Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
7-06-2025, 13:40
Ukrayna ilk ballistik raketi sınaqdan keçirdi


Ukrayna ilk ballistik raketi sınaqdan keçirdi

Ukraynanın ballistik raketi son dərəcə uğurla sınaqdan keçirilib. Demək olar ki, raket 300 km məsafə qət edərək Rusiya komandanlığını məhv edib.
Bunu “Espreso”nun efirində hərbi ekspert, Ordu, Konversiya və Silahsızlanma Araşdırmaları Mərkəzinin direktoru Valentin Badrak deyib.
"2022-ci ilin mayında yeni raket proqramı işə salındı, lakin bunların prioritet olmasına baxmayaraq, Strateji Sənaye Nazirliyi onu kifayət qədər zəif həyata keçirdi. Sonda iyulda ilk uğurlu sınaqlar keçirildi. Bundan sonra Prezident Zelenski konkret olaraq ballistik raket - onun yaradılması və tamamlanma ehtimalı haqqında danışmağa başladı", - deyə ekspert bildirib.
Ekspert qeyd edib ki, Ukrayna 2024-cü ilin iyul ayından bu raket proqramını lazımi qaydada idarə edir. Layihənin həyata keçirilməsinə müdafiə nazirinin müavini general Anatoli Kloçko cavabdehdir. Müdafiə Nazirliyində Raket Proqramlarına Dəstək Baş İdarəsi yaradılıb.
"Hesab edirəm ki, kurator yaxşı seçilib və proqram digər proqramlardan ayrılıb, hər bir raket sisteminin və raket nomenklaturasının öz kuratoru və öz meneceri var - bu müsbət haldır. Bildiyimə görə, sınaqlar mayın ortalarında keçirilib, onlar son dərəcə uğurlu hesab olunurlar”, - deyə Badrak əlavə edib.
O qeyd edib ki, bundan sonra raket istehsala buraxılır. Müdafiə Nazirliyi ilə Strateji Sənaye Nazirliyinin işi sinxronlaşdırılıb.
7-06-2025, 13:11
Paşinyan üçün daha bir rəqib - Ermənistanda nə baş verir?


Paşinyan üçün daha bir rəqib - Ermənistanda nə baş verir?

Xəbər verdiyimiz kimi, Ermənistanda baş nazir Nikol Paşinyanın impiçment ehtimalı ilə bağlı siyasi proseslər yeni mərhələyə qədəm qoyub.
Müxalifətdə olan və keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi “Respublika” partiyası Paşinyana qarşı impiçment təşəbbüsünü gündəmdə saxlayır və artıq yeni baş nazir postuna öz namizədini də müəyyənləşdirib. Məlumata görə, partiya yaxın günlərdə rəsmi olaraq Armen Aşotyanın namizədliyini irəli sürəcək.
Ermənistan müxalifətinin digər qanadı - sabiq prezident Rober Köçəryana yaxın olan "Şərəfim var" fraksiyası impiçment prosesi çərçivəsində Masis (Uluxanlı) şəhərinin rəhbəri David Hambardzumyanı baş nazir postuna namizəd kimi irəli sürüb.
Bu barədə fraksiya rəhbəri Hayk Mamicanyan məlumat verib.
Hambardzumyan 39 yaşındadır. O, 2003-2007-ci illərdə İrəvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində təhsil alıb. 2011-ci ildən Ermənistan Respublikasının Nəzarət Palatasında müxtəlif vəzifələrdə çalışıb.
2016-cı il noyabrın 14-dən icma rəhbəri vəzifəsini icra edir. Ailəlidir, 1 qızı, 2 oğlu var.
7-06-2025, 12:49
Bakıda zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır - VİDEO


