətlərini gerçəkləşdirən savab əməl sahibi Zeynəb Dilbaziyə minnətdarlıq edir və onunla əməkdaşlıqdan zövq aldığını bildirir.
6-06-2025, 18:39
Dünya okeanı dərin böhran içindədir - BMT


Dünya okeanı dərin böhran içindədir - BMT

Dünya okeanı dərin böhran içindədir. Turşulaşma, balıq ehtiyatlarının azalması, temperaturun artması və geniş yayılmış çirklənmə kimi amillər biomüxtəlifliyin fəlakətli azalmasına səbəb olur: dəniz növlərinin yarısından çoxu bu əsrdə yox olmaq riski altındadır.
Okeanın bərpasına təcili ehtiyac bu ilin iyununda Fransanın Nitsa şəhərində baş tutacaq böyük beynəlxalq konfransın diqqət mərkəzində olacaq. Bu, dəniz biomüxtəlifliyinin qorunması və davamlı istifadəsi, okeanda həyatın mühafizəsi üçün hüquqi sazişin qəbulundan sonra BMT-nin ilk Okean Konfransı olacaq.
BMT Baş katibinin okean üzrə elçisi Piter Tompson, Dünya İqtisadi Forumunda (WEF) Okean Fəaliyyəti Gündəliyinin rəhbəri Alfredo Giron və Təbiəti Mühafizə üzrə Beynəlxalq Birlikdə (IUCN) Okean Proqramını idarə edən Minna Epps BMT tərəfindən hazırlanmış biomüdafiə təşəbbüsləri haqqında danışıblar.
Onlar qeyd ediblər ki, okeanı qoruyub bərpa etməsək, bu, asılı olduğumuz bütün xidmətlər üçün dağıdıcı nəticələrə səbəb olacaq. Bütün iqlim tənzimləyici kimi okeandan asılıdır. Bununla belə, biz okeanın daha çox karbon qazı udmasını istəmirik, çünki onu turşulu edən də budur. Ona görə də emissiyaları azaltmaqla başlamalıyıq.
İqlim dəyişikliyinin başqa bir təsiri suyun temperaturu uzun müddət artdıqda, dənizdəki isti dalğalardır. Panamada dəniz isti dalğası mərcan müxtəlifliyinin təxminən 75 faizini məhv edib.
6-06-2025, 17:51
Paşinyan Pezeşkianla nədən danışdı...


Paşinyan Pezeşkianla nədən danışdı...

Ermənistanın baş naziri Nikol Paşinyanla İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Paşinyan İran prezidentini Qurban bayramı münasibətilə təbrik edib.
"Söhbət zamanı Ermənistan-İran münasibətlərinin aktual məsələləri, eləcə də regional təhlükəsizliklə bağlı mövzular müzakirə edilib”, - məlumatda qeyd edilib.
6-06-2025, 16:53
Paşinyan məşhur qəzeti məhkəməyə verir


Paşinyan məşhur qəzeti məhkəməyə verir

“Hraparak” qəzetini mütləq məhkəməyə verəcəyəm, çünki ailə və mənəvi həyat mənim üçün dəyər və prinsipdir, insanları çaşdırmaq vasitəsi deyil”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.
O, “Hraparak” qəzetinin özü və ailəsi haqqında hədyanlar tirajladığını bildirib.
“Bu münasibətlə mən də iddia edirəm ki, katolikos II Qaregin subaylıq andını pozub və övladı var.
Qoy II Qaregin də elan edilmiş dəyərlərə və katolikos statusuna uyğunluğunu sübut etmək üçün məni məhkəməyə versin”, - baş nazir qeyd edib.
“Erməni Apostol Kilsəsi bizim müqəddəsliyimizdir, kimliyimizdir. Biz o müqəddəsliyi ləkələyənlərə artıq dözməməliyik”, - Paşinyan yazıb.
6-06-2025, 16:47
Ukrayna yenidən Rusiya strateji aerodromlarına zərbələr endirib


Ukrayna yenidən Rusiya strateji aerodromlarına zərbələr endirib

Ukrayna Müdafiə Qüvvələri yenidən Rusiya strateji aviasiya aerodromlarına zərbələr endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Əməliyyat ötən gecə həyata keçirilib.
Qeyd olunur ki, Ukrayna hərbçiləri Saratov vilayətindəki Engels aerodromunu vurub. Strateji bombardmançıların, aviatankerlərin və müşayiət qırıcılarının yerləşdiyi Ryazan vilayətindəki Diaqilev aerodromuna da zərbələr endirilib.
Baş Qərargahın məlumatına görə, Saratov vilayətində ən azı üç yanacaq çəni vurulub, onlarla partlayış qeydə alınıb. Yaxın ərazilərdə yanğınlar olub, qatı tüstü müşahidə edilib.
Ukrayna Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenkonun sözlərinə görə, Rusiya hərbi-sənaye kompleksinin əsas müəssisələrindən biri olan “Miçurinski tərəqqi” müdafiə zavodu da vurulub.
Baş Qərargah həmçinin Rusiya ərazisində və işğal olunmuş Ukrayna ərazilərində yerləşən bir sıra digər mühüm obyektlərə də hücum edildiyini açıqlayıb. Onların arasında Kursk vilayətinin Kulbaki kəndi yaxınlığında rus ordusunun 72-ci motoatıcı diviziyasının 30-cu motoatıcı alayının maddi-texniki təchizat məntəqəsi də var.
6-06-2025, 16:10
Tovuzda ailə münaqişəsi: 1 ölü, 1 yaralı


