Şimali Makedoniya Prezidenti Mikayıl Cabbarovu qəbul edib .....                        Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                       
7-06-2025, 15:20
17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA


17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA

Məhkəmə 2008-ci ildə həlak olan Müdafiə Nazirliyinin mayoru Rövşən Abbasova şəhid statusunun verilməsinə qərar verib.
Müvafiq qərar Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilib.
Məlumata görə, mayor 2006-cı ilin noyabr ayında N saylı hərbi hissənin qərargah rəisi vəzifəsində çalışarkən döyüş postunu yoxlayıb hərbi hissəsinə qayıdan zaman avtomobil qəzası keçirib.
Aldığı ağır kəllə beyin travması nəticəsində 2006-cı il noyabr ayından 2007-ci ilin aprel ayına kimi Mərkəzi Klinik Hərbi Hospitalda komatoz vəziyyətdə müalicə alıb, 2007-ci ildə zabit istefaya buraxılıb və ona əlillik təyin olunub. O, aldığı ağır travmadan 11 mart 2008-ci ildə vəfat edib.
Qeyd edək ki, mərhum R.A.Abbasovun meyiti müayinə olunmadığından onun ölümünün səbəbi haqqında qəti fikir söyləmək mümkün olmadığı əsas gətirilərək ona şəhidlik statusu verilməyib. İş materiallarının tədqiqindən belə qənaətə gəlinib ki, mərhum mayor döyüş postunu yoxladıqdan sonra, yəni xidməti vəzifəsini icrası zamanı, qayıdarkən avtoqəzaya düşüb. Ölümün səbəbli əlaqəsi xidməti zamanı avtoqəzada almış olduğu xəsarətlər olub
Gəncə İnzibati Məhkəməsinin qərarı ilə mərhumun həyat yoldaşının iddiası təmin edilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə şəhid statusunun verilməsi tələbi qoyulub.
Mərhumun həyat yoldaşı Elnurə Abbasova qeyd edib ki, həyat yoldaşının vəfatından 2-3 il sonra şəhidlik statusunun verilməsi ilə bağlı müraciət etsələr də, işə baxılmadan bağlanmışdı: “O vaxt həyat yoldaşımın qardaşı ilə atası da sağ idi, onlar vəfat etdikdən sonra mən tək qaldım deyə yenidən müraciət etmək imkanım olmadı”.
Qərarın icrası ilə bağlı Elnurə Abbasova bildirdi ki, hələ ki, xəbər gözləyir, qərarın icrası ilə bağlı onlara nəsə deyilməyib.
“Atası ilə anası həmişə danışırdı ki, uşaqlıqdan hərbiyə xüsusi marağı olub, ali məktəbi bitirdikdən sonra öz istəyi ilə kəşfiyyatçı oldu. Hər günü səngərdə, cəbhə xəttində keçirdi. Ömrünün 16 ilini hərb sahəsinə verdi”- deyə o bildirib.
Qeyd edək ki, Rövşən Abbasovun həm də 23 və 19 yaşlı iki qızı var.
7-06-2025, 15:06
Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ


Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ

Tovuzda orta məktəb müəlliminə məxsus olduğu iddia edilən qalmaqallı görüntülər yayılıb.
İddiaya görə, Tovuz rayon Əlimərdanlı kənd Mərdan Musayev adına tam orta məktəbinin Günel adlı müəllimi özünə təmtəraqlı tədbir təşkil edib. Qeyd olunur ki, o, valideynlərdən hədiyyə qismində zinət əşyası tələb edib.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, video mayın 24-də qeyri-iş günü məktəbdənkənar ərazidə çəkilib, valideynlərin şəxsi təşəbbüsü ilə alınmış zinət əşyası müəllimə təqdim edilib.
"Ancaq təhsilverənlərin etik davranış qaydalarına, eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Regional Təhsil İdarəsi tərəfindən məktəblərə təqdim olunmuş müvafiq təlimatlara əsasən, müəllimlərə hər hansı qiymətli hədiyyə, maddi və ya qeyri-maddi nemətlərin və s. verilməsi yolverilməz hesab olunur. Bu baxımdan, valideynlərə bir daha müraciət edərək xatırladırıq ki, müəllim əməyinə təşəkkür və dəyərin göstərilməsi mənəvi təşəkkür, əməkdaşlıq və hörmət çərçivəsində olmalıdır. Ona görə də etik davranış qaydalarını pozduğuna görə müəllimə töhmət verilib".
7-06-2025, 15:01
“ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ


“ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ

Bu gün saat 10:00-dan 00:00-dək Dövlət Vergi Xidmətinin Data Mərkəzində profilaktik tədbirlərin aparılması ilə əlaqədar qurumun rəsmi internet saytı və İnternet Vergi İdarəsi tərəfindən təqdim edilən elektron xidmətlərdən istifadə mümkün olmayacaq.
O cümlədən, Dövlət Vergi Xidməti tərəfindən "ƏDV geri al" portalında da texniki tənzimləmələr həyata keçiriləcək.
Bununla bağlı olaraq bu gün "ƏDV geri al" portalında, həmçinin Birbank tətbiqində ƏDV geri almaq üçün qəbzləri oxutmaqda çətinlik yaşana bilər.
8 iyun tarixindən etibarən isə Birbank tətbiqi ilə yenidən rahatlıqla qəbzləri oxudaraq ƏDV geri almaq mümkün olacaq.
Qeyd edək ki, QR ödənişlər üzrə birbaşa əldə olunan ƏDV-lər 8 iyunda, digər ödənişlər üzrə 7 iyunda geri qaytarılması nəzərdə tutulan ƏDV-lər isə yaxın bir neçə gün ərzində köçürüləcək.
7-06-2025, 14:52
Maşın kanala aşdı, 5 nəfər yaralandı


Maşın kanala aşdı, 5 nəfər yaralandı

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.
Hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.
Belə ki, “Ford” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Əraziyə FHN-in xilasediciləri cəlb olunub.
Maşında olan 6 nəfərdən (4 qadın, 2 kişi) 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Onlardan 3-ü ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
7-06-2025, 14:47
İlham Əliyev Şahbaz Şəriflə danışıqlar apardı


İlham Əliyev Şahbaz Şəriflə danışıqlar apardı

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, dövlətimizə tərəqqi və rifah arzularını çatdırıb.
Dövlətimizin başçısı da öz növbəsində Pakistan Prezidentini və xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edərək, Pakistan xalqına səadət, inkişaf və firavanlıq arzulayıb.
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri bir neçə gün əvvəl Laçında keçirilmiş ikitərəfli, həmçinin Azərbaycan-Türkiyə-Pakistan formatında üçtərəfli görüşləri və bu görüşlər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırlayaraq, bütün bunların ölkələrimiz arasında əlaqələrin inkişafına daha da təkan verdiyini qeyd ediblər.
Telefon söhbəti zamanı Azərbaycanla Pakistan arasında ikitərəfli iqtisadi, ticari, enerji, sənaye, hərbi, elm, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) bu ilin yayında Azərbaycanın Xankəndi şəhərində keçiriləcək Sammitinin əhəmiyyətinə toxunularaq, bu tədbirin üzv dövlətlər arasında münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.
Telefon söhbəti əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
7-06-2025, 14:26
3 övladından sonra özü də eyni xəstəlikdən vəfat etdi - Cəmi 28 yaşında...


3 övladından sonra özü də eyni xəstəlikdən vəfat etdi

Beyləqanda 28 yaşlı qadın xəstəxanada vəfat edib.
Ötən gün rayonun Birinci Aşıqlı kənd sakini Lütviyyə Rübail qızı Paşayevanın şəkəri və təzyiqi qalxıb.
Ailə üzvləri onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin apardığı müayinə və müalicə tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, L. Paşayeva ailəli və 4 uşaq anası olub. Lakin onun 2 övladı azyaşlı olarkən eyni xəstəlikdən həyatını itirib, digər bir övladı isə doğulduqdan sonra dünyasını dəyişib.
Mərhumun bir övladı qalıb, hazırda ikinci sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır.
7-06-2025, 14:19
Çətənə kolları yetişdirən 4 nəfər saxlanıldı


Çətənə kolları yetişdirən 4 nəfər saxlanıldı

Kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-nin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan Mətləb Məmmədov saxlanılıb. Onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 621 ədəd çətənə kolu və 500 qram marixuana aşkarlanıb.
Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər tədbirlər zamanı Elcan Nəzərov, Fazil Ələkbərov və Vüsal Təhməzov da saxlanılıblar. Həmin şəxslərə məxsus həyətyanı sahələrdən isə ümumilikdə 250 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
7-06-2025, 14:01
“Mersedes” aşdı - 12 yaşlı yeniyetmə öldü


“Mersedes” aşdı - 12 yaşlı yeniyetmə öldü

Sumqayıtda “Mersedes” markalı minik avtomobili aşıb.
Hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
Məlumata görə, maşın idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb və aşıb.
Qəza nəticəsində avtomobildə olan 2013-cü il təvəllüdlü Hüseyn Canəliyev hadisə yerində ölüb.
7-06-2025, 13:51
Paşinyan arvadı ilə Zəngəzurda


Paşinyan arvadı ilə Zəngəzurda

Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Hakopyanla birlikdə Zəngəzura (Sünik) gediblər.
Bu barədə Paşinyan sosial şəbəkədə video yayımlayıb.
Səfərin məqsədi açıqlanmayıb.
7-06-2025, 13:46
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK


Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimata dəyişiklik edilib.
Bununla bağlı Daxili İşlər Nazirliyi qərar verib.
Qərara əsasən, sürücülük vəsiqəsində, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində və nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.
Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim olunmasına bərabər tutulur.
Qərar qəbul edildiyi gündən 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə tapşırılıb ki, bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
Qərar respublika daxili işlər orqanlarında elan ediləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!