Bakıda zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır - VİDEO

Yasamalda zirzəmidən çıxarılan su “bulaq suyu” adı altında satılır.
İddia olunur ki, müxtəlif adlar və markalarda olan su qabları rayonun Ağa Yusif Dadaşov ünvanında beşmərtəbəli binanın zirzəmisində doldurulur. Lakin qablaşdırmanın üzərində təbiət mənzərələri, bulaq, çeşmə və dağ təsvirləri var. Görüntülərdən də aydın olur ki, su qablarının əksəriyyətinin ağzı açıq, toz içindədir. Ətrafı da məişət tullantıları bürüyüb.
Çəkiliş aparılan müddətdə zirzəminin qarşısında 4 maşına su yüklənib. Sürücülərin sözlərinə görə, onlar suyu sifarişlə aparırlar.
Məhəllə sakinləri də bu şirkətdən su almadıqlarını deyirlər. Hətta satış üçün aparılan qablardakı suyun krantdan doldurulduğu da iddia edilir.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, həmin çıxarışın olmasına baxmayaraq, məhsulun etiketində mərkəzəşdirilmiş su xəttinə verilən suyun müxtəlif filtrlərdən keçirilməklə qablaşdırılması faktı bəyan olunmalıdır. Əks tədqirdə bu yolverilməzdir.
Agentlikdən, həmçinin bildirilib ki, Bakı Regional bölməsi “Araz su” əmtəə nişanlı minerallaşmış su satışı ilə məşğul olan şirkətin fəaliyyətini araşdıracaq. Nəticəsi ilə bağlı da ictimaiyyətə məlumat veriləcək.

7-06-2025, 12:13
Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR


Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR

Bakıda bir sıra mollarda parklanma bahalaşıb.
Bir müddətdir "28 Mall", "Gənclik Mall"da parklanma 0-1 saat üçün 2 AZN təşkil edir.
Bu vaxta qədər həmin məbləğ 1 AZN idi.
Molların parkinqində yeni parklanma qiymətləri belədir:

0 saat - 1 saat 2 AZN

1 saat - 2 saat 3 AZN

2 saat - 3 saat 6 AZN

3 saat - 5 saat 8 AZN

5 saat - 7 saat 12 AZN

7 saat - 24 saat 20 AZN
7-06-2025, 12:04
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyunun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 7-dən 8-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəçək. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
7-06-2025, 11:51
Azərbaycana keçən erməni gənclərlə bağlı yeni AÇIQLAMA


Azərbaycana keçən erməni gənclərlə bağlı yeni AÇIQLAMA

Ermənistanın Milli Təhlükəsizlik Xidməti erməni yeniyetmələrin guya Azərbaycan tərəfindən oğurlanması barədə məlumatı təkzib edib.
Ermənistanın MTX-nin dərc etdiyi hesabatda göstərilir ki, Zəngəzur (Sünik) vilayətinin Dığ icmasının yetkinlik yaşına çatmamış iki sakini erməni güc strukturlarının nümayəndələri ilə söhbət zamanı ev heyvanlarının arxasınca getdiklərini və duman səbəbindən ərazidə istiqaməti itirərək azdıqlarını bildiriblər.
Xatırladaq ki, MTX iyunun 6-da bəyan edib ki, iki yeniyetmə - Karen Cangiryan və Andrey Qyaqunts - Ərəvus kəndi yaxınlığında istiqaməti itirib və təsadüfən Azərbaycan ərazisinə keçib. Dünən axşam saatlarında Azərbaycan tərəfi onları geri qaytarıb.
6-06-2025, 23:01
2 milyona görə həbs edilən direktora daha bir ittiham


2 milyona görə həbs edilən direktora daha bir ittiham

"Şəmkir Un-Yem" MMC-nin 2 milyon manatdan çox yeyintidə ittiham olunan direktoru Aslan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Xüsusilə ağır cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.
Hazırlıq iclasında müttəhimin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
Qeyd edək ki, o, xüsusilə külli miqdarda mənimsəmədə, torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında, xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqda və vəzifə saxtakarlığında təqsirləndirilir.
Məhkəmədə məlum olub ki, A.Əliyevə bunlardan əlavə, cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılması maddəsi ilə də ittiham verilib. İstintaqla müəyyən edilib ki, mənimsənilən dövlət vəsaitləri müxtəlif yerlərə köçürülərək həqiqi mənbəyini gizlətmək məqsədilə leqallaşdırılıb.
Prokuror cinayət işinin ağırlığını və işdə dəyişən halların qeydə alınmadığını əsas gətirərək seçilmiş həbs formasında qətimkan tədbirinin dəyişdirilməməsini istəyib. İlk iclasın qərarına əsasən, qətimkan tədbiri olduğu kimi saxlanılıb. İş məhkəmə baxışına verilib.
Baxış iclasında ittiham aktı oxunacaq, müttəhimin özünü təqsirli bilib-bilmədiyi məlum olacaq.
Qeyd edək ki, A.Əliyev Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. "Şəmkir Un-Yem" 2018-ci ildə fəaliyyətə başlayıb. İnvestisiya dəyəri 6 milyon manat olan müəssisədə istehsal olunan məhsullar əsasən Şəmkir, Gəncə, Gədəbəy, Tovuz və Qazax rayonlarında satışa çıxarılır.
6-06-2025, 22:30
Azərbaycana keçən ermənilər geri qaytarıldı