Tovuzda ailə münaqişəsi: 1 ölü, 1 yaralı

Tovuzda baş verən mübahisə zamanı bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.
Ailə-məişət zəminində iki nəfərin arasında mübahisə düşüb və balta ilə xəsarət yetirilib.
Belə ki, ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı A.Namazovaya və anası 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Hadisəni törədən K.Namazov saxlanılıb.
Xəstəxanaya yerləşdirilən S.Həsənova orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
6-06-2025, 16:02
Patriarx Lukaşenkonu təltif edib


Patriarx Lukaşenkonu təltif edib

Rus Pravoslav Kilsəsinin rəhbəri, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Belarus prezidenti Aleksandr Lukaşenkonu təltif edib.
Lukaşenki Rusiya kilsəsinin ali ordeni olan 1-ci dərəcəli “Daniel” ordeni ilə təltif olunub.
Patriarx Kirill Polotsk şəhərinin ən qədim monastırlarından biri olan Müqəddəs Yefrosin monastırının 900 illik yubiley tədbirlərində iştirak etmək üçün Belarusa gedib.
6-06-2025, 15:21
Səfirimiz Britaniyada lobbiçilərin cavabını verdi


Səfirimiz Britaniyada lobbiçilərin cavabını verdi

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirimiz Elin Süleymanov Bakıda mühakimə olunan erməni separatçıların liderləri Ruben Vardanyanın lobbiçiliyini həyata keçirən şəxslərin Azərbaycana qarşı əsassız iddialarının cavabını verib.
Elin Süleymanov bu barədə Britaniyanın çoxsaylı izləyici auditoriyasına sahib olan "GB News" telekanalına müsahibəsində danışıb.
Səfir bildirib ki, Ruben Vardanyan separatizmin təşviqi, müharibə cinayətləri, terrorçuluğun maliyyələşdirilməsi, qeyri-qanuni silahlı birləşmələrin yaradılması, Azərbaycanın rəsmi şəxslərini ölümlə hədələmə və s. cinayətlərdə ittiham olunur. Onun məhkəməsi açıq şəkildə keçirilir və televiziyada yayımlanır. Beynəlxalq Ədalət Məhkəməsi və BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupu Ruben Vardanyanın işi ilə bağlı Ermənistan tərəfinin iddialarını rədd edib.
Səfir E.Süleymanov Ruben Vardanyanın işinə dini don geyindirmək istəyənlərin guya ona həbsxanada “İncil” verilməməsi ilə bağlı iddialarına da münasibət bildirib. Səfir bu iddiaların əsassız olduğunu söyləyib, onun həbsxanada kitabxanadan istifadəsinə şərait yaradıldığını, ümumilikdə isə R.Vardanyanın özünün “İncil” istəməsi ilə bağlı Azərbaycan tərəfinə müraciət etməsi haqda məlumatın mövcud olmadığını diqqətə çatdırıb.
6-06-2025, 14:54
Ərdoğandan Ukrayna-Rusiya və Suriya mesajı


Ərdoğandan Ukrayna-Rusiya və Suriya mesajı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı ilə əlaqədar paylaşım edib.
O, bir müddət öncə İstanbulda keçirilmiş Rusiya-Ukrayna görüşünə də toxunub.
R.T.Ərdoğan iyunun 2-də İstanbulda keçirilən Rusiya-Ukrayna görüşünü tarixi addım kimi dəyərləndirib:
"Türkiyə olaraq istər Fələstindəki soyqırımının dayandırılması, istərsə də Rusiya ilə Ukrayna arasındakı müharibənin ədalətli sülhlə nəticələnməsi üçün əlimizdən gələni edirik. 2 iyunda İstanbulda keçirilən görüş şimalımızdakı qanlı müharibənin sonlandırılması yönündə tarixi bir addım olub".
Ərdoğan mesajında Suriya məsələsinə də toxunub:
"Qonşumuz Suriyada yeni hakimiyyətin ölkənin milli və ərazi bütövlüyü, davamlı inkişafı üçün verdiyi mücadiləni təqdirlə qarşılayırıq. Suriya bölgədəki bütün qardaş ölkələrin də dəstəkləri ilə davamlı hüzura qovuşacaq, köhnə ehtişamlı günlərinə yenidən dönəcək".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!