Azərbaycana keçən ermənilər geri qaytarıldı

Ötən gecə Azərbaycan-Ermənistan sərhədində itkin düşdüyü bildirilən iki nəfər Ermənistana qaytarılıb.
Bu barədə Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kənd icmasının rəhbəri David Qulunts “Azatutyun”a məlumat verib.
Onun sözlərinə görə, hazırda yeniyetmələr onun yanındadır.
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) də həmin şəxslərin tapıldığını və hazırda Ermənistanda olduğunu təqdiqləyib.
MTX-dən daha sonra ətraflı məlumat açıqlanacağı da bildirilib.

***

12:40

Ermənistanın Sünik (Zəngəzur) bölgəsində iki azyaşlı sakin azaraq Azərbaycan ərazisinə keçib.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
“Alınan məlumata görə, Ermənistanın Sünik rayonunun Tex icmasının sakinləri Karen Armenoviç Cangiryan (27 iyun 2007-ci il təvəllüdlü) və Andrey Armenoviç Qyaqunts (13 yanvar 2008-ci il təvəllüdlü) 2025-ci il iyunun 6-da saat 01:20 radələrində Sünik rayonuna bitişik Aravus kəndi yaxınlığındakı ərazidə itiblər”.
Ermənistan Milli Təhlükəsizlik Xidməti onların Azərbaycan ərazisinə keçdiyini güman edir.
“Vətəndaşların yerinin müəyyən edilməsi və təhlükəsiz qayıtmasının təmin edilməsi üçün bütün lazımi tədbirlər görülür”, - deyə Milli Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir.
6-06-2025, 21:52
Erməni əsgəri ildırım vurub öldürdü


Erməni əsgəri ildırım vurub öldürdü

Ermənistan ordusunun hərbi qulluqçusu Narek Marqaryan ildırım vurması nəticəsində ölüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, hadisə iyunun 6-da saat 13:00 radələrində baş verib.
Hadisənin başvermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.
6-06-2025, 21:34
Kobaxidze Azərbaycanla əlaqələrdən danışdı


Kobaxidze Azərbaycanla əlaqələrdən danışdı

"Gürcüstan, Türkiyə və Azərbaycan arasında əlaqələr üçtərəfli formatda inkişaf edir və daha da möhkəmlənir. Ötən il bu istiqamətdə çox mühüm işlər görülüb, bir sıra yüksək səviyyəli vacib səfərlər, görüşlər həyata keçirilib. Görülən işlər və atılan addımlar, həyata keçirilən layihələr ikitərəfkli və üçtərəfli formatda əlaqələrimizi daha möhkəmləndirir, inkişaf etdirir”.
Bu fikirlər Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi illik hesbatda əksini tapıb. Bildirilir ki, Türkiyə və Azərbaycan ilə tərəfdaşlıq regional strateji əhəmiyyətə malik mövcud layihələrlə daha da dərinləşir.
Bundan başqa, üçtərəfli format çərçivəsində parlamentlərin xarici əlaqələr komitələrinin görüşləri, o cümlədən mütəmadi olaraq müdafiə nazirlərinin görüşləri keçirilir.
Hesabatda Gürcüstanın Türkiyə, Azərbaycan ilə yanaşı Ermənistanla da münasibətlərinə yer verilib.
Sənəddə vurğulanıb ki, hesabat dövründə həm Gürcüstandan Ermənistana, Azərbaycana və Türkiyəyə, həm də qonşu ölkələrdən Gürcüstana səfərlərin sayı artıb.
Qeyd olunub ki, yüksək səviyyəli səfərlər çərçivəsində Gürcüstanın Ermənistan və Azərbaycanla dövlət sərhədinin delimitasiya-demarkasiyası məsələsi də müzakirə olunub.
Qeyd edək ki, İ.Kobaxdize iyunun 27-də parlamentdə hökumət proqramının həyata keçirilməsi üzrə illik hesabatı təqdim edